Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)


Yapon  gərməşovu-  Euonymus  yaponica  L



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   10   11   12   13   14   15   16   17   ...   127

29 
 
Yapon  gərməşovu-  Euonymus  yaponica  L.  E.Yaponica  hündürlüyü  4(8)  m  olan 
həmişəyaşıl  kol  və  ya  ağacdır  [  1].  Bəzi  mənbələrdə  isə  bu  növ  E.  Yaponicus  adlandırılaraq  
hündürlüyü  1.5-2.5.metr  olduğu  göstərilir  [6].  Yaponiya  və  Çində  təbii  olaraq  yetişir.  Il  boyu 
yarpaqlarını  tökməyən  taca  sahib,  yayılma  və  dırmanıcı  əlamətə  malikdir.  Cavan  zoğları 
qonurumtul-yaşıl, yaşlı budaqları yaşılımtıl – qonurdur. Tumurcuqları qonur pulcuqlu, yumurtavari 
və ya uzunsov yumurtavarıdır. Yarpaqları 1-5 sm uzunluğunda, 1-3 sm enində, üstü yaşıl, damarları 
isə açıq rəngdədir.  Çiçək qrupu 3-5 dəfə çəngəlvarı budaqlanmış  10-40 çiçəkli yarımçətiri zoğların 
alt  yarpaqlarının  qoltuğunda  qısa  çiçək  oxunda  yerləşir.  Çiçəkləri  solğun  yaşılımtıl  rəngli,  dörd 
üzvülü və xırdadır. Qozalar üst tərəfdən azca yastı, dörd yuvalı olub, yetişdikdə çəhrayı rəng alır. 
Toxumları  yumurtavarı  və  örtüklüdür.  Aprel-may  aylarında  çiçək  açır,  oktyabr-noyabr  aylarında 
toxumları  yetişir.  Türkiyədə  ən  çox  becərilən  növ  olduğundan  Naxçıvan  Muxtar  Respublikasında 
yaşıllaşdırma və bəzək bağçılığında istifadə etmək üçün oradan gətirildiyi ehtimal edilir. 
İran  İslam  Respublikasında  da  müxtəlif  formaları  becərilir.  Bəzi  yerlərdə  dibçəklərdə  də 
becərilməsinə rast gəlinmişdir. Gərməşov  növlərinin  yaşıllaşdırmada geniş  istifadə edilməsi təkcə  
yaşıllıqların  artırılmasına  deyil və  həm də  dərman xammalının təminatına  da kömək  etmiş  olar.  
 
 
 
Mədəni halda yaxşı forma və gözəlliyə malik olduğu üçün dibçəklərdə və ya həyətlərdə becərilir. 
Son  vaxtlar  muxtar  respublikanın  bir  çox  yerində    becərilməkdədir.  Bu  bitkilər  yayda  suvarılmalıdır. 
Yarpaqları toz və digər zərərli hissəciklərlə kirləndiyindən ev və foelərdə bitkilər su ilə yuyulmalıdır.  
Naxçıvan Muxtar Respublikasına bəzək məqsədi ilə xaricdən bitkilər ting və ya dibçəklərdə 
hazır şəkildə alınaraq gətirilir ki, bu da respublikadan xaricə valiyuta axınına səbəb olur. Bu bitkinin 
toxumları çox asanlıqla cücərir. Torpağa, suya istiliyə və işığa çoxda tələbkar deyil. Bundan başqa 
çilik vasitəsi ilə də artırmaq olur. Bunun üçün qum, torpaq və humuş qarışığının içərisinə 4-6 sm 
uzunluğunda  cavan  yaşıl  gövdələrindən  olan  çiliklər  bastırılır.  Əkin  materialı  üçün.  Çiliklər  iyun 
iyul aylarında ana bitkilərin yaşıl budaqlarından kəsilməlidir. Çiliklər 6-8 həftə ərzində köklənib və 
böyüyəcəklər. İlk böyümə zamanı da budama əməliyyatı da aparmaq olar.  
Qarşıya aşağıdakı çətinliklər çıxa bilər. a) Bitkilər bit və göbələklərdən zərər görə bilər. Bu 
zaman dərmanlamaq məsləhətdir. b) Bitkilər işıqdan qorunmalıdır, çünki bu bitkilər günəş işığına 
çox da tələbkar deyil. Seyrək günəş işığı düşən zaman bitkinin yarpaqlar müxtəlif rənglərdə olur ki, 
bu  da  onun  görünüşünü  gözəlləşdirir.  c)  Bitkinin  bir  çox  yarpaqları,  bükülə  və  ya  sarala  bilər,  bu 
zaman bunlar təmizlənməlidir. Yarpaqların alt tərəfində zərərvericilər toplaşdığından dərmanlamaq 
da olar. Budaqlanma və ya böyümə fazalarında bitkilərə forma verməklə istənilən şəklə salmaq olar. 
Budaqların  zəifləri  kəsilməli  və  istənilən  forma  verilməlidir.  Bu  işlər  yaz  aylarında  görülsə 
bitkilərin inkişafı surətlə olduğundan tez məqsədə çatmaq olar, lakin budama həmişə aparıla bilər.  
Şoran  və  gilli  torpaqlarda  da  normal  şəkildə  inkişaf  edir.  Hazırda  gərməşovun    əsas  təbii 
ehtiyatı  H. Əliyev  adına  Naxçıvan  Dövlət Milli  Parkı və onun tərkibində olan Batabat Dövlət 
Qoruğunun ərazisi hesab  edilir.   


30 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Axundov Q.F., Ağamirov Y.M. redaktorluğu ilə. Azərbaycanın ağac və kolları, III cild, Bakı, 
Elm nəşriyyatı 1970, 323 s.  
2.
 
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri (Ali 
sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan, Əcəmi, 2008, 350 s.  
3.
 
Seyidov M. və b. Şahbuz Dövlət Təbiət Qoruğunun flora və bitkiliyi. Naxçıvan 2014, 523 s. 
4.
 
Piriyev M. Z.İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının bəzi ağac və kolları, onların  
yaşıllaşdırmada istifadə perspektivləri. Naxçıvan, 2014, 239 s.    
5.
 
Piriyev M. Z. Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırmanın tarixi, mövcud vəziyyət və  
inkişaf perespektivləri.// NDU-nun Elmi əsərləri,  N 2(27), Naxçıvan, 2009, s. 33-36  
6.
 
https://en.wikipedia.org/wiki/Euonymus_japonicus 
 
ABSTRACT
 
Musa Piriyev 
Dashqin Gambarov 
 
Types of family celastraceae, genus Euonymus L, using in landscaping 
common in the Nakhichevan Autonomous Republic. 
 
Types E.Verrucosa and E.Laxifolia of genus Euonymus grow In Nakhichevan Autonomous 
Republic  In  wild  form,  and  types  E.Auropaea  and  E.yaponea  in  artificial  form.  Because  of  the 
limited  common  of  the  type  E.latifolia,  it  is  included  in  the  Red  Book  of  the  Nakhichevan 
Autonomous Republic. 
After  Azerbaijan  gained  independence,  the  borders  were  opened  in  Nakhichevan  with  foreign 
countries, types E.europaea və E.yaponea were taken to an area for use in horticulture declarative. 
 
РЕЗЮМЕ
 
Муса Пириев 
Дашгын Ганбаров 
 
 
Видовой состав и использование в озеленении распространённой в Нахичеванской 
Автономной Республике семейства celastraceae, рода Euonymus L 
 
В  Нахичеванской  Автономной  Республике  виды  E.Verrucosa  и  E.Laxifolia  рода 
Euonymus  произрастают  в  дикой  форме  а  виды  E.Auropaea  и  E.yaponea  в  искусственной 
форме.  Из  за  ограниченного  запаса  вида  E.latifolia,  она  включена  в  Красную  книгу 
Нахичеванской Автономной Республики.  
После  того  как  Азербайджан  получил  независимость,  у  Нахичевана  открылись 
границы с зарубежными странами, виды E.europaea və E.yaponea были доставлены в область 
для использования в декларативном садоводстве.  
В  статье  даётся  информация  о  биоморфологических  особенностях,  территории 
распространения, выращивание в декоративном садоводстве, пути размножения и польза как 
лекарственного растения видов рода Euonymus. 
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə