Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   9   10   11   12   13   14   15   16   ...   127

27 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7  (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
MUSA PİRİYEV 
DAŞQIN QƏNBƏROV 
Naxçıvan Dövlət Universiteti 
 musa-piriyev@rambler.ru 
UOT: 635. 91 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILMIŞ GƏRMƏŞOV- EUONYMUS L. 
CİNSİNİN NÖV TƏRKİBİ VƏ YAŞILLAŞDIRMADA İSTİFADƏ EDİLMƏSİ 
Açar sözlər: çiçək, dekorativ, həmişəyaşıl, Euonymus, E. verrucosa , E. latifolia, E. europaea., 
E Yaponicus, dərman. 
Ключевые  слова:  Euonymus,  E.  verrucosa  ,  E.  latifolia,  E.  europaea  .,  E  Yaponicus, 
лекарственные цветы, декоратив, вечнозелёный.  
Keywords: Euonymus, E. verrucosa, E. latifolia, E. europaea., E Yaponicus, medicinal flowers, 
Ornamental, evergreen. 
Naxчыvan МР-ин kserofиt tipli zяngin florasы tarixi baxыmdan Aralыq dяnizi, Юn Asiya vя 
Иran  florasы  ilя  sыx  genetik  яlaqяdя  inkiшaf  edərək  formalaшmышdыr.  Buranın    bitki  örtüyünün 
öyrənilməsinin ilk yazılı mənbəyinə XVIII əsrin ilk illərində Jozef  Pitton Turneforun işlərində rast 
gəlinir  [5].  Sonra  İ.S.Şoviç  (1829),  Q.İ.Radde  (1843-1871),V.İ.Lipiski  (1893),  A.A.Lomakin 
(1895),  A.V.Fomin  (1900-1907),  Kenq  (1904-5),  Y.N.Voronov    və  Y.S.Medvedyev  (1914), 
A.A.Qrossheym  (1915-1926),    İ.İ.  Karyagin  (1931),  1931-1975-ci  illərdə  L.İ.  Prilipko  və  b. 
bölgənin  bitki  örtüyünü  tədqiq  etmişlər.  Lakin  Naxчыvan  МР-ин  florasını  planlı  və  ardıcıl 
Ə.Ş.İbrahimov və T.H.Talıbov tədqiq etmiş və 2008-ci ildə nəşr etdirdikləri kitabda Нахчыван 
МР флорасы 8 синиф, 104 сыра, 170 фясиля, 874 жинс вя 2835 нювля тямсил олунduğu qeyd edilmişdir 
[2].  Bu  bitkilərdən  biri  də  Gərməşovdur.  Gərməşov  cinsi  Gərməşovkimilər  -  Celastraceae  R.BR. 
fəsiləsinə daxil olan nümayəndələri dekorativ bitkiçilikdə və fitoteraniyada istifadə olunan ağac və 
kollardır. Naxçıvan Muxtar Respublikasının florasında yabanı şəkildə  bu fəsilənin bir cinsinə  və 
üç  növünə  rast  gəlinir.  E.verrucosa  və  E.laxifolia  E.auropaea  növləri.  E.latifolia  növünün  təbii 
ehtiyatı məhdud olduğundan Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitab”na daxil edilmişdir. 
Tədqiqatımız  nəticəsində  məlum  olmuşdur  ki,  respublikada  Gərməşov  Euonymus  L.  cinsinin 
Yapon gərməşovu- Euonymus yaponica L.  növü də vardır ki, bu da Naxçıvan florası üçün yeni növ 
hesab edilə bilər. 
Azərbaycan müstəqillik əldə etdikdən sonra səhrədlərimiz bir çox dövlətlərin üzünə açıldığı kimi, 
yaxın qonşularımız və dosdumuz olan Türkiyə və İran dövlətlərinin də üzünə açıldı və oradan Naxçıvan 
üçün yeni olan bir çox növlər gətirilərək, mədəni şəkildə becərilib və iqlimləşdirildi. Yapon gərməşovu da  
bu bitkilərdən hesab edilə bilər.  Məhz buna görə də Naxçıvan florasında gərməşovun 4 növün olduğu 
qənaətinə gəlinmişdir. Doğrudur Yapon gərməşovu mədəni şəkildə Azərbaycanın bir çox yerlərində, əsas 
etibarı ilə Lənkəran, Abşeron, Kür –Araz ovalığı  və Bakı şəhərində də yaşıllaşdırma məqsədi ilə əkilir. 
Lakin  Naxçıvana  Türkiyə  Respublikasında  əkilən  forma  gətirildiyi  fikirindəyik.  Gərməşov  cinsinin 
Avropa, Asiya və Şimali Amerikada təbii olaraq yayılan 120-yə qədər, Rusiyada isə  təxminən 20 növü 
vardır.  Həmişəyaşıl  və  yazda  yaşıllaşan  növləri  vardır  ki,  həmişəyaşıl  olan  növlərin  yarpaqlı,  payızda 
yarpağını  tökən  növlər  isə  qırmızı  meyvələri  və  payızda  rəngarəng  olan  gözəl  yarpaqları  vardır.  Məhz 
bunlara görədir ki, dünyanın hər yerində bəzək bitkisi kimi becərilir. 
Gərməşov  -  Euonymus  L.  cinsinin  növlərinin    hündürlükləri  1-6  m  olan  kol  və  ya  ağaclardır. 
Yarpaqları  2-15  sm  uzunluğunda,  yumurta  şəkilli,  kənarları  dişlidir.  Çiçəkləri  kiçik  qruplarda  yerləşir. 
Qrupda olan çiçəklər diqqəti cəlb etməyən sarı və  ya açıq-yaşıl rəngdədir. Erkəkciklər kasa  yarpağı ilə 
qarşı-qarşıya dayanır. Meyvələri ətli giləmeyvədir. İçərisində qarşı- qarşıya 4 toxum  yerləşir.  Bu cinsin 
növləri  dekorativ  və  dərman  bitkiləridir.  Muxtar  respublika  ərazisində  cinsin  Saqqalçıqlı  gərməşov, 
Enliyarpaq gərməsov və Avropa gərməşovu növlərinin yayılması haqqında ədəbiyyatlarda məlumat vardır 


28 
 
[1-4].  Lakin  bizim  tədqiqatlara  əsasən  burada  bu  növlərdən  başqa    Yapon  gərməşovu-  Euonymus 
yaponicus  Thunb.  növünün  olduğu  müəyyən  edilmişdir.  Kölgəyə  çox  dözümlü  olduğundan  qismən 
işıqlanan  otaq  və  foelərdə  dibçəklərdə  geniş  şəkildə  becərilir.  Lakin  bəzi  növləri  işığın  miqdarının 
azlığından  alabəzək  olan  yarpaqları  sarı  rəngə  çevrilir.  Bir  çox  növlər  üçün  optimal  temperatur  25
0
  C 
kifayət  edir.  12
0
  C  istilikdə  inkişaf  az  miqdarda  ləngimiş  olsada  belə  bu  bitki  üçün  təhlükəli  deyil. 
Temperatur 12
0
-dən aşağı düşdükdə yarpaqlarını tökür.  
Gərməşov bitkisinin yarpaqları, gövdəsi, çiçək və toxumları  zəhərlidir, çünki onların tərkibində 
alkoloidlər  vardır.  Toxumlarında  70%-ə  qədər  qatı  piy  yağı  vardır.  Quttaperçalı  bitkidir.  Quttaperçalı 
xüsusi tərkibli qətrandır. Kök qabığı bu maddə ilə daha zəngindir. Kök qabığında Quttaperçanın miqdarı 
2-33 %-ə çatır. Gövdələrində bu maddənin miqdaı 5-6% arasında dəyişir. Uzun illər Avropa meşələrində 
təbii halda yayılmış gərməşovun Saqqalı və Avropa növlərindən quttaperça əldə etmək üçün xammal kimi 
istifadə  etmişlər.  Hazırda  süni  yolla  daha  ucuz  kauçuq  əldə  etmək  imkanı  olduğundan  bu  işə  maraq 
azalmışdır.  Bundan  başqa  gərməşovun    kök  qabığında  10-15%  şəkər  və  zülal  maddələri  vardır. 
Toxumlarının  tərkibində  qlükozid,  evonimin,  emulsin  və  70%-ə  qədər  94-125  yod  hissəli  piy  yağları 
vardır. Toxum altlıqlarından sarı piqment əldə edilmişdir. Meyvə və köklərinin tərkibində alma, çaxır və 
limon turşularının qarışığı vardır.  Bu xassələrinə görə xırda buynuzlu heyvanlar yazda bu bitkini yemirlər. 
Lakin müşahidə edilmişdir ki, payız fəslində irbunuzlu qara mal meşəyə daxil olduqda gərməşovun iyini 
uzaqdan  alaraq  ən  mürəkəb  yerdə  olsa  da  belə  onu  tapıb  yarpaq  və  budaqlarını  həvəslə  yeyirlər  və 
zəhərlənmə  müşahidə  olunmur.  Bunu  dərindən  araşdırmaq  maraqlı  hesab  edilir.  Buna  baxmayaraq  
Batabat meşəsinə bütün fəsillərdə  istirahət etməyə gedənlərimiz çoxluq təşkil edir. Tövsiyyə edirik ki, 
uşaqları  bu  bitkidən  uzaq  tutsunlar,  əks  halda  uşaqlar  bunun  gözəl  görünən  çiçəyindən  və  ya 
toxumlarından zəhərlənə bilərlər. Lakin bitkinin bu zəhəri insanlara fayda verir. Xalq təbabətində geniş 
istifadə  edilən  bitkidir.  Adamlar  gərməşovun  budağını  yandıraraq  yağını  çıxarır,    həmin  yağı    dəri 
xəstəliklərində,    məsələn  dəmrovun  üzərinə  2-3  dəfə  sürtməklə  müalicə  edirlər.  Toxumlarından 
üyüdülmüş halda qotur xəstəliyində və parazitlərlə mübarizədə istifadə edirlər.  Antelmintik, antibakterial, 
sidik  qovucu, bəlqəm gətirici, həşəratlara qarşı, parazit əlehinə istifadə edirlər. Gərməşovun qabığından, 
budağından, toxumları və çiçəyindən çay dəmləməsi şəklində işlətmə məqsədi ilə içirlər. 
Qədim  dövrlərdən  arıçılıq  təsərrüfatı  yeşiklərdə  becərilməzdən  əvvəl,  Gərməşovun  nazik 
budaqlarının yaxşı əyildiyini nəzərə alaraq, yerli adamlar bu çubuqlardan səbətlər düzəldib, həmin 
səbətlərdə arılar saxlayırmış. Həmin səbətlərin   antibakterial təsiri olduğundan və orada parazitlər 
inkişaf etmədiyindən   arıçılığın inkişafına müsbət təsir göstərmişdir. 
 
Saqqalçıqlı  gərməşov  -  E.  verrucosa  Scop.  1-2  m  hündürlüyündə  koldur.  May-sentyabr 
aylarında  çiçəkləyir  və  toxum  verir.  Orta  və  yuxarı  dağ  qurşaqlarında    meşədə,  kolluqlarda, 
talalarda  yayılmışdır.  Biləv,  Bührüd,  Ərəfsə,  Teyvaz,  Biçənək,  Ləkətaq,  Bəyəhməd,  Nürgüt 
kəndlərinin  ərazilərində  və  Batabat  meşəsində  vardır.  Mezofitdir.  Avropa  -  Kiçik  Asiya  coğrafi 
areal tipinə daxildir [4].  
Enliyarpaq  gərməsov  -  E.  latifolia  (L.)  Mill.  2-4  m  hündürlüyündə  koldur.  May-iyun 
aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. Orta və yuxarı dağ qurşaqlarında (2600 
m-ə qədər)  meşədə, kolluqlarda yayılmışdır. 
Şahbuz  rayonunun  Batabat  meşəsində,  Culfa  rayonunun  Xəzinədərə,  Talalar,  Palıdlıq 
sahələrində, Ordubad rayonunun Tillək meşələrində qarışıq kolluq fitosenozlarında tək-tək rast gəlinir. 
Bu  növü  qorumaq  məqsədi  ilə  Zəngəzur  Milli  Parkı  və  Arpaçay  Təbiət  Yasaqlığı  ərazisində 
yayıldığı sahələrin nəzarət altına götürülməsi tövsiyyə olunmuşdur. Naxçıvan Muxtar Respublikasının 
“Qırmızı kitabı”na daxil edimişdir. Mezofitdir. Avropa - Kiçik Asiya coğrafi areal  tipinə daxildir [4]. 
Avropa gərməşovu - E. europaea L. 3-6 m hündürlüyündə kol və ya ağacdır. Nadir hallarda 
hündürlüyü  10  metrə  çatan,  gövdəsinin  diametri  20  sm  olan  ağaclara  da  rast  gəlmək  olur.  Əsasən  
gövdəsinin  diametri  8 sm olur. Yarpaqları lanset şəklindədir, 3-8 sm uzunluğunda, 1-3 sm enindədir. 
Yarpaqları yazdan başlayaraq payıza qədər tünd yaşıldan qırmızı - bənövşəyi rəngə qədər dəyişir ki, bu 
da ağacın gözəlliyini artıraraq yaşıllaşdırmada istifadə edilməsini daha da cəlbedici edir. Çiçəkləri yazın 
axırında açılır, bal verəndir, həşaratla tozlanır, kiçikdir, diqqəti çox da cəlb etmir  [4]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə