Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   17   18   19   20   21   22   23   24   ...   127

43 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80)
 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
HİLAL QASIMOV 
Naxçıvan Dövlət Universiteti 
E-mail: hilal_1964@mail.ru 
UOT: 616.2:615.5  
 
BÖYRƏK VƏ SİDİK YOLLARI XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ 
 İSTİFADƏ EDİLƏN BİTKİLƏR 
Açar  sözlər:  böyrək  xəstəlikləri,  xalq  təbabəti,  Urtica  dioica,  Achillea  millefolium,  Ononis 
arvensis  
Key words: болезни почек, народная медицина, Urtica dioica, Achillea millefolium, Ononis 
arvensis 
Ключевые слова: kidney diseases, traditional medicine,  Urtica dioica, Achillea millefolium,, 
Ononis arvensis 
Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Ulu babalarımız 
öz  azar-bezarlarını  bitkilərdən  hazırladıqları  dərmanlarla  müalicə  ediblər.  Həmin  müalicə  üsulları 
zamanın  sınağından  uğurla  çıxıb  və  bugünkü  elmi-texniki  tərəqqi  əsrində  də  öz  əhəmiyyətini 
itirməyib.  Qeyd  etmək  lazımdır  ki,  bitkilərdən  hazırlanan  dərmanlar  heç  vaxt  fəsad  törətmir. 
Böyrək, sidik yolları, sidik kisəsi xəstəliklərinin müalicəsində xalq təbabətinə məlum olan bir çox 
bitkilər  insanlar  tərəfindən  öyrənilmiş  və  sınaqdan  keçirilmişdir  ki,  bu  bitkilər  indi  də  öz 
əhəmiyyətini  saxlamaqdadır.  Tərəfimizdən  aparılan  tədqiqatlar  və  ədəbiyyat  materialları  əsasında 
[2,  3,  4]  bu  xəstəliklərin  müalicəsində  istifadə  edilən  bitkilərin  taksonomik  tərkibi  müəyyən 
edilmişdir:  Urtica  dioica  L.  -  İkievli  gicitkan,  Capsella  bursa  -  pastoris  (L.)  Medik.  -  Adi 
quşəppəyi,  Betula  pendula  Roth  -  Əyilən  tozağacı,  Achillea  millefolium  L.  –  Adi  boymadərən, 
Vaccinium  vitis-idaea  L.  -  Dirəkşəkilli  mərcangilə,    Persicaria  hydropiper  (L.)  Spach  –  Acı 
qırmızıbaş subibəri, Polygonum aviculare L. – Quş qırxbuğumu, Ononis arvensis L.- Əkin ononisi, 
Centaurea  cyanus  L.  –  Əkin  güləvəri,  Viola  arvensis  Murr.  -  Çöl  bənövşəsi,  Viola  tricolor  L.  - 
Üçrəng  bənövşə,  Sambucus  nigra  L.  –  Qara  kəndalaş,  Atropa  belladonna  L.  –  Adi  xanımotu, 
Calendula officinalis L. - Dərman gülümbaharı, Adonis vernalis L. - Bahar xoruzgülü, Podophyllum 
peltatum  L.  –  Qalxanabənzər  podofil,  Ammi  majus  L.  –  Böyük  dişqurtlayan,  Ammi  visnaga  (L.) 
Lam. - Kökəbənzər dişqurtlayan, Tanacetum vulgare L. – Adi dağtərxunu, Helichrysum araxinum 
Takht.-Araz  solmazçiçəyi,,  Apium  graveolens  L  –  İyli  kərəviz,    Allium  porrum  L.  -  Kəvər  soğan, 
Allium sativum L – Sarımsaq soğan, Raphanus sativus L. – Əkin turpçası, İnula helenium L. – Uca 
andız,  Nigella  nigra  L.  –  Qara  çörəkotu,  Alchemilla  veronica  Juz.-  Damarlı  şaxduran,    Tribulus 
terrestris L. – Sərilən dəmirtikan, Agrimonia Eupatoria L. – Avropa gücotu, Equisetum arvense L.- 
Çöl qatırquyruğu, Rubia tinctorum L. – Boyayıcı boyaqotu, Rubia iberica (Fisch. Ex DC.) C. Koch 
-  Gürcü    boyaqotu,  Ungernia  victoris  Vved.  ex  Artjushenko  –  Viktor  ungerniyası,  Physostigma 
venenosum Bulf. - Zəhərli fizostiqma. Onların bəziləri haqqında ətraflı bilgi vermək istərdik [1]: 
 
Capsella bursa - pastoris (L.) Medik. - Adi quşəppəyi. Bir və ya ikiillik bitkidir. Milşəkilli 
kök  sisteminə  malikdir.  Gövdəsi  tək  və  ya  budaqlanan  olub,  hündürlüyü  20-60  sm-dir.  Kök 
üzərindəki yarpaqları 5-15 sm, əmələ gətirdiyi rozetlər bütöv və ya üçbucaqşəkilli bölümlü, adətən 
qanadları dişcikli və ya girintili-çıxıntılı dişciklidir. Gövdədəki yarpaqları növbəli, oturaq, girintili-
çıxıntılı  dişcikli  və  ya  bütöv,  zirvə  yarpaqları  getdikcə  azalandır.  Zirvə  çiçəkləri  fırçaşəkilli  olub, 
ayaqcıqlarının uzunluğu 2-4 mm-dir. Ləçəkləri ağ rəngli sayı 4 ədəd olub, uzunluğu 2-3 mm olub, 
kasayarpaqlarından  hündürdür.  Bütün  Azərbaycanda  yayılmışdır.  Bütün  zonalarda-meşə,  çöl  və 
meşə-çöldən başlamış, dağlıq və subalp qurşaqlara qədər ərazilərdə bitir. 
Yayda  çiçəkləmə  fazasından,  meyvə  verənə  qədər  olan  müddətdə  qazıb  çıxarmaqla  və  ya 
kəsməklə  toplanılmalıdır.  Kökləri,  saralıb  solmuş  yarpaqları,  torpaqla  çirklənmiş  və  zədələnmiş 


44 
 
şehli hissələri atılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgəli yerlərdə hava isti olduqda 5-7 
gün  və  ya  45
0
C  temperaturda  ventilyasiya  şəraitində  quruducu  şkafda  qurudulmalıdır.  Quru 
xammalın itkisi 26-28% olur.  
Hipotenziv,  hərarətsalıcı,  büzücü  və  sidikqovucu  xüsusiyyətə  malikdir.  Təzə  bitkidən 
hazırlanmış  soku  güclü  qankəsicidir.  Hipertoniya  və  ateroskleroz  xəstəliyində  təyin  edilir.  Yazda 
cavan  yarpaqları  salat  kimi  yeyilir.  Dəmləməsi  başlıca  olaraq  mədə-bağırsaq  traktı,  ishal,  öd  və 
böyrəkdaşı,  maddələr  mübadiləsi  pozğunluğu  ilə  gedən  podaqra  və  revmatizmdə  işlədilir. 
Quşəppəyi yaxşı qankəsici maddə kimi uşaqlıq, mədə və böyrək qanaxmalarında tətbiq edilir.  
Urtica  dioica  L.  -  İkievli  gicitkan.  Çoxillik  ot  bitkisi  olub,  çoxsaylı  möhkəm  tükcüklərdən 
ibarətdir.  Kökümsovu  üfüqi,  qaytanabənzər,  yeraltı,  hətta  yerüstü  budaqlanan,  sarı  rəngli  nazik 
kökümsovlardan ibarətdir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 150-200 sm, küt, dənəvər olub, 
yuxarı hissəsi budaqlanandır. Yarpaqları qarşı-qarşıya, tünd-yaşıl,  yumurtavari və  ya neştərşəkilli, 
çoxdişcikli, ürəkşəkilli və uzun itiuclu zirvəsi vardır. Azotu bol olan torpaqlarda, kölgəli və yaşayış 
yerlərinin də çay kənarlarında, zibilli yerlərdə, oba yerlərində və xam meşələrdə yayılmışdır. 
 
 
 
Urtica dioica L. -  İkievli gicitkan 
Çiçəkləyən zaman  yarpaqları  yığılır. Çoxillik yabanı ikievli gicitkanın yarpaqları iyun-iyul 
aylarında xammal kimi toplanılır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 40-50
0

temperaturda ventiliyasiya şəraitində quruducu şkafda qurudulmalıdır.  
Podaqra,  revmatizm,  diatez,  ekzema,  hipoqalaktiya  (süd  ifrazının  azlığı),  şəkərli  diabet, 
hemorroy,  malyariya  və  piylənmələrdə  tətbiq  edilir.  Dəmləməsi  yanıq,  yara  və  zədələnmələrdə 
dərinin  regenerasiya  prosesini  normallaşdırır.  Cavan  bitkinin  soku  öd  və  böyrək  daşlarının 
əridilməsinə  kömək  edir.  Gicitkanın  kökü  öd  və  böyrəklərdə  «ilişib  qalan»  daşlar  üçün  olduqca 
yaxşı  dərmandır.  Bunun  üçün  ən  yaxşı  gicitkanın  toxumu  hesab  olunur.  Xaricə  tətbiqində 
yanıqlarda  (zəif  isladıcı),  yaraların  müalicəsində,  ekzemada,  dəri  qaşınmalarında,  oynaq 
revmatizmində əvəzedilməz hesab olunur.  
 
 Betula pendula Roth - Əyilən tozağacı - Vulnarable-VU A2cdYarpağı tökülən ağac bitkisi 
olub, hündürlüyü 20 m, hamar, ağ və qabığı asan soyulandır. Yaşlı ağacın qabığının əsası tünd-sarı 
rəngli olub, dərin çatlardan ibarətdir. Adətən budağı sallanan, cavan gövdəsi qırmızı-qonur, çılpaq 
və  qapalı  metal  parıltılı  qatran  ziyilciklərindən  ibarətdir.  Yarpaqları  növbəli,  yumurtaşəkilli-
rombvari  və  ya  üçbucaqvari-yumurtaşəkilli,  kənarları  çılpaq  olub,  cavan  yarpaqları  yapışqanlıdır. 
Dişi  və  erkək  çiçəkləri  sırğaşəkillidir.  Erkək  çiçəklərinin  uzunluğu  5-6  sm  sallanan  olmaqla, 
gövdənin  sonunda  2-3  ədəddir.  Dişi  çiçəkləri  silindrik,  uzunluğu  2-3sm,  tək  olmaqla,  qısa  yan 
budaqların  üzərində  olur.  Tüklü  tozağacı  yumşaq,  qısa  sallanmayan  budaqları,  yaşlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə