Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   6   7   8   9   10   11   12   13   ...   127

21 
 
Təkamül prosesində bəzi üzüm sortlarında N.İ.Vavilovun homoloji sıralar qanununa uyğun 
irsi  dəyişikliklər  baş  vermişdir.  Beləliklə,  oxşar  irsi  əlamətlərə  malik  olan,  morfoloji,  bioloji  və 
təsərrüfat xüsusiyyətlərinə görə bir- birinə yaxın  olan sortlar qrupu - biotiplər formalaşmışdır. Bir 
növə daxil olan biotiplər əsasən bioloji xüsusiyyətləri (vegetasiya müddətiəri, davamlılıq, boyatma 
və s. xüsusiyyətləri), bəzən də morfoloji  əlamətlərinə  (salxımın  ölçüsü, salxımda gilənin  miqdarı, 
gilənin ölçüsü və s.) görə fərqlənirlər. Oxşar irsiyyətə malik olan, bir-biri ilə qohum və tarixən eyni 
ərazidə yayılan sort qrupları populyasiyalar əmələ gətirmişlər.  
Son araşdırma və tədqiqatlardan məlum olur ki, Azərbaycan ərazisində 400-ə qədər aborigen 
və introduksiya olunmuş üzüm sortlarının genofondu formalaşmışdır ki, bunlarında 300-dən çoxunu 
aborigen sortlar təşkil edir. Qeyd edək ki, respublikada uzun illər üzüm genofondunun qorunmasına 
lazım  olan  səviyyədə  diqqət  yetirilmədiyinə  görə  bir  çox  qiymətli  sortlar  məhv  olmuşdur.  Son 
araşdırma və tədqiqatlara görə, respublikada becərilən 75-ə qədər sort artıq məhv olmuş, 80-ə yaxın 
sort isə məhv olmaq təhlükəsi həddindədir.  
Azərbaycanın  zəngin  üzüm  genofondu  bir  sıra  xüsusiyyətləri  ilə  səciyyələnirlər.  Belə  ki, 
giləsinin rənginə (Ağ şanı, Qara şanı, Ala şanı, Sarıgilə, Qırmızı sahibi, Ağ səabi, Qara üzüm, Qızıl 
üzüm,  Qırmızı  üzüm,  Qırmızı  çiləyi,  Qara  sərmə,  Qara,  ağ,  qırmızı  və  qəhvəyi    kişmişlər  və  s.), 
məhsulunun  keyfiyyətinə,  dadına,  ətrinə  (Naxçıvan  muskatı,  Gülabı,  Kişmişi  sortları,  Şəkəri, 
Təmbeyi,  Şireyi,    Qara  qənd  üzümü  və  s.),  salxım  və  giləsinin  əmtəə  görünüşünə    (Quşürəyi, 
Misqalı,  Əlincə,  Dəvəgözü,  Tulagözü,  Keçiməməsi,  İnəkəmcəyi,  Gəlinbarmağı,  Xatınbarmağı, 
Gözəl  üzüm,  İrisalxımlı  və  s.),  ən  tez  yetişgənliyinə  (Ağ  xəlili,    Qara  Xəlili,  Kürdəşi  və  s.),  gilə 
qabığının qalınlığına və lətinin  bərkliyinə (Xart-xart, Daş üzüm, Daş kişmişi, Daş mərəndi və s.), 
gilənin  və salxımın iriliyinə (Haçabaş, Bəndi, Nərgizi, Qızıl üzüm, Təbərzə, Gülabı, Kəhrəba və s), 
müalicəvi əhəmiyyəti və məişətdə istifadəsinə (Sarı Şəfeyi, Hənəqırna, Ağ aldərə, Şəkərbura və s), 
geniş yayılma və yer adlarına görə (Təbrizi, Beyləqani, Bayanşirə, Mədrəsə, Şirvanşahı, Ordubadi, 
Şaxtaxtı,  Şabranı,  Dərbəndi,  Fatmayi,  Salyan  üzümü,  Ağ  Aldərə  Xəzəri  və  s.)  görə  iqtisadi 
əhəmiyyət kəsb edən üzüm sortlarıdır. 
Müəyyən edilmişdir ki, Azərbaycanda yayılan  üzüm sortları Vitis vinifera L., Vitis labrusca 
L. və  Vitis amurensis Rupr. növlərinə daxildir. Üzüm sortlarının əksəriyyəti Vitis vinifera L. növünün 
V.vinifera  ssp.  satıva  DC.  yarımnövünə  aiddir.  Bu  yarımnövə  aid  olan  sortlar  isə  ekoloji-coğrafi 
mənşəyinə  görə  Convar  orientalis  Negr.,  Convar  pontica  Negr.    Convar  occidentalıs  Negr. 
qruplarına daxildir.  
Azərbaycanın yerli üzüm sortları əsasən şərq (Convar orientalis Negr.), Qara dəniz hövzəsi 
(Convar  pontica  Negr.)  və  hətta  bir  hissəsi    Şərqi  Avropa  (Convar  occidentalis  Negr.)  ekoloji-
coğrafi  qruplarına  daxildirlər.  Şərq  ekoloji-coğrafi  qrupu  zəngin  biomüxtəlifliyə  və  polimorfizmə 
malik  olduğundan  -Convar  orientalis  subconvor  antasiatica  Negr.  (süfrə  sortları)  və  Convar 
orientalis subconvar caspica Negr. (texniki sortlar) yarımqrupuna ayrılırlar.  
Azərbaycanın  üzüm  genofondunda  dörd  sort  tipi  -  kişmişi  sortları  (Conculta  apirineae 
Negr.),  muskat  sortları  (Conculta  apiana  Negr),  xırdagiləli  sortlar  (Conculta  corinthiaca  Negr),  
irigiləli sortlar (Conculta macrocarpa Negr.) və üç sort qrupları: süfrə (Subconvarietas antasiatica 
Negr.),  texniki  (Subconvarietas  caspica  Negr.)  və  universal  (Subconvarietas  universaltica), 
həmçinin  Hənəqırna  (gilələri  ağ,  qara,  qırmızı,  boz  rəngli),  İnəkəmcəyi  (ağ,  qırmızı,  qara  giləli), 
Şəfeyi (sarı, qırmızı, çəhrayı giləli), Hüseyni (ağ, qırmızı giləli), Naxçıvan şanısı (ağ, qara giləli), 
Aldərə  (sarı,  ağ,  qara  giləli)  və  s.  sortqrupları  mövcuddur.  Genofondda  müxtəlif  genotiplərin 
mövcudluğu  üzüm  sortlarının  ayrı-ayrı  irsi  əlamətlər  üzrə  geniş  biomorfoloji  dəyişkənlikləri  ilə 
müşayiət olunur. Aşağıda Azərbaycanda, o cümlədən Nax. MR-də  çox yayıılan  üzüm sortlarının 
genofondunun tərkibi verilmişdir (Şəkil 1 və 2). 
1.
 
V.vinifera  L.  növü,  V.v.ssp,  sativa  DC  yarımnövü,  orientalis  Negr.  qrupu,  Subconvar 
antasiatica Negr. var. üzrə:     
 Kişmişi  sortları:  Ağ    kişmişi,  Əsgəri,  Xırça  kişmişi,  Xırdagilə    sarı    kişmişi,  Qəhvəyi 
kişmişi,  Qırmızı  kişmişi,  Mərməri  kişmişi,  Naxçıvan  qara  kişmişi,  Sarı  kişmişi,  Yumrugilə  
Abşeron kişmişi Yumrugilə sarı kişmişi, Daş kişmişi. 


22 
 
Süfrə  sortları:  Ayiboğan,  Abşeron  xatınısı,  Abşeron  keçiəmcəyi,  Abşeron  qızıl  üzümü, 
Abşeron gəlinbarmağı,  Ağ  üzümAğ dərbəndiAğ göybəndam, Ağ zavra, Ağ xəliliAğ quşürəyi
Ağ şanı, Ağ tayfi, Ağadayı, Ala şanı, Alıxanlı bəy üzümü, Alıxanlı keçiməməsi, Alıxanlı qara gözü, 
Bəndi,  Cavangir  üzümü,  Əliməmməd  üzümü,  Fatmayi,  Gəlinbarmağı,  Gözəl  üzüm,  Gülabı,  Hacı 
Abbas  üzümü,  Haçabaş,  Xatınbarmağı,  Xatını    Kal  üzüm,  Kəhrəba,  Qara    şanı,  Qara  göybəndam, 
Qara  xəlili,    Qara  kürdəşi,    Qara  pişraz,  Qara  şəfeyi,    Qara  yay  üzümü,  Qırmızı    hüseyni,  Qırmızı  
inəkəmcəyi, Qırmızi  tayfı, Qırmızı sahibi, Qırmızı  səabiQırmızı  şəfeyi, Qızılı  səbzə, Mahmudu
Misqali, Naxçıvan  hüseynisi, Naxçıvan  qırmızı şanısı, Naxçıvan ağ tayfısı, Naxçıvan inəkəmcəyi, 
Naxçıvan  keçiəmcəyi,  Naxçıvan  qara  şanısı,  Naxçıvan  qızıl  üzümü,  Nəbi,  Nəqşəbi,  Rişbaba,  Sarı 
şəfeyi, SarıgiləSultanıSürməyi, Şabranı, Talibi,  Təbrizi, Yalançı  şanı,  Zalxa,  Zeynəbi. 
Universal  sortlar:  Abbası,  Ağ  aldərə,  Ağdam  keçiəmcəyi,  Arazvari,    Badamlı,  Batıx, 
Bənəniyar,  Beyləqan  hüseynisi,  Füzuli  ağ  keçiməməsi,    Füzuli  qara  keçiməməsi,  Talıbi, 
Qoyungözü, Qara Dərbəndi, Duzalı, Zeynəddin üzümü, Məşədi Əli, Narıncıgilə, Pişik üzümü, Sarı 
aldərə,  Sahibi,  Sarıgilə  gecyetişən,  Sarıgilə    ortayetişən,  Təbərzə,  Gəncə  keçiməməsi,  Gəncə  qızıl 
üzümü, Xanımı, Qara xəzani, Şangirey, Hafizəli. 
Texniki  üzüm  sortları:    Ağ  kələnpur,  Ağ  Almərdan,  Arı  üzümü,  Ağ  dəvəgözü,  Asma,  
Bayanşirə,  Bababeli,  Biləv  üzümü,  Büllur,    Qara  Salyan  üzümü,  Qarğadili,  Qara  sərmə,  Qara 
hənəqırna, Qoç üzümü, Qırmızı qəməri, Qırmızı hənəqırna, Daşqara, Dağ üzümü, Dəbbi gülabı, Kal 
üzüm, Kürə üzümü,  Cəlali, Zalxa, Zərəni qorası, İnnabı, İri salxımlı, Muxtarı, Mərəndi, Nardaran 
dərbəndisi,  Naxçıvan  qara  üzümü,  Rizağa,  Salyan  üzümü,  Sarı  şireyi,  Sarı  üzüm,  Sürməyi,  Qara 
haçabaş,  Qara  aldərə,  Qaraburnu,  Qaragöz  Qırmızı  mərəndi,  Qırmızı  üzüm,  Qızılı  gecyetişən, 
Yaqubu,  Yalançı  şanı,  Tulagözü,  Xallı  üzüm,  Xan  üzümü,  Xanları,  Xanım  göbəyi,  Xalac,  Xərci, 
Xətmi, Çərəz, Çil gülabı, Çöl üzümü, Göz üzüm,  Gül mərəndi, Şahtaxtı, Şəkərbura, Əlincə, Hacı 
Əhmədi,  Əliməmmədi,  Əmiri,  Ət  mərəndi,  Göy  Hənəqırna,    Göy  üzüm,  Şamaxı  mərəndisi, 
Şirvanşahı.   
İntroduksiya  edilmiş  sortlar:    Aliqote,  Ağ  bolqar,  Ağadayı,  Qara  bolqar,  Qara  cəncəl, 
Nimranq, Parkent, Rkasiteli, Tavkveri, Terbaş, Çəhrayı tayfı, Saperavi, Gözəl qara, Özbəkistan qara 
kişmişi, Özbəkistan muskatı, İsgəndəriyyə muskatı, Aleksandr muskatı. 
Subconvar  caspica  Negr:  Alıxanlı  qara  üzümü,  Ağ  xərci,  Ağ  şireyi,  Ağ  şiraz,  Xındoğnı 
Qara mərəndi, Mələyi, Tatlı, Dik xərci, Qoyun gözü, Kərimqəndi,  Sıxqara, Qara şireyi, Mədrəsə, 
Qara  mərəndi,  Qara  sərmə,  Danaburnu,  Əhmədbəyli  ağ  şireyisi,    Sərmayi,  Şireyi,  Sıxsalxımlı,  
Sısaq, Zalxa, Xindoqnı.   
İntroduksiya olunmuş sortAğ muskat. 
Convar pontica Negr:  Süfrə sortları: Ağdam gülabısı, Ağ göybəndam,  Ala şanı, Al anqur, 
Dəvəçi  qızıl  üzümü,  Dəvəçi  qara  üzümü,  Mahmudu,  Qara  şabranı,    Hacı  Abbas,  Dəvəgözü, 
Göybəndam,  Xımbi, Şah-şahı, Qara pişraz, Qaraçı. 
Universal sortlar: Ağ mərəndi,  Arı mərəndi, Az məhsuldar, Quş üzümü, Boyaxanı, Xunqi, 
Leyli, Gəlşən, Ağdam qızıl üzümü, Beyləqan qızıl üzümü. 
Texniki  sortlar:    Ağ  anqur,  Ağ  şireyi,  Ağ  kələmbir,  Qara  kələnpur,  Araz  qara  üzümü,  Ağ 
lkeni, Həməşərə, Qara lkeni, Qara mövücü, Xurdaş, Qara mərəndi. 
İntroduksiya olunmuş sortlar:  Rkasiteli, Saperavi, Dağıstan gülabısı,  Tavkveri, Ağ kokur, 
Sarı pandas, Ağ çauş, Fetyaska. 
Convar occidentalis Negr.  
 Aborigen sortlar: Ağ Beyləqani,Qara Beyləqani, Nubarı. 
İntroduksiya  olunmuş  sortlar:  Ağ  qrenaj,  Alfons  lavelle,  Aliqote,  Ağ  pino,    Aleatiko, 
Alikant  buşe,  Qara  pino,  Rislinq,  Semilyon,      Madlen  anjevin,  Merlo,  Malbek,    Muskat  ottenel, 
Kardinal, Kaberne-ovinyon,  Silvaner, Sovinyon, Şardone. 
2. V.labrusca L. növü üzrəİzabella.   
3. V.amurensis Rupr. növü üzrə  -  Amur üzümü.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə