Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   12   13   14   15   16   17   18   19   ...   127

33 
 
tutulur.  Göbələyin  törədiciləri  ilə  sirayətlənmiş  süpürgələr  tamamilə  qara  rəngli  toz  kütləsinə 
çevrilir.  Sirayətlənmiş  bitkilərdə  qıça  əvəzinə  xaricdən  qısa  yarpaqlarla  örtülmüş,  üzəri  tutqun 
rəngli spor kütləsi ilə dolu şişkinlik əmələ gəlir. Şişkinliyi üstən örtən qıça yarpaqları əvvəlcə yaşıl 
rəngdə olur, qıçaların  yetişməsinə yaxın saralıb quruyur və qıçaların ağzı  açılır. Burada olan spor 
kütləsinin bir hissəsi yavaş-yavaş tozlanaraq ətraf bitkilərə yayılır, bir hissəsi isə qıçanın saçaqları 
arasında  ilişib  qalır.  Xəstə  bitkilərin  boyu  qısa  olur,  qıçalarda  formalaşma  getmir,  bitki  tamamilə 
tələf  olur.  Bitkilərin  xəstəliklə  sirayətlənməsi  adətən  toxumun  cücərmə  mərhələsindən  başlayaraq 
cücərtilərin  torpaq  səthinə  çıxmasına,  bəzən  də  2-3  yarpaq  açanadək  davam  edir.  Teliosporlar 
torpağa  düşərək  cücərib  fraqmobazidi  və  bazidiosporlar  əmələ  gətirir  ki,  bunlar  da  bütün  sürmə 
göbələklərində  olduğu  kimi  cücərtilərin  divarını  deşib  onun  daxilinə  keçir  və  gövdə  boyu  inkişaf 
edərək  çiçəkləmə  mərhələsinə  qədər  gedir.  Qovuqlu  sürmədən  fərqli  olaraq,  toz  sürmənin 
törədiciləri  vegetasiya  dövründə  bitkinin  bütün  vegetativ  və  generativ  orqanlarını  sirayətləndirir. 
Toz sürmə xəstəliyi qarğıdalı qıçalarına təsir edərək onun məhsuldarlıq elementlərini aşağı salır. Bu 
təsir özünü sortların bioloji xüsusiyyətlərindən asılı olaraq müxtəlif cür göstərir. Belə ki, Naxçıvan 
MR şəraitində toz sürmə xəstəliyinin mənfi təsiri Zaqatala-68 sortunda daha çox nəzərə çarpır. Bu 
sortda  nəzarət  variantına  görə  təcrübə  variantında  məhsuldarlıq  17%,  1000  dənin  kütləsi  7%,  bir 
qıçadakı  dənlərin  sayı  65%,  bir  qıçadakı  dənin  kütləsi  67%  aşağı  düşmüşdür.  Müvafiq  olaraq  bu 
rəqəmlər Zaqatala-514 sortunda 12, 4, 57, 61%; Zaqatala-yaxşılaşdırılmış sortunda 15, 5, 48, 53%; 
Partlayan sortunda isə 10, 3, 33, 36% olmuşdur. Qeyd etmək lazımdır ki, Yerli partlayan sortunda 
toz sürmə xəstəliyi qeydə alınmamışdır. 
Xəstəliklərə  qarşı  mübarizə  tədbirləri  əsasən  profilaktiki,  aqrotexniki  və  kimyəvi  üsullarla 
aparılır. Profilaktiki tədbirlər: Buraya çoxlu sayda kompleks tədbirlər aiddir ki, bunlardan da əsası 
karantin  xidmətinin  və  toxum  materiallarının  yoxlanılmasının  düzgün  təşkili  və  Dövlət  Sort 
Sınağının  məlumatlarından  istifadə  edərək  xəstəliklərə  qarşı  davamlı  sortların  səpilməsidir; 
Aqrotexniki  tədbirlər:  Tədbirlər  sisteminə  torpağın  vaxtında  şumlanması  (27-30  sm),  toxumların 
səpinə  hazırlanması,  səpin  norması,  üsulu,  mineral  gübrələrin  və  vegetasiya  sularının  vaxtında 
verilməsi,  alaqlara,  xəstəlik  və  zərərvericilərə  qarşı  mübarizə  tədbirlərinin  vaxtında  aparılması, 
məhsulun  vaxtında  və  itkisiz  yığılması  və  digər  tədbirlər  daxildir.  Bununla  yanaşı  növbəli  əkin 
sisteminə  də  düzgün  əməl  edilməlidir.  Belə  ki,  qarğıdalının  eyni  sahədə  fasiləsiz  becərilməsi 
torpaqda olan bir çox xəstəlik törədicilərinin çoxalmasına səbəb olur. Bəzi xəstəliklər (tozlu sürmə, 
kök çürüməsi, diplodioz və s.) güclü sirayətlənmiş sahələrdə 4-5 il müddətində qarğıdalı əkilməsi 
tövsiyyə olunmur; Kimyəvi tədbirlər: Çalışmaq lazımdır ki, kimyəvi mübarizə üsulundan minimum 
istifadə edilsin. Xəstəliklərə qarşı toxumların dərmanlanmasında 80%-li TMTD (1,5-2 kq/t); 75%-li 
Vitavaks -200 (2 kq/t); 2,5%-li Premis (1,2 kq/t) preparatlarından istifadə olunmalıdır.   
Qarğıdalı  sahəsində  çoxlu  sayda  zərərverici  həşaratlara  rast  gəlinir.  Ədəbiyyat 
məlumatlarına  əsasən  müasir  dövrdə  qarğıdalı  bitkisinə  ziyan  vuran  həşəratların  sayı  500  növdən 
yuxarıdır ki, bunlarında böyük əksəriyyəti qarğıdalı bitkisinə o qədərdə də ziyan vurmurlar. Buna 
baxmayaraq  bəzi  illərdə  kütləvi  çoxalmaları  zamanı  böyük  ziyan  vura  bilirlər.  Naxçıvan  MR-də 
qarğıdalı bitkisinin zərərvericilərini ilk dəfə olaraq Məmmədov S.H.  öyrənmişdir [2, s. 64-82;]. O, 
qarğıdalı bitkisindən 105 növ həşarat qeyd etmişdir ki, bunlardan da 64 növü qarğıdalı bitkisinə az 
və ya cox dərəcədə zərər vurur. 
Qarğıdalı  bitkisinin  zərərvericiləri  dörd  əsas  qrupa  bölünür.  Dünyada  qarğıdalı  sahələrinə 
daha çox zərər vuran həşaratlar aşağıda verilmişdir.  

 
Kök  sisteminə  ziyan  vuranlar-  Melanotus  cribulosus  (Le  Conte),  Anuraphis  maidi-radicis 
(Forbes),  Diabrotica  longicornis  (Say),  Diabrotica  duodecimpunctata  (Fabricicus), 
Phyllophaga rugosa (Meisheimer);  

 
Gövdə  və  yarpaqlara  ziyan  vuranlar-  Agrotis  c-nigrum  (Linne),  Agrotis  ypsilon  (rottemburg), 
Crymodes  devastator  (Brace),  Blissus  leucopterus  (Say),    Blissus  hirtus  (Montandon),  Calendra 
maidis  (Chittenden),  Cirphis  unipuncta  (Haworth),  Melanoplus  femur-rubrum  (De  Geer), 
Camnula pellucida (Scudder), Heliothisarmigera (Hubner), Papaipema nebris (Guenee).  

 
Bütövlükdə bitkiyə ziyan vuranlar- Pyrausta nubilalis (Hubner), Diatraea crambidoides (Grote). 


34 
 

 
Saxlanılma müddəti ərzində toxuma ziyan vuranlar- Sitotroga cerealella (Olivier), Hylemyia 
cilicrura (Rondani)  
Zərərvericilərin  növ  sayını  və  rast  gəlmə  tezliyini  müəyyənləşdirmək  üçün  müşahidələr 
mütəmadi  olaraq  stasionar  şəraitdə  aparılmış,  nəticədə  aşağıdakı  zərərvericilərə  daha  çox  rast 
gəlinmişdir.  
Təcrübələrimizdə  daha  çox  rast  gəlinən  zərərvericilər  mənənələr  olmuşdur.  Mənənələr 
qarğıdalı  bitkisini  əsasən zərif hissələrinə zərər vurur, qıçalarını və   yarpaqların  şirəsini sormaqla 
qidalanırlar.  Müşahidələrimizdə  erkək  çiçəklərin  üzərindən  başlayaraq  1-2-ci  yarpaq  qınına  qədər 
koloniya şəklində toplanmışdır. Mənənələrdən adi taxıl mənənəsi (Schizaphis qraminum Rond) və 
qarğıdalı mənənəsinə (Rhopolosiphum maydis Fitch. (Arhis avenae Kolt) daha çox rast gəlinmişdir. 
Pambıq  sovkası  (Chlorida  obsoleta  F.)-Bu  zərərverici  əsasən  qarğıdalının  südyetişmə 
mərhələsindən sonrakı dövrlərində güclü zərər vurur. 
Payızlıq əkin sovkası (Aqroitis segetum Schiff)-Torpaqda olan cücərtiləri və kök boğazlarını 
gəmirərək qarğıdalı əkinlərinə böyük ziyan vurur. 
Uzunquyruq  çəyirtkə  (Tettigonia  caudata  Charp)-Tez-tez  rast  gəlinir.  Əsasən  qarğıdalı 
bitkisinin yarpaqlarına zərər verir.  
Adi  qulağagirən  (Forficula  auricularia  L.)-  Əsasən  qıçaları  zədələyərək  tam  yetişməmiş 
dənlərlə  qidalanır.  Bu  zərərvericiyə  bitkinin  süd  mum  yetişmə  dövründə  qıçalarında  və 
yarpaqlarında rast gəlinir.  
Yaşıl  çəyirtkə  (Tettigoni  virdissima)-  Az  sayda  rast  gəlinir.  Cavan  bitkilərin  çiçəkləri  və 
yarpaqları ilə qidalanaraq zərər vurur. 
Çöl  sisəyi  (Gryllus  desertus  Pall)-  Az  sayda  rast  gəlinir.  Əsasən  sürfə  və  yetkin  fərdlər 
cücərtilərin gövdə və yarpaqlarını zədələyir.  
Adi danadişi (Gryllotalpa gryllotalpa L.)- Əsasən cücərtilərin torpaqaltı hissələrini və yeni 
cücərən bitkiləri zədələyir.  
Asiya  çəyirtkəsi  (Lacusta  migratoria  L.)-  Yarpaq  və  qıçanın  yaşıl  hissələrini  zədələyir. 
Kütləvi artım zamanı böyük ziyan vura bilər. 
Altınöqtəli  cırcırama  (Macrosteles  laevis  Rib.)-  Əsasən  yarpaqların  şirəsini  sorur.  Şirəsi 
soyulmuş  yarpaqlar  rəngini  itirərək  ölüşkəyir  və  bitki  zəifləməyə  başlayır.  Kütləvi  çoxalma 
dövründə çox ziyan vura bilər. 
Taxıl mənənəsi  (Trygonotylus Ruficonic Geoffr.)- Tez-tez rast  gəlinir. Əsasən  yarpaqların, 
çiçəyin  və  gövdənin  şirəsini  soraraq  bitkilərin  inkişafını  zəiflədir.  Çiçəkləmə  və  südyetişmə 
fazasında qıçalara daha çox zərər verərək cücərmə faizini aşağı salır. 
Dağıstan  tozcuqyeyəni  (Podonta  Daghestanica  Reitt)-  Tırtılları  cücərtilərin  kök  boğazını 
zədələyərək onları məhv edir. 
Qırmızısinə zəlicə (Lema melanopus L.)- Həşəratın sürfələri yarpaqların lətli hissəsini zədələyir. 
Qamma  sovkası  (Phytometra  gamma  L.)-  Tırtılları  yarpaqların  aşağı  hissələrini 
deşərək zədələyirlər. 
Zərərvericilərə qarşı mübarizə tədbirləri: Aqrotexniki tədbirlər: Tədbirlər sisteminə torpağın 
vaxtında  şumlanması  (27-30  sm),  toxumların  səpinə  hazırlanması,  səpin  norması,  üsulu,  mineral 
gübrələrin  və  vegetasiya  sularının  vaxtında  verilməsi,  alaqlara,  xəstəlik  və  zərərvericilərə  qarşı 
mübarizə tədbirlərinin vaxtında aparılması, məhsulun vaxtında və itkisiz yığılması və digər tədbirlər 
daxildir. Bununla yanaşı növbəli əkin sistemi də düzgün əməl edilməlidir. Belə ki, qarğıdalının eyni 
sahədə fasiləsiz becərilməsi torpaqda olan bir çox xəstəlik törədicilərinin çoxalmasına səbəb olur. 
Bəzi  xəstəliklər  (tozlu  sürmə,  kök  çürüməsi,  diplodioz  və  s.)  güclü  sirayətlənmiş  sahələrdə  4-5  il 
müddətində qarğıdalı əkilməsi tövsiyyə olunmur. 
Kimyəvi  tədbirlər:  Kimyəvi  preparatlardan  istifadə  etməzdən  əvvəl  zərərvericinin  hansı 
növə aid olduğu, hansı dövrdə və nə sıxlıqda yayıldığını bilmək əsas şərtdir. Yalnız bundan sonra 
hansı  kimyəvi  preparatdan  istifadə  ediləcəyinə  qərar  verilməlidir.  Kimyəvi  mübarizə  tədbirləri 
zərərvericilərin kütləvi yayıldığı illərdə və məhsul yığımına 20-25 gün qalana qədər aparıla bilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə