Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   19   20   21   22   23   24   25   26   ...   127

47 
 
qanaxmalarında  tətbiq  edilir.  Qaraciyər  və  ürək  xəstəliklərində  yaranan  ödemlərdə  sidikqovucu 
kimi istifadə edilir [5].  
Bir xörək qaşığı çiçəklərini 0,5 litr qaynanmış suda (sutqalıq doza) dəmləyib, gündə 2-3 dəfə 
yeməkdən  30  dəqiqə  əvvəl  qəbul  edilir.  Təbabət  praktikasında  bitkinin  çiçəklərindən  sidik 
yollarının iltihabında diuretik dərman kimi istifadə edilir. Kök və kökümsovundan (bütöv, kəsilmiş) 
öskürəkkəsici dərman, bişirmə kimi və işlədici qarışıqların tərkibində tətbiq edilir. Ürək və böyrək 
xəstəlikləri səbəbindən yaranan ödemlərdə sidikqovucu kimi, sidikyolu xəstəliklərində (pielonefrit, 
sistit, uretrit), prostat vəzi xəstəliyində diuretik olaraq, iltihab əleyhinə və spazmalotik dərman kimi, 
maddələr  mübadiləsi  pozğunluqlarında  (böyrəkdaşı  və  öddaşı)  diuretik  və  duz  mübadiləsinin 
tənzimlənməsində, xolesistit, xolangit, öd yollarının diskenziyası və hepatitdə təyin edilir.  
Viola  tricolor  L.  -  Üçrəng  bənövşə.  Bir  və  ya  ikiillik  bitkidir.  Gövdəsi  sadə  budaqlanan, 
dikduran  və  ya  azacıq  əyilmiş,  qabırğalı  və  tükcüklü  olub,  hündürlüyü  10-45  sm-ə  bərabərdir. 
Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli 
əsasa  malik  olmaqla,  uzun  saplaqlıdır.  Yuxarı  yarpaqları  uzunsov-neştərvari,  künclü,  kənarları 
düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri 
paycıqla  qurtarır.  Çiçəkləri  tək,  düzgün  olmayan  əyilmiş  uzun  çiçək  ayaqcığından  ibarətdir. 
Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan 
ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və 
kənarları  bənövşəyi  rənglidir.  Çöl    bənövşəsinin  çiçəyinin  kənarları  kiçik,  kasacıq  ləçəkləri  uzun 
olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur. May ayından sentyabr ayına qədər 
çiçəkləyir. 
 
 
 
Viola trlcolor L. - Üçrəng bənövşə 
 
Avropa  və  Qərbi  Sibirdə  yayılmışdır.  Xammal  kimi  Belorusiya  və  Ukrayna  ölkələrindən 
toplanılır. Bütün Azərbaycanda yayılmışdır. Meşə və talalarda, çəmənlik və çöllərdə, təpəciklərdə, 
pöhrəliklərdə,  alaqotu  olan  bostanlarda  və  yol  kənarlarında  rast  gəlinir.  Çiçəkləmə  zamanı  (may-
iyun)  toplamaq  lazımdır.  İti  bıçaq  və  oraqla  5-10  sm  hündürlükdə  kəsilərək  toplanılır.  Xammal 
toplandıqdan sonra günəşli havada çardax və digər qapalı yerlərdə qurudulmalıdır. Süni qurudulma 
40
о
С temperaturda quruducu şkafda aparılmalıdır. Quru xammalın çıxım faizi 20-22% olur.  
Xammalı  bitkinin  yerüstü  orqanlarıdır.  Xammalından  məhlul  və  ekstrakt  hazırlanır  ki, 
öskürəkkəsici və sidikqovucu maddə kimi müvəffəqiyyətlə tətbiq edilir. Ağciyər və yuxarı tənəffüs 
yollarının iltihabı, burun-udlaq xəstəlikləri, xüsusən difteriyada öskürəkkəsici dərman kimi istifadə 
olunur. Böyrək və sidikçıxarıcı yollarının xəstəliklərində, sidikqovucu və iltihabsorucu dərman kimi 
müvəffəqiyyətlə  istifadə  təyin  edilir.  Tərqovucu  və  «qan  təmizləyici»,  oynaq,  dəri,  frunkulyoz, 


48 
 
səpki,  diatez  və  ekzema  xəstəliklərində  tətbiq  edilir.  Oynaq  və  dəri  xəstəliklərində  vanna  kimi 
xaricə təyin  edilir. Otunun dəmləməsi  öskürəkkəsici,  sidikqovucu olduğundan difteriya və  bronxit 
zamanı  istifadə  edilir.  Son  zamanlar  bitkinin  farmakoloji  tədqiqatında  onun  allergiya  əleyhinə 
aktivliyi aşkar edilmişdir.  
Tərkibində  bioloji  aktiv  maddələrin  çox  olması  onun  kosmetologiya  sahəsində  də 
müvəffəqiyyətlə  istifadə  olunmasına  zəmanət  verir.  Belə  ki,  dəmləməsini  üzə  islatma  şəklində 
qoymaqla, sifətdə və saçda  yağlı seborreyanı, sıyrıntıları və irinli yaraları müalicə etmək mümkündür.   
1-2 xörək qaşığı bitkini 500 ml qaynar suda dəmləyərək (termosda) qəbul etmək lazımdır 
(sutqalıq doza). Məhlulu (10,0 : 200,0) bir xörək qaşığı gündə 3 dəfə qəbul edilməlidir.  
2 çay qaşığı bitkini 250ml suda 5 dəqiqə ərzində dəmləmək lazımdır. Fincanla gündə 2-3 
dəfə (öskürək olarsa tərkibinə bal qarışdırmaq lazımdır) qəbul etmək lazımdır.  
Equisetum  arvense  L.-  Çöl  qatırquyruğu.  Çoxillik  sporlu  ot  bitkisidir.  Kökümsovu  zərif 
olmaqla,  horizontal  istiqamətdə  dayanır.  İki  tip  gövdəsi  vardır.  Erkən  yazda  qonur,  boz  və  ya 
qırmızımtıl, şirəli, budaqlanmayan gövdəsinin hündürlüyü 20sm-ə qədər olmaqla, zirvəsində sporlar 
daşıyan sünbülcükləri olur. Sporlar  yetişdikdən sonra  gövdəsi  tədricən məhv olur. Əvəzində  yaşıl 
budaqlı,  hündürlüyü  50-60sm  olan  vegetativ  gövdə  əmələ  gəlir.  Vegetativ  gövdəsi  sərt,  silindrik, 
qabırğalı,  buğumlu  budaqlardan  ibarət  olur.  Qol-budaqları  buğumlu,  yuxarıya  doğru  istiqamlətli 
olub,  4-5  qabırğalıdır.  Yarpaqları  kifayət  qədər  inkişaf  etməyən,  boruşəkilli  və  dişcikli  qından 
ibarətdir. Dişcikli qını üçbucaq-neştərşəkilli, qara-qonur rəngli, 2-3 ədəd olub, bitişikdir. Budaqları 
yaşıl və uzun itiucludur. Alaq otu kimi  geniş  yayılmışdır. Kosmopolit areal tipinə malik olmaqla, 
Azərbaycanın əksər ərazilərində yayılmışdır. Çöllərdə, əhali yaşamayan yerlərdə rast gəlinir.  
Vegetativ  gövdə  və  budaqları  istifadə  edilir.  İltihabsorucu,  dezinfeksiyaedici,  sidikqovucu, 
qankəsici, kardiotonik, orqanizm möhkəmləndirici, yara sağaldıcı və büzücü xüsusiyyətləri vardır. 
Qatırquyruğu su-duz mübadiləsini normallaşdırır, xolesterini azaldır və orqanizmdən toksiki şlakları 
(xüsusən  qurğuşunla  zəhərlənmələrdə)  kənar  edir.  Hipertoniya  xəstəliyi,  ateroskleroz,  podaqra  və 
çətin  sağalan  yaraların  müalicəsində,  revmatizm,  göz,  öddaşı  və  böyrəkdaşı  xəstəliklərində,  mədə 
və  bağırsağın  şişində,  daxili  və  xarici  qanaxmalarda,  aşağı  ətrafların  ödemlərində,  istifadə  edilir. 
Xaricə təyini dərinin xroniki çətin sağalan xorasında və şaçın kəpək verməsində (seborreya) göstəriş 
sayılır. Sidikqovucu çayların tərkibinə daxildir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Mustafayeva İ.R., İbadullayeva S.C., Ələkbərov R.Ə., İsmayılov A.H., Qasımov H.Z., Qasımova 
Ş.Ş.  Farmakoqnoziya botanikanın əsasları ilə. Dərslik. Naxçıvan, Əcəmi, 2015, 668 s. 
2.
 
Qasımov H.Z., Əliyeva Ş.Q., Əhmədzadə S., Ələkbərov R.Ə., Əsgərova N.Ə., İbadullayeva S.C. 
Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  ənənəvi  dərman  bitkiləri  və  onların  istifadə 
yolları // AMEA Botanika İnstitutunun Elmi əsərləri, 2013, XXXIII c., s.  75-84 
3.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri. 
Naxçıvan, Əcəmi, 2008, 364 s. 
4.
 
Гроссгейм А.А. Растительные ресурсы Кавказа. Баку: АН Азерб. ССР, 1946, 671 с. 357-369 
5.
 
Ibadullayeva S., Gahramanova M., 
 
Gasymov H., Zulfigarova P. Etnobiological and phytotherapeutic 
analysis  of  medicinal  herbs  of  Azerbaijan  flora  used  at  cardiovascular  diseases  treatment  //  Global 
Journal Of Biology, Agriculture & Health Sciences, USA, 2015. Vol. 4 (1): s. 38-43 
6.
 
Ibadullayeva  S.,  Gasimov  H.,  Gahramanova  M.,  Zulfugarova  P.,  Novruzova  L.  Medico  - 
Ethnobotanical Inventory (Liver and Gallbladder Ducts Illnesses) of Nakhchivan AR, Azerbaijan 
// International Journal Of Sciences, England: Manchester M8 8XG, 2015, v. 4, N

6, s. 80-87 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə