Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   18   19   20   21   22   23   24   25   ...   127

45 
 
nümayəndələrinin ağ rəngli qabığı vardır. Yarpaqları yumurtaşəkillidir. Birillik gövdəsi ziyilciksiz, 
qısa,  kiçik  tükcüklərdən  ibarətdir.  Avropanın  şimal  və  cənub  zonalarında,  Orta  Sibir,  Şimali 
Qazaxıstan,  Qərbi  Tyan-Şan  və  Qafqaz  ərazilərində  yayılmışdır.  Azərbaycanda  Böyük  Qafqaz 
(Qubanın dağ massivi), Kiçik Qafqazın şimalı, mərkəzi, Böyük Qafqazın şərqi, qərbi və Naxçıvan 
dağlıq ərazilərində yayılmışdır.  
Sallanan tozağacının tumurcuqlarını qış və erkən yazda (yanvar-mart) toplamaq lazımdır. Budaq 
və  tumurcuqları  3-4  həftə  ərzində  açıq  havada  yaxşı  qurudulmalıdır.  Quruducu  şkafda  qurutmaq 
yolverilməzdir.  Yarpaqları  çardaxda  kölgədə,  havası  tez-tez  dəyişilən  yerlərdə  qurudulmalıdır.  Quru 
havalı  yerlərdə  saxlamalı,  faner  yeşiklərdə  qablaşdırmalı,  efiryağlı  olduğundan  cibli  kisələrdə 
saxlanılmalıdır. Saxlama müddəti tumurcuqları 2 il, yarpaqlaqları isə 3 ildir. 
Tumurcuqları  dizenfeksiyaedici  və  sidikqovucu  olduğundan  bişirməsi  böyrək  xəstəlikləri, 
ürək ödemləri və ödqovucu kimi faydalıdır. Tozağacından alınan qatrandan Vişnevski və Wilkinson 
məlhəmləri  hazırlanır.  Tozağacı  kömüründən  isə  zəhərlənmələr  və  meteorizmdə  adsorbent  kimi 
işlənən karbolen həbi alınır. 
Persicaria  hydropiper  (L.)  Spach-  (=Polygonum  hydropiper  L.)  –  Acı  qırmızıbaş  subibəri. 
Birillik  ot  bitkisi olub,  gövdəsi  hamar, hündürlüyü 20-50 (70) sm,  qırmızımtıl,  adətən düzqalxan, 
əsasından zəif budaqlanan və çox vaxt azacıq buğumlu-əyilmiş olur. Yarpaqları növbəli, uzunsov-
neştərvari,  itiuclu  və  ya  küt,  əsası  dar  pazşəkilli  olmaqla,  uzunluğu  3-9  sm,  eni  isə  0,7-2  sm-dir. 
Gövdənin  sonundakı  çiçəkləri  qıfaoxşar,  pərdəli,  qırmızımtıl,  silindrik,  yuxarı  tərəfi  hamar  olub, 
kənarları kirpikciklərlə əhatə olunmuşdur. Çiçək yatağı  4-5 ədəd xətti,  3-4 mm uzunluqdadır. 6-8 
ədəd  erkəkciyi  vardır.  Meyvələri  ikiüzlü  qabarıq  və  ya  üçüzlü  qara-qonur  rəngli,  xırda  fındıqcıq 
olmaqla,  2-3  mm  uzunluqdadır.  İyun-sentyabr  ayında  çiçəkləyir,  avqust-oktyabr  aylarında  isə 
meyvələri  yetişir.  Təzə  yarpaqları  yandırıcı  dada  malikdir.  Çiçəkləri  zərif,  yumşaq,  sünbüllü  və 
fırçalı  olub,  4-6  sm  uzunluqdadır.  Azərbaycanda  Böyük  Qafqazın  şərqi,  qərbi,  Kür  düzü,  Kiçik 
Qafqazın mərkəzi, cənubu, Naxçıvan və Lənkəran düzənlik-dağlıqlarda yayılmışdır. 
Bitki çiçəkləmə dövründə torpaqdan 4-5 sm hündür olmaqla, iti alətlə kəsilməlidir. Xammalı 
nazik qatla sərilməli, çardaxda, yaxşı ventiliyasiyalı yerlərdə və ya 40-50C

temperaturda quruducu 
şkafda qurudulmalıdır. Xammal quru, havalı yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir. 
Bitkinin yerüstü hissəsindən ədviyyəli salat, şorba, souslar hazırlanır. Bir dərman bitkisi 
kimi  qədim  yunan  və  romalılara  büzücü,  malyariya  əleyhinə  və  qankəsici  maddə  kimi  məlum 
idi.  Xalq  təbabətində  büzücü,  ağrıkəsici,  hemostatik  maddə  kimi  və  bundan  başqa  böyrək 
daşlarının, ödem, mədə xoraları, ekzema, astma və tiroid xəstəliklərinin  müalicəsində istifadə 
edilir. Yaxşı balverən bitkidir [6]. 
Polygonum  aviculare  L.  (P.  Heterophyllum  Lindm.)  –  Quş  qırxbuğumu.  Birillik  ot  bitkisidir. 
Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya 
neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralaraq qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik 
olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, 
kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından 
ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan, payızın sonuna qədər çiçəkləyir. Azərbaycanda Böyük 
Qafqaz (Qubanın dağ massivi),  Qobustan, Abşeron, Kür-Araz düzənliyi,  Kür düzü, Kiçik Qafqazın 
mərkəzi, Muğan-Lənkəran düzənliyi, Diabar və  Naxçıvan düzənlik-dağlıqlarda  yayılmışdır.  Yaşayış 
sahələrinə yaxın yerlərdə, yol boyunca, çöllərdə, bostan və örüşlərdə bitir.  
Çoxillik  yabanı  quşdili  bitkisi  çiçəkləyən  dövrdə  çiçəkləri  və  otu  toplanılır  və  keyfiyyətli 
dərman bitki xammalı kimi istifadə edilir. Çiçəklərini yay ayında toplamaq lazımdır. Gövdə çiçək 
və  yarpaqları  iti  oraqla  torpaqdan  4-5  sm  hündürlüyündə  toplanılır.  Xammal  yaxşı  ventiliyasiyalı 
yerlərdə  nazik  qatla  sərilməli  və  ya  40-50
0
C  temperaturda  quruducu  şkafda  qurudulmalıdır. 
Qaranlıq və yaxşı havalı yerlərdə stellaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.  
Quşdili sidikqovucu, iltihabsorucu, büzücü, möhkəmləndirici, qankəsici və ödqovucu təsir göstərir. 
İshalla  müşayət  olunan  enterkolitdə  təyin  edilir.  Quşdili  xüsusilə  böyrək  və  sidik  yolu,  nefrit, 
pielonefrit,  sistit  qastrit,  qaraciyər,  ödyolu  (öddaşı),  iltihab  etiologiyalı  ginekoloji  xəstəliklərdə, 
sonsuzluqda,  podaqra,  vərəm,  malyariya,  difteriya,  raxit  və  diatez  xəstəliklərdə  tətbiq  edilir. 


46 
 
Qanaxmalarda  (mədə-bağırsaq,  böyrək,  ağciyər  və  uşaqlıq)  və  öskürəklə  müşayət  olunan  ağciyər 
xəstəliklərində tətbiq edilir. Böyrək və öddaşı xəstəliklərində tətbiq edilən tərkiblərə daxildir:  -2-3 
xörək  qaşığı  bitkini  2  stəkan  qaynanmış  soyuq  suda  qaynayana  qədər  qızdırmaq  lazımdır  (sutqalıq 
doza). Yaz və payızda profilaktik məqsədlə hər gün 2-3 dəfə, hər dəfə bir fincan qəbul etmək olar. 
Müalicə kursu bir neçə həftədir. İshal zamanı gündə 3 fincan qəbul etmək məsləhətdir. Bundan başqa 
revmatizm, podaqra, sidik yolu və böyrək xəstəliklərində, sidik tutulmalarında, babasildə, xaricə dəri 
səpkilərində,  çətin  sağalan  yaralarda  (trofik  yara)  tətbiq  olunur.  Bitkinin  dəmləməsindən  böyrək 
konkrimentlərinin tökülməsində və iltihabi proseslərdə tətbiq edilir.  
Centaurea cyanus L. – Əkin güləvəri (Göyçiçək-peyğəmbərçiçəyi). Birillik və ya ikiillik nazik 
ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-
80  sm-ə  bərabərdir.  Kök  üstündə  olan  yarpaqları  bozumtul-yaşıl  rəngli,  topaşəkilli-tükcüklü,  gövdə 
yarpaqları  iridişcikli,  üst  yarpaqları  bütövkənarlı,  oturaq  və  xətti  quruluşludur.  Gövdənin  sonunda 
yerləşən  çiçək  səbəti  yaxşı  inkişaf  edir.  Çiçək  səbəti  yarpaqlarla  bir-birini  kirəmitvari  əhatə  edir. 
Çiçək  yatağı  yastı,  uzun  qılçıqlardan  ibarətdir.  Kənar  çiçəkləri  cinsiyyətsiz,  göyümtül,  qıfabənzər, 
beşbölümlü  olub,  uzunluğu  2  sm-ə  qədərdir.  Boruşəkilli  (daxili)  çiçəkləri  ikicinsli,  göyümtül-
bənövşəyi,  olub,  uzunluğu  1  sm-ə  qədərdir.  Azərbaycanda  Abşeron,  Böyük  Kiçik  Qafqazın  şimalı, 
mərkəzi, Naxçıvan və Lənkəran dağlıq ərazilərində yayılmışdır. Meşə və meşə-çöl zonalarında, buğda 
və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlərində və zibilli yerlərdə  bitir.  
Birillik  ot  bitkisi  olan  yabanı  peyğəmbərçiçəyinin  boruşəkilli  çiçəkləri  toplanılır  və 
keyfiyyətli  dərman  bitki  xammalı  kimi  istifadə  edilir.  Çoxillik  yabanı  və  mədəni  şəraitdə  əkilən 
göyçiçəyin  yaz  və  ya  payız  aylarında  kök  və  gövdələri  toplanılır.  Qurudulma  tez  bir  zamanda 
kölgədə,  çiçəklərin  qalınlığı  1-2  sm  olmaqla,  kağız  üzərində  sərilməklə  aparılmalıdır.  Qurudulma 
günəş altında aparılarsa, xammalın rəngi avazıyır və keyfiyyəti aşağı düşür. Quruducu şkafda 50-
60°С temperaturda qurudulmalıdır. Bu halda quru xammalın çıxım faizi 20% olur. Havası dəyişilən 
qaranlıq yerlərdə stellaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir. 
 
 
 
Centaurea cyanus L. – Əkin güləvəri (göyçiçək, peyğəmbərçiçəyi) 
 
Bitkinin  kənar  çiçəkləri  istifadə  edilir.  Sidikçıxarıcı  yolların  xəstəliklərində,  xüsusən 
qlomerulonefrit  (böyrək  parenximasını  qıcıqlandırmır)  xəstəliyinin  müalicəsində  tətbiq  edilir. 
Bitkinin çiçəkləri sidikqovucu çayın tərkibində olur. Göyçiçəyin tərkibində acı qlikozidlər vardır ki, 
bu qaraciyər xəstəliklərinə ödqovucu və spazmolotik təsir göstərir. Tibb  praktikasında dəmləməsi 
və ekstraktı nefrit, sistit, uretrit  xəstəliklərində sidikqovucu, qaraciyər və  ödyolları xəstəliklərində 
ödqovucu,  difteriyada  öskürəyə  qarşı,  əsəb  və  mədə  xəstəliklərində,  uşaqlarda  ishal  və  uşaqlıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə