62
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
VÜSALƏ İSMAYILOVA
Naxçıvan Dövlət Universiteti
UOT: 581
FAQOSİTOZ ORQANİZMİN SİRLİ DÜNYASI
Açar sözlər: faqasitoz, orqanizmin qorunması, imunitet, antitel
Keywords: phagocyt , protection of an organism, immunity, autophagy, antigens
Ключевые слова: фагоситоз, защита организма, иммунитет, аутофагия, антигены
1892-ci ildə Meçnikov özünün faqositoz nəzəriyyəsini irəli sürmüşdür. Faqositoz zamanı
hüceyrə tərəfindən iri hissəciklər, bakteriyalar və digər maddələr udulur. Pinositoz zamanı makro-
molekullu maddələr suda həll olmuş halda hüceyrələrə daxil olur. Faqositoz iki mərhələdən iba-
rətdir. Plazmolemmanın reseptorları ilə yabanı hissəciklərin qarşılıqlı əlaqəsi, yalançı ayaqların
əmələ gəlməsi və yabanı maddələrin udulması. Birinci mərhələdə yabanı maddənin plazmolem-
maya təmas yerində, aktin maddəsi əmələ gəlir. Aktinin hesabına yalançı ayaqlar əmələ gəlir,
ayaqlar qapanaraq yabanı maddəni əhatə edir. Bu faqosom adlanır. Pinositoz zamanı yabanı maddə
maye şəklində udulur. Udulmuş qovuqlar birləşərək iri qovuqlara çevrilir, həmin qovuqlara lizo-
somlar tərəfindən borucuqlar uzanır. Borucuqlarla hidrolitik fermentlər yabanı maddənin üstünə
tökülür və hüceyrə daxili həzm başlınır. Plazmolemmadan müəyyən maddələrin hüceyrədən xaric
olması ekzositoz adlanır. Bu zaman lazımsız məhsullar hialoplazmadan vakuola şəklində ayrılır,
plazmalemmaya yaxınlaşır və oradan xaric olur. Endositoz və eksositoz proseslərində plazmo-
lemmanın tərkibində olan müxtəlif fibrillərdə də iştirak edir. Həmin fibrillər plazmolemmanın
müəyyən nöqtələrinə yapışaraq, onu dartır, yaxud genişləndirir və lazımsız maddələrin xaric ol-
masını təmin edir.
1882-1883-cü ildə məşhur rus zooloqu İ.İ.Meçnikov İtaliyada Messin boğazının sahillərində
tədqiqatlar aparırdı. Alim bəzi çoxhüceyrəli orqanizmlərin hüceyrələrində, məsələn birhüceyrəli-
lərdə (amöblərdə) olduğu kimi qidani tutub, həzm etmək qabiliyyətinin qorunub saxlanmasını
öyrənmək istəyirdi. Çünki çoxhüceyrəlilərdə qida kanalında həzm olunur və hüceyrələr hazır qida
məhlullarını mənimsəyirlər. Meçnikov dəniz ulduzlarının süfrələrini müşahidə edirdi. Onlar şəffaf
olur və buna görə onun möhtəviyyatı yaxşı görünür. Bu süfrələrin sirkulyasiya edən qanı olmasa da,
burada bəzi üzən hüceyrələr görünürdü. Onlar süfrəyə daxil edilmiş karminin qırmızı rəngini tutub
saxlayır. Əgər bu hüceyrələr rəngi udurlarsa, deməli onlar digər yad hissəcikləri də udurlar?
Doğrudan da süfrəyə sancılmış qızılgül tikanları qırmızı karminlə rənglənmiş hüceyrələrlə əhatə
olunur. Deməli hüceyrələr yad cisimcikləri, eləcə də xəstəliktörədən mikrobları tutub həzmetmə
qabiliyyətinə malikdirlər. Meçnikov bu gəzən hüceyrələri faqosit adlandirmışdır (yunan sözü
phages - udan, kytos-hüceyrə). Müxtəlif hissəcikləri tutub həzmetmə prosesini isə faqositoz adlan-
dırılmışdır. Meçnikov faqositoz prosesini xərcənglərdə, qurbağalarda, həmçinin müxtəlif mə-
məlilərdə - dovsanlarda, siçovul və insanlarda müşahidə etmişdir. Faqositlər xüsusi hüceyrələrdilər.
Tutduqları hissəciklərin həzm olunması amöb və başqa birhüceyrəlilərdə olduğu kimi, onların
qidalanması üçün deyil, orqanizmi mühafizə etmək ücün lazımdır. Dəniz ulduzunun süfrələrində
faqositlər bütün bədənində dolaşırlar, ancaq ali heyvanlarda və insanda damarlarda sirkulyasiya
edirlər. Bunlar ağ qan cisimciklərinin və yaxud leykosit- neytrofillərdilər. Məhz bunlar mikrobların
zəhərli maddələrinə tərəf yoluxma yerinə doğru hərəkət edirlər. Damarlardan çıxan bu leykositlərin
amob, dəniz ulduzunun süfrələrində olduğu kimi yalancı ayaqlara, psevdopodilərə malikdirlər.
Mecnikov faqositoza qabil leykositləri mikrofaqlar adlandırmışdır. Təkcə daim hərəkətdə olan
leykositlər deyil oturaq hüceyrələrdə faqosit ola bilərlər. Onlardan bəziləri təhlükəli ocaqlara tərəf
yönəlirlər, bəziləri isə öz yerlərində dururlar. Hər ikisi faqositoz qabiliyyətinə malikdir. Bu toxuma
hüceyrələri (histositlər, monositlər, retikulyar və endotelial hüceyrələr) iki dəfə mikrofaqlardan
böyükdürlər 12-20 mkm. Ona görə Meçnikov onları makrofaqlar adlandırmışdır. Bunlar dalaqda,
qaraciyərdə, limfa düyünlərində, onurğa beynində və damar divarlarında daha çoxdurlar. Monositlər
63
və makrofaqlar qanın digər formalı elementləri kimi sümük iliyində (embrional dövrdə sarılıq kisəsi
və qaraciyərdə) ümumi plüripotent (polipotent, totipotent) kötük hüceyrələrindən əmələ gəlirlər.
Onlar və qranulositlər (neytrofillər, bazofillər, eozinofillər) qranulositar-monositar sıranın inkişa-
fının əsasında duran ümumi əcdada malikdirlər. Bu hüceyrələrdən ayrılan monositar sırası sümük
iliyində monoblast və promonosit mərhələlərini keçdikdən sonra monositə çevrilib qana daxil
olurlar. Monoblastlardan monositlərin formalaşması 2-3 gün çəkir. Monositlər qan dövranında cəmi
2-4 gün qalır. Sonra onlar toxumalara keçib yerli makrofaqlara çevrilirlər.
Yaşlı insan orqanizmində monosit-makrofaqların ümumi sayı təxminən 2·10
11
bərabərdir.
Onlar immun sisteminin uzunömürlü hüceyrələrindəndirlər. Toxuma makrofaqlarının müxtəlif po-
pulyasiyaları 1-7 ay yaşaya bilirlər. Onların bəziləri periferik toxuma və orqanlarda bölünmək xüsu-
siyyətini də saxlayırlar. Morfoloji cəhətdən monosit/makrofaqlar kifayət qədər yaxşı öyrənilmişlər.
Monosit və makrofaqlar orqanizmdə müxtəlif funksiyaları yerinə yetirirlər. Qeyd olunduğu kimi,
onların əsas funksiyası faqositoz sayılır. Bu aktivlikləri sayəsində onlar müxtəlif korpuskulyar
antigenləri- mikroorqanizmləri, virusları və virusla yoluxmuş hüceyrələri, şiş hüceyrələrini, aqreqat
halına salınmış həllolan antigenləri və s. tutub parçalayırlar. Faqositoz prosesi makrofaqların həyata
keçirdikləri digər vacib funksiyanın- orqanizmin qocalmış və çıxdaş olunmuş hüceyrələrinin aradan
götürülməsinin də əsasında durur. Mononuklear faqositlərin bir qismi səthlərində II sinif MHC
molekulları ekspressiya edirlər. Bu isə onlara antigen təqdim edən hüceyrələr kimi fəaliyyət göstər-
məyə imkan verir. Monositar faqositlər həmçinin trofik və humoral (sekretor) aktivliklərə də
malikdirlər. Onlar iltihab prosesinin tənzimlənməsində və zədələnmiş toxumanın bərpasında da işti-
rak edirlər. Yuxarıda göstərilən funksiyaları həyata keçirmək və digər hüceyrələrlə qarşılıqlı əlaqə
yaratmaq üçün monosit və makrofaqların səthlərində çoxlu miqdarda müxtəlif membranla bağlı
zülal təbiətli molekullar vardır.
Mikrofaqlar və gəzən makrofaqlar özləri aktiv şəkildə “düşmənin” üzərinə hücum edir,
hərəkətsiz makrofaqlar isə “düşmənin” qan və ya limfa cərəyanı ilə yaxından keçməsini gözləyir-
lər. Faqositlər orqanizmdə mikroblarla mübarizə edirlər. Bərabər olmayan savasda onlar hər zaman
qalib olurlar. İltihab - ölmüş faqositlər yığımıdır. Onun ətrafına digər faqositlər yığışır və digər yad
cisimlərə qarşı mübarizə apardığı kimi iltihabı da aradan qaldırırlar. Faqositlər daima toxumaları
ölmüş hüceyrələrdən təmizləyirlər və orqanizmin yenidən qurulmasında iştirak edir. Məsələn,
çömçəquyruğun qurbağaya çevrilməsində, başqa dəyişikliklərlə yanaşı quyruq da itir. Buna səbəb
bir yığın faqositin quyruq toxumasını məhv etməsidir.
Bəs faqositin daxilinə hissəciklər necə düşə bilərlər? Məlum olur ki, faqositlər psevdopodilər
vasitəsilə onları tuturlar. Sonra psevdopodilər uzanaraq yad cismin etrafında birləsir. Meçnikovun
təsəvvürüncə faqositlərdə elə xüsusi maddələr olmalıdırlar ki, onlar mikrobları həll edə bilsinlər.
Sonradan faqositoz prosesinin kəşfindən 70 il sonra lizosomlar aşkar edildi. Lizosomlarda böyük
üzvi molekulları parçalayan fermentlər olur. Lizosomlar ilk dəfə De Dyuv tərəfindən 1955-ci ildə
elektron mikroskopu vasitəsilə kəşf edilmişdir. Ölçüsü 0,2-0,4 mkm olan torba şəkilli struktur
olub, 7 nm qalınlığında bir qat membrana malikdirlər. Lizosomlar öz başlanğıcını diktiosomlardan
alır. Onların içərisində 60-a qədər fəal fermentlər: turş fosfotaza, nukleoaza, turş ribonukleaza,
proteazalar, qlikozidazalar (B-qlükuronidaza, B-qalaktoidaza), esteraza və s. vardır.
Ümumiyyətlə bu fermentlər hidrolitik fermentlər olub, zülalların, yağların, karbohidratların,
nuklein turşularının və daha mürəkkəb maddələrin parçalanmasında iştirak edir. Lizosom mem-
branı fermentlərin hüceyrəyə qarışmasının qarşısını alır. Hüceyrədəki lizosomlar morfoloji
cəhətdən birbirindən fərqlənirlər.
Onların içərisində dörd tip lizosom ayırd edilir:
1.
İlkin lizosomlardır, onların ölçüsü 100 nm olub, içərisi turş fosfataz ilə zəngin olan
struktursuz maddə ilə doludur. Bunlar diktiosomlardan başlanğıc alır;
2.
Sonradan yaranan lizosomlar. Bunlar ilkin lizosomların faqositə olunan hissəciklə
qarışmasından əmələ gəlir;
3.
Autofaqosom;
4.
Qalıq cismi.
Göstərilən bu formalar lizosomun fəaliyyəti ilə əlaqədar olaraq yaranır.
Dostları ilə paylaş: |