Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   2   3   4   5   6   7   8   9   10   ...   127

15 
 
Megri,  prope  pagum  Litschk,  in  declivibus  siccis  tragacanthaceis  lapidosis  et  schistosis,  5  VIII 
1973, leg. A. D. Mikheev” (MW!) (2, s.113). – Zəngəzur laləsi 
Seksiya 3. Argemonidium Spach 
P. ocellatum Woronow, 1918, Изв. Кавк. муз. 11: 276; M.V. Agab. 2011, Takhtajania, 1: 
40.- P. hybridum L. var. grandiflorum Boiss. 1867, Fl. Or. 1: 117. – P. hybridum var. microcarpum 
N. Busch, 1905, Мат. фл. Кавк. 3, 4: 35.- P. pavoninum auct. non Schrenk: Cullen, 1966, in Rech. 
f.  Fl.  İran.  34:  22,  p.  p.  –  Gözcüklü  lalə.  Bitkinin  təsviri  Gürcüstandan  verilib.  Typus:  “Locus 
Goris-tskali, IV [19] 02, fl., Dgebuadze” (TBI) (2, s.113-114). 
Gövdəsi  15-30  sm  hündürlüyündə,  az  budaqlı,  dikduran,  seyrək,  ağ,  yumşaq  tükcüklərlə 
örtülmüşdür;  kökə  yaxın  yarpaqlar  nazik,  uzun  yumşaq  tükcüklü  saplaqlıdır;  ayası  yumurtavari, 
ikiqat  lələkvari  -  bölünmüşdür;  seqmentləri  oturaq,  uzunsov,  növbəli  uzunsov  və  ya  neştərşəkilli, 
üçbucaqlı,  bütöv  və  ya  dişli,  sivri  dilimlərə  lələkvari  -  yarılmış,  nəhayətləri    tükcüklüdür;  yuxarı 
gövdə  yarpaqları  oturaq,  3  qat  bölümlü,  seqmentləri  neştərşəkilli  dilimlərə  ayrılmış,  birqat  və  ya 
ikiqat  lələkvari  –  yarılmışdır.  Dişiciklərin  ucları  tükcüklüdür;  dilimlərin  kənarları  aşağı 
bükülmüşdür;  çiçək  saplaqları  sıx  tükcüklüdür;  qönçələri  kürəvi,  10-12  mm  diametrində,  sarımtıl 
tükcüklüdür;  bəzən  oval,  az  hallarda  çılpaqdır;  tac  al-qırmızı,  iri,  diametri  4-8  sm-dir;  ləçəkləri 
qaidə  hissəsində  qara  ləkəli,  ləkənin  daxilində  qırmızı  gözcüklüdür;  bəzən  ləkə  qara  qövs 
şəklindədir (1, s.175-176; 6, s.126). P. pavoninum növündə olduğu kimi, bəzən iki xırda üçbucaqlı 
yan  ləkəlidirlər;  ləçəkləri  kənarları  ilə  bir-birinə  söykənmişdir;  erkəkcik  çoxsaylıdır,  yuxarısı 
sancaqvari  genişlənmişdir;  meyvə  saplaqları  uzunsov  -  xətvari,  azca  dişicikdən  yuxarıdadır; 
qutucuq oval və ya tərsyumurtavari, kürəvi, uzunluğu 5-10 mm, düz tüklə örtülmüşdür; disk xırda, 
qabarıq,  5-10  şüalıdır.Gilli  yamaclarda,  yarımsəhralarda  bitirlər.  Naxçıvan  dağlıq  və  Naxçıvan 
yüksək  dağlıq  botaniki-coğrafi  zonasında,  xüsusən  Ordubad  rayonunun  Tivi,  Biləv,  Gilançay, 
Parağa  ərazilərində,  Culfa  rayonunun  Nəhəcir,  Əshabi-Kəhf,  Ərəzin,  Qazançı,  Bənəniyar  kənd 
ətrafı bölgələrdə rast gəlinir. 
P. minus (Bel.) Meikle, 1957, Kew Bull. 1956, 11: 545; M. V. Agab. 2011, Takhtajania, 1: 
39. – Closterandra minor Bel. 1836, Voy. Indes Or.: tab. s. n. , fig. B. – Papaver belangeri Boiss. 
1867,  Fl.  Or.1.  117.  –  P.  desertorum  Grossh.  1924,  in  Grossh.  Et  Schischk.  Sched.  Herb.  Pl.  Or. 
Exs. 1: 23; Михеев, 1993, Бот. жун. 78, 5: 120. – P. argemone L. subsp. belangeri (Boiss.) Takht. 
1972, в Тахт. иФед. Фл. Ерев.: 65. – P. argemone auct. nonL.: Cullen, 1965, Fl. Turk. 1: 234; id. 
1966, in Rech. f. Fl.  İran. 34: 21.  - Kiçik lalə. Bitkinin təsviri cənubi  İrandan verilib.  Lectotypus 
(Aghababyan,2011:39): [Icon] C. P. Belanger, 1834-1836, Voy Indes Or.: tab. 3, fig. B; epitypus ( 
Aghababyan, 2011: 39) : “ Prope ruinas u[rbis] Persepolis, 18 IV 1842, Th. Kotschy, Pl. Pers. austr. 
ed. Hohenacker 253, sub P.argemone” (K; isoepitypi - B, G-BOİS, P) (2, s.114). 
Birillik  tutqun  rəngli  bitkidir.  Hündürlüyü  7-15  sm,  gövdəsi  möhkəm,  dikduran,  çiçək 
saplağı  ilə  birlikdə  ağ  tükcüklə  örtülmüş,  sadə  və  ya  bir  neçə  dikduran  budaqlıdır;  yarpaqları 
nisbətən  xırda,  seyrək  tükcüklü,  aşağıdakı  yarpaqlar  tükcüklü  saplaqlı,  uzunsov,  ayası  lələkvari  - 
bölünmüş,  seqmentləri  uzunsov  -  xətvari,  küt  -  dişli  və  ya  xırda  dilimlərə  lələkvari  -  dilimli, 
kənarları  nisbətən  bükülmüş,  yuxarıda  tükcüklüdürlər;  gövdə  yarpaqları  çoxsaylı  deyildirlər,  üç 
bölümlü,  hər seqmenti  xətvari  dilimlərə lələkvari  - bölünmüş, kənarları aşağı  bükülmüşdür; çiçək 
saplaqları  möhkəm,  düzdür.  Qönçələri  uzunsov,  xırda,  uzunluğu  6-10  mm,  seyrək  tükcüklüdür; 
erkəkcik  sapı  qara,  yuxarıya  doğru  sancaqvari  genişlənmiş,  meyvənin  aşağısında  bizvaridir; 
ləçəkləri  tünd  qırmızı,  qaidə  hissəsində  qara  ləkəli,  uzunluğu  10-15  mm,  tərsyumurtavari  - 
uzunsovdur;  qutucuq  uzunsov  -  silindrşəkilli;  uzunluğu  10-18  mm,  eni  3-3,5  mm,  ağ  tükcüklə 
örtülmüşdür;  dişicik  ağzı  qabarıq,  4  şüalıdır.  Daşlı  yerlərdə  bitirlər.  Culfa  rayonunun  Qazançı, 
Şahbuz rayonunun Kolanı kənd ətrafı əraziləri. Əlincəçay vadisi. 
 
 


16 
 
Сексийа 4Carinatae Fedde 
P.  macrostomum  Boiss.  &  A.Huet,  1867,  in  Boiss.  Fl.  Or.  1:  115  -  İriqutucuqlu  lalə
Bitkinin  təsviri  Türkiyədən  verilib.  Typus:  “[Armenia]  circa  Tortum,  ad  vias,  1853,  Huet”(K)  (2, 
s.114-115). 
Gövdəsi  20-60  sm  hündürlükdə,  dağınıq  tükcüklü,  bəzən  çılpaq,  qol-budaqlıdır;  yarpaqları 
lələkvari - bölünmüş və ya dərin yarılmış, seqmentləri çılpaq, neştərşəkilli, sivri dişli, sivri, nəhayətləri 
tükcüklüdür;  yuxarıda  yarpaqlar  oturaq,  üçbölümlü,  lələkvari-bölünmüş  seqmentlidirlər;  dilimləri 
neştərşəkilli, xətvaridirlər. Çiçək saplaqları qısa, enli, əyri-üyrü, sıx tükcüklüdür; qönçələri iri, uzunluğu 
20  mm,  oval,  ağ  və  ya  sarımtıl  seyrək  tükcüklüdür;  ləçəkləri  al-qırmızı,  qara  dilşəkilli,  dördbucaqlı 
ləkəli,  xaricdəkilər  enli,  böyrəkşəkilli,  kənarları  ilə  bir-birinə  söykənmiş,  daxildəki  ləçəklər  nisbətən 
nazikdir;  erkəkciklər  çoxsaylı,  qara,  saplı,  tozluq  girdədir;  qutucuq  hamar,  çılpaq,  göyümtül, 
tərsyumurtavari və  ya uzunsov  - sancaqvari, uzunluğu 20 mm-dir; disk dərişəkilli pərdə ilə birləşmiş 
şüalıdırlar;  dişciklər  qutucuğun  nəhayətinə  doğru  yerləşmişlər  (1,  s.177;  6,  s.129).  Tarlalarda,  yol 
kənarlarında, daşlı yerlərdə bitirlər. Muxtar respublikanın bütün bölgələrində rast gəlinir. 
Seksiya 5. Papaver 
*P. somniferum L.1753, Sp. Pl.: 508. – Xaşxaş. Bitkinin təsviri Cənubi Avropadan verilib 
(2, s.115). 
Xaşxaş  birillik  ot  şəkilli  bitkidir,  göyümtül  və  iridir.  30-60  sm-ə  qədər  orta  hündürlükdə, 
cənub  bölgələrdə  isə  100-120  sm  hündürlüyə  çatır.  Az  budaqlanan  bitkidir.  Bitkinin  üzərində 
tükcüklər  ya  mövcud  deyil,  ya  yarpaqların  damarlarında,  ya  da  çiçək  oxu  üzərində  seyrək  halda 
olur.  Kökü  mil  kökdür,  torpağın  dərin  qatlarına  qədər  enir  (1  m-ə  qədər  və  ya  artıq).  Gövdəsi 
dikdurandır,  hamardır,  göyümtül-yaşıldır,  yuxarı  hissədə  budaqlanır.  Kök  ətrafı  yarpaqlar  qısa 
saplaqcıq  üzərindədir,  tədricən  yarpaq  ayasına  keçir.  Yuxarıdakılar  isə  oturaqdır,  sanki  gövdəni 
qucaqlayır. Yarpaq ayası uzunsov, göyümtül rəngdədir, kənarları iri dişdişlidir, kəsilmiş-dilimli və 
ya itidişciklidir. Yarpaqlar qeyri-bərabərdir, ölçüləri 10-30 sm aralıqda dəyişilirlər.  
Çiçək oxu uzundur,  yoğundur, çılpaq və  ya qabarıq tükcüklərlə örtülüdür. Qönçələri  çiçək 
açana qədər aşağı əyilmiş, çılpaq, qalınqabıqlı, yumurtaşəkilli və ya oval formada, küt uclu və iridir. 
Ölçüləri 1,5-3 sm arası uzunluqdadır. Çiçək açılanda düzləşir. Çiçəkləri aktinomorfdur, ikicinslidir, 
iridir və çiçək oxu üzərində tək-tək yerləşirlər. Çiçək yatağı ikiqatdır, kasacıq iki qalın qabıqlı kasa 
yarpaqlarından  ibarətdir.  Qönçə  açılanda  kasa  yarpaqları  tökülür.  Çiçək  tacı  dörd  ədəd  dairəvi  və 
enli yumurtaşəkilli ləçəklərdən ibarətdir. Ləçəkləri ağ, qırmızı, çəhrayı və ya bənövşəyi rəngdə olur. 
Ləçəklərin əsasında sarı və ya ağ ləkələri olur, 10 sm-ə qədər uzunluqdadır. Erkəkcikləri sərbəstdir, 
çoxsaylıdır,  bir  neçə  dairədə  düzülürlər.  Erkəkcik  sapları  tünd  və  ya  açıq  rəngdədir,  ortadan 
başlayaraq  yuxarıya  doğru  getdikcə  qalınlaşır.  Tozluqları  toppuzşəkillidir,  uzunsovdur.  Ginesey 
senokarpdır,  çoxsayda  bir-birinə  bitişmiş  meyvə  yarpaqcıqlarından  əmələ  gəlmişdir.  Yumurtalıq 
üstdür, mayalanmış toxumları çoxsaylıdır. May və avqust aylarında çiçəkləyirlər. Dekorativ bitkidir 
(1, s.177; 6, s.132-133; 10). 
Seksiya 6. Rhoeadium Spach 
Subsect.1. Rhoeadium (Spach) Mikheev 
P. commutatum Fisch. & C.A.Mey.1837, İndex Sem. Hort. Bot, Petropol. 4: 41. - P. strigosum 
auct. non (Boenn.) Schur: Н. Буш, 1905, Мат. Фл. Кавк. 3, 4: 24.- Oxşar lalə. Bitkinin təsviri Cənubi 
Qafqazdan olan materiallar əsasında verilib. Typus: “ İberia..., 1831, Wilhelms” (LE!) (2, s.115). 
Gövdəsi 50 sm hündürlüyündə, aşağı hissədə budaqlı, budaqları əyilmiş, bəzən sadə, çılpaq 
və  ya  çox  zaman  seyrək  uzun  tükcüklüdür;  aşağıdakı  yarpaqlar  lələkvari  -  bölünmüş,  iri 
yumurtavari,  dişli  seqmentli;  çılpaq  və  ya  tükcüklüdür;  bəzən  (zəif  nümayəndələrində)  aşağıdakı 
yarpaqlar  lələkvari-yarılmışdır;  yuxarıdakı  yarpaqlar  oturaq  üç-bölümlü,  lələkvari  -  bölünmüş 
seqmentli,  uzunsov,  dişli,  sivri  və  ya  küt  dilimlidirlər;  çiçək  saplaqları  uzun,  nisbətən  sıx  ağ 
tükcüklərlə  örtülmüşdür.  Qönçələri  uzunsov  -  elipsşəkilli,  uzunluğu  18  mm,  yuxarıda  çıxıntısız, 
uzun, nazik, irəli istiqamətlənmiş cod tükcüklərlə örtülmüşdür; tac iri, al-qırmızıdır; ləçəkləri enli, 
girdə, uzunluğu 2-4 sm, dördbucaqlı, uzunsov və ya girdə ləkələri qaidə hissədən yuxarıdadır, orta 
hissəyə  yaxındır; bəzən ləkə ləçəklərin hər tərəfinə  yayılır; erkəkcik  sapı nazik,  qara, çoxsaylıdır; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə