Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   2   3   4   5   6   7   8   9   ...   127

13 
 
Subtrib.2. Fumariinae 
7. Genus: Fumaria L. – Şahtərə 
31(1) Fumaria asepala Boiss. – Kasacıqsız şahtərə 
32(2) F.vaillantii Loisel – Vaylant şahtərəsi 
33(3) F. schleicheri Soy.-Will. – Şleyxer şahtərəsi 
Papaver L.-Lalə cinsinə daxil olan növlərin süd borucuqlarından axan şirənin rəngi ağ, sarı 
və ya narıncı rəngdə olur. Çiçəkləri bir uzun çiçək saplağı üzərində yerləşir, çiçəkaltlığı olmur, bəzi 
növlərində süpürgə çiçək qrupu əmələ gətirirlər. Erkəkcikləri adətən çoxsaylıdır, nazik və yuxarısı 
sancaqvari genişlənmiş saplaq üzərindədir. Tozluq kürəvi və ya xətvaridir, bəzən erkəkciyin tozluq 
hissələrini  birləşdirən  bağlayıcısı  çıxıntılı  olur.  Yumurtalıq  3-22  meyvə  yarpaqlarından  əmələ 
gəlmiş,  çox  zaman  4-10  ədəd  olurlar.  Qutucuqmeyvə  qısa  -  silindrşəkilli,  sancaqvari,  uzunsov, 
tərsyumurtavari və ya kürəşəkilli, oturaq və ya qısa ayaqcıqlı, bir yuvalıdır. Plasenta daxildə nazik 
lent  kimidir;  yuxarıya  doğru  piramidaşəkilli,  qabarıq  və  yastı  sütuna  bitişir.  Qutucuq  hissə-hissə 
açılır.  Toxumları  xırda,  torvari  -  deşikli,  çıxıntısızdır.  Bir,  iki  və  ya  çoxillik  ot  bitkisidir,  adətən 
inkişaf etmiş gövdəli və ya gövdəsizdir. Yarpaqları adətən tək, cüt və ya üçər lələkvaridir, yarılmış, 
çılpaq və ya çox vaxt cod tükcüklüdür (3, s.598-599; 6, s.121-122). 
Seksiya 1. Macrantha Elkan 
P. bracteatum Lindl.1821, Coll.Bot.: tab.23; Cullen, 1965, Fl. Turk.1:222, p. p.; id.1966, in 
Rech. f. Fl. İran. 34: 12.- P. lasiothrix Fedde, 1909, in Engl. Pflanzenr. 40, 4, 104: 366, p. p. – P. 
orientale auct. non L.: A.B. Mowat a. Walters, 1964, Fl. Europ. 1: 294.-Çiçəkaltlıqlı lalə. Bitkinin 
təsviri Qafqazdan  (çox güman ki,  Beştau dağından) götürülmüş toxum  nümunələri əsasında Çelsi 
bağlarında (London) əkilmiş nümunələrə görə verilmişdir (2, s.112). 
Bu növün bitkilərinin gövdələri 60-120 sm hündürlükdə, dikduran, aşağıda şişkin, yuxarıda 
sıx  - cod tükcüklü, enli, möhkəmdir. Yarpaqları  çox iri, 45 sm  uzunluğunda, lələkvari bölünmüş, 
nisbətən yuxarı qalxmışdır. Gövdə yarpaqları çoxdur və çiçəyə qədər qalxırlar. Axırıncı enli, sıx  - 
cod tükcüklü yarpaqlar çiçəyin altında iki iri yarpaqşəkilli çiçəkaltlığı əmələ gətirirlər, bəzən qısa və 
sıx  -  cod  tükcüklü  kasacıqşəkillidirlər.  Bu  yarpaqların  kənarları  daraqvari  yarılmışdırlar. 
Çiçəkaltlıqların uzunluğu 2-5 sm-dir. Kasa yarpaqları 3-4 sm uzunluğunda, seyrək tükcüklüdür. Tac 
çox iridir, ləçəkləri 4-6 ədəddir. Ləçəklərin uzunluğu 10 sm, qan-qırmızı rəngdə, qaidə hissəsində 
qara ləkəlidir. Qutucuğu tərsyumurtavari, iridir. Dişicik ağızcığındakı şüaların sayı 15-18-dir. Disk 
yastı,  uzun  sivri  dişciklidir  (1,  s.177).  Gilli  yamaclarda  bitirlər.  Naxçıvan  dağlıq  və  Naxçıvan 
yüksək dağlıq botaniki-coğrafi zonasında, xüsusən Ordubad rayonu Soyuqdağ  ərazisində, Batabat 
ərazisinin subalp çəmənliyində rast gəlinir. 
P. orientale L. 1753, Sp. Pl.: 508; Гроссг. 1950, Фл. Кавк. изд. 2, 4: 94, excl. var. intermedium 
(DC.) Grossh.; A.B. Mowat a. Walters, 1964, Fl. Europ. 1: 294, p. p., excl. syn. P. bracteatum Lindl.; 
Cullen,  1965,  Fl.  Turk.  1:221,  p.  p.;  id.  1966,  in  Rech.  f.  Fl.  İran.  34:  12,  p.  p.  –  P.  paucifoliatum 
(Trautv.) Fedde, 1909, in Engl. Pflanzenr. 40, 4, 104: 366. – P. lasiotrix auct. non Fedde: Попов, 1937, 
Фл. СССР, 7: 619. – Şərq laləsi. Bitkinin təsviri J.P. Tournefort tərəfindən “Şərqdən” gətirilmiş toxum 
nümunələrinin Upsala Botanika bağında becərilmiş bitki nümunələrinə əsasən verilmişdir. Lectotypus 
(Goldblatt, 1974: 288): Herb. Linn. 669. 10 (LINN, photo – LE!) (2, s.112). 
 
Şərq laləsi çoxillik bitkidir. Gövdəsi 40-90 sm uzunluğunda, dikduran, budaqları seyrək, sadə, 
aşağıda sıx cod tükcüklüdür. Yarpaqları iri, 30 sm uzunluqdadır, kökə yaxın yarpaqlar uzun tükcüklü 
saplaqlıdırlar. Yarpaq ayası uzunsov, sadə lələkvari - bölünmüş, seqmentləri çox saylıdır. Seqmentlər 
uzunsov  və  ya  neştərşəkilli,  sivri,  bəzən  kənarları  bütöv,  çox  zaman  sivri  -  dişli,  ucları  sıx  cod 
tükcüklü, aşağıdakılar bir-birindən aralı, yuxarıdakılar sıx yerləşmişlər. Gövdə yarpaqları kökə yaxın 
yarpaqlarla  oxşar  olub,  nisbətən  qısalmışlar.  Gövdənin  yuxarısındakı  yarpaqlar  oturaqdır,  çiçək 
saplaqları enli, uzun, ağ tükcüklüdürlər. Qönçələri yumurtavari və ya oval, uzunluğu 2-3 sm, ağ cod 
tükcüklərlə  örtülmüşlər.  Kasa  yarpaqları  2-3  ədəddir,  tac  iri  və  qırmızıdır;  ləçəkləri  4-6,  kürəvi, 
uzunluğu  9  sm,  narıncı,  qırmızı,  qaidə  hissəsindən  yuxarıda  qara  ləkəlidir;  erkəkciyin  saplaqları 
tünddür,  yuxarıya  doğru  genişlənirlər;  meyvə  saplaqları  uzunsov,  bənövşəyidir;  qutucuq  göyümtül, 
çılpaq, tərsyumurtavari, uzunluğu 2-3 sm; disk yastı 13-15 şüalı qabıq şəkilli, dişcikləri qısa, küt və 


14 
 
möhkəmdir  (1,  s.176;  6,  s.123-124).  Naxçıvan  dağlıq  və  Naxçıvan  yüksək  dağlıq  botaniki-coğrafi 
zonasında,  xüsusən  Ordubad  rayonu  Soyuqdağ  ərazisində,  Batabat  ərazisinin  subalp  çəmənliyində, 
Şahbuz rayonunun Kolanı, Nursu kəndləri ətrafında rast gəlinir. 
Seksiya 2. Meconidium Spach 
 
P.  urbanianum  Fedde  in  Engler’s  Pflanzenreich.  IV,  104,  351  (1909).  –  P.  roopianun  D. 
Sosn,  A.Гроссгейм,  II,  134  (1930);  М.  Попов  во  Фл.  СССР,  VII,  626  (1933).  -  Urban  laləsi
Bitkinin təsviri Typus: “Armenia, Tournefort” (P). 
İkiillik  bitkidir.  Gövdələri  sıx  budaqlanandır,  20-40  sm  (70)  hündürlükdə.  Yarpaqları 
bölünmüş  ikiqat  lələkvaridir,  uzunsovdur, seqmentləri  kiçik  yarpaqcıqlardan  ibarətdir,  tükcüklərlə 
nəhayətlənir.Kökətrafı yarpaqlar oturaqdır, 2-5 sm uzunluğundadır. Ləçəkləri 1-1,5 sm, açıq qırmızı 
rəngdədir. Qutucuğu  yumurtavari və  ya silindrikdir, 6-10 mm uzunluqdadır. Orta dağlıq qurşaqda 
və  daşlı  yamaclarda  bitirlər  (6,  s.125-126).Naxçıvan  dağlıq  və  Naxçıvan  yüksək  dağlıq  botaniki-
coğrafi  zonasında,  xüsusən  Culfa  rayonunun  Şurud,  Ərəfsə;  Ordubad  rayonunun  Tivi,  Biləv 
kəndləri ətrafında rast gəlinir. 
P.  fugax  Poir.  1804,  in  Lam.  Encycl.  Meth.  Bot.  5:  118.-  P.  caucasicum  Bieb.  1808,  Fl. 
Taur.-Cauc. 2: 5. – P. floribundum Desf. 1805, Ann. Mus. Hist. Nat. (Paris), 6: 376.- P. sjunicicum 
M. V. Agab. 2007, Фл. растит. и раст. рес. Арм. 16: 29. – Qafqaz laləsi. Bitkinin təsviri A. Michaux 
tərəfindən İrandan gətirilmiş və Parisin təbii tarixi muzeylərindən sayılan Botanika bağında becərilən 
nümunələr əsasında verilmişdir. (2, s.113). 
Qafqaz  laləsi  ikiillik  bitkidir.  Gövdələri  adətən  tünd-göy,  bəzən  yaşılımtıl-göy,  30-60  sm 
uzunluğundadır;  gövdəsi  dikduran,  aşağıda  küt  dördüzlü,  yuxarıda  sivri  -  kələ-kötür,  qısa  yan 
budaqlar  çoxçiçəkli  süpürgəvari  -  salxımşəkilli  çiçək  qrupunu  əmələ  gətirirlər;  bəzən  budaqları 
uzun  və  azsaylıdırlar.  Kökə  yaxın  yarpaqlar  20  sm  uzunluğunda,  saplaqları  nazik,  tüklüdür, 
saplaqları  ortadan  keçən  boruya  görə  üçüzlüdür;  ayası  uzunsov,  bir  və  ya  iki  qat  lələkvari  - 
bölünmüşdür;  seqmentləri  oturaq  deyil,  uzunsov  və  ya  lansetşəkilli,  küt  və  ya  sivri,  bir-birindən 
aralı  və  ya  yuxarıda  yaxındırlar;  lələkvari  -  dilimli  və  ya  uzunsov,  lansetşəkilli,  bəzən  xətvari-
lansetşəkilli, küt və ya sivri dilimlərə bölünmüş; gövdə yarpaqları qısa saplaqlı və ya oturaq, kökə 
yaxın yarpaqlara oxşar, iri və ya azca qısalmış, bəzən reduksiyaya uğramış seqmentlidir. Qönçələri 
yumurtavari-oval, kürəvi, 10-13 mm uzunluğunda, çılpaq və  ya tükcüklüdür; tac çəhrayı, ləçəkləri 
dəirmi,  solqun,  qırmızı  rəngdə,  uzunluğu  15-25  mm-dir.  Qutucuqları  tərs  yumurtavaridir,  az 
hallarda  kürəvi  formada  olur,  göyümtül  rəngdədir,  uzunluğu  10-12  mm-dir.  Disk  qutucuğundan 
xeyli dardır, 4-5 şüalıdır (1, s.178; 6, s.126). Dəyişkən bitkidir.  Həm çılpaq, həm də tükcüklüdür. 
Tükcükləri  ya  nazik,  ya  da  yoğun,  iynəşəkillidir.  Dəyişkənlik  qönçədə,  qutucuqda  və  diskdə 
mövcuddur.  Qayalı  yerlərdə,  orta  və  yuxarı  dağ  zonasında  ovuntular  üzərində  bitirlər.  Naxçıvan 
dağlıq  və  Naxçıvan  yüksək  dağlıq  botaniki-coğrafi  zonasında,  xüsusən  Culfa  rayon  Şurud  kəndi, 
Ordubad  rayonu  Soyuqdağ  ərazisində,  həmçinin  Şahbuz  rayonunun  Kolanı,  Qarababa,  Nursu 
kəndləri ətrafında dağ yamaclarında rast gəlinir. 
P. persicum Lindl.1833, Edward

s  Bot.Reg. 19:  tab. 1570.  –  P. armeniacum  (L.) DC.  var. 
persicum (Lindl.) N. Busch, 1905, Мат. фл. Кавк. 3, 4: 41.  – İran laləsi. Bitkinin təsviri İrandan 
toplanmış toxumlardan becərilmiş bitki nümunələri əsasında verilmişdir (2, s.113). 
İkiillik  bitkidir.  Gövdələri  budaqlanandır,  30-55  sm  hündürlükdədir.Yarpaqları  göyümtül 
neştərşəkilli,  lələkvaridir.  Qönçələri  uzunsov  ipək  tükcüklərlə  örtülü,  10-13  sm  uzunluğundadır. 
Ləçəkləri 2-3 sm, açıq kərpici-qırmızı, əsasında yaşıl rəngə çalan ləkə olur. Qutucuğu kürəşəkilli, 1-
1,5  sm  uzunluğundadır.  Dişicik  ağızcığı  3-6  şüalıdır.  Bütün  bioloji  xüsusiyyətləri  P.  caucasicum 
növü  ilə  eynidir.  Ancaq  qutucuq  nisbətən  sıx  nazik  tükcüklü,  bəzən  ipək  tükcüklüdür.  Daşlı  və 
qayalı  yerlərdə  bitirlər  (6,  s.125).  Qutucuğun  tükcüklülüyünə  görə  P.  caucasicum  növündən 
fərqlənir. Bütün bioloji xüsusiyyətlərinə görə eynidirlər. 1. Qutucuqlar kürəvi, sıx ipək tükcüklüdür. 
Disk enli, yastıdır. 2. Qutucuq elipsşəkilli - oval, disk piramidaşəkilli, sivridir. 
 
P. zangezuricum  Mikheev, 1979,  Бюлл.  Моск.  общ. исп. прир. отд. биол. 84, 4:  106.  – 
Zəngəzur  laləsi.  Bitkinin  təsviri  Ermənistandan  verilib.  Typus:  “  Transcaucasia,  Armenia,  distr. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə