Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   11   12   13   14   15   16   17   18   ...   127

31 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
GÜNEL SEYİDZADƏ 
AMEA Naxçıvan bölməsi 
E-mail:g_seyid@mail.ru 
UOT: 581,9 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ QARĞIDALI SORT 
NÜMUNƏLƏRİNİN ÖYRƏNİLMƏSİ  
 
Açar sözlər: Zea mays, xəstəlik, zərərvericilər, aqrotexniki və kimyəvi mübarizə, insektsit 
Key words: Zea mays, disease, pests, agronomic and chemical control measures, insektsidi 
Ключевые  слова:  Zea  mays,  болезни,  вредители,  агротехнические  и  химические  меры 
борьбы. инсектсиди 
Becərilən kənd təsərrüfatı bitkiləri içərisində öz yem qidalılıq dəyərinə görə qarğıdalı bitkisi 
xüsusi  yer  tutur.  Muxtar  respublikada  əsasən  yem  bitkisi  kimi  becərilən  qarğıdalı  bitkisini  müasir 
intensiv becərmə texnologiyası tətbiq etməklə, əkin sahələrini genişləndirmədən məhsul istehsalını 
əhəmiyyətli dərəcədə artırmaq mümkündür.  
Bu  bitkinin  dən  məhsulunun  artırılması,  keyfiyyətinin  yaxşılaşdırılması  olduqca  vacib 
məsələlərdən  biridir.  Ona  görə  də  tədqiq  olunan  sortların  bioloji  xüsusiyyətlərini,  xəstəlik  və 
ziyanvericilərə  qarşı  davamlılığını  öyrənmək,  muxtar  respublikanın  torpaq-iqlim  şəraitinə  uyğun 
mütərəqqi  becərmə  texnologiyalarını  elmi  əsaslarla  işləyib  hazırlamaq,  onları  fermer  və  kəndli 
təsərrüfatlarına tətbiq etmək qarşıda mühüm bir vəzifə kimi durur.  
Son illər dünyada baş verən iqlim dəyişkənlikləri, katakilizmlər, ekoloji tarazlığın pozulması 
daha  çoxlu  sayda  abiotik  və  biotik  stress  amillərinin  təsiri  altında  çoxlu  sayda  xəstəliklərin  əmələ 
gəlməsinə  şərait  yaradır.  Xəstəlik  törədicilərinin  arealı  daim  genişlənir.  İqtisadi  baxımdan 
əhəmiyyətsiz hesab edilən bəzi xəstəlik törədicilərinin zərərvermə həddi yüksəlir.  
Tədqiqatçı  alimlərin  (seleksiyaçıların)  yüksək  məhsul  almaq  yolunda  rastlaşdıqları 
problemlərdən biri də bitkilərin xəstəliklərə tutulmasıdır. Bitki xəstəlikləri mürəkkəb patoloji proses 
olub,  son  nəticədə  canlı  orqanizmin  zəifləməsi,  onda  patomorfoloji,  patofizioloji  və  biokimyəvi 
proseslərin  pozulması  ilə  xarakterizə  edilir.  Bu  zaman  məhsuldarlıq  aşağı  düşür,  istehsal  edilən 
kənd təsərrüfatı məhsullarının keyfiyyəti pisləşir, əmtəəlik qabiliyyəti zəifləyir.  
Eksperimental  hissə:  Tədqiqat  materialı  olaraq  qarğıdalı  bitkisinin  Azərbaycan  ETƏİ-dən 
alınmış 16 hibridi və 5 sortu (Zaqatala-68, Zaqatala-514, Zaqatala-yaxşılaşdırılmış, Partlayan, Yerli 
partlayan)  götürülmüşdür.  Təcrübələr  AMEA  Naxçıvan  Bölməsinin  Bioresurslar  İnstitutunun 
təcrübə  sahəsində,  boz  torpaqlarda  suvarma  şəraitində  aparılmışdır.  Təcrübələrin  qoyulmasında 
Ə.S. Musayev, H.S. Hüseynov,  Z.A. Məmmədovun “Dənli-taxıl bitkilərinin seleksiyası sahəsində 
tədqiqat  işlərinə  dair  tarla  təcrübələrinin  metodikası”  –dan  istifadə  edilmişdir  [3].    Təcrübə  ilində 
qarğıdalının  sələfi  noxud  bitkisi  olmuşdur.  Payızda  sahə  27-30  sm  dərinlikdə  şumlanmışdır. 
Qarğıdalı  bitkisi  gübrələrə  daha  həssas  olduğu  üçün  sahəyə  metodikaya  uyğun  olaraq  kalium  və 
fosfor gübrəsi verilmişdir. Azot gübrəsi isə vegetasiya dövründə yalnız təcrübə variantında müxtəlif 
fazalarda  yemləmə  şəklində  iki  dəfəyə  verilmişdir.  Xəstəlik  və  ziyanvericiləri  təyin  etmək  üçün 
mütəmadi olaraq müşahidələr stasionar şəraitdə aparılmış, xəstəliklərin təyin olunmasında M. Seyidov, 
C. Ağayev “Buğda, arpa, qarğıdalı: xəstəliklər, zərərvericilər və alaq otlarına qarşı mübarizə” [4, s. 33-
47] və İ.M. Belyayev,   M.V. Qorlenko və baş. “Вредители и болезни полевых култур” [6 s. 87-104] 
metodikalarından istifadə olunmuşdur. Mineral gübrələrin məhsuldarlığa təsirini öyrənmək məqsədilə 
təcrübələr  iki  variantda  qoyulmuşdur.  Birinci  varianta  sahəyə  şum  altına  yalnız  fosfor  və  kalium 
gübrəsi (K
90
P
90
), təcrübə variantında  isə kalium və  fosfordan əlavə olaraq  hektara t.e.m.h. ilə azot 


32 
 
(N
90
)  verilmişdir.  Sortlar  üzərində  mütəmadi  olaraq  fenoloji  müşahidələr  və  biometrik  ölçmələr 
aparılmışdır. 
 
Qarğıdalı  bitkisində  əsasən  aşağıdakı  xəstəliklər  müşahidə  olunur:  Qovuqlu  sürmə  -
Xəstəliyin  törədicisi  Ustilago  zeae  Unger  bazidili  göbələklərin  Ustilaqinales  sırasına  aiddir. 
Xəstəlik  nəticəsində  bitkinin  bütün  yerüstü  orqanlarında;  gövdəsi,  qıçası,  yarpaqları,  süpürgəsi  və 
hava köklərində müxtəlif böyüklükdə qovuqlar əmələ gəlir. Xəstəliyin gövdə forması daha qorxulu 
hesab  edilir.  Bu  formada  güclü  sirayətlənmiş  gövdələr  əyilir  və  bəzən  də  qırılır.  Zədələnmiş 
gövdənin yuxarı hissəsində maddələr mübadiləsi pozulur, böyük həcmdə fırlar əmələ gəlir və bitki 
get-gedə quruyub tələf olur.  
Pas xəstəliyi - Xəstəliyin törədicisi Puccinia sorghi. Schw. Bazidili göbələklərin Uredinales 
sırasına  aiddir.  Xəstəlik  vegetasiyanın  ikinci  yarısında  yarpaqlarda  və  bəzən  də  gövdə  üzərində 
müşahidə  olunur.  Əvvəlcə  yarpaqlar  üzərində  əmələ  gəlmiş  xırda,  nizamsız  şəkildə  səpilmiş  açıq 
sarı  rəngli  ləkələr  yarpağın  epidermisi  altında  böyüyərək,  1  mm  uzunluğunda  qonur  rəngli 
pustullara çevrilir. Epidermisin partlaması nəticəsində pustulların üstü açılır və spor kütlələri ətrafa 
yayılaraq  yenidən  sağlam  bitkiləri  sirayətləndirir.  Xəstəliyin  vurduğu  ziyan  nəticəsində  yarpaqlar 
quruyur, qıçalar inkişafdan qalır, dənlər cılız və yüngül olur. 
Qonur  ləkə  -  Xəstəliyin  törədicisi  Drechslera  turcica  Subram  qeyri-müəyyən  göbələklərin 
Huphomysetales sırasına aiddir. Xəstəliyin ilkin əlaməti yarpaqlar üzərində əvvəlcə kiçik ağımtıl və 
getdikcə  bozumtul  rəngə  çalan,  kənarları  qırmızımtıl  rənglə  haşiyələnən  uzunsov  ləkələrdən 
ibarətdir.  Bu  ləkələr  getdikcə  birləşərək  bütün  yarpaq  səthini  əhatə  edir,  nəticədə  yarpağın 
solmasına və quruyub tökülməsinə səbəb olur. Xəstəlik əsasən aşağı yarpaqlardan başlayır və sonra 
yuxarı yarpaqlara keçir. Qonur ləkə qarğıdalının ən ziyanlı xəstəliklərindən biridir. O, bitkinin təkcə 
dən məhsulunu yox həmçinin yaşıl kütləsinin kəmiyyət və keyfiyyətini də aşağı salır.      
Qıça  və  dən  xəstəlikləri  -  Qarğıdalının  qıçaları  və  dəni  həm  yetişmə,  həm  də  saxlama 
dövründə bir çox göbələk xəstəliklərinin: fuzarioz, qırmızı və boz çürümə, kifləmə, ağ çürümə və 
bakteriyaların  təsirinə  məruz  qalır.  Fuzarioz-xəstəliyinin  törədicisi  qeyri-müəyyən  göbələklərin 
Fusariun  moniliforme  Sheldon  cinsidir.  Xəstəlik  sahədə  qıçaların  süd  yetişmə  mərhələsindən 
başlayaraq  yığıma  qədər,  hətta  saxlama  zamanı  temperatur  və  nisbi  rütubətin  yüksək  olduğu 
hallarda  da  inkişaf  edib  yayılır.  Göbələyin  mitseliləri  qıçalar  üzərində  hörümçək  toruna  bənzər 
solğun  çəhrayı  rəngli  sıx  örtük  əmələ  gətirir.  Xəstəliklə  güclü  yoluxmuş  dənlərin  cücərmə 
qabiliyyəti olduqca aşağı olur. Qırmızı çürümə - törədicisi Fusarium qraminearum Schwabe qeyri 
müəyyən göbələklərin Hiphomysetales sırasına aiddir. Xəstəlik  yüksək rütubətli regionlarda güclü 
yayılır. Süd və mum yetişmə zamanı qıçaların uc hissəsində açıq çəhrayı rəngli örtük əmələ gətirir. 
Xəstəlik nəticəsində qıçanın qabığı gövdəyə möhkəm yapışır və qırmızı kərpici rəng alır. Xəstəliyin 
törədiciləri 100% nisbi rütubət və 30-35
0
 C temperaturda yaxşı inkişaf edir. Buna görə də saxlama 
zamanı qıçaları xəstələndirə bilmir və toxum vasitəsilə yayılmır, qışı sahədəki bitki üzərində keçirir. 
Az təsadüf olunan xəstəlikdir. Boz çürümə  - xəstəliyin törədicisi Rhizopus maydis  Bruderl ibtidai 
göbələkdir.  Göbələk  dənin  südyetişmə  mərhələsinin  əvvəlində  qıçada,  dənlərin  cərgə  aralarında 
bozumtul  qonur  rəngli  sıx  örtük  əmələ  gətirir.  Göbələk  ancaq  dənləri  sirayətləndirir.  Əvvəlcə 
qıçanın  uc  hissəsinə  sonra  get-gedə  aşağı  hissəsinə  yığılır.  Xəstəliyə  tutulmuş  dənlər  qonurlaşır, 
tələf olur və asanlıqla ovulub tökülür. 
Qıça və dənin kiflənməsi - Qarğıdalının bu xəstəliyi yüksək nisbi rütubətdə yığım və dənin 
saxlanması  zamanı  boz  və  tutqun  kiflənmə  formalarında  müşahidə  olunur.  Boz  kiflənmənin 
törədiciləri Penicillium, Aspergillus, Botrytis, Mucor və s. göbələkləridir. Bunlar 8
0
C temperaturda 
yaxşı  inkişaf  edir.  Penicillium  göbələyi  hətta  2-5
0
C-də  cücərir.  Tutqun  kifləmənin  törədiciləri 
Cladosrorim,  Alternaria,  Macrosporiumdur.  Qıça  və  dənlər  üzərində  tutqun  və  ya  qara  rəngli 
təbəqə əmələ gətirir ki, bunlar da 12

C-dən yüksək temperaturda inkişaf edir.  
Toz sürmə - Törədicisi Sorosporium reilianum (Kuehn) Mc Alpina f.Zeae Geschele bazidili 
göbələklərin Ustilaqinales sırasına aiddir. Tədqiqatlarımızda bu xəstəliyə digər xəstəliklərdən fərqli 
olaraq  daha  çox  rast  gəlinmişdir.  Tədqiqata  daxil  edilmiş  əksər  sortlarda  (yerli  partlayan  istisna 
olmaqla)  bu  xəstəlik  müşahidə  olunmuşdur.  Xəstəliyə  qarğıdalının  yalnız  süpürgə  və  qıçaları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə