Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   29   30   31   32   33   34   35   36   ...   127

69 
 
tozlanır.  Meyvəsi  oval  formalı  qutucuqlardır,  içərisində  dairəvi  və  ya  yastı  formada  yuvacıqları 
vardır. Üzəri qabarıqlıdır, yetişdikdə çatlamır. Toxumları çox xırda, tumurcuq formalıdır. Üzəri iri 
dəlik-deşik formalı, boz, ağ və ya qəhvəyi rənglidir. 1000 toxumun kütləsi 0,3-0,5 qramdır.  Lalənin 
vegetasiya  müddəti  85-135  gündür.  Çiçəklənməsi  isə  50-65  gündən  sonra  başlanır.  Meyvə 
əmələgəlməsindən  qutucuqlarının  yetişməsinə  qədər  30-45  gün  keçir.  Lalə  növlərinin  hamısı 
otlaqların ən zəhərli bitkiləridir. Kənd təsərrüfatı heyvanları onları otlaqlarda adətən yemir. Quru ot 
halında  da  onların  yeyilməsi  cox  aşağıdır.  Lalə  növləri  tərkibində  heyvanların  həyatı  üçün  çox 
təhlükəli və zəhərli olan tabanin, izotabanin, protanin, qlautsidin və tiryək qrupuna aid alkoloidlər 
vardır. Onun südündə 20-dən çox alkaloid (morfin, narkotin, papaverin, kodanin, tebain, narsanin) 
var.  Bu  birləşmələr  insan  və  heyvan  orqanizmi  üçün  öldürücü  təsir  göstərir.  Lalələrdən  ən  çox 
qaramal və qoyunlar, az hallarda isə atlar zəhərlənir. Lalələr toxumlama vaxtı ən çox zəhərli hesab 
olunurlar.  Quruduqda  onların  zəhərliliyi  azalır.  Lalə  növlərindən  dərman  preparatları  (morfin  və 
strixinin) alınır [2, s. 82-84].   
 
Naxçıvan  Muxtar  Respublikasında  Papaver  soiniferum  L.  -  Xaşxaş  yalnız  mədəni  florada 
becərilir. Xaşxaşın yetişməmiş qutucuğunun əsasından alınan süd şirəsi tibbdə çox qiymətli hesab 
olunan morfin, kodein və strixinin kimi alkaloidlərə malikdir. Süd şirəsindən hazırlanan opiumdan 
istifadə xüsusilə, Asiya ölkələrində geniş yayılmışdır. Az miqdarda opium xoşagələn oyanma əmələ 
gətirir, çox miqdarı isə sinir sisteminin iflici ilə nəticələnən hallüsinasiyalara səbəb olur. Opiumdan 
istifadəyə qarşı mübarizə əsl müharibələrə səbəb olur. İngiltərə və Çin  arasında baş verən “opium 
müharibəsi”  buna  misaldır.  Maraqlıdır  ki,  qənnadı  sənayesində  işlədilən  xaşxaşın  yetişmiş 
toxumlarında morfin qətiyyən yoxdur.  
Papaver  L.-  Lalə  cinsinə  daxil  olan  növlərdən  zəhərli  bitki  olan  Papaver  zangezuricum 
Mikheev -  Zəngəzur laləsi Azərbaycan,  P. schelkownikowii N. Busch – Şelkovnikov laləsi  və  P. 
lacerum Popov – Cırılmış lalə növləri isə Naxçıvan MR florası üçün yeni növlərdir.  
Chelidonium L. - Ziyilotu, Dəmrovotu cinsinə Chelidonium  majus L.- Böyük ziyilotunövü 
aiddir ki, o da  muxtar respublikada yalnız mədəni florada mövcuddur. Çoxillik ot bitkisidir. Təbii 
şəkildə Avropa və Aralıq dənizində və  Amerikada rast gəlinir. Amerikaya kolonyaçılar tərəfindən 
dəri xəstəliklərinin müalicəsi məqsədilə 1672-ci ildə gətirilib. Təbabətdə bu ot bitkisinin şirəsindən 
istifadə  edirlər.  Dəmrovotu  70  sm  hündürlükdə  budaqlı  gövdəyə  malikdir.  Bütün  hissələrində 
çəhrayı rəngli süd şirəsi vardır. Dəmrovotunun çiçək formulu ☼♂K
2
C
2+2
A
12-22
G
(2)

 
Dəmrovotu  qədim  vaxtlardan  müxtəlif  dəri  xəstəliklərinin,  yaraların,  yanıqların 
müalicəsində istifadə olunurdu. Qədimdə insanlar inanırdı ki, bu ot sehrli xüsusiyyətlərə malikdir - 
insanı qara qüvvələrin təsirindən qoruyur, həbsxanaya düşən insanı oradan azad etməyə kömək edir, 
uğur gətirir və s. Həmçinin qədimdə bu otdan güclü zəhər hazırlayırdılar. Bu bitki kəskin alkaloidli 
bitkidir.  Bu  maddələr  insanın  sinir  sisteminin  fəaliyyətini  tormozlayır,  arterial  təzyiqi  salır,  həzm 
sistemində  qıcıqlanma  və  iltihab  yaradır.  Dəmrovotunun  həddən  artıq  qəbulu  güclü  zəhərlənməyə 
səbəb  ola  bilər.  Bu  zaman  insanda  qusma,  ishal,  başgicəllənməsi,  bayılma,  hətta  hallyusinasiyalar 
mümkündür.  Bu  səbəbdən  bu  bitkini  yalnız  həkimlə  məsləhətləşdikdən  sonra  daxilə  qəbul  etmək 
olar. 
 
Dəmrovotu  müxtəlif  dəri  xəstəlikləri  (psoriaz,  ekzema,  dəmirov),  yaralar,  yanıqlar,  ziyillər 
və s. zamanı müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Bunun üçün 2 xörək qaşığı dəmrovotu 
1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və islatmalar şəklində istifadə olunur. Təmiz 
tənzif  dəmləmədə  isladılır  və  zədələnmiş  dəriyə  qoyulur.  İslatmaları  tez-tez  etmək  lazımdır. 
Dəmrovotu  dəmləməsi  ilə  vannalar  ayaqlarda  göbələk  infeksiyası  zamanı  da  istifadə  olunur. 
Dəmrovotunun  şirəsi  də  çox  effektli  vasitədir.  Şirəni  hazırlamaq  üçün  dəmrovotunun  gülləri, 
yarpaqları və gövdələri ətçəkən maşınından keçirilir və tənzifdən sıxılır. Hazır şirədə tənzifi isladıb 
çətin sağalan yaralara, yanıqlara qoymaq, psoriaz, ekzema, dəmrov zamanı istifadə etmək olar. Bu 
şirə həmçinin ziyillərə, çibanlara da çox yaxşı təsir göstərir. Dəmrovotu şirəsi həmçinin sızanaqlar 
və dodaqlarda herpes zamanı da çox yaxşı kömək edir. Dəmrovotundan müalicəvi  yağ hazırlamaq 
olar. Bu yağ da dəri xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir. Qurudulmuş dəmrovotunu 
həvəngdəstədə yaxşı əzin, üzərinə isidilmiş ərik və ya şaftalı yağı tökün (bu yağlar olmadığı halda 


70 
 
zeytun  yağından  istifadə  etmək  olar)  və  7  gün  ərzində  sərin  qaranlıq  yerdə  saxlayın  (soyuducuda 
yox). Yağı vaxtaşırı olaraq qarışdırın. Daha sonra yağı yaxşı süzün və yanıqlar və dəri xəstəlikləri 
zamanı istifadə edin.  Allergiyaya qarşı dəmrovotu otundan 1 xörək qaşığını 2 stəkan qaynar suda 
dəmləyirlər.  4  saat  saxladıqdan  sonra,  gündə  2  dəfə  səhər  və  axşam  yеməyə  15-20  dəqiqə  qalmış 
1/4-1/2 stəkan içmək lazımdır. 
 
Roemeriya  Medik.-  Romeriya cinsinə daxil olan  Roemeriya refracta  DC.-  Əyrim  romeriya 
və R. hibrida (L) DC.- Hibrid romeriya növləri də otlaq və biçənəklərdə az yayılmasına baxmayaraq 
zəhərli növlərdir. 
 
Glaucium  Hill  -  Buynuzlalə  cinsinin  Yer  kürəsində  yayılmış  20  növündən  Qafqazda  5, 
Azərbaycanda  və  o  cümlədən  Naxçıvan  MR  ərazisində  3  növü  yayılmışdır.  Glaucium    elegans 
Fisch.  &  C.A.Mey.  –  Zərif  buynuzlalə  növü  əlverişsiz  sahələrdə  tək-  tək  bitdiyindən  və  təbii 
ehtiyatının  az  olması  baxımından  Naxçıvan  MR-in  Qırmızı  Kitabına  Lower  Risk  -  LR  [a 
Conservation  Dependent  -  CD]  statusuna  daxil  edilmişdir  [4.  s.253-255  ].  Azərbaycanda  ancaq 
Naxçıvan  MR  -  in  düzən  sahələrindən  yuxarı  dağ  qurşağına  qədər  Vəlidağ,  Əshabi-  Kəhf  dağı, 
Nəhəcir,  Göynük  və  Şurut  kəndləri  ətrafında  quru  daşlı  yamaclar  və  töküntülərdə  rast  gəlinir. 
Göyümtül rəngdə olan birillik bitkidir. Gövdəsi nazikdir, orta hissədən, bəzən qaidəsindən tamamilə 
dixatomik  budaqlanmışdır,  5-20  (25)  sm  hündürlükdədir.  Yarpaqları  yaşıldır,  tamamilə  çılpaqdır, 
Gövdə  yarpaqları  2-  4  sm  uzunluqda  olub,  gövdəni  qucaqlayandır,  düzgün  olmayan  dilimli 
bölünmüşdür.  Ləçəkləri  çəhrayıdır,  iri  deyil,  tərs  yumurtaşəkillidir  və  qaidəsindən  qırmızıdır. 
Meyvə  ayaqcığı  düzqalxandır,  qısadır.  Buynuzmeyvəsi  nazikdir,  qövsvari  əyilmişdir,  6-10  sm 
uzunluqda  və  təqribən  2  mm  enindədir,  tək  -  tək  dağınıq  tükcüklüdür.  May  ayında  çiçəkləyir  və 
iyun  ayında  toxumları  yetişir.  Çoxalması  toxumladır.  Bəzək  bitkisidir.  Kserofitdir.  İran-Turan 
coğrafi areal tipinə daxildir. 
 
Araşdırmalar nəticəsində məlum olmuşdu ku, Naxçıvan Muxtar Respublikasının florasında 
Papaveraceae  Adans. –Laləkimilər fəsiləsinin Papaver L. - Lalə cinsinin 14 növü, Glaucium Hill 
Buynuzlalə  cinsinin  3  növü,    Roemeria  Medik.  -  Romeriya  cinsinin  2  novü  və  Chelidonium 
L.Ziyilotu cinsinin 1 növü   yayılıb, bunlardan 2 növü Chelidonium majus L. -  Böyükziyilotu və 
Papaver soiniferum L. - Xaşxaş yalnız mədəni florada  yayılıb [3, s.166-167] . 
 
ƏDƏBİYYAT 
 
1.
 
Qurbanov E.M. Ali bitkilər sistematikası. Bakı, 2009, 420 s. 
2.
 
Quliyev Ə.M., Quliyev V.Ş. Azərbaycan yaylaqlarının zəhərli və zərərli bitkiləri və onlarla 
 
mübarizə tədbirləri. Bakı, Azərnəşr, 1961, 184 s. 
3.
 
Talıbov T.H.,  İbrahimov Ə.Ş.  Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 
Naxçıvan, Əcəmi NPB, 2008, 364 s. 
4.
 
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının Qırmızı Kitabı. c. II, 
Naxçıvan, Əcəmi, 2010, 677 s. 
5.
 
Talıbov T.H., Səfərova F.A. Naxçıvan Muxtar Respublikası otlaqlarında yayılmış bəzi zərərli 
və zəhərli bitkilər // Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan, Qeyrət, 2010, 
№1, s. 42- 48  
6.
 
Исмаилов  Н.М.  Алкалоидоносные  растения  Азербайджанской  ССР.  Баку,  Элм,  1975, 
199 с. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə