Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   30   31   32   33   34   35   36   37   ...   127

71 
 
ABSTRACT 
Farida Safarova 
Vusala Ismailova 
The toxic types of  Papaveraceae Adans. family spread in Nakhchivan Autonomous Republic 
flora 
The  family  has   more than 600 species belonging to 28 gender spread around the world, 49 
species belonging to the 8 gender the Caucasus, in Azerbaijan 34 species belonging to 7 gender, and 
including  in Nakhchivan AR  20 species 4 gender included . From these 14 species of the Papaver 
L. -Tulip gender, 3 species of Glaucium Hill, 2 species Roemeria Medik. gender  and 1 species of 
Chelidonium L. gender has been spread in Nakhchivan Autonomous Republic. 2 types from these 
the  only  was  spread  in  cultural  flora  in  autonomous  republic  Chelidonium  majus  L.  and  Papaver 
soiniferum  L.  From  the  milk  juice  taken    on  the  basis  of    papaveraceae’s  unripe  small  box  are 
getting which is considered a very valuable in medicine morphine, codeine and strixinin. 
The    family  Papaveraceae  Adans.  species  Glaucium  elegans  Fisch.  &  C.A.Mey.  has  been 
included Red Book to the Nakhchıvan Automous Republik. 
 
 
 
РЕЗЮМЕ 
 Фарида Сафарова 
Вюсала Исмаилова 
Из  семействе  Papaveraceae  Adans.  включающий  28  видов,  состоящий  из  600  видов 
разбросаны по всему миру. Из них более 49 видов, относящихся к этому роду 8 родов,  из 34 
рода в том числе из 7 видов, из 4 видов 20 рода находятся в Нахчыванской АР.  Из них 14 
видов рода Papaver L.,  Glaucium Хилл. 3 вида, Roemeria Medika 2 вида, 1 вид Chelidonium L. 
распространены  в Нахчыванской Автономной Республики.  
В  Нахчыванской  Автономной  Республике  из  этого  семейства  только  2  вида 
Chelidonium  majus  L.  и  Papaver  soiniferum  L.  распространено  в    культурной  флоре. 
Полученный  молочной  сок  из  основания  незрелой  коровки  вида  Papaver  soiniferum  L.  в 
медицине получают как самое ценное лекарство морфин, кодеин и стринхин. 
Из  семействе  Papaveraceae  Adans.  Glaucium    elegans    Fisch.  Papaver  L  включены  в 
Красную книгу Нахчыванской АР. 
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent  
M. Piriyev 


72 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
NAMİQ ABBASOV 
AMEA Naxçıvan Bölməsi 
E-mail: namiq-araz@mail.ru 
UOT: 581,9 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YAYILMIŞ GENTIANACEAE 
JUSS. - ACIÇİÇƏKKİMİLƏR FƏSİLƏSİNİN CENTAURIUM HILL - QIZILÇƏTİR 
CİNSİNİN NÖVLƏRİ 
 
Açar sözlər: Acıçiçəkkimilər, flora, fəsilə, qızılçətir, xalq təbabəti 
Ключевые слова: Горечавковые, флора, семейство, золототысячник, народная медицина 
Key words: Gentianaceae, flora, family, centaury, folk medicine 
Naxçıvan Muxtar Respublikasının kserofit tipli zəngin florası tarixi baxımdan Aralıq dənizi, 
Ön Asiya və İran florası ilə sıx genetik əlaqədə inkişaf edib formalaşmışdır. Hazırda aparılan son 
tədqiqatlara əsasən Naxçıvan MR müasir florası 176 fəsilə, 908 cins və 3021 bitki növü ilə təmsil 
olunur. Onlardan 1050 növü düzənlik hissədə, 1869 növü dağlıq hissədə (400 növü həm düzənlik, 
həm də dağlıq hissədə) yayılmışdır (7, s. 13-15).  
Naxçıvan  Muxtar  Respublikası  florasının  sənaye  və  dərman  əhəmiyyətli  nümayəndələrinə 
malik fəsilələrindən biri də Gentianaceae Juss. - Acıçiçəkkimilər fəsiləsidir. Bu fəsilənin bütün Yer 
kürəsində 65-ə yaxın cinsi və 800-ə qədər növü vardır. Azərbaycanda bu fəsiləyə daxil olan 6 cinsiə 
aid  23  növ  bitir.  Bu  fəsiləyə  aid  bitkilərə  demək  olar  ki,  bütün  qitələrdə  rast  gəlinir.  Bəzi 
növlərindən  elmi  və  xalq  təbabətində  dərman  bitkisi,  bəzilərindən  isə  dekorativ  bitki  kimi 
gülçülükdə istifadə edilir, digərləri isə alkoloidli, vitaminli bitkilər hesab olunurlar (8, s.81). 
Lakin muxtar respublika ərazisində indiyədək bu fəsilə az öyrənilmişdir.(1, s. 76-78; 2, s. 46-
48; 3, s. 181-182). Naxçıvan MR florasında fəsilənin cəmi 5 cinsi və 14 növü məlumdur (3, s. 181-
182).  2016-ci  ildə  Naxçıvan  MR  ərazisində  yayılmış  Gentianaceae  Juss.  fəsiləsinə  daxil  olan 
Centaurium  Hill  -  Qızılçətir  cinsinə  aid  olan  növlərin,  bioekoloji,  fitosenoloji  və  faydalı 
xüsusiyyətlərinin  öyrənilməsi  üçün  əraziyə  ekspedisiyalar  təşkil  olunmuşdur.  Eyni  zamanda 
ədəbiyyat  və  xəritə  materialları  əldə  olunmuş,  işin  metodikası  hazırlanmışdır.  Nəticədə  tədqiqat 
obyektinə  aid  müxtəlif  materiallar,  herbari  nümunələri  toplanılmış  və  geobotaniki  qeydlər 
götürülmüşdür. Həmçinin ayrı-ayrı növlərin fitosenozlarının fotoşəkilləri çəkilmişdir.  
GenusCentaurium Hill - Müxtəlif mənbələrdə bu cinsin adı müxtəlif cür yozulur. Beləki, 
latın dilindən tərcümədə bu bitkinin adı belədir: centum - “yüz” və aurum- “qızıl” deməkdir. Bu da 
bu bitkinin yüksək, ən qiymətli müalicəvi xüsusiyyətindən xəbər verir (8, s. 92). 
Çiçəkləri  çəhrayıdır,  5  (4)-üzvlüdür.  Kasacığı  borucuqşəkillidir,  5  bölümüdür.  Tacı 
silindrvari  nazik  uzunsov  borucuq  şəklində  olub,  5  bölümlüdür,  təxminən  yastı  büküşlüdür. 
Erkəkcikləri  tacın  borucuğunun  yuxarı  hissəsində  bitişmişdir.  Çiçəkləri  tökülən  zaman  tozluqları 
qıvrılmış  spiral  şəklində  borucuqdan  kənara  çıxırlar.  Sütucuğu  uzun,  sapşəkilli  və  ya  ikipərli 
ağızcığa  malikdir.  Qutucuğu  uzunsov  formada  olub,  bir  və  ya  demək  olar  ki,  ikiyuvalıdır, 
ikitaylıdır,  çoxlu  sayda  qırış  toxumları  vardır.  Qarşılıqlı  yerləşmiş  tam  oturaq  yarpaqları  olan 
dördtilli gövdəyə malik birillik, bəzən də ikiillik bitkilərdir. Centaurium Hill cinsinin Yer kürəsində 
(Avrasiya,  Şimali  və  Cənubi  Amerika  və  Avstraliya)  50-ə  yaxın  növü  vardır  ki,  bunlardan  6 
Qafqazda, 5 Azərbaycanda, 4 növünə isə Naxçıvan MR-də rast gəlinir (8, s. 82; 3. s. 3. 81). 
Bu cinsə daxil olan növlər xalq təbabətində acılıq verici, iştahartırıcı və həzmi yaxşılaşdırıcı, 
eləcə  də  malyariya  əleyhinə  vasitə  kimi  də  istifadə  olunurlar.  Son  mənbələrə  əsasən  qızılçətirin 
bütün  hissələrində  alkoloidlər  (quru  maddə  çəkisinin  0,6-0,95%),  əsasən  də  erirtrosin  alakloidi 
vardır(8, s. 82).  
Сentaurium pulchellum (Sw.) Druce - Qəşəng qızılçətir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə