37
Schizaphis qraminum Rond, Rhopolosiphum maydis Fitch... (Arhis avenae Kolt), Trygonotylus
Ruficonic Geoffr., Forficula auricularia L., Tettigonia caudata Charp. Perhaps to minimize crop
losses annually conducting agro-technical system and chemical activities in crops.
РЕЗЮМЕ
Гюнель Сеидзаде
Изучение сортообразцов растения кукурузы в условиях Нахчыванской
Автономной Республики
В статье приведены результаты анализа сравнительного изучение некоторых
признаков урожайности кукурузы в двух разных условиях выращивания (варианты).
Контроль без азотного удобрения на фоне P
90
K
90
и опытный фон с добавлением N
90
.
Показано превосходство условий выращивания по интенсивной технологии по сравнению с
контрольным вариантом. Проведены данные элементов урожайности и зеленой массы.
Определены основные болезни кукурузы в условиях автономной республики. Изучены
степень зараженности пыльным головням и недобор урожая. Обработаны меры борьбы
против болезни. А так же изучалась зараженность вредителями 5 сортов (Закатала-68,
Закатала-514, Закаталы-улучшенный, Лопающаяся кукуруза, Местная лопающаяся) и 12
гибридов кукурузы в условиях Нахчыванской Автономной Республики. Исследования
показали, что на растениях кукурузы распространены многочисленные вредители, которые
наносят большой вред от начала прорастания семян и до уборки урожая, при этом
снижается урожайность и качество семян. Из этих вредителей опасными являются
следующие виды: Chlorida obsoleta F., Aqroitis segetum Schiff., Schizaphis qraminum Rond.,
Rhopolosiphum maydis Fitch. (Arhis avenae Kolt), Trygonotylus Ruficonic Geoffr., Forficula
auricularia L., Tettigonia caudata Charp. Возможно, свести до минимума потери урожая
проводя ежегодно систему агротехнических и химических мероприятий в посевах.
NDU-nun Elmi Şurasının 30 noyabr 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 03)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru,
dosent
M. Piriyev
38
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 7 (80)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 7 (80)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 7 (80)
ƏZİZƏ HÜSEYNOVA
Naxçıvan Dövlət Universiteti
daffadil73@mail.ru
UOT: 581,9
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ
YAYILMIŞ KOÇİ KƏKLİKOTUNDA - THYMUS KOTSCHYANUS BOISS. EFİR
YAĞININ TƏDQİQİ
Açar sözlər: fəsilə, cins, növ, kəklikotu, tərkib, efir yağı, yay otlağı, formasiya, assosiasiya
Key words: family, genus, species, thyme, part of essential natural oils, summer pastures,
formation, raipon.
Ключевые слова:
семейство, род, вид, тимьян, состав ефирных масел, летние пастбища,
формация, ассосиация.
Naxçıvan Muxtar Respublikasının ərazisi düzən və dağlıq relyefə malik olmaqla, zəngin
florası və bitki örtüyü ilə fərqlənir. Hazırda muxtar respublikanın florasının 176 fəsilə, 908 cins və
3021 növlə təmsil olunduğu göstərilir. Bu miqdar Qafqaz florasının 43,16 % - ni, Azərbaycan
florasının isə 60,42% - ni təşkil edir (13). Naxçıvan MR florasına daxil olan müxtəlif həyat formalı
bitkilərin 65 % - ni faydalı bitkilər (yem, dərman, efir yağlı, aşı maddəli, bəzək, kitrəli və s.) təşkil
edir. Faydalı bitkilərdən efir yağlı və dərman bitkiləri xüsusi əhəmiyyət kəsb edir. Bu iki faydalı
bitki qrupları tərkiblərindəki bioloji fəal maddələrin, tətbiq sahələrinin oxşarlığına görə yaxındırlar.
Məsələn, efiryağlı bitkilər həm də dərman bitkiləridir. Muxtar respublikanın bir sıra efiryağlı
bitkiləri ərazinin aşağı zonalarında 600-1000 metrdən başlayaraq, tədricən yüksəkdağ subalp, alp
çəmənlərinə, çəmən bozqıplarına və subnival qurşağın aşağı sərhədlərinə daxil olurlar. Çoxsaylı
efiryağlı bitkilər arasında Kəklikotu-
Thymus L. cinsinin növləri daha geniş yayılmışdır (3).
Naxçıvan MR florasında 7 kəklikotu növü vardır. Onlardan bir növ- Mehri kəklikotu-
Thymus
migricus Klok. et Shost. nadir və itmək təhlükəli bitki kimi “Qırmızı kitab”a daxil edilmişdir (7, 8).
Dalamazkimilər -
Lamiaceae Lindl. fəsiləsinə mənsub olan kəklikotu bitkiləri qruplar halında və
kütləvi inkişaf edərək böyük sahələri əhatə edən kəklikotuluq formasiyası-
Thymeta və
assosiasiyalar -
Thymetum əmələ gətirirlər. Onlar taxıllarla, paxlalı bitkilər və müxtəlifotlarla
qarışıq fitosenozlar yaradaraq dominant, subdominant və edifikator roluna malik olurlar (1, 2). Belə
bitki birliklərində kəklikotular bol təmsil olunsalar da ancaq ikinci və üçüncü yaruslarda yerləşə
bilirlər. Bu da fitosenozda iştirak edən taxıllar, cillər, müxtəlif otlar və paxlalı bitkilərdən boyca
alçaq olmaları ilə əlaqədardır. Kəklikotu üstün olan fitosenozların layihə örtülməsi 75-92 % olur.
Otluqda 35-40 bitki iştirak edir. Nisbətən tez-tez rast gəlinən 15-20 növdür (Cədvəl 1).
Cədvəl 1.
Koçi kəklikotunun üstün olduğu taxıllı - paxlalı - müxtəlifotlu
fitosenozun
növ tərkibi və quruluşu
Bitkilərin adı
Bolluq
Hündürlük,
sm
Fenofaza
Yarus
Thymus kotschianus Boiss.
4
25-50
Çiçək
II
Poa bulbosa L.
4
120-150
Çiçək
I
Poa meyeri Trin.
2-3
50-65
Çiçək
II
Chrysaspis spadicea (L.) Greene
3
10-40
Çiçək
III
Аlopecurus textiles Boiss.
2
34-42
Meyvə
III