64
Hal-hazırda məlum olmuşdur ki, faqositozdan başqa yad cisimləri zərərsizləşdirilməsində
antitellər də iştirak edirlər. Onların yaranmasında mütləq makrofaqlar iştirak etməlidirlər. Onlar yad
zülalları (antigenləri) tuturlar və onları öz səthində hissələrə (antigen determinantlar) bölürlər. Bu
zaman bunlarla bu determinantları birləşdirən xüsusi antitellər (immunoglobulin zülallar) hasil edən
limfositlər əlaqəyə yaradırlar. Bundan sonra limfositlər bölünürlər və qana bir çox yad zülalları -
antigenləri birləşdirən antitellər hasil edirlər.
Sxem 1. Faqosit tərəfindən yad cismin həzm olunması
Faqostitoz zamanı sitoplazmatik membran udularaq maddə ilə birlikdə hüceyrənin daxi-
linə doğru çökür və faqositoza uğrayan hissəcik ətrafında qovuqcuq əmələ gəlir. Ona faqo-
som deyilir. Bu zaman ilkin lizosomlar faqosoma yaxınlaşaraq möhtəviyyatın faqosoma tökür və
həzm vakuolu yaranır. Hüceyrə daxili həzm vakuolu sonradan yaranan nisbətən iri lizosomdur.
Lizosomun fermentlərin təsirindən həzm vakuolundakı qida maddələri parçalanaraq hüceyrə
tərəfindən mənimsənilir.
Lizosomların faqosom xüsusiyyəti mühüm əhəmiyyət daşıyır. Lizosomların bu xüsusiyyətini
nəzərə alaraq alimlər uzun illərdir müxtəlif tətqiqatlar aparmışlar. Bu tətqiqatların nəticəsində 2016
- cı ildə yapon alimi, molekulyar bioloq Yoshinori Ohsumi autofagiya mexanizmlərinin tədqiqatı işi
ilə əlaqədar Fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı almışdır.
Laureatın sözlərinə görə 28 il əvvəl mühüm hesab prosesə, hüceyrə daxilində deqradasiya
prosesinə nəzər yetirmişdir. Tədqiqatlarında hüceyrələrin təmizliyini və orqanizmdə olan təhlükəli
zülallardan və zərərli maddələrdən qorunmağın mühüm olduğunu qeyd etmişdir. Ohsumi Nobel
mükafatının onun üçün mühüm əhəmiyyət daşıdığını və bu mükafatı qazanmaq cavan yaşlarından
onun onun ən böyük arzusu olduğunu bildirmişdir. O, söyləyirdi ki, mən həmişə inanırdım ki,
başqalarının edə bilməyəcəyini mən bacaracağam.
Yoshinori Ohsumi dünyada ilk dəfə autofaqiya prosesinə təsir edən genləri müəyyən etmişdir.
Nobel mükafatının rəsmi səhifəsində verilən məlumata görə autofagiya “autos” yunanca “özü”,
“fagein”-“udmaq”, yəni autofagiya “özünü udmaq” deməkdir. Hər bir eukariot orqanizmlərin
hüceyrələrində xüsusi orqanellər-hüceyrənin lazımsız komponentlərini məhv edən lizosomlar
mövcuddur.
Autofaqiya müxtəlif proseslərdə iştirak edir:
1.
Hüceyrə daxilində hüceyrə maddəsinin bir hissəsini həzm edərək enerjiyə olan tələbatını
ödəyə bilir.
2.
Həmçinin autofaqiya hüceyrəyə daxil olan bakteriya və virusları məhv edə bilər.
3.
Autofaqiya embrionun inkişafına və hüceyrələrin differsiyasiyasına kömək edir.
4.
Eləcə də hüceyrələr autofaqiyanı qocalmanın qarşısın alan zədələnmiş zülal və orqanellərin
aradan qaldırılmasına istifadə edirlər.
Osumi autofaqiyanı mayanın misalında öyrənmişdir. O, sübut etmişdir ki, mayanın lizosom-
ları vardır və onları autofaqiyaya nəzarət edən genlərin öyrənilməsində və araşdırılmasında orqaniz-
min modeli kimi istifadə etmişdir. Osuminin tədqiqatlarının nəticəsində bütün dünya autofaqiyanın
fizioloji proseslərdə rolunu və autofaqiya genlərində baş verən mutasiyaların xəstəliklər törədə
biləcəyini öyrənmişdi. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, autofaqiyaya nəzarət edən
genlərdə baş verən pozulmalar Parkinson və xərçəng xəstəlikləri yaradır.
Faqositoz orqanizm strukturlarının dağılmasının qarşısını alır və yenidən yaranmasına kö-
məklik edir. Qoruma, təmizlənmə, bərpa olunma-faqositozun biri-birindən fərqli bu mühüm üç
funksiyası insanla bütün həyatı boyu yanaşı yaşayır və orqanizmin daxili mühitinin sabitliyini,
65
yaşamamızı təmin edir. Buna görə bu prosesin böyük bioloji əhəmiyyəti vardır. Ancaq təkcə immun
sistemin iş qabiliyyətinə arxalanmaq olmaz, ona aktiv şəkildə köməklik etmək lazımdır. Bunun
üçün sağlam həyat tərzi keçirmək, faydalı vərdişlərə yiyələnmək, stresslərdən uzaq olmaq və
immun sistemi gücləndirmək lazımdır.
ƏDƏBİYYAT
1.
Qorxmazov V. M., Əliyev S.M., Histologiya . Bakı, 1995
2.
Əmirova F., Hüseynov Ə., Ümumi sitologiya. Bakı, 2005
3.
Hacıyev D. V., Əliyev V.Ə., Əliyev S.D., Tibbi biologiya. Maarif, 1993
4.
Зенгбуш П. Молекулярная клеточная биология. Б.3т. Т.2.М. Мир, 1982.
5.
http://tass.ru/nauka/3673232
ABSTRACT
Vusala Ismayilova
Secret life of organisms - фагоситоз
In article it becomes clear that the phagocytosis plays an important role in protection of an
organism against stranger particles, bacteria, viruses, toxins. Thanks to phagocytic activity of these
cages the organism is unreceptive to a number of infectious diseases. Violations of functions of
phagocytes lead to the raised susceptibility to infections. Having carried out a phagocytosis of a
bacterium, a fungus, a virus or other particle, the phagocyte realizes other unique phenomenon: it
prezentirut antigens. Their main mission – to distinguish and destroy the harmful objects which got
into an organism. The last is carried out by a phagocytosis - "consuming" by phagocytes of any
solids to which in our body not the place. Phagocytes in blood of the person are capable to keep her
health, and fabric phagocytes are responsible for a safe condition of bodies.
РЕЗЮМЕ
Вюсала Исмаилова
Тайная жизнь организмов - фагоситоз
В статье выясняется, что фагоцитоз играет важнейшую роль в защите организма от
чужеродных частиц, бактерий, вирусов, токсинов. Благодаря фагоцитарной деятельности
этих клеток организм оказывается невосприимчивым к ряду инфекционных заболеваний.
Нарушения функций фагоцитов приводят к повышенной восприимчивости к инфекциям.
Осуществив фагоцитоз бактерии, грибка, вируса или другой частицы, фагоцит реализует
другое уникальное явление: он презентирует антигены. Их главная миссия – распознавать и
уничтожать проникшие в организм вредоносные объекты. Последнее осуществляется путем
фагоцитоза – «пожирания» фагоцитами любых твердых частиц, которым в нашем теле не
место. Фагоциты в крови человека способны сохранять ее здоровье, а тканевые фагоциты
отвечают за благополучное состояние органов.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M. Piriyev
Dostları ilə paylaş: |