Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   19   20   21   22   23   24   25   26   ...   134

48 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
LALƏ ƏSGƏROVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 616-002 
TREMATODLARIN BİOMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ  
NAXÇIVAN MR-DƏ ONLARIN TƏDQİQİ 
Açar sözlərtrematodlar, trematodozlar, tədqiqat, helmintlər, Naxçıvan Muxtar Respublikası 
Key wordstrematodes, trematodosis,helminthes, Nakhchivan  Autonomous Republic 
Ключевые  слова:  трематоды,  трематодозы,  исследования,  гельминты,  Нахичеваньская 
Автономная Республика 
Trematodlar  (Sorucu  qurdlar)sinfi  Trematoda(Rudolphi,1808)  –  Yastı  qurdlar 
(Plathelminthes)  tipinin  tərkibinə  daxil  olan  böyük  helmintlər  qrupudur.  Hazırda  sorucu  qurdların 
4000-ə  qədər  növü  məlumdur.  Onların  əksəriyyəti  endoparazit  olub,  parazit  həyat  tərzi  keçirirlər. 
Yetkin trematodlar (maritlər) adətən hermafrodit orqanizmlərdir (yalnız Schistosomatidae ailəsinin 
nümayəndələri  ayrıcinsiyyətlidirlər.)  Trematodlar  əsasən  onurğalı  heyvanlarda,  bəzən  isə 
onurğasızlarda parazitlik edir. Maritlər sahibinin müxtəlif orqanlarında (mədə, bağırsaq, qaraciyər, 
mədəaltı  vəzi,  böyrək,  döş  və  qarın  boşluğu,  qan  damarları)  parazitlik  edir.  Trematodlar  insan  və 
heyvan orqanizmlərində müxtəlif invazion xəstəliklərə səbəb olurlar. Bunlara trematodozlar deyilir. 
Trematodozlar əsasən isti iqlimli ölkələrdə yayılmışdır. 
Yastı qurdlar tipinin digər siniflərindən fərqli olaraq trematodların əsas xüsusiyyətlərindən 
biri  onlardakı  mürəkkəb  həyat  tsiklinin  olmasıdır.  Trematodlar  biohelmintlər  olmaqla,    inkişafı 
sahibdəyişmək  və  sürfə  mərhələlərində  isə  nəsil  növbələşməsi  ilə  gedir.    Sahibdəyişmə  -  cinsi 
yetişkənliyə catmış formalar əsas sahibdə, sürfə mərhələləri isə aralıq,  bəzən də  əlavə sahiblərdə 
inkişaf  edirlər.  Nəsil  növbələşməsi-  trematodun  yumurta,  mirasidi,  sporosista  və    redi  inkişaf 
mərhələləri  biri-birini  növbələşərək  tamamlayır.  Əsas  sahiblər  məməli  heyvanlar  quşlar  və  insan; 
aralıq sahibləri quru və su ilbizləri; əlavə sahibləri isə balıqlar, suda-quruda yaşayanlar, həşəratlar 
ola bilir. Xarici mühitə kal vasitəsilə trematodların yumurtaları ifraz edilir (1) . 
Trematodlar haqqında ilk məlumatlar XVII əsrin ortalarında məşhur italyan alimi F. Redinin 
əsərlərində verilmişdir. Həmin əsərlərdə alim inəyin qaraciyərindəki sorucunun təsvirini vermişdir. 
Sonralar  K.  Linney  o  zamanlar  üçün  məlum  olan  40  trematod  növünü  bir  cinsdə  -  Fasciolada 
birləşdirdi.  Trematodlar  haqqında  ilk  məlumat  K.  Rudolfiyə  (1819)  aiddir.  K.  Rudolfi  müasir 
helmintologiyanın  atası  hesab  edilir.  O,  trematodlar  üçün  sərbəst  sinif  (Trematoda)  yaratmışdır. 
K.Rudolfi sorucuların 220 növünü 5 sərbəst cinsdə birləşdirmişdi. Trematodların tədqiqinin sonrakı 
inkişafı  XIX  əsrin  ikinci  yarısına  təsadüf  edir.  R.  Leykart,  K.  Ber,  Y.  Steenstrup,  A.  Tomas,  A. 
Loos, M. Braun və başqaları fauna və sorucuların həyat tsiklinə aid tədqiqatlar apardılar (3). 
Trematodların öyrənilməsinin sonrakı mərhələləri akademik K. İ. Skryabinin adı ilə bağlıdır. 
K.  İ.  Skryabin  sovet  helmintologiya  məktəbinin  banisi  hesab  edilir.  O,  öz  tələbələri  (V.  Y. 
Sudarikov,  Y.  Y.  Başkirov,  D.  N.  Antipin,  M.  M.  Belopolskaya,  V.  P.  Koval  və  başqaları)  ilə 
birlikdə  “Heyvanların  və  insanın  trematodları”  adlı,  çoxcildli  (20-dən  yuxarı)  əsəri  nəşr  etdirdi. 
Həmin  əsərlərdə  trematodların  müasir  sistematikası  və  3000-dən  çox  növü  təsvir  edilirdi.  Müasir 
dövrümüzdə  də  həmin  işlər  trematodların  sistematikasının  və  dünya  faunasında  bu  parazitlər 
haqqında  məlumatların  əsasını  təşkil  edir.  Trematodologiyanın  inkişafında  V.  A.  Dogel  və  onun 
tələbələrinin  (B.  Y.  Bıxovskiy,  İ.  Y.  Bıxovskaya,  T.  A.  Ginesinskaya  və  başqaları)  zəhməti 
əvəzolunmazdır.  Onlar  trematodların  həyat  tərzi,  biologiyası,  ekologiyası    sahəsində  parlaq  işlər 
görmüş və tədqiqatlar aparmışlar (3). 
Dövrümüzdə də trematodların öyrənilməsi istiqamətində tədqiqat işləri aparılır. Ona görə ki,  
trematodlar    həm  insanların,  həm  də  heyvanların  qorxulu    xəstəliklərinin  törədiciləridirlər.  Bütün 
bunlar  trematodologiyanın    müasir    vəziyyətinin  daha  ətraflı  tədqiq  olunması  zərurətini  yaradır.  
Çünki,  tibb  və  baytarlıq  parazitologiyasının,  helmintologiyasının  böyük  bir  bölümüni  məhz 


49 
trematodologiya  təşkil  edir.  Digər  tərəfdən  də  trematodlar  öz  unikal  həyat  tərzləri  ilə 
ümumzoologiya  və  ümumbiologiya  sahələrində  tədqiqat  mənbəyidirlər.  Hal-hazırda  V.  Y. 
Sudarikov, A. A. Şiqin, V. A. Roytman, S. A. Beer, J. Pearson, K. Combes, D. Brooks, V. Haas, R. 
Vilson və başqa alimlər trematodologiya sahəsində tədqiqatlar aparırlar (3). 
Azərbaycanda    da  heyvanların  helmintofaunasının,  o  cümlədən  trematodların  tədqiqi 
akademik K.İ.Skryabinin coğrafi – ekoloji helmintologiya təlimi əsasında araşdırılmışdır (9). 
Naxçıvan MR-in helmintofaunasını öyrənmək məqsədilə bir sıra tədqiqat işləri aparılmışdır. 
1932-ci  ildə  professor  A.M.Petrovun  rəhbərliyi  altında  116-cı  helmintoloji  ekspedisiya 
Azərbaycanda,  o  cümlədən  Naxçıvanda  helmintoloji  tədqiqatların  əsasını  qoymuşdur. 
Ekspedisiyanın  fəaliyyəti  nəticəsində  əsaslı  helmintoloji  tədqiqatlar  aparılmış,  gövşəyən 
heyvanlarda  59  helmint  növü  aşkar  edilmiş,    bunların  da  böyük  bir  qrupunu  trematodlar    təşkil 
etmişdir.  Bu  helmintoloji  tədqiqatlar  eyni  zamanda  ilk  helmintoloq  mütəxəssislərin  hazırlanması 
istiqamətində  çox uğurlu bir başlanğıc olmuşdur (2). 
Sonrakı  illərdə  A.S.Qayıbov  Naxçıvanda  qoyunların  helmint  və  helmintozlarının 
öyrənilməsində  təqdirəlayiq  işlər  aparmış  və  xırdabuynuzlu  heyvanlarda  parazitlik  edən  bir  neçə 
termatod növü aşkar etmişdir (5). 
Muxtar respublikada  tədqiqatlar  aparmış  akademik  Y.H.Hacıyev    bir çox  helmintozların, o 
cümlədən  trematodozların  öyrənilməsində  və  onların  yayılmasının  qanunauyğunluqlarının  aşkar 
edilməsində mühüm nəticələr əldə etmişdir. Ərazidə qoyunların diktiokaulyozunun öyrənilməsində 
onun çox böyük rolu olmuşdur (4). 
Y.M.Seyidov  Naxçıvan  MR-in  köçəri  və  oturaq  qoyunçuluq  təsərrüfatlarında 
helmintozların, o cümlədən trematodozların yayılma xüsusiyyətlərini öyrənmişdir. Kənd təsərrüfatı 
heyvanları  arasında  yayılmış  62  helmint  növündən  38-i  Naxçıvan  MR  üçün  birinci  dəfə  qeydə 
alınmışdır. Müəllif öz tədqiqatlarında bu helmint növlərin yayılması, onların mövsümdən və sahibin 
yaşından asılı olaraq say dinamikasının dəyişməsi, mübarizə yolları barədə məlumat vermişdir (8). 
R.D.Sadıxov  Naxçıvan  MR-də  57  növ,  12  dəstəyə  aid  ev  və  vəhşi  quşların 
helmintofaunasını  tədqiq  etmişdir.  O,  ərazidə  quşlarda  26  fəsilə  və  55  cinsə  aid  98  növ  helmint 
tapmışdır ki, bunların içərisində trematodların da geniş yayıldığı müəyyən edilmişdir (7). 
Naxçıvan  MR-də  yırtıcı  və  digər  xəzdərili  məməlilərin  helmintlərinin  öyrənilməsi 
istiqamətində  İ.Ə.Sadıxov əsaslı tədqiqat işləri aparmışdır. Bu heyvanların helmintozlarının böyük 
bir qrupunu məhz trematodların törətdiyi aparılmış tədqiqatlarda öz əksini tapmışdır (6). 
 Son  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  kənd  təsərrüfatı  heyvanlarının  helmint 
faunasının tədqiq edilməsi istiqamətində S.H.Məhərrəmov əsaslı tədqiqat işləri aparmışdır. O,  bəzi 
dərman  bitkilərinin  helmintosid,  o  cümlədən  trematodosid  təsirlərinin  araşdırması  istiqamətində 
təqdirəlayiq tədqiqat işləri aparmışdır (1). 
Muxtar  respublikada  helmintlərin  zonalar  üzrə  yayılması,  habelə  məhəlli  ocaqların  əmələ 
gəlməsi  göstərir  ki,  trematodların  yayılması  və  inkişafı  üçün  xarici  mühitin  çox  böyük  təsiri  var. 
Ona görə də trematodozlara qarşı görülən bütün tədbirlər məhz bu helmintlərin zonalar və ocaqlarla 
yayılması,  xarici  mühitin  helmintoz  başlanğıcından  azad  edilməsi  zərurəti  və  bu  mühitin 
sağlamlaşdırılması kimi elmi prinsiplərə əsaslanmalıdır. 
 
ƏDƏBİYYAT 
1.
 
Məhərrəmov  S.H.  «Naxçıvan  Muxtar  Respublikasının  helmintofaunası».  Naxçıvan,  2014, 
142 s.  
2.
 
Məmmədov  E.N.  Naxçıvan  MR-də  helmintoloji  tədqiqatlar.  “Naxçıvanın  tarixi,  maddi  və 
mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi”. Beynəlxalq konfransın materialları. 
Naxçıvan, 2004,s.232-236 
3.
 
Абуладзе К.И., Демидов Н.В., Непоклонов А.А. и др. « Паразитология и инвазионные 
болезни  сельскохозяйственных  животных».  Москва  ВО  «Агропромиздат»  1990, 
стр.35-37 
4.
 
Гаджи ев  Я.Г. Эпизоотология диктиокаулеза овец в Нахичеванской АССР. Автореф. 
дисс. канд. вет. Наук. Москва, 1957, 15 с. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə