Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   28   29   30   31   32   33   34   35   ...   134

66 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
FƏRİDƏ SƏFƏROVA 
seferova05@gmail.com 
Naxçıvan Dövlət Universiteti 
UOT:
 
615.919 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA YAYILAN  
BADIMCANKİMİLƏR - SOLANACEAE ADANS. FƏSİLƏSİNİN 
ZƏHƏRLİ NÖVLƏRİNİN TİBBDƏ ROLU 
Açar  sözlər: Zəhərli bitkilər, Naxçıvan Muxtar Respublikası, Hyoscyamus niger, Solanaceae 
Adans.  
Key  words:  Poisonous  plants,  Nakhchivan  Autonomous  Republic,  Hyoscyamus  niger, 
Solanaceae Adans.  
Ключевые  слова:  Ядовитые  растения,  Нахчыванская  Автономная  Республика, 
Hyoscyamus niger, Solanaceae Adans.  
Badımcankimilər - Solanaceae Adans. fəsiləsi dünyada geniş yayılmışdır. Növlərinin çoxuna 
Mərkəzi  və  Cənubi  Amerikada,  həmçinin  Avstraliyada  təsadüf  edilir.  Yer  üzərində  bu  fəsiləyə 
2900-ə  qədər  növ  daxildir.  Azərbaycanda  10  cinslə  təmsil  olunmuş  25-ə  qədər  növünə,  Naxçıvan 
Muxtar Respublikasında isə 8 cinsə aid olan 19 növünə rast gəlinir. Bu növlərdən 3 cinsə mənsub 
olan  3  növünün  tərkibi  bioloji  aktiv  maddələrlə  zəngindir  və  tibbdə  istifadə  olunur.  Bu  bitkilər 
Dəlibəng  -  Datura  L.  cinsinə  aid  Adi  dəlibəng-Datura  stramonium  l.,  Batbat  -  Hyoscyamus  L. 
cinsinə  aid  Qara  batbat  -  Hyoscyamus  niger  l.  və  Qaragilə  -  Solanum  L.  cinsinə  aid  Aci  -  şirin 
qaragilə - Solanum dulcamara l. növləridir ki, məqalədə bunların kimyəvi tərkibi, təbii ehtiyatı və 
tibbi əhəmiyəti araşdırılmışdır.  
Adi  dəlibəng-Datura  stramonium  l.  Adi  dəlibəng  Badımcankimilər-  Solanaceae  Adans. 
fəsiləsinin  Dəlibəng-Datura  L.  cinsinə  daxildir.  Cinsin  Yer  kürəsinin  bütün  tropik  və  isti  zonalarında 
yayılmış 15-20 növündən Qafqazda 4, Azərbaycanda və o cümlədən Naxçıvan MR-də bir növü vardır. 
Yabanı  halda  Azərbaycanın  bir  çox,  xüsusən  aran  rayonlarından  başlayaraq  (Kür-Araz  ovalığı)  aşağı 
dağ  qurşağı  rayonlarına  kimi  ərazilərdə,  həmçinin  Naxçıvan  MR-in  bütün  rayonları  ərazisində 
yayılmaqla, alaq bitkisi kimi əkin yerlərində, çəpər dibində, yol kənarında tez-tez rast gəlinir. 
Adi dəlibəng birillik ot bitkisi olub, 1-1,5 m-ə qədər hündürlükdə dikduran, yuxarıdan budaq-
lanan  yerüstü  gövdəyə  malikdir.  Gövdənin  üzərində  iri,  növbəli  düzülmüş  itiuclu,  yumurtaşəkilli, 
uzunsaplaqlı, kənarı qeyri-bərabər parçalanmış, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən yaşıl yarpaqları 
vardır. Cavan yarpaqları tükcüklü, zəif iyə və xoşa gəlməyən acı-duzlutəhər dada malikdir. Çiçək-
ləri  çox  iri  olub,  qıfa  bənzəməklə,  yarpaqların  qoltuğunda  tək-tək  yerləşmişdir.  Kasacığı  5  kasa 
yarpağından ibarətdir, bu yarpaqlar 3-5 sm uzunluğunda olub, boru əmələ gətirir. Tacı iridir, 5 ədəd 
olub,  ağ  rəngli  ləçəkdən  təşkil  olunmuşdur.  Ləçək  yarpaqları  10  sm-ə  qədər  uzunluqda  olub, 
bitişərək boru əmələ gətirir. Erkəkcikləri 5 ədəddir. Dişiciyi 2 meyvə yarpağından təşkil olunmaqla, 
üst  yumurtalıqlıdır.  Meyvə  yumurtaşəkilli,  çoxtoxumlu,  iri,  4  yerə  ayrılan  qutucuq  olub,  üzərində 
çoxsaylı itiuclu tikanları vardır. Yetişdikdə boz-qonur rəng alır. Bitki iyun-sentyabr aylarında çiçək 
açır, meyvələri isə oktyabr ayında yetişir. Zəhərli bitkidir. Adi dəlibəngin təbii ehtiyatı boldur. 
Bitkinin  yarpaqlarında  0,30-0,75%  zəhərli  alkaloidlər:  hiosiamin,  az  miqdarda  skopolamin 
vardır.  Eyni  zamanda  gövdəsində  0,15%,  kökündə  0,12-0,27%,  toxumlarında  isə  16-25%  yağ, 
0,22% alkaloid vardır. Bu alkaloidlərdən ən mühümü hiosiamindir. Hiosiamin alkaloidi dəlibəngin 
yarpağını toplayıb qurutduqda öz izomeri olan atropin alkaloidinə çevrilir. Beləliklə, adi dəlibəngin 
tərkibində  əsas  təsiredici  maddə  atropin  qruplu  alkaloidlərdir.  Bu  bitkinin  aktiv  maddələri  tropan 
sırası  alkoloidlərinə  aid  olan  hiostimin,  skopolamin  və  atropindir.  Tərkibində  atropin  olduğundan 
astmada,  spazmlarda,  danışığın  və  udqunmanın  spastik  pozulmasında,  miqrendə  uzunmüddətli 
spazmlarda  istifadə  olunur.  Bronxial  astma  xəstəliyində  istifadə  olunan  “Astmatol”  siqaretinin 
tərkibində 50% dəlibəng bitkisinin yarpağından istifadə olunur.    


67 
Bronxial  astma  xəstəliyində  dəlibəng  bitkisinin  qurudulmuş  yarpaqlarından  (Fol.  Stramonii) 
50  q,  sürvənin  yarpağından  (Fol.  Salvia)  5  q,  kalium-nitratdan  10  q,  kamfora  yağından  2,5  q 
götürülərək qarışdırılır. Bu qarışıqdan bir çay qaşığı götürərək yandırıb, sonra onu iyləmək müsbət 
təsir edir. Dəlibəng bitkisi zəhərli olduğundan ondan hazırlanmış preparatlar  yalnız həkim təyinatı 
və  nəzarəti  ilə  qəbul  olunmalıdır.  Elmi  təbabətdə  dəlibəngin  yarpağından  atropin-sulfat  adlanan 
preparat  şəklində  eləcə  də  tinktura  formasında  mədə-bağırsaq  və  göz  xəstəliklərinin  müalicəsində 
istifadə olunur. Dəlibəng  yarpağından hazırlanmış tinktura isə homeopatiya, ruhi və əsəb xəstəlik-
lərində, eləcə də iflicdə sakitləşdirici dərman kimi işlədilir. Dəlibəng çox zəhərli olduğu üçün ondan 
xalq  təbabətində  istifadə  edilmir.  Dərman  məqsədilə  bitkinin  yarpaqlarından  (Fol.  Stramonii)  və 
meyvəsindən  (Fruct.  Stramonii)  istifadə  olunur.  Yarpaqları  açıq  günəşli  havada  bitki  çiçək  açan 
dövrdə toplanılır, gün düşməyən yerlərdə və havası tez-tez dəyişdirilən binalarda qurudulur. 
Qara batbat-Hyoscyamus niger l. Qara batbat Badımcankimilər-Solanaceae Adans. fəsiləsinin 
Batbat  -  Hyoscyamus  L.  cinsinə  daxildir.  Cinsin  Kanar  adalarında,  Avropada,  Şimali  Afrikada  və 
Asiyada  yayılmış  20  növündən  Qafqazda  5,  Azərbaycanda  və  o  cümlədən  Naxçıvan  MR-də  3 
növünə  rast  gəlinir.  Düzənlik  ərazilərindən  başlayaraq,  orta  dağ  qurşağına  qədər  yayılmışdır. 
Əsasən alaqlı yerlərdə, yol və arx kənarlarında  bitir.  
 Qara  batbat  mil  kök  sisteminə  malik  ikiillik  ot  bitkisidir.  Gövdə  və  yarpaqları  yapışqanlı  olub, 
xoşagəlməyən iyi vardır. İnkişafının birinçi ili üst səthi tünd-yaşıl, alt səthi isə bozumtul-yaşıl rəngli, iri 
və  uzun  saplaqlı  kökətrafı  yarpaqları  rozet  əmələ  gətirir.  Kökətrafı  yarpaqlarının  ayası  uzunsov 
yumurtavaridir, kənarları lələkvari bölümlüdür. İnkişafının 2-ci ilində hündürlüyü      20-100 sm-ə çatan 
və çox, budaqlanan yerüstü gövdə əmələ gətirir. Gövdə  yarpaqları oturaqdır, növbəli  yerləşir və qaidə 
hissəsi  ilə  gövdəni əhatə  edirlər.  Yarpaq  ayası  üçbuçaq  formalı  iri paycıqlara  ayrılmışdır.  Yarpaqların 
üzəri  2  tip  tükçüklərlə:  sadə  və  vəzili  başçığa  malik  (hər  iki  tip  tükçüklər  çoxhüçeyrəlidirlər)  örtulur. 
Yarpaq  ayasının  bu  hüceyrələrində  prizmatik  və  ya  kubşəkilli  formaları  olan  kalsium  oksalat 
kristallarının  olması  xarakterikdir.  Gövdənin  yuxarı  yarpaqlarının  qoltuğunda  qırmızımtıl  damarlıdır. 
Bozumtul-sarı ləçəkli və iri borucuqlu çiçəkləri vardır.  Çiçəkləri ikicinsli və aktinomorfdur. Beş kasa 
yarpağının birləşməsindən əmələ gəlmiş kasaçığa, 5 bitişik ləçəkli-borucuqlu çiçək taçına malikdir. Beş 
erkəkciyi  və  bir  dişiciyi  vardır.  Dişicik  sütunçuğu  iki  payçıqlı  ağızcıqla  qurtarır.  Yumurtalığı 
ikiyuvalıdır.  Meyvəsi  küpəşəkilli  qutucuqdan  ibarətdir.  Qutucuğun  üst  tərəfində  qapaq  yerləşir. 
Çoxtoxumludur, xırda, girdə və bozumtul toxumlarının səthi kələ-kötürdur.  
MDB  ölkələri,  Almaniya,  Bolqariya,  Polşa  və  bir  çox  digər  ölkələrdə  dərman  məqsədi  ilə 
Hyoscyamus çinsinin yalnız Hyoscyamus niger L. növündən istifadə edildiyi halda, Çin təbabətində 
bununla  yanaşı  H.  pusillus  L.  növündən  də  istifadə  edilir.  Hyoscyamus  bohemicus  F.W.  Schmidt 
növünün də istifadəsi qara batbatla eynidir. Qara batbatın ehtiyatı çoxdur. 
Qara batbat yolların və arxların kənarlarında daha intensiv inkişaf etmişdir. Ona bəzən seyrək 
meşəliklərdə,  çəmən-kolluqlarda,  çay  vadilərində  də  rast  gəlinir.  Naxçıvan  MR-in  Nehrəm, 
Qaraçuğ,  Əliabad,  Cəhri,  Gülşənabad,  Qarabağlar,  Xok,  Buzqov,  Böyükdüz,  Havuş,  Başkənd, 
Teyvaz,  Milax,  Biləv,  Behrud,  Parağa,  Nüsnüs,  Nəsirvaz,  Boyəhməd  və  digər  ərazilərdə  ehtiyatı 
kifayət  qədərdir.  Yayıldığı  sahələrdə  tək-tək  və  qruplar  halında  bitir.  Bəzən  sıx  cəngəlliklər  də 
əmələ gətirir. Belə sıx cəngəllik Ordubad rayonunun Nüsnüs kəndi ilə “Fəhlə dərəsi” arasında, mal-
qara  saxlanılan  ferma  sahəsində  yerləşir.  Buradakı  hündür  və  sıx  cəngəllik  olduqca  xarekterikdir. 
Digər maraqlı sahə Culfa rayonunun Ərəfsə və Ləkətağ kəndləri arasında qeyd olunmuşdur.  
Bitkinin  bütün  hissələrində,  o  cümlədən  də  yarpaq  və  köklərində  alkaloidlər  -  hiossiamin, 
atropin,  skopolamin  (hiossin),  apoatropin,  apokiossin  və  belladonin,  flavonoidlər  (xüsusən  rutin) 
aşkar edilmişdir. Alkaloidlərin ümumi miqdarı bitkinin köklərində 0,15-0,18%, gövdəsində 0,02%, 
yarpaqlarında  0,045-0,1%,  toxumlarında  isə  0,06-0,1%  təşkil  edir.  Toxumlarının  tərkibində  34% 
piyli yağ (olein, linolen və s.) vardır. 
İstifadə olunan hissəsi həm rozet, həm də gövdə  yarpaqlarıdır. Toplanmış xammal (külləmə 
xəstəliyinə tutulmuş yarpaqları, o cümlədən digər xəstə yarpaqları toplanmır) havası yaxşı dəyişilə 
bilən  kölgəli  yerlərdə,  yaxud  quruducularda  40

C-də  qurudulur.  Qatlayan  zaman  mərkəzi  damarı 
sınarsa, xammal qurumuş hesab edilir. Bitki çox zəhərli olduğu üçün onu toplayan və ya qurudan 
zaman  ələ,  gözə,  ağıza  və  buruna  toxundurmamalı,  işi  qurtardıqdan  sonra  isə  yaxşı  yuyunmaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə