Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   33   34   35   36   37   38   39   40   ...   127

77 
 
Şahbuz  rayonu  ərazisində  aşağı  dağlıq  qurşaq  (1200-1600  m)  cənub-qərbdən  cənub-şərqə 
doğru dar bir zolaq şəklində uzanır. Bu sahədə əsasən dördüncü dövrün allüvial, allüvial - prollüvial 
çöküntülərindən  və  qismən  üçüncü  dövrün  gillərindən  əmələ  gəlmişdir.  Iqlimin  kontinentallığı, 
relyef  və  torpaq  örtüyü  ərazidə  müxtəlif  bitki  formasiyalarının  yaranmasına  səbəb  olmuşdur. 
Ərazidə illik yağıntının miqdarı 220-300 mm təşkil etməklə, əksər hissəsinin yaz aylarında düşməsi 
ilə əlaqədar bitkilər sürətlə inkişaf edir. Həmçinin ərazi nisbətən yarımsəhra formasiyalarına daxil 
olan taxıl və ot bitkilərinin müxtəlif növləri ilə zəngindir. Bunlar əsasən Lerxian yovşan (Artemisia 
lerchiana Web.), kserofitlərdən otvari kəvər (Capparis herbaceae Willd.), əzgən (Kochia prostrata 
(L.)  Schrad.),  şoran  (Salsola  nodulosa  (Moq.)  Iljin),  ağacvari  şoran  (S.dendroides  Pall.),  çərən 
(S.ericoides  Bieb.),  çox  illik  otlardan  Helianthemum  salicifolium  (L.)  Mill.,  Cousinia  macroptera 
C.A.Mey., Carduus arabicus Jacq., Verbascum saccatum C.Koch, paxlalılardan Medicago minima 
(L.) Bartalini, Alhagi pseudalhaqi (Bieb.) Fisch., soğanaqlılardan Gagea reticulata (Pall.) Schult. & 
Schult.f.,  G.chlorantha  (Bieb.)  Schult.  &  Schult.f.,  Muscari  caucasicum  (Griseb.)  Baker,  Tulipa 
biflora Pall. və s. bitkilərdən ibarətdir. 
Bundan  əlavə  aşağı  dağ  qurşağı  üçün  çöl  zonasının  bitkiliyi  də  xarakterikdir.  Zonada 
hündürlüyün  artması  ilə  əlaqədar  olaraq  yağıntının  miqdarı  300  -  400  mm-  ə  çataraq,  burada 
yovşanlı-ağotlu, ağotlu formasiyalar (şiyav, ağot, təkəsaqqalı, tonqal otu, dəli buğda, sarı yonca, çöl 
noxudu, topal otu, müxtəlif ot bitkiləri və efemerlər) yayılmışdır. Ərazidə bitki formasiyaları altında 
əsasən  şabalıdı  və  açıq  şabalıdı  torpaqlar  formalaşmışdır.  Yarımsəhra  zonasında  olduğu  kimi  bu 
sahələrdə  də  bitkilər  yayın  ortalarında,  quraqlıq  başlananda  tələf  olur  və  rütubətin  çatışmaması 
nəticəsində  bitki  qalıqları  istidən  tez  minerallaşaraq  tam  üzvi  madələrə  çevrilə  bilmir.  Nəticədə 
torpağın üst qatında üzvi maddələr az miqdarda toplanır. Buna görə də aşağı dağlıq qurşağında çox 
az göbələk növünə rast gəlmək olur. Belə ki, tədqiqatlar zamanı toplanmış göbələk nümunələrinin 
təyini  və  ədəbiyyat  məlumatlarının  araşdırılması  nəticəsində  aşağıdakı  növlər  müəyyən 
olunmuşdur:  Terfezia  leonis  Tul.,  Agaricus  campestris  L.,  A.silvaticus  Schaeff.,  A.  xanthodermus 
Genev.,  Macrolepiota  excoriata  (Schaeff.)  M.M.Moser,  Leucoagaricus  leucothites  (Vittad.) 
Wasser, Montagnea arenaria (DC.) Zeller, Coprinus comatus (O.F. Müll.) Pers., Bovista plumbea 
Pers.,  Battarrea phalloides (Dicks.) Pers.,  Volvariella  bombycina  (Schaeff.:  Fr.) Singer,  Pleurotus 
ostreatus (Jacq.) P.Kumm., Agrocybe arenicola (Berk.) Singer, Xeromphalina campanella (Batsch) 
Kühner  &  Maire,  Mycena    polygramma  (Bull.)  Gray,  M.  pura  (Pers.)  P.Kumm.,  Psathyrella 
frustulenta (Fr.) A.H. Smith., Coprinopsis atramentaria (Bull.) Redhead, Coprinellus  disseminatus 
(Pers.)  J.E.  Lange,  C.  micaceus  (Bull.)  Vilgalys,  C.  xanthothrix  (Romagn.)  Vilgalys,  Hopple  & 
Jacq.  Johnson,  Lentinus    tigrinus  (Bull.)  Fr.,  Polyporus  arcularius  (Batsch)  Fr.,  P.  squamosus 
(Huds.) Fr., Cantharellus  cibarius Fr.  
Aparılan  təaqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  Şahbuz  rayonunun  aşağı  dağlıq 
qurşağında  papaqlı  göbələklərin  19  cinsdə  cəmlənmiş  26  növünə  rast  gəlinir  [5,  s.15].  Ərazidə 
yayılan  papaqlı  göbələklər  növ  tərkibinə  görə  azlıq  təşkil  etməsinə  baxmayara,  bunlar  içərisində 
Terfezia  leonis  Tul.,  Agaricus  campestris  L.,  Macrolepiota  excoriata  (Schaeff.)  M.M.Moser, 
Coprinus comatus (O.F. Müll.) Pers., Bovista plumbea Pers., Volvariella bombycina (Schaeff.: Fr.) 
Singer, Pleurotus ostreatus (Jacq.) P.Kumm., Cantharellus  cibarius Fr. növləri qida əhəmiyyətinə 
görə  xüsusilə  fərqlənirlər.  Bu  növlər  hər  il  əhali  tərəfindən  daima  toplanılaraq  qida  kimi  istifadə 
olunur.  
 Aşkar  edilən  Terfezia  leonis  Tul.  növü  Azərbaycan  Respublikasının  Qırmızı  kitabına 
salınmışdır [1, s.275]. 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan Respublikasının Qırmızı kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk 
növləri. İkinci nəşr. Bakı, Şərq-Qərb, 2013, 676 s. 
2.
 
Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, Elm, 1999, 226 s. 
3.
 
Hacıyev  S.Ə.  Naxçıvan  Muxtar  Respublikası  torpaqlarının  eko-coğrafi  şəraiti.  Bakı,  MBM, 
2009, 108 s. 


78 
 
4.
 
Məmmədova  S.A.,  Qənbərov  X.Q.  Talışın  dağətəyi  və  aşağı  dağ  qurşaqları  meşələrində 
mikoriza  əmələ  gətirən  bazidial  göbələklərin  yayılması  //  Bakı  Dövlət  Universitetinin 
Xəbərləri, Təbiət elmləri seriyası, 2006, № 2, s. 61-63 
5.
 
Seyidova  H.S.    Nahçıvan  Özerk  Cumhuriyyəti  Şahbuz  İlçesi  Makrofungusları  //  Kafkaz 
Üniversiteti Fen Bilimləri Enstitüsü Dergisi, 2010, C. 3, № 2, s. 65-72 
6.
 
Seyidova  H.S.  Naxcıvan MR-in  Şahbuz rayonunda  yayılan papaqlı  göbələklərin  taksonomik 
spektri // AMЕA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət  və tеxniкi еlmlər sеriyası, 2011, № 
4, s.128-136 
7.
 
Seyidova  H.S.  Naxçıvan  Muxtar  Respublikasının  Şahbuz  rayonunda  yayılan  papaqlı 
göbələklər. Biol. üzrə fəl.dok. ... diss. avtoref. Bakı, 2011, 24 s. 
8.
 
Seyidova H.S.,  Hüseyn E. Macrofungi  of Nakhchivan (Azerbaijan) Autonomous Republic // 
Turkish Journal of Botany, 2012, Volume 36, Issue 6. pp.  761-768 
9.
 
Talıbov  T.H.  Naxçıvan  MR  flora  biomüxtəlifliyi  və  onun  nadir    növlərinin  qorunması 
(Cormobionta üzrə). Bakı, Elm, 2001, 192 s. 
10.
 
Ахундов Т.М. Микофлора Нахичеванской АССР, Баку, Элм, 1979, 166 с. 
11.
 
Ибрагимов  А.Ш.  Ратительность  Нахичеванской  Автономной  Республике  и  ее 
народнохозяйственное значение. Баку, Элм, 2005, 230 с. 
12.
 
Прилипко Л.И. Растительные отношения в Нахичеванской АССР. Баку, Изд.Аз. ФАН, 
1939, т.VII, 196 с. 
13.
 
Садыхов А.С. Шляпочные грибы Ленкоранской зоны Азербайджанской ССР: Дис. … 
канд. биол. наук. Баку, 1968, 262 с. 
 
ABSTRACT 
 
Hamida Seyidova 
 
The mushrooms spread in low-mointain zone of shahbuz district of the Nakhchivan 
Autonomous Republic 
 
This  article  provides  information  about  mushrooms,  widespread  in  low-mountain  of 
Shahbuz  district  of  Nakhchivan  Autonomous  Republic.  Low-mountain  zone  is  located  within  the 
1200-1600  m  above  sea  level  and  a  narrow  band  stretching  from  the  south  -  west  to  south  -  east. 
This  area  is  relatively  more  common  plants  that are  part  of  the  semi-desert  formations  -Artemisia 
lerchiana  Web.,Capparis  herbacea  Willd.,Kochia  prostrata  (L.)  Schrad.,Salsola  nodulosa  (Moq.) 
Iljin,S.dendroides  Pall.,S.ericoides  Bieb.,  Helianthemum  salicifolium  (L.)  Mill.,Cousinia 
macroptera C.A.Mey.,Carduus arabicus Jacq.,Verbascum saccatum C.Koch,Medicago minima (L.) 
Bartalini,Alhagi 
pseudalhaqi 
(Bieb.) 
Fisch.,Gagea 
reticulata 
(Pall.) 
Schult. 

Schult.f.,G.chlorantha  (Bieb.)  Schult.  &  Schult.f.,Muscari  caucasicum  (Griseb.)  Baker,Tulipa 
biflora Pall. and etc. The studies found that in low-mountain of Shahbuz district spread 26 species 
of mushrooms belonging to the 19 genus. Under the plant formations mainly formed by brown and 
light  brown  soils.  As  in  the  semi-arid  zone  and  in  this  area  in  the  middle  of  the  summer  drought 
plants  die,  because  of  the  heat  and  lack  of  moisture  the  plant  residues  cannot  by  mineralization 
quickly  turn  into  organic  matter.  As  a  result,  the  top  layer  of  soil  organic  matter  accumulates  in 
insufficient quantities. For this reason, in this zone of the species composition of mmushrooms lean. 
Of  the  species-Terfezia  leonis  Tul.,Agaricus  campestris  L.,Macrolepiota  excoriata  (Schaeff.) 
M.M.Moser,Coprinus  comatus  (O.F.Müll.)  Pers.,  Bovista  plumbea  Pers.,Volvariella  bombycina 
(Schaeff.:Fr.)  Singer,Pleurotus  ostreatus  (Jacq.)  P.Kumm.,Cantharellus    cibarius  Fr.  discovered 
very  different  in  nutritional  value,  and  each  year  the  local  population  is  used  in  food.  Species  -
Terfezia leonis Tul. included in the "Red Book" of Azerbaijan Republic . 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə