Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   53   54   55   56   57   58   59   60   ...   127

117 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
 
KİMYA
 
TOFİQ ƏLİYEV 
Naxçıvan Dövlət Universiteti 
YAŞAR HASANOĞLU 
Ağrı-İbrahim Çeçen Universiteti 
NƏCİBƏ HÜSEYNOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:620.197.3 
KORROZİYA TƏDQİQATLARINDA POLYARİZASİYA MÜQAVİMƏTİNİN 
TƏYİNİ ÜSULUNDAN İSTİFADƏ 
Açar sözlər: Korroziya sürəti, Elektrokimyəvi üsullar, Polyarizasiya müqaviməti, Polyarizasiya 
əyriləri  
Ключевые  слова:  Скорость  коррози,  Элэктрохимические  метод,  Поляризационная 
сопротивления, Поляризационные кривые. 
Key words: corrosion speed, electrochemical methods, polarization resisdans, polarization curves 
Müasir  dövrdə  korroziya  tədqiqatlarında  korroziya  surəti  müxtəlif  üsullarla  təyin  edilir.  
Əvvəllər korroziya sürəti yalnız qravimetirik və ya çəki azalması üsulu ilə təyin edilirdi. Bu üsulla 
korroziya sürəti təyin edildikdə tətqiq edilən metal nümunənin kütləsi əvvəlcədən dəqiq  çəkilərək 
(
+
_
0,0001 q dəqiqliklə) korroziya cəhətdən aqressiv mühitə daxil edilir və orada müəyyən müddət 
ərzində  saxlanılır(təcrübənin  xarakterindən  asılı  olaraq  aqressiv  mayenin  qarışdırılması  və  ya 
sükunəti halında; oksigenin sərbəst daxil olması şəraitində və ya əksinə; sistemə digər aqressiv və 
ya inert qazların daxil edilməsi şəraitində və s.). Sonra metal nümunə aqressiv mühitdən çıxarılır, 
yuyulur,  qurudulur,  korroziya  məhsullarından  təmizlənir  və  yenidən  çəkilməklə  korroziya 
nəticəsində  baş  verən  itki  təyin  edilir.  Bunun  əsasında  vahid  zamanda  metalın  vahid  səthində 
korroziya nəticəsində baş verən itki, yəni korroziya sürəti müxtəlif vahidlərlə (q∙m
-2
∙saat
-1
 ; mq∙dm
-
2
∙gün
-1
 ; mm∙il
-1
 və s.) təyin edilir [1-3 ].  
Korroziya  sürətinin  təyinində  müasir  dövrdədə  istifadə  edilən  bu  üsulun  müsbət  cəhətləri  ilə 
yanaşı iki qüsuruda vardır: Qravimetrik üsulla korroziya sürətinin təyini üçün nisbətən uzun zamanın 
(bir neçə saat) tələb olunması; korroziya sürətinin müəyyən edilmiş qiymətinin verilmiş andakı sürəti 
deyil, prosesin başlanğıcından sonunadək keçən vaxtı xarakterizə edən orta qiyməti göstərməsi [4 ]. 
 
Elm  və texnikanın inkişafına paralel olaraq daha sonralar korroziya tətqiqatlarında bir sıra 
yeni, ekspress üsullardan da istifadə edilməyə başlanmışdır. 
Belə üsullar sırasında elektrokimyəvi tədqiqat üsulları xüsusi əhəmiyyət kəsb edir. Aşağıda həmin 
üsullardan biri olan  polyarizasiya müqavimətinin təyini üsulu barədə məlumat verilir. 
         Korroziya  sürətinin  təyinində  laboratoriya  və  ondan  kənarda  asanlıqla  tətbiq  edilə  bilən, 
elektrodun  səth  təbəqəsini  zədələməyən  elektrokimyəvi  üsullardan  biri  olan  polyarizasiya 
müqavimətinin  təyini  üsulundan  da  istifadə  edilir  [5-7].  Məlumdur  ki,  elektrokimyəvi  üsullarla 
korroziya  sürətinin  təyinində  Tafel  üsulundan  istifadə  etdikdə,  yəni  Tafel  əyrilərini  korroziya 
potensialına  ekstropolyasiya  etdikdə  laboratoriya  şəraitində  bu  işlər  asanlıqla  həyata  keçirilsə  də 
belə,  bəzi  çətinliklər  də  ortaya  çıxır.  Cərəyan-potensial  əyrilərinin  çəkilməsi  üçün  lazımi  şərait 
yaradılsa  da,  əyrilərin  çəkilməsi  zamanı  dövrədən  yüksək  cərəyan  keçəcəyindən  iş  şərtlərində 
dəqiqliyin tam gözlənilməsi şübhəli də ola bilər [5-8]. 
Polyarizasiya  müqaviməti  üsulunda  isə  çox  kiçik  bir  potensial  aralığında  ölçmə  aparıla 
biləcəyi üçün keçən cərəyan rahatsızlıq yaratmayacağından iş şərtləri asanlıqla yerinə yetirilə bilər. 
Qeyd etmək lazımdır ki, polyarizasiya üsulu müqaviməti ilə digər üsullarla edilə bilməyən 
çox  kiçik  korroziy  sürətləri  də  təyin  edilə  bilir.  Digər  tərəfdən    bu  üsulla  orta  korroziya  sürəti  ilə 


118 
 
yanaşı  hər  hansı  bir  andakı  korroziya  sürətinin  müəyyən  edilməsi  də  mümkündür.  Həm  də  bu 
əməliyyatlar  çox  qısa  bir  zamanda  həyata  keçirilə  bilir.  Bununla  belə,  korroziya  prosesinin  çox 
intensiv  getdiyi  hallarda  eləcə  də  sistemin  müqaviməti  yüksək  olan  mühitlərdə  polyarizasiya 
müqaviməti  üsulu  ilə  ölçmələr  aparmaq  çətin  olur  və  alınan  nəticələrin  xətası  yüksək  olur.  Belə 
sistəmlərdə  digər  elektrokimyəvi    tədqiqat    üsularından,  məsələn,  elektrokimyəvi  impedans 
spektroskopiyası üsulundan istifadə edilir.  
Polyarizasiya əyriləri korroziya potensialı yaxınlığında, konkret olaraq 
 
    
–dan cəmi ±10 mV 
uzaqlaşmaqla  çəkildikdə  potensialla  (ifrat  gərginliklə)  cərəyan  sıxlığı  arasında  xətti  asılılıq  müşahidə 
edilir. Korroziya potensialı yaxınlığında alınan polyarizasiya əyrilərinin xətti oblastındakı meylinə, yəni 
 
 
  =  ∆E/∆i  kəmiyyətinə  polyarizasiya  müqaviməti  deyilir.  Təcrübi  olaraq  təyin  edilə  bilən  bu 
müqavimət  korroziya  sürətinin  hesablanmasında  istifadə  edə  bilər.  Bu  məqsədlə  Ştern  və  Geary 
tərəfindən nəzəri olaraq verilmiş aşağıdakı tənlikdən istifadə etmək olar [5-8]: 
∆E/∆i = 
 
 
   
• 
 
 
  
 
     
 
  
  
            (t. 1) 
B = 
 
 
  
 
     
 
  
  
        (t. 2) əvəzləməsini aparib  
 
  
   
 = 
 
 
                (t.3) 
olduğunu nəzərə alsaq, alarıq: 
                                                    
 
 = 
 
 
   
•B          (t. 4) 
 sonuncu ifadədən korroziya sürəti  ( 
 
   
 ) təyin edilə bilər. 
                                        
   
 = 
 
 
 
 = B • 
 
 
  
        ( t.5 )  
 alarıq. 
Polyarizasiya  müqavimətini  təyin  etmək  üçün  çəkilən  qrafik  aşağıdakı  şəkil  1-  də 
göstərilmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  polyarizasiya  müqavimətinin  təyini  ilə  korroziya  sürəti-nin 
müəyyən edilməsi (hesablanması) üsulu çox asan bir üsuldur. Bu üsulda işçi elektrodu ilə müqayisə 
elektrodu  arasında  ölçülən  ilk  potensial  məhz  korroziya  potensialı    (Ekor)    olur.  Dəyişən  bir 
müqaviməti  təmin  edən  vasitə  ilə  (  məsələn,  reostat)  işçi  elektrodla  müqayisə  elektrodu  arasında 
müəyyən  qiymətə  malik    cərəyanlar  verilir  və  hər  bir  cərəyanın  qiymətindən  sonra  potensialın 
korroziya    potensialından  uzaqlaşan  qiyməti  qeyd  edilir.  Korroziya  potensialı  sıfır  nöqtəsi  qəbul 
edilərək 2 və ya 3 nötə əlavə olaraq müəyyən edilir (təxminən 10 mV aralığında). 
 
 
∆E 
 
                
  
  
     
 
  
 ∆
 
 
 = 10 mV  
 ∆
 
 
    
 
 
 
 ∆
 
 
 

 
 
 =-10 mV 
 
 
   
 
   
 
 
 
 
 
 
 
 
Şəkil 1.Polyarizasiya müqavimətini müəyyən etmək üçün çəkilmiş cərəyan sıxlığı – potensial əyrisi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə