Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   21   22   23   24   25   26   27   28   ...   127

51 
 
 
Nəticələr və müzakirələr: Ekspedisiyalar nəticəsində tərəfimizdən müəyyən olunmuşdur ki, 
armud  sort  və  formaları  əsasən  muxtar  respublikanın  Ordubad,  Culfa,  Babək,  Şahbuz,  Kəngərli, 
Şərur və az bir hissəsi Sədərək rayonlarının dağlıq, dağətəyi və az bir hissəsi isə düzən zonalarında 
becərilir.  2011-ci  ildən  başlayaraq  Naxçıvan  Muxtar  Respublikasının  bütün  zonalarında  becərilən 
armud sort və formalarının “Genofond - Kolleksiya bağı”na toplanmasına, yeni sortların introduk-
siyasına,  sortların  təsərrüfat  və  aqro-bioloji  xüsusiyyətlərinin  öyrənilməsinə  başlanılmışdır. 
Gələcəkdə  bu  sort  və  formalar  üzərində  seleksiya  işlərinin  də  aparılması  nəzərdə  tutulmuşdur. 
Ərazidə  armudun  50-dən  çox  sort  və  formalarının  olmasına  baxmayaraq,  təəssüf  ki,  onların  bir 
neçəsi artıq sıradan çıxmaq üzrədir. Elə buna görədə həmin sort və formaları geniş yayılmış sort və 
formalarla  birlikdə  İnstitutumuzun  kolleksiya  bağında  əkərək,  onların  bərpası  işidə  davam 
etdirilmişdir. Müəyyən edilmiş yerli və introduksiya olunan sort və formalar əsasən yaylıq, payızlıq 
və qışlıq olmaqla 3 qrupa bölünürlər. Bu sort və formalar aşağıdakılardır.  
 
Yaylıq  sort  və  formalar:  Abbasbəyi,  Yay  armudu,  Qızılı,  Mehdi  armudu,  Sarı  Şəkəri, 
Qırmızı  Şəkəri,  Cır  Nadiri,  Kəpəyi,  Mələçə,  Hivili,  Hacı  Miri,  Qax  armud,  Mürəbbəlik  armud, 
Uzun saplaq armud, Turşu armudu, Xamırı armud, Meşə gözəli, Yaylıq Vilyams, Klappın sevdiyi;  
Payızlıq  sort  və  formalar:  Şəkəri,  Dırnısı,  Zöhrə  armudu,  Nar  armud,  Əhmədqazı,  Yaşıl 
armud, Sini armudu, Vilyams, Şüşə armud, Duşes Anqulem, Bere-Bosk;  
Qışlıq sort və formalar: Mıxəyi,  Lətifə, Ordubadi, Qorxmazı, Daş armud, Nəsirin armudu, 
Bal armud, Bildirçin budu, Xoyi, Milagı, Ardanpon;  
Yeni  aşkar  edilmiş  formalar:  Güney  Qışlaq-1,  Oğlanqala-1,  Çalxanqala-1,  Şıxmahmud-2, 
Milax-2, Əndəmic-2, Nüs-Nüs-1, Yeycə-2, Axura-1, Vayxır-2, Payız-1, Buzqov-1. 
 
2011-2015-ci illər ərzində həmin sortların əksəriyyətinin fenoloji fazaları izlənilmiş və aqro-
bioloji xüsusiyyətləri öyrənilmişdir. 
 
Naxçıvan MR-in meyvə bağlarında, o cümlədən “Genofond-Kolleksiya bağı”nda becərilən 
20-dən  çox  sort  və  formalardan  10  sort  və  formalar  yüksək  məhsuldarlığına,  xəstəlik  və 
zərərvericilərə  davamlılığına,  şaxtaya  xüsusən  də  yaz  şaxtalarına  dözümlülüyünə,  meyvələrin 
çəkisinə  və  görünüşünə  görə  başqa  sort  və  formalardan  fərqlənirlər.  Fərqlənən  sort  və  formaların 
aqro-bioloji xüsusiyyətləri, fenologiyası və pomoloji göstəriciləri də öyrənilmiş, AMEA-nın həqiqi 
üzvü  T.H.Talıbovun  tərtib  etdiyi  xüsusi  vərəqədə  qeyd  edilmişdir.  Perspektivli  sort  və  formaların 
pomoloji xüsusiyyətləri aşağıda verilmişdir. 
Yay armudu: - Şərur rayonunun əksər kəndlərində və Sədərək rayonunun Dəmirçi kəndində 
fərdi  təsərrüfatlarda  geniş  yayılmışdır.  Ağacının  hündürlüyü  3-5  m,  çətiri  piramida  şəkillidir. 
Gövdəsinin qabığı  bozumtul-qəhvəyi rəngdədir.  Birillik  zoğları  8-10 sm  uzunluğundadır. Yarpağı 
enli lanset şəkildə, ucu miz, rəngi açıq-yaşıldır. Aprelin əvvəlində çiçəkləyir. Meyvəsi uzunsov, iri, 
110-120q  olmaqla  forması  armudşəkillidir.  Meyvə  saplağının  uzunluğu  30-35  mm,  qalınlığı  4-5 
mm-dir.  Meyvəsinin  rəngi  açıq-sarı,  ləti  ağ,  kövrək  və  şirəlidir.  İyunun  üçüncü  ongünlüyündə 
yetişir. Meyvəsi mürəbbə və kompot üçün əvəzedilməz xammaldır. Xəstəlik və zərərvericilərə qarşı 
orta dərəcədə davamlıdır. 
Qızılı:- Naxçıvan MR-də geniş  yayılmış qədim sortlardandır. Şərur rayonunun Oğlan qala, 
Diyadın,  Daşarx,  Danyeri  kəndlərində  çox  geniş  yayılmılşdır.  Ağacı  çox  hündür  6-8  metr,  çətiri 
geniş  düzünə  yayılmışdır.  Gövdəsi  açıq-qəhvəyi  rəngdədir.  Aprel  ayının  ikinci  ongünlüyündə 
çiçəkləyir.  Meyvəsi  iri,  140-160  qram  ağırlığında  olur.  Bir  ağacdan  50-70  kq  meyvə  yığılır. 
Meyvənin qabığı nazik, üstü hamar, açıq-sarı rəngdədir. Gün tutan tərəfi azacıq qırmızıdır. Meyvə 
saplağının  uzunluğu  20-25  mm,  qalınlığı  isə  1,5-2  mm-dir.  Meyvənin  ləti  zərif,  şirəli,  xoş  ətirə 
malikdir. İyulun ikinci ongünlüyündə yetişir, xəstəlik və ziyanvericilərə qarşı davamlıdır. 
Mehdi  armudu:-  Naxçıvan  MR-in  ən  qiymətli  yay  sortudur.  Demək  olar  ki,  muxtar 
respublikanın bütün  rayonlarında geniş  yayılmışdır. O cümlədən də Şərur və Sədərək rayonlarının 
bir çox kəndlərində fərdi həyətyanı sahələrdə geniş becərilməkdədir. Ağacı hündür 5-7 metr, çətiri 
sallaq, ətrafa geniş yayılır. Birillik zoğları tünd qəhvəyidir. Uzunluğu 20-22 sm-dir. Yarpağı lanset 
şəkilli olub qabırğalıdır. Tez çiçəkləyir, meyvəsi uzunsov armud şəklindədir. Meyvəsinin üzərində 
çoxlu kiçik xallar vardır. Rəngi sarı, gün tutan hissəsi azacıq çəhrayı zolaqlıdır. Ləti zərif, sarımtıl-


52 
 
ağ, çox şirəli, yumşaq və şirindir. Meyvəsi iri, hər meyvənin çəkisi 100-130 q olur. Çox məhsuldar 
sortdur, hər ağacdan 110-120 kq məhsul verir. Mürəbbə və kompot üçün qiymətlidir. Meyvələri iyul 
ayının əvvəllərində dərilir. Daşınma üçün əlverişlidir, xəstəlik və zərərvericilərə qarşı davamlıdır. 
Lətənzi:- Naxçıvan MR-in qədim yerli sortlarındandır. Şərur və Sədərək rayonlarının dağlıq 
və dağətəyi zonalarında geniş yayılmışdır. Ağacı orta hündürlükdədir. Hündürlüyü 3-4 metrə çatır. 
Çətiri  piramida  formasında  olub,  budaqları  ətrafa  az  yayılandır.  Şərur  və  Sədərək  rayonları 
ərazisində  aprel  ayının  ikinci  ongünlüyündə  çiçəkləyir.  Birillik  zoğları  qəhvəyi  rəngdə  olmaqla, 
uzunluğu  12-15  sm-dir.  Yarpağı  ensiz  lanset  formasındadır.  Meyvələrinin  orta  çəkisi  90-120  q, 
forması  uzunsov-armudvaridir.  Qabığı  qalın,  rəngi  açıq-yaşıldır.  Ləti  sarımtıl-ağ,  yağlıtəhər,  çox 
sulu,  şirin  və  ətirlidir.  Məhsuldar  sortdur,  hər  ağacdan  orta  hesabla  80-100  kq  məhsul  verir. 
Daşınma üçün çox əlverişlidir. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. 
Xoyi:-  Naxçıvan  Muxtar  Respublikasında  çox  geniş  yayılmış  qədim  sortlardandır.  Ağacı 
hündür  6-7  metr,  çətiri  girdə  formasındadır.  Gövdəsi  qəhvəyi  rəngdə,  üzəri  cadarlıdır.  Şərur 
rayonunun Danyeri kəndində fərdi həyətyanı sahələrdə geniş yayılmışdır. Aprel ayında çiçəkləyir. 
Meyvəsi  150-190  q  ağırlığındadır.  Qabığı  nazik,  limonu-sarı  rəngdə  olub,  yanağı  al  qırmızıdır. 
Meyvəsinin hər yerində çoxlu kiçik yaşıl xalları vardır. Ləti ağ, sulu, şirəli və ətirlidir. Hər ağacdan 
orta  hesabla  80-90  kq  məhsul  alınır.  Avqust  ayında  yetişir,  2-3  ay  saxlamaq  olur.  Xəstəlik  və 
zərərvericilərə qarşı davamlıdır. 
Ardanpon:-  Qışlıq  Fransız  sortudur.  Yerli  adla  “Qara  qoşa”  adı  ilə  adlanır.  Naxçıvanda  o 
cümlədən Şərur və Sədərək  rayonlarında  geniş becərilir.  Ağacları  hündür,  çətiri  piramida şəkillidir. 
Meyvələri  heyva  şəkilli  olub,  üzəri  kələ-kötürdür.  Meyvələrinin  orta  kütləsi  420-430  q  olur.  Rəngi 
yaşıl-sarımtıl, bəzi yerlərində pas ləkələri olur. Meyvə saplağı qalın, uzunluğu 40 mm, qalınlığı isə 4-
5 mm-dir. Yarpağı oval şəkilli, uc hissəsi kəskin sivridir. Ləti ağımtıl, şirinliyi orta, daşlaşmış hissəsi 
az,  xırçıldayandır.  Meyvələri  sentyabrın  axırında,  oktyabrın  əvvəllərində  dərilir.  Tam  yetişdikdə 
saralır. Mart ayına kimi saxlamaq olur. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. 
Oğlanqala-1:-  Yeni  aşkar  olunmuş  formadır.  Şərti  olaraq  yerləşdiyi  ərazinin  adı  ilə 
adlandırılmışdır.  Ağacı  alçaqboy,  çətiri  piramida  şəkillidir.  Meyvəsi  oval  şəkilli,  zirvəsi  basıqdır. 
Hər  meyvənin  orta  kütləsi  80-120  qramdır.  Şəkəri  sortotipinə  bənzəyir.  Lakin  saplağının 
uzunluğuna və formasına görə həmin sortdan fərqlənir. Rəngi sarı olub,  üzərində nəzərə çarpacaq 
dərəcədə  çox  kiçik  qonur  ləkələr  vardır.  Ləti  ağımtıl,  orta  dərəcədə  şirindir.  Saplağının  uzunluğu 
35-40  mm,  qalınlığı  4-5  mm-dir.  Sentyabrın  sonlarında  yetişir.  Yanvar-fevral  aylarına  kimi 
saxlamaq olur. Daşınma üçün əlverişlidir. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. 
Çalxanqala  -1:-  Yeni  aşkar  olunmuş  formadır.  Şərti  olaraq  yerləşdiyi  ərazinin  adı  ilə 
adlandırılmışdır.  Ağacı  alçaqboy,  çətiri  piramida  şəkillidir.  Meyvəsi  oval  şəkilli,  zirvəsi  basıqdır. 
Hər  meyvənin  orta  kütləsi  180-200  qramdır.  Şəkəri  sortotipinə  bənzəyir.  Lakin  saplağının 
uzunluğuna və formasına görə həmin sortdan fərqlənir. Rəngi sarı olub,  üzərində nəzərə çarpacaq 
dərəcədə  çox  kiçik  qonur  ləkələr  vardır.  Ləti  ağımtıl,  orta  dərəcədə  şirindir.  Saplağının  uzunluğu 
35-40  mm,  qalınlığı  4-5  mm-dir.  Sentyabrın  sonlarında  yetişir.  Yanvar-fevral  aylarına  kimi 
saxlamaq olur. Daşınma üçün əlverişlidir. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. 
Yəni  hər  bir  sort  və  formaların  ayrı  ayrılıqda  xüsusi  çəkisi,  rəngi,  meyvənin  dadı,  tumun 
rəngi və çəkisi, saplağının uzunluğu, meyvənin hündürlüyü, diametri, ağacın hündürlüyü, çətirinin 
forması,  ştambın  diametri  və  hündürlüyü  ölçülərək  qeyidlər  götürülmüşdür.  Həmçinin  Güney 
Qışlaq-1,  Oğlanqala-1,  Çalxanqala-1,  Şıxmahmud-2,  Milax-2,  Əndəmic-2,  Nüs-Nüs-1  və  s. 
formaların  pomoloji  xüsusiyyətləri  və  aqro-bioloji  xüsusiyyətləri  öyrənilmişdir.  Qeyd  etmək 
lazımdır ki, göstərilən bu sort və formalar qiymətli genetik xüsusiyyətlərə malikdir. 
Nəticə 
 
Respublikada aqrar sahədə aparılan islahat torpaqlardan səmərəli istifadə olunmasını və torpaq 
munbitliyinin qorunub saxlanmasını  günün vacib problemi kimi qarşıya qoyur. Bu problemin həlli öz 
əksini  bir  cox  məsələlər  ilə  yanaşı  vahid  sahədən  yüksək  məhsuldarlıq  əldə  etməkdən  ötrü  yüksək 
keyfiyyətli  və  hər  bölgənin  torpaq-iqlim  şəraitinə  uyğunlaşmış  sortlardan  istifadə  edilməsi  məqsədə 
uyğundur.  Buna  gorədə  muxtar  respublika  ərazisində  becərilən  armud  sortlarının  yüksək  genetik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə