64
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 7 (80)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 7 (80)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 7 (80)
TEYYUB PAŞAYEV
AMEA Naxçıvan Bölməsi
E-mail: teyyubpashayev@mail.ru
UOT: 582.823
YAPON KAMELYASI (Camellia japonica L.)
Açar sözlər: Nəbatat bağı, kameliya, introduksiya, dekorativ bitkilər, Camellia fraterna,
Camellia saluenensis
Key words: Botanical garden, сamellia, introduction, tree plants, Camellia fraterna, Camellia
saluenensis
Ключевые слова: Ботанический сад, камелия, интродукция, декоративные растение,
Camellia fraterna, Camellia saluenensis
Son illərdə Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq - quruculuq, işlərinin geniş
vüsət aldığı bir zamanda park və bağların, küçə və xiyabanların, şəhər və qəsəbələrin, yeni
yaradılan kənd mərkəzlərinin, magistral avtomobil yollarının kənarlarının və s. yaşıllaşdırılmasında
istifadə edilən dekorativ ağac və kolların, bəzək bağçılıqda istifadə olunan bitki nümunələrinin
seçilməsi əsas məsələlərdən biridir. Respublikamızın torpaq iqlim şəraiti çox müxtəlif bitki
növlərinin yerli şəraitdə becərilməsinə imkan verir. Bu baxımdan yuxarıda qeyd edilən
yaşıllaşdırma işlərinin yerinə yetirilməsində istifadə edilən yerli və digər ölkələrdən introduksiya
olunan dekorativ bitki nümunələri üzərində ardıcıl olaraq elmi tədqiqat işləri aparılır və onların
torpaq – iqlim amillərinə davamlılığı müəyyən edilir.
Hazırda AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında Gürcüstan
Respublikasının Batumi Nəbatat bağından, Bakı Dendrologiya İnstitutundan, İran İslam
Respublikası və Türkiyə Respublikasından gətirilən xeyli sayda bitki növləri və toxum
materiallarının yaşıllaşdırmada istifadəsi məsələləri araşdırılır. İntroduksiya edilmiş bitkilərdən biri
olan
Camellia japonica L. növü AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat
bağında istilikxanada əkildiyi 2011 – ci ildən indiyədək normal şəkildə böyüyür inkişaf edir.
Şəkil – 1. Kameliya(Camellia japonica L.) kolu çiçəklərlə
65
Dünyada kameliya cinsinə 250 növ daxildir ki bunların əksəriyyəti dekorativ bitkilərdir.
Bunlardan daha çox istifadə edilənləri aşağıdakılardır (1,s. 276-284; 2, s.89-104; 4, s.25-34; 5, s.97-
126).
Camellia amplexicaulis (Pit.),
Camellia cuspidata (Kochs,
Camellia fraterna Hance,
Camell
ia japonica L. typus,
Camellia oleifera C.Abel,
Camellia reticulata Lindl.,
Camellia saluenensis
Stapf ex Bean,
Camellia sasanqua Thunb.,
Camellia sinensis (L.) O.Kuntze.
Kameliya həmişəyaşıl kol formasında olan bitkidir. Həm otaq bitkisi kimi həm də açıq
ərazilərdə yetişdirilə bilən gözəl görünüşlü çiçəkli koldur. Lakin bu növlərinə görə fərqlilik göstərə
bilir. Otaq bitkisi kimi yetişdirmək istəndiyində istifadə edilən əsas
növ olaraq Camellia japonica L.
növü seçilməlidir. Camellia japonicanın çiçəkləri təkləçəkli və yaxud çoxləçəkli ola bildiyi kimi,
çiçək rəngləri də növlərinə görə qırmızı, ağ və yaxud açıq qırmızı ola bilir. Cənub Şərqi Asiya
ölkələrində okean iqliminin hakim olduğu ərazilərdə qış aylarında həmişəyaşıl olaraq qalırlar.
Kolşəkilli olduğundan, çox gözəl, iri və göstərişli çiçəklərindən ötrü bəzək bağçılıqda daha çox
istifadə edilir (3, s.60-77; 6s.154-166).
Kiçik ağac şəklində və yaxud kol şəklində olan kameliya bitkisi açıq şəraitdə bəzən 4-4,5 m
hündürlüyündə ola bilir. Yarpaqları ellipsvari bəzən ovaldır, parlaq yaşıl rəngli, ucları sivridir.
Açıq şəraitdə olan bitkilərdə yaz aylarında qönçələmə və çiçəklər əmələ gəlirsə istilikxana yaxud
dibçəklərdə ilin digər fəsillərində də çiçəkləmə baş verir. Çox iri olan (8 – 10 bəzən 13 sm – dək)
çiçək ləçəkləri üst – üstə olmaqla iki cərgədə bitişik olaraq düzülmüş, çiçəyin ortasında dairə
şəklində çoxlu sayda erkəkciklər, onların ortasında isə dişicik ağızcığı yerləşir. Erkəkciklərin
ətrafında azacıq saplaqlı, ağ ləkələri olan kiçik ləçəklər vardır. Çiçəkləri iysizdir. Kameliya bitkisi
küləksiz, isti, rütubətli və kölgə yerlərdə daha yaxşı böyüyür və inkişaf edir. Tamamilə kölgəli
yerlərdə uzun müddət qaldıqda çiçək tumurcuqları tökülür.
Kameliyalar humusla zəngin, nəmli, pH – ı 5,5 – 6,5 olan torpaqlarda daha yaxşı inkişaf
edir. Əhəngli torpaqlarda isə tezliklə yarpaqları saralıb tökülür və bitki özü də qısa zamanda məhv
olur.
Bu bitkinin bəzi növləri həmçinin dibçəklərdə otaq bitkisi kimi də saxlanılıb yetişdirilir. Bu
zaman onlara mütəmadi qulluq edilməli, xüsusi hazırlanmış qarışıqdan ibarət torpaqda
saxlanılmaqla 2 – 3 ildən bir torpağı dəyişdirilməlidir.
Şəkil – 2. Kameliya çiçəyinin yaxından görünüşü
Açıq şəraitdə becərilən kameliya çiçəyi mart - aprel aylarından başlayaraq suvarılır,
istilikxanada isə suvarılma bütün il boyu davam edir. Çiçəkləmə zamanı bitki suya daha çox ehtiyac
hiss edir. Yay aylarında yeni zoğların inkişafa başlaması zamanı da bitkinin suya tələbatı artır ki, bu
da cavan zoğların güclü inkişafına səbəb olur.