Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)


Şəkil – 3. Kameliya bitkisinin ümumi görünüşü



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   28   29   30   31   32   33   34   35   ...   127

66 
 
 
 
Şəkil – 3. Kameliya bitkisinin ümumi görünüşü 
 
 
Kameliya bitkisi toxum, çilik, bastırma və calaq vasitəsi ilə çoxaldılır. Toxumla çoxaldılma 
uzun zaman  aldığı  üçün  bu  üsuldan  az  istifadə  edilir.  Bəzi  kameliya  növlərindən  alınan  toxumlar 
sentyabr  –  oktyabr  aylarında  əkilərək  cücərdilir.  Bu  cücərtilərdən  alınan  tinglər  başqa  çeşidlərə 
calaq edilməklə yeni bitkilər alınır.  
 
Çiliklə çoxaldılma zamanı həmin ilin qismən odunlaşmış zoğları seçilərək 3 – 4 göz olmaqla 
kəsilir.  Qum  və  torf  qarışığından  hazırlanan  torpaqda  bir  göz  çöldə  qalmaqla  bastırılır  və  bundan 
sonar cücərənə kimi tez – tez suvarılır. İstər açıq şəraitdə istərsə də otaq şəraitində (istilikxanada) 
köklənmə alınana kimi temperaturu 25 – 30

– dən aşağı olmamalıdır. Kökləndikdən sonra bitkilər 
dibçəklərə yaxud da daimi yerlərinə köçürülməlidir. 
 
Yerə bastırma və havada bastırma üsulu ilə də kameliya bitkisini artırmaq mümkündür. Yerə 
bastırma adətən yaz aylarında (mart - aprel) aparılır və yüksək nəticələr almaq mümkündür. Hava 
bastırması gec əmələ gəldiyi üçün çox da istifadə edilmir. 
 
Calaq  vasitəsilə  artırmada  toxumlardan  alınan  cücərtilər  üzərində  daha  çox  göz  calağının 
vurulması istifadə edilir ki, buda may ayının axırı iyunun əvvələrində olur.  
 
ƏDƏBİYYAT  
  
1.
 
Azərbaycanın Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. İkinci 
nəşr. Bakı, Şərq və Qərb, 2013, 670 s. 
2.
 
İbrahimov  Ə.M.  Naxçıvan  muxtar  Respublika  ərazisində  yayılan  ağac  və  kolların  tədqiqi 
vəziyyəti  (Yabanı,  mədəni    və  introduksiya  olunmuşlar)  //  AMEA  Naxçıvan  Bölməsinin 
Xəbərləri, təbiət və texniki elmlər, 2012, № 4, s.89-104 
3.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.M.  Naxçıvan  Muxtar  Respublikasının  dendroflorası  //  AMEA 
Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, 2013, № 4, s.60-77 
4.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.M.  Naxçıvan  şəhərinin  yaşıllaşdırılmasında  istifadə  olunan  ağac 
və  kollar  /  Botanika  bağlarında  və  dendroparklarda  landşaft  memarlığı.  V  beynəlxalq 
konfransın materialları, 5-8 noyabr 2013. Bakı, 2013, s. 25-34 
5.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri 
(ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan, Əcəmi, 2008, 364 s. 
6.
 
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı (Ali spоrlu,  
çilpaqtохumlu  və  örtülütохumlu bitkilər). Naxçıvan, Əcəmi, 2010, 676 s. 
 


67 
 
ABSTRACT 
TEYYUB PASHAYEV 
 
Camelia japonica (Camellia japonica L.) 
The  article  presents  information  fulfilling  systematically  scientific  research  work  on  the 
ornamental  plant  sample  which  introduction  of  both  local  and  other  countries  to  be  used  in 
implementation of landscaping work and their resistance of the soil-climate factors. On the article 
there  is  also  given  information  on  the  result  of  research  introduced  Camellia  japonica  L.  species. 
The article is dedicated decorative species of the Camellia genus around the world which Camellia 
amplexicaulis  (Pit.),  Camellia  cuspidata  (Kochs),  Camellia  fraterna  Hance,  Camellia  japonica  L. 
typus,  Camellia  oleifera  C.Abel,  Camellia  reticulata  Lindl.,  Camellia  saluenensis  Stapf  ex  Bean, 
Camellia sasanqua Thunb., Camellia sinensis (L.) O.Kuntze species included there. On the article 
there was also reported cultivation techniques, reproduction, water regime, soil and life condition, 
bioecological  features  of  the  Cemellia  genus.  That  plant  remain  evergreen  in  the  areas  where 
dominated ocean climate in the winter in the South-east Asian countries. 
 
 
РЕЗЮМЕ 
 
ТЕЙЮБ ПАШАЕВ 
 
Камелия японская  (Camellia japonica L.)  
В статье приводятся данные о местных  и интродукционных из других стран некоторых 
декоративных  видов    рода    камелия  выращиваемые  Ботанического    сада    Института 
Биоресурсов Нахчыванского отделения НАН Азербайджана которые используется в озелени. 
Дано  сведение    о  результы  исследование  интродукционного  вида  Camellia  japonica  L.  В 
статье приводятся не которые данные декоративных видов входящий в состав рода камели 
распространенных  во  всем  мире:  Camellia  amplexicaulis  (Pit.),  Camellia    cuspidata  (Kochs), 
Camellia    fraterna  Hance,  Camellia    japonica  L.  typus,  Camellia  oleifera  C.Abel,  Camellia 
reticulata  Lindl.,  Camellia  saluenensis  Stapf  ex  Bean,  C  amellia  sasanqua  Thunb.,  Camellia  
sinensis  (L.)  O.Kuntze.  В  статье  дано  сведение  о  информации  устойчивости  климатическим 
факторам,  способы  выращивание,  размножение,  водного  режима,  почве,  условия  жизни  
биоэкологические характеристики и другие сведение растения камелия. 
 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent  
M. Piriyev
 
 
 


68 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
FƏRİDƏ SƏFƏROVA  
seferova05@gmail.com 
VÜSALƏ İSMAYILOVA 
ivusala@inbox.ru  
Naxçıvan Dövlət Universiteti 
UOT: 581,9 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI  FLORASINDA YAYILAN PAPAVERACEAE  
ADANS. – LALƏKİMİLƏR FƏSİLƏSİNİN ZƏHƏRLİ NÖVLƏRİ  
Açar sözlərQırmızı kitab, Naxçıvan Muxtar Respublikası, Papaveraceae Adans., Chelidonium 
majus L. 
Ключевые 
слова
Красную 
Книгу, 
Нахчыванской 
Автономной 
Ресрублике, 
PapaveraceaeAdans., Chelidonium majus L. 
Key words: Red Book, Nakhchivan Autonomous Republic, Papaveraceae Adans., Chelidonium 
majus L. 
Fəsilənin dünyada yayılan 45 cinsinə mənsub 600 - dən artıq növündən Qafqazda 8 cinsə aid 
49 növü, Azərbaycanda 7 cinsə aid 34 növü və o cümlədən Naxçıvan MR- də isə 4 cinsinə daxil 
olan 20 növü vardır [3, s.166-167].  
Çiçəklərinin  müxtəlifliyinə  görə  Papaveraceae  Adans  –  Laləkimilər  fəsiləsinin 
nümayəndələri Ranunculaceae Juss.,nom. Cons. – Qaymaqçiçəkkimilər fəsiləsinin nümayəndələrini 
xatırladır.  Hər  iki  fəsilədə  aktinomorf  və  ilk  baxışda  onlara  heç  oxşamayan  ziqomorf  çiçəklər 
vardır.  Lakin  xaşxaşkimilər  də  qaymaqçiçəkkimilər  fəsiləsi  kimi,  ümumi  əlamətlərlə  və  keçid 
formalarla  birləşmiş  təbii  qrup  təşkil  edirlər.  Xaşxaşkimilər  yayılma  coğrafiyasına  və 
növəmələgəlmə  mərkəzlərinə  görə    qaymaqçiçəkkimilərə  uyğundur,    lakin  xaşxaşkimilər 
qaymaqçiçəkkimilərdən  növlərinin  sayına  görə  təxminən  3  dəfə  azdır.  Xaşxaşkimilər  fəsiləsinin 
nümayəndələri üçün çiçəklərin aktinomorf və ziqomorf olmasından asılı olmayaraq onlarda 2 üzvlü 
çiçəkyanlığının (K
2
 C
2+2
) olması xarakterikdir.   
Fəsilənin  əsas  əlamətləri  çiçəklərdə  kasa  yarpağının  qönçə  dövründə  olub,  çiçək  açılana 
qədər qaidə hissəsindən acılaraq düşməsi, erkəkciklərinin sayının cox, meyvə yarpaqlarının 5-6, 12 
və  daha  çox  olmasıdır. Bununla  bərabər  bir  cins  daxilində  qutucuq  meyvənin  üst  tərəfində  acılan 
deşiklərin  müxtəlif  olması,  bir  çox  başqa  cinslərdə  2  meyvə  yarpağı  və  buynuzəkilli  qutucuğun 
əmələ gəlməsi də xarakterik əlamətdir. 
Xaşxaşkimilər  fəsiləsi  Papaver  L.-  Lalə,  Chelidonium  L.  –  Ziyilotu,  Roemeriya  Medik.  - 
Romeriya və Glaucium Mill. - Buynuzlalə cinslərinə bölünür. 
Papaver  L.-  Lalə cinsinə aid olan növlər birillik  və  ya çoxillik ot bitkiləridir. Lalədə çiçək 
formulu  ☼♂K
2
C
2+2
A

G
(5)-(20)
.  Yarpaqları  növbəli,  qarşılıqlı  və  bəzən  dəstələrlə  yerləşir.  Yarpaq 
ayası bir neçə dəfə bölümlüdür, bəzi növlərdə yarpaq tam ayalıdır. Yarpağın ayası və saplağı adətən 
göyümtül rəngdə olub,  yarpaqaltlıqlarından məhrumdur. Yarpaq və gövdələrində ağ və  ya  narıncı 
rəngli süd şirəsi daşıyan boruların olması fəsilə üçün səciyyəvi əlamətlərdəndir. Çiçəkləri iridir (çöl 
laləsi),  gövdənin  ucunda  tək  yerləşir  və  ya  xırdadır.  Yumurtalıqları  biryuvalıdır,  lakin  yalançı 
arakəsmələrlə  bölündüyündən  çoxyuvalı  da  olur.  Sütuncuqları  birdir  və  ağızcıqları  oturaqdır. 
Meyvələri qutucuq, buynuzabənzər və ya fındıqcadır.  
Cinsə daxil olan bitkilər torpağın 0,5-1m dərinliyinə işləyən güclü kök sisteminə malikdir. 
Gövdəsi  dikduran,  zəif  mum  örtüklü  olmaqla  0,7-1,5m  hündürlükdə  olur.  Gövdəsində  süd  şirəsi 
olmur və ya az miqdarda olur. Aşağı yarpaqları saplaqlı, iri neştərşəkilli, yuxarı yarpaqları oturaq, 
gövdəyə sarınmış, uzunsov-neştərşəkilli, parlaq yaşıl rənglidir. Çiçəkləri iridir, tək-tək yerləşir. Bir 
bitkidə  5-10  (20-yə  qədər)  çiçək  olur.  Çiçəyi  qırmızı,  çəhrayı,  bənövşəyi  rəngdə  olub,  qara 
gözcüklüdür.  İki  kasa  yarpağı,  bir  neçə  erkəkciyi  və  bir  dişiciyi  olur.  Həşəratlar  vasitəsilə  çarpaz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə