Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   13   14   15   16   17   18   19   20   ...   127

35 
 
Zərərvericilərə  qarşı  aşağıdakı  insektisidlərdən  istifadə  edilir.  25%-li  Arrivonum  0,3-0,4 
l/ha;  10%-li  Danitolin  1,5-2  l/ha;  2,5%-li  Desis  0,7  l/ha;  5%-li  Karate  0,5  l/ha;  10%-li  Fostak  0,5 
l/ha; 2,5%-li Buldok 0,4 l/ha; 40,8%-li Drusba 2 l/ha.  
Xəstəliklərə  qarşı  toxumların  dərmanlanmasında  80%-li  TMTD  (1,5-2  kq/ton);  75%-li 
Vitavaks 200 (2 kq/t); 2,5%-li Premis (1,2 kq/t).  
Qarğıdalı bitkisindən yüksək və sabit məhsul almaq üçün ən mühüm aqrotexniki tədbirlərdən 
biri  də  səpin  müddətinin  və  səpin  normasının  düzgün  təyin  edilməsidir.  Ədəbiyyat  mənbələrindən 
məlumdur  ki,  aqrotexniki  tədbirlərdən  heç  biri  bitkilərin  böyümə  və  inkişafının  gedişinə  səpin 
müddəti qədər təsir göstərə bilməz [4, s. 17-18]. Səpin müddəti hətta qarğıdalı bitkisinin xəstəliklərə 
tutulmasına, ziyanvericilərlə zədələnməsinə, dənin yetişmə vaxtına da təsir göstərir. 
Qarğıdalı  bitkisinin  becərilməsində,  ondan  yüksək  keyfiyyətli  məhsul  əldə  edilməsində  və 
yüksək bioenerji baxımından qiymətləndirilməsində  ən vacib aqrotexniki tədbirlərdən biri də mineral 
gübrələrin  tətbiqidir.  Çünkü  qarğıdalı  torpağın  münbitliyinə  və  gübrələrə  çox  tələbkar  bir  bitkidir. 
Naxçıvan MR şəraitində əkin üçün istifadə olunan torpaqlar asan hidroliz olunan, azotla çox zəif və 
ya zəif təmin olunmuşdur. Bu cür torpaqlardan yüksək məhsul almaq üçün gübrələrin yüksək dozada 
verilməsi  məsləhətdir  [1,  s.  121-125].  Ümumiyyətlə  mineral  gübrələrin  kənd  təsərrüfatı  bitkilərinin 
fotosintez  qabliyyətinin,  onların  məhsuldarlığının  və  keyfiyyətinin  yüksəldilməsinə,  torpağın 
strukturunun yaxşılaşdırılmasına dair çoxlu tədqiqat işləri aparılmış və aparılmaqdadır.  
Torpağın  münbitliyini  yüksəldən  aqrotexniki  tədbirlərdən  ən  əsası  gübrələrdən  düzgün 
istifadə  etməkdir.  Qeyd  etmək  lazımdır  ki,  gübrələrin  yüksək  və  ya  zəif  dozada  tətbiq  edilməsi, 
məhsuldarlığın aşağı düşməsinə, onun keyfiyyətinin pisləşməsinə səbəb olan əsas amillərdən sayılır. 
Tədqiqatlara  əsasən  gübrələmə  hesabına  məhsul  artımı  boz  torpaqlarda  45-63%,  boz  çəmən 
torpaqlarda  42-55%,  açıq-şabalıdı  torpaqlarda  isə  50-55%  qeydə  alınmışdır.  Gübrələr  təkcə  kənd 
təsərrüfatı  bitkilərini  qida  elementləri  ilə  zənginləşdirmir,  həm  də  torpağın  xüsusiyyətlərini 
dəyişərək orada gedən proseslərin intensivliyini artırır [5, s 17-20]. Gübrələr intensiv tipli qarğıdalı 
sortlarına  düzgün  normada  və  lazımi  nisbətlərdə  tətbiq  edildikdə  onlar  fermer  və  kəndli 
təsərrüfatlarına yüksək əlavə gəlir gətirməyə imkan verir. 
 
 Becərmə,  əsasən  də  suvarma  bir  tərəfdən  məhsuldarlığı  artırır,  torpağın  su-fiziki  xassəsini 
yaxşılaşdırır,  digər  tərəfdən  isə  suvarılma  düzgün  aparılmadıqda  torpaqda  bir  sıra  arzuolunmaz 
dəyişikliklər yaradır. Torpaqda humusun miqdarı azalır, onun strukturu pisləşir. Suvarma şəraitində 
gübrələrdən (üzvi  və mineral) mütamadi istifadə edilməsi və dərin şumun aparılması torpağı  qida 
elementləri ilə zənginləşdirərək kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir.  
Qarğıdalı  əkinlərinin  cərgəarası  torpağının  tez-tez  yumşaldılması  mikrobioloji  proseslərin 
yaxşılaşmasına  və  bunun  nəticəsində  də  qida  maddələrinin  bitki  üçün  yararlı  şəklə  düşməsinə 
kömək  edir.  Təcrübə  sahəsində  hər  iki  halda  cərgəarası  yumşaltma  işləri  yığıma  qədər  4  dəfə 
aparılmışdır.  Qarğıdalı  bitkisinin  cücərməsi  üçün  8-15  dərəcə  istilik  lazımdır.  Qarğıdalı  əkinləri 
Naxçıvan MR-in suvarılan aran zonasında torpağın 10 sm dərinliyində, gündəlik orta temperaturun 
12-15  dərəcəyə  çatdığı  dövrdə  daha  yaxşı  nəticə  verir.  Ona  görə  də  əkin  optimal  müddətdə  yəni 
20.04.2013-cü  il  tarixdə  keçirilmiş,  21.04.2013-cü  il  tarixdə  təcrübə  sahəsinə  torpaq  suyu 
verilmişdir.  Bitkilərin kütləvi cücərtiləri  8-12 may tarixlərində qeydə alınmışdır.  
Qarğıdalıdan  yüksək  və  keyfiyyətli  məhsul  götürmək,  eyni  zamanda    təcrübələrin  daha 
dolğun  olması  üçün  toxumlar  kvadrat  yuva  üsulu  ilə  hər  iki  variantda,  70  X  70  sm  olmaqla 
səpilmişdir.  Hər  yuvaya  3  toxum  salınmışdır.  Metodikaya  uyğun  olaraq  ləklərin  sahəsi  10  m
2
 
olmaqla  4  təkrarda  yerləşdirilmişdir.  Bunlardan  2  lək  dən,  digər  iki  lək  isə  yaşıl  kütlə  üçün 
yığılmışdır. Bitkilərdə seyrəltmə işləri onların 3-4 yarpaq olduğu dövrdə aparılmış hər yuvada  bir 
bitki saxlanılmışdır. 
Təcrübələrimizdə  suvarma  işləri  hər  iki  variantda,  erkək  çiçəklərin  əmələ  gəlməyə 
başlamazdan əvvəl, qıçaların çiçəklədiyi dövrdə və dənlərin sütül yetişməsi dövründə,  cərgə arası 
becərmə işləri isə suvarmadan 3-4 gün sonra aparılmışdır. 


36 
 
Yaş  kütlə  üçün  məhsul,  bitkilərin  süd-mum  yetişmə  fazasında  gövdə  ilə  birlikdə 
hesablanmışdır. Bu fazada  yığılmış məhsul kütləsində, süd-mum  yetişmiş qıçaların çox olması və 
qida maddələri ilə zəngin olması əsas şərtlərdən biridir.  
Sort  və  hibridlərin  dən  məhsuldarlığı  qıçaların  tam  yetişmə  fazasında  yığılmış  və  dən 
məhsuldarlığı hektara nisbəti hesablanmışdır.  
Gübrə  verilmiş  bütün  variantlarda  bütün  sort  və  hibrid  nümunələrində  məhsuldarlığın 
yüksəldiyi müşahidə olunmuşdur. Cədvəldən də göründüyü kimi sort və hibrid bitkilər yaş kütlə və 
toxum  məhsuldarlıqlarına,  qıçanın  struktur  elementlərinə  görə  həm  öz  aralarında  həm  də  təcrübə 
variantı ilə müqayisədə fərqlənirlər.    
Azot  catışmazlığı  qarğıdalı bitkisinin  boyuna sort  və hibridlərdən asılı  olaraq müxtəlif cür 
mənfi təsir göstərmişdir. Bu təsir 85-230 sm arasında dəyişilmişdir. Yaş kütlə məhsuldarlığı sort və 
hibridlərdən  asılı  olaraq  nəzarət  variantı  ilə  müqayisədə  itgi  50-70  %  təşkil  etmişdir.  Aparılan 
tədqiqatlarda  nəzarət  variantı  ilə  müqayisədə  dən  məhsuldarlığı  təcrübə  variantında  sort  və 
hibridlərdən  asılı  olaraq  57-80%  yüksək  olmuşdur.  Nəzarət  variantı  ilə  müqayisədə  qarğıdalı 
bitkisinin 1000 dəninin kütləsi sort və hibridlərdən asılı olaraq 13-31%, qıçalarının uzunluğunu 8-
17 sm, qıçanın kütləsini 16-50,9 q, qıçadakı dənlərin sırasını 6-12 ədəd  aşağı salmışdır. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Hüseynov  R.Q.  Azərbaycanın  suvarılan  torpaqlarının  aqrokimyəvi  xarakteristikası.  Bakı, 
Azərnəşr, 1976, 135 s 2, s. 121-125 
2.
 
Məmmədov  S.H.  Naxçıvan  MR-də    qarğıdalının  zərərli  entomofaunası  //  Naxçıvan  zonal-
təcrübə stansiyasının əsərləri. Bakı, 1961, s. 64-821, s. 64-82 
3.
 
Musayev Ə.S., Hüseynov H.S., Məmmədov Z.A. Dənli-taxıl bitkilərinin seleksiyası sahəsində 
tədqiqat işlərinə dair tarla təcrübələrinin metodikası. Bakı, 2008, 87 s. 
4.
 
Seyidov M., Ağayev C. Buğda, arpa, qarğıdalı: xəstəliklər, zərərvericilər və alaq otlarına qarşı 
mubarizə. Bakı, 2005, 79 s.2, s. 33-47 
5.
 
Асаров Х.К. Практикум по агрохимии. М.: Просвещение, 1971, 196 с.10, s 17-20 
6.
 
Беляев И.М., Горленко М.В. и др. Вредители и болезни полевых культур. М:, 1970, 230 
с 3, s. 87-104 
 
ABSTRACT 
 
Gunel Seyidzade 
 
 
Study accessions of corn plants under Nakhchivan Autonomous Republic 
 
 
The  results  of  the  analysis  of  the  comparative  study  of  some  signs  of  corn  yield  in  two 
different growing conditions (options). Control without nitrogen fertilizer on the background of P90 
K90 and experienced background with the addition of N90. Displaying superior growing conditions 
for intensive technology in  comparison  with  the control variant.  Conducted data elements  and the 
yield  of  green  mass.  The  main  diseases  of  maize  in  the  conditions  of  the  autonomous  republic. 
Studied the degree of contamination of loose smut and loss of crops. Processed measures against the 
disease. And also studied the infestation by pests 5 varieties (68-Zagatala, Zagatala 514, Zagatala-
improved,  burst  maize,  Local  burst)  and  12  corn  hybrids  in  the  conditions  of  the  Nakhchivan 
Autonomous  Republic. Studies  have shown that corn plants distributed numerous pests that cause 
great  harm  to  the  beginning  of  germination  and  to  harvest,  thus  reducing  the  yield  and  quality  of 
seeds. Because these pests are dangerous following: Chlorida obsoleta F., Aqroitis segetum Schiff, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə