Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   4   5   6   7   8   9   10   11   ...   127

17 
 
erkəkcik  qurşağı  qutucuğun  altında  enlidir;  qutucuq  kürəvi  və  ya  tərsyumurtavari  -  kürəşəkilli, 
çılpaq,  5-10  mm  uzunluğunda,  qaidə  hissəsində  1-1,5  mm  uzunluğunda  saplağa  daralmışdır;  disk 
yetişmiş  qutucuqda  yastı,  dişcikləri  bir-birinə  söykənmişdir;  5-10  şüalıdır  (1,  s.  180;  6,  s.130). 
Ordubad rayon Soyuqdağ ərazisi 
P.  arenarium  Bieb.1819,  Fl.  Taur.-Cauc.  3:  364.  –  Qumluq  laləsi.  Bitkinin  təsviri  Şimali 
Qafqazdan verilmişdir. Typus: “ İn arena mobilis camporum fluvio Tersc vicinorum, Bieberstein” 
(LE!) (2, s.116). 
Gövdəsi düyünlü, hündür deyildir. Qol-budaqlı yaxud düz, sadə seyrək və qısa tükcüklüdür; çox 
zaman qızarmışdır; çiçək saplaqları uzun, nazik, düz olub, gövdədən uzundur. Bu səbəbdəndə bitkinin 
hündürlüyü  40-50  sm-dir.  Yarpaqları  dağınıq  yumşaq  tükcüklüdür;  iki-üç  qat  lələkvari  -  bölünmüş, 
dilimləri  uzunsov  - xətvari  yaxud xətvari kütdür;  çiçək saplaqlarının uzunluğu 25 sm, nazik, sıx qısa 
tükcüklüdür. Tam yetişməyən qönçələr sıx tükcüklü, yumurtavari, yetişmişləri oval, uzunluğu 12 mm, 
yuxarısı seyrək qısa tükcüklüdür; tac iri, ləçəklərinin uzunluğu 4 sm, enli, al-qırmızı, qaidə hissəsində iri 
girdə yaxud uzunsov qara ləkəlidir; erkəkcikləri çoxsaylı olub, sapları zərif, qaradır; meyvə altlığı oval, 
göyümtüldür; qutucuq iri deyildir; uzunluğu 10-15 mm, çılpaq, hamar, göyümtül, tərssancaqbaşlı, qaidə 
hissəsində tədricən daralmış, ancaq ayaqcıqsızdır, disk əvvəl piramidaşəkilli, azca qalxmış, sonra yastı, 
pərdəvari, şüalı, küt bir-birinə söykənmiş dişciklidir; şüaları 7-9-dur (1, s.178-179; 6, s.132). Daşlı, gilli 
yerlərdə, yarımsəhra, quru yerlərdə, yol kənarlarında bitirlər. 
P.  bipinnatum  C.A.Mey.  1831,  Verz.  Pfl.  Cauc.  Casp.  Meer.:  175.  –  İkiqatlələkyarpaqlı 
lalə. Bitkinin təsviri Talış dağlarından verilib. Typus: “ İn montibus Talüsch, pr. pag. Swant, 20 VI 
1830. Enum. cauc. casp. №1562” (LE!) (2, s.116). 
Gövdəsi  hündür,  çiçək  saplaqları  50  sm  hündürlüyündə,  kökdən  yuxarıya  budaqlı  yaxud 
qısalmış, aydın görünməyən seyrək cod tükcüklüdür. Yarpaqları dağınıq buruq cod tükcüklü, ikiqat 
lələkvari  -  bölünmüşdür;  seqmentləri  enli  yaxud  oturaq,  uzunsov  yaxud  yumurtavari,  lələkvari  - 
yarılmış  yaxud  bölünmüş,  dilimləri  neştərşəkilli  yaxud  xətvari,  nəhayətləri  tükcüklüdür;  çiçək 
saplaqları  uzunlaşmış,  azca  əyri,  seyrək,  uzun,  cod  tükcüklərlə  örtülmüşdür.  Qönçələri  oval, 
uzunluğu 15 mm, seyrək sarımtıl yaxud ağ, biz-biz tükcüklü, arxaya doğru əyilmişdir; ləçəkləri iri, 
uzunluğu  6  sm,  qırmızı,  qaidə  hissəsində  qara  ləkəlidir;  qutucuq  çılpaq,  iri,  uzunluğu  15-20  mm, 
tərsyumurtavari  -  sancaqşəkilli,  qaidə  hissəsində  saplağa  tədricən  daralmışdır;  uzununa  kənara 
çıxmış  damarcıqlı  möhkəm  dəriyə  malikdir.  Disk  yastı,  pərdəvari,  şüalıdır.  Şüaları  6-10-dur. 
Kənarları  dişciklidir  (6,  s.132).  Dişlikləri  qısa,  küt,  bir-birinə  söykənmişlər.  Erkəkciklər  çoxsaylı, 
sapları zərif, qaradır. Gilli və daşlı, səhra və yarımsəhralarda bitirlər. 
 
P. schelkownikowii N. Busch, 1908, Изв. Кавк. муз. 4: 40. - P. commutatum auct. non Fisch. et 
C.  A.  Mey.:  Попов,  1937,  Фл.  СССР,  7:  637.  –  Şelkovnikov  laləsi.  Bitkinin  təsviri  Cənubi 
Qafqazınşərqindənverilmişdir. Typus: “Султан-будь, Карабагская (Мильская) степень, Джеватский 
у. Бакинский губ., 21 VI 1907, legit Kazn[akov] et Schelkownikow” (LE!). Endemdir (2, s.116). 
 
Birillik  bitkidir.  Gövdəsi  10-30  sm  (40)  sm  hündürlükdədir,  budaqlanandır.  Yarpaqları 
bölümlü  lələkvari,  uzunsov  neştərşəkilli,  dişciklidir.  Ləçəkləri  tünd  qırmızı,  əsasında  qara  ləkəli, 
enli  oval  formadadır.  2-4  sm  enində  və  uzunluqdadır.  Qutucuğu  tərsyumurtavaridir.  Quru  dağ 
yamaclarında bitir (6, s.130). 
Papaver  rhoeas  L.1753,  Sp.  Pl.:  507.  -  P.  strigosum  (  Boenn.)  Schur,  1877,  Verh.  Naturt. 
Ver. Brünn, 15, 5: 66. - P. gabrielianae M. V. Agab. 2007, Фл. растит. и раст. рес. Арм. 16: 27.- 
Özüyayılan lalə. Bitkinin təsviri Avropadan verilib (2, s.115). 
Birillik ot bitkisidir, çox nadir hallarda ikiillik olur. Gövdəsi budaqlıdır, hündürlüyü 30-110 
sm-ə  qədər  çatır.  Gövdəsi,  yarpaqları,  çiçək  saplağı  və  qönçələri  üfüqi  istiqamətə  meyilli  cod 
tükcüklərlə örtülmüşdür, mil kök sisteminə malikdir. Yarpaqları iridir, növbəli düzülür, göyümtül-
yaşıl  rəngdədir.  Kökətrafı  rozet  yarpaqları  uzun  saplaqlı,  gövdə  yarpaqları  saplaqsız  və  gövdəyə 
bitişikdir.  Saplağın  üzərindəki  yarpaqlar  üçər  lələkvaridir.  Yarpaq  seqmentləri  uzunsov-
neştərşəkillidir, kənarları adətən dişliklidir. Çiçək saplağı uzun və möhkəmdir. Qönçələri 2,5 sm-ə 
qədər  olub,  uzunsov  ovalşəkillidir.  Çiçəkləri  qırmızı,  tünd-qırmızı,  bənövşəyi,  narıncı,  ağ  və  ya 
çəhrayı rəngdə olur. Ləçəklərin diametri 5-7 sm-dir, oval formadadır, onun mərkəzi hissəsində qara 


18 
 
ləkə  olur  və  ya  ləkəyə  rast  gəlinmir.  Erkəkcikləri  çoxsaylıdır.  Erkəkcik  sapları  nazik  və  uzundur, 
qara və ya qırmızı rəngdə olur (6, s.129). Ordubad rayon Aza kənd ətrafı çəmənlik. 
Subsect. 2. Dubia Mikheev 
P. lacerum Popov, 1937, Fl. SSSP, 7: 749, 641. – Cırılmış lalə. Bitkinin təsviri Türkiyədən 
verilib.  Typus:  “Asia  minor  Paphlagonia,  wilajet  Kostambuli,  1892,  №  3702,  Sintenis,  it.  or. 
Marsifoun, Manissajian. Pl. or. № 451b” (LE!) (2, s.117). 
Göyümtül,  çılpaq  və  ya  gövdənin  aşağı  hissəsi  seyrək  tükcüklüdür;  yarpaqları  ikiqat 
lələkvari - bölünmüşdür; aşağıdakı yarpaqların dilimləri uzunsov, qeyri-müntəzəm dişli-yarılmışdır; 
yuxarıdakı yarpaqlar xətvari, sivri, qeyri-müntəzəm bölünmüş, dilimləri, küt və ya sivri, buruq tüklə 
nəhayətlənir; gövdələri qol-budaqlı, dikduran, 40 sm hündürlüyündədir; çiçək saplaqları uzun, düz, 
nazik, seyrək tükcüklüdür. Tac böyük deyildir. Qönçələri uzunsov, küt, uzunluğu 10-11 mm, seyrək 
və  qısa  ağ  tükcüklə  örtülmüşdür;  qutucuq  uzunsov  -  sancaqbaşlı,  uzunluğu  13-14  mm,  qaidə 
hissəsində  azca  görünən  saplağa  qısa  -  daralmışdır;  disk  yastı  və  ya  azca  qabarıq,  pərdəvari, 
kənarları qısa və enli dişciklidir (6, s.131).  
P.  laevigatum  Bieb.  Azərbaycanda  yalnız  V.  subpinnatifidum  (O.  Ktze)  Fedde  (  =  P. 
turbinatum DC.) təsadüf olunur. - Hamar lalə
Göyümtül bitkidir; gövdəsi 20-40 sm hündürlüyündə, kürəvi, nazik, yarpaqları kimi çılpaq, 
çox  zaman  qısalmış,  bəzən  yaxşı  inkişaf  etmiş,  nisbətən  qol-budaqlıdır;  kökə  yaxın  yarpaqların 
saplaqları  nisbətən  aydın  görünür,  ayaları  uzunsov,  qaidə  hissəsinə  doğru  daralmış,  dağınıq 
lələkvari  -  bölünmüşdür;  gövdə  yarpaqları  oturaq,  qaidə  hissəsi  pazşəkilli,  dərin  yarılmış,  nazik, 
uzunlaşmış,  neştərşəkilli  -  xətvari  və  ya  xətvari,  bütöv  və  ya  sivri-dişli  seqmentlidirlər;  çiçək 
saplaqları  uzun,  nazik,  tükcüklüdür.  Qönçələri  uzunsov,  uzunluğu  10  mm,  çılpaqdır;  tac  böyük 
deyildir, tutqun çəhrayı-qırmızı, qaidə hissəsində qara ləkəlidir; qutucuqları uzunsov - sancaqbaşlı, 
çılpaq, göyümtül, qaidə hissəsinə doğru daralmış, uzunluğu 20 mm, xırdadır; disk yastı, pərdəvari, 
bəzilərinin kənarları dişlidir.Səhra və yarımsəhtalarda, daşlı yerlərdə bitirlər (1, s.179). 
P. dubium L., Sp. pl. in Append., 1196 (1753). - P. rhoeas L. dubium, Шмальгаузен, I, 37.-
Şübhəli lalə
Gövdəsi adətən düz, az budaqlı, sıx və yumşaq tükcüklü; aşağıdakı yarpaqları sadə lələkvari 
-  bölünmüş  və  ya lələkvari  -  yarılmış,  seqmentləri  uzunsov,  yumurtavaridir, bütöv,  bəzən dişcikli, 
küt və ya sivridir; yuxarıdakı yarpaqlar sadə və ya ikiqatlələkvari - bölünmüş, seqmentləri xətvari 
və  ya  uzunsov  -  xətvari,  neştərşəkilli,  bütöv  və ya  dişcikli,  sivridirlər;  dişcikləri  uzun  tükcüklərlə 
nəhayətlənir;  çiçək saplaqları   düz,  möhkəm, uzun, sıx və ağımtıl  tükcüklüdürlər. Qönçələri  uzun 
məxməri tükcüklüdürlər; erkəkcikləri azsaylı, sapları çox nazikdir; tac çaxırı-qırmızı və ya çəhrayı, 
adətən  tutqun,  bəzən  ağ,  xırda,  tez  töküləndir;  ləçəkləri  1-2,  bəzən  3  sm  uzunluğunda,  qaidə 
hissəsində tünd və ya qara ləkəlidir, bəzən ləkəsizdir, adətən tərsyumurtavari, bir-birinə kənarları ilə 
söykənmişlər;  qutucuqları  çılpaq,  uzunsov-sancaqvari  və  ya  sancaqvari-silindrşəkilli,  tam 
yetişməmiş qutucuq tərsyumurtavari, ayaqcıqsız, oturaq, 12-20 mm uzunluğunda, möhkəm qabıqlı, 
göyümtüldür;  disk  yetişmiş  qutucuqda  yastı,  pərdəşəkilli;  dişcikləri  bir-birinə  söykənmişlər;  4-11 
şüalıdır (1, s.179).Daşlı, gilli yerlərdə, tarlalarda, yol kənarlarında bitirlər. 
P. maeoticum Klokov, 1953, Фл. УРСР, 5: 503. - P. laevigatum Bieb. 1819, Fl.Taur.-Cauc. 
3: 364, p. p., excl. Typo, quoad pl. Cauc.; Гроссг. 1950, Фл. Кавк. Изд. 2, 4: 98. - P. dubium auct. 
non L.: Cullen, 1965, Fl. Turk. 1: 233; id. 1966, in Rech. f. Fl. İran. 34: 20. – Azov laləsi. Bitkinin 
təsviri  Ukraynadan  verilmişdir.  Typus:  “  Dit.  Staliniensis  ,  prope  opp.  Zhdanov  (Mariopol),  in 
sabulosis, 2 VII 1925” (KW) (2, s.117). – Azov laləsi 
 
ƏDƏBİYYAT  
1.
 
Qrossheym A.A. Azərbaycan florası. Bakı, Azərnəşr, Kənd təsərrüfatı şöbəsi, II cild,1936, s. 
171-183 
2.
 
Конспект  Флоры Кавказа. Москва:  СПб., Товарищество научных изданий КМК. 2012, 
Том 3. Часть 2. 623 с. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə