Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   30   31   32   33   34   35   36   37   ...   134

70 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
FİKRƏT HƏSƏNOV 
Akademik Həsən Əliyev adına “Araz” EİB-nin Şərur dayaq  məntəqəsi 
fikrethesenov1967@box.az 
UOT:633/635; 633.1 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ MİNERAL GÜBRƏLƏR 
FONUNDA MİKROELEMENTLƏRİN QARĞIDALI BİTKİSİNİN  
YARPAQ SƏTHİNƏ TƏSİRİ 
Açar sözlər: qarğıdalı,  mineral gübrələr, mikroelementlər, qidalanma,  yarpaq səthi , ,,Zaqatala-
68”,  əkin sxemi 
Key  words:  corn,  mineral  fertilizers,  microelements,  nutrition,  leaf  surface,,  Zagatala-68  ", 
planting scheme. 
Ключевые  слова:  кукуруза,  минеральные  удобрения,  микроэлементы,  площади  листьев, 
Закаталы-68,  схема посадки, питания. 
 
Dünyada  əhalinin  ərzaq  təminatında  ciddi  problemlərin  yaşandığı  hazırkı  dövrdə  bir  çox 
ölkələrdə  kənd  təsərrüfatı  ən  qabaqcıl  “cəbhə”  adlandırılır  və  hətta  o,  müdafiə  sistemi  ilə  eyni 
əhəmiyyətli sahə kimi dəyərləndirilərək, dövlət siyasətinin vacib prioriteti sayılır. Bəşəriyyətin qida 
məhsullarına  artan  tələbatının  ödənilməsində  kənd  təsarrüfatının  əsas  sahəsi  olan  bitkiçilik  böyük 
əhəmiyyət kəsb edir. Tələbatı daxili istehsal hesabına tam ödəmək üçün bitkiçilikdə qarşıya qoyulan 
hədəf  hektardan  məhsuldarlığı  yüksəltməkdir.  Odur  ki,  bitkiçiliyin  bütün  sahələrində  olduğu  kimi 
qarğıdalı  sahəsində  də  bitkinin  məhsuldarlıq  elementlərinin  artırılmasında  mineral  elementlərin 
tətbiqi  böyük  əhəmiyyət  kəsb  edir.  Mineral  elementlər  bitki  orqanizminə daxil  olub,  onda  hərəkət 
etməklə  bərabər,  həm  də  üzvi  maddələrin  tərkibinə  daxil  olur,  onların  sintezlərində  və 
dəyişmələrində  iştirak  edirlər.  Üzvi  maddələrin  əmələ  gəlməsinin  ilkin  mənbəyi  isə  fotosintezdir. 
Fotosintez və mineral qida bitkidə  iki ayrıca prosesdir, bu iki proses bitkinin müxtəlif orqanlarında 
yarpaqda, kökdə həyata keçirilir. Deməli bu iki proses bir-biri ilə çox əlaqədardır, yəni fotosintezsiz 
bitkilərin  mineral  maddələrlə  qidalanması  mümükün  ola  bilməz.  Buradan  belə  nəticə  çıxır  ki, 
fotosintezsiz  məhsul  almaq  mümükün  olmadığı  kimi,  mineral  elementlərsiz  də  bitki  məhsul  verə 
bilməz. Deməli  fotosintezlə  mineral  qidalanma birlikdə  bitkinin qida  sistemini  təşkil  edir və  onlar 
biri-birini  tamamlayırlar[3,s.21-22].  Qarğıdalı  bitkisi  torpaqda  onun  tələb  etdiyi  hər  cür  qida 
maddələrinin  olmasını  çox  sevir.  Qarğıdalının  qida  maddələrinə  yüksək  tələbatı  hər  cür  torpaqda 
özünü  göstərir.  Buna  görə  də  gübrə  vermədən  qarğıdalıdan  yüksək  məhsul  götürmək  mümkün 
deyil[6,s.12-13]. Qarğıdalının qidalanması uzun müddət, yəni cücərtilər alınandan başlayaraq mum 
yetişkənliyinədək  davam  edir.  Buna  görə  də  mineral  qida  maddələri  bitkinin  bütün  həyatı  boyu 
onun boy atmasına, inkişafına, məhsul verməsinə təsir göstərir[6,s.60-61].  
Ayrı – ayrı qida maddələrini qarğıdalı bitkisinin həyatındakı rolu: 
 
Azot  -  bitkilərin  zəruri  qida  elementi  olmaqla  proteinin,  amin  turşularının,  zülalların 
tərkibinə  daxildir  və  canlı  hüceyrə  protoplazmasının  əsasını  təşkil  edir.  Atmosfer  havasında  78 
faizədək  azot  olmasına  baxmayaraq,  bitkilər  onu  ancaq  sərbəst  və  müştərərk  yaşayan  bakteriyalar 
minerallaşdırdıqdan  sonra  nitrat,  nitrit  və  ammonyak  fornasında  qəbul  edirlər.  Bu  yolla  bitkilərin 
azota olan tələbi ancaq 2 % ödənilir. Bitkilər azotun qalan hissəsini torpağın təbii ehtiyyatlarından 
və  səpilən  mineral  gübrələrdən  qəbul  edir.  Azotun  miqdarının  artıq  olması  bitkilərin  vegetasiya 
müddətinin uzanmasına  səbəb olur[2,s.91-92].  Azot bitkidəki zülalın əsas hissəsini təşkil etməklə, 
qarğıdalı bitkisinə muəyyən təsir göstərir və bu bitkinin qidalanmasında özünün böhran dövrü olur. 
Bu, erkək və dişi çiçəklərin əmələ gəldiyi dövrə təsadüf edir. Bu dövrdə azotla təmin olma qarğıdalı 
bitkisinin  bar  orqanlarının  inkişafına  və  onun  boy  artmasına  muəyyən  təsir  göstərir.  Azota    olan 
tələbin  ikinci  böhran  dövrü  süpürgəatma  fazasından  iki-üç  həftə  qabaqkı  vaxtdır,  bu  zaman  o, 
hektar hesabı ilə hər gün torpaqdan 3,5-6,0 kq azot mənimsəyir[7,s.10-11].  


71 
 
Fosfor  -  qarğıdalı  dəninin  tam  yetişməsi  dövrünə  qədər  bitkiyə  lazim  olan  zəruri  elementdir. 
Fosfora  tələbat  bitkinin  həyatının  ilk  günlərindən  başlayır.  Kök  sisteminin  yaxşı  inkişaf  etməsində, 
xarici  mühitin  əlverişsiz  şəratinə  qarşı  davamlı  olmasında  və  qarğıdalı  bitkisinin  dənində  azotsuz 
ekstraktiv 
maddələrin 
toplanmasında  fosforun  əhəmiyyəti  böyükdür[4,s.150-151].  Fosfor 
nukleoproteidlərin,  adenozinfosfatların  və  zülalların  tərkibinə  daxil  olmaqla  bitkilərin  böyümə  və 
inkişafına ciddi təsir göstərir. Bitkilərin yetişmə prosesini gücləndirir. Torpaqda azota nisbətən, fosforun 
miqdarı azdır və çətin mənimsənilən formada olur. Ona görə də bitkilərin fosfora olan tələbatı əsasən 
mineral gübrələrin hesabına ödənilir[2,s.90-91]. Fosforun bitkinin həyatında fizioloji əhəmiyyəti ondan 
ibarətdir  ki,  o,  bitkidə  fotosintez  və  tənəffüs  prosesinin  güclənməsinə,  yəni  sulu  karbonların 
toplanmasına və onların  hərəkətinə, zülal birləşmələrinin  əmələ  gəlməsinə səbəb olur.  Fosfor azot və 
kükürdlə birlikdə  həmişə  zülalın  tərkibində  olur  və  bitkinin ilk boy-atma  və inkişaf  dövründə  istifadə 
olunur[3,s.10-11].  Fosfor  gübrələrinin  verilməsi  nəticəsində  kənd  təsərrüfatı  bitkilərinin  vegetasiya 
müddəti azalır, onlar tez çiçəkləyir, tez yetişir və bol məhsul verirlər[8,s.228-229].  
 
Kalium  -  hüceyrənin  su  saxlamaq  qabiliyyətini  artırmaqla  yanaşı  xlorofilin,  zülalların, 
yağların və şəkərlərin əmələ gəlməsinə müsbət təsir edir. Bitkilərdə gedən maddələr mübadiləsini 
gücləndirir.  Kalium  transpriasiyanı  azaldır,  bitkilərin  quraqlığa,  soyuğa,  yatmaya  və  xəstəliklərə 
davamlılığını artırır. Əksər torpaqlarda kaliumun miqdarı azot və fosfora nisbətən çox olur[2,s.90-
91]  Bir  sıra  tədqiqatçılar  göstərirlər  ki,  kalium  zülalın,  nişastanın,  xlorofilin,  yağın  sintez 
olunmasına  müsbət  təsir  edir  və  fotosintez  prosesini  gücləndirir.  Kaliumsuz  nə  ali,  nə  də  ibtidai 
bitkilər  inkişaf  edə  bilməz[3,s.11-12].  Gübrələr  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığını 
artırmaq  üçün  tətbiq  edilən  tədbirlərdən  ən  güclüsüdür.  Gübrələri  becərmə  texnologiyasını  və 
üsulunu  düzgün  müəyyən  etməklə  becərilən  bitkinin  normal  inkişafını  təmin  etmək 
mümkündür[9,s.31-32].  Bitkilərin həyatında makroelementlərlə  yanaşı, mikroelementlər də böyük 
əhəmiyyətə malikdir. Torpaqda mikroelementlər çatışmadıqda kənd təsərrüfatı bitkilərindən yüksək 
və keyfiyyətli məhsul almaq mümkün deyildir. Mikroelementlər kənd təsərrüfatı bitkilərinin hər cür 
xəstəliklərə,  quraqliğa  və  şaxtaya    qarşı  davamlılığını  artırır.  Mikroelementlər  birirnci  növbədə 
bitkilərin yaşayışı üçün, vacib və həyati əhəmiyyətə malik olan tənəffüs və fotosintez proseslərinin 
getməsinə  səbəb  olan  oksidləşmə-reduksiya  reaksiyalarında  böyük  rol  oynayır.  Bir  sıra 
mikroelementlər  bitkilərdə  maddələr  mübadiləsinin  normal  davam  etməsinə  fəal  kömək  edən 
fermentlərin tərkibinə daxildir[1,s.5-6].  
 
Maqnezium  -  difosforlu  efirlərin  şəkərlərin  əmələ  gəlməsində  katalizator  olmaqla  bərabər 
xlorofilin  tərkibinə  daxildir[2,s.92-93].  Maqnezium  fotosintez  prosesində  fəal  iştirak  edir.  Bundan 
başqa  maqnezium  bitki  hüceyrələrində  gedən  maddələr  mübadiləsində  böyük  rol  oynayır,  bitkidə 
bərpaedici  prosesi  gücləndirir.  Maqnezium  bitkidə  əmələ  gələn  bir  sıra  üzvi  maddələrin  tərkibinə 
daxildir  .  Torpağa  maqnezium  verdikdə  qarğıdalının umumi  məhsulunda  qıçaların  sayı  xeyli  artır, 
bitki  toxumlarındakı  quru  maddənin  miqdarı  çoxalır[7,s.6-7].  Maqaneziumun  bitkilərdə    struktur 
yaratma  rolundan  başqa  hüceyrə  orqanlarının  tərkibinə  daxil  olaraq  funksional    rol  oynayır.  Bu 
elementin bitkilərin metobolizmasının inkişafina, boy atmasına və biokimyəvi proseslərində birbaşa 
əlaqəsinin olduğu müəyyən olunmuşdur[11,s.3-4]. 
 
Mis -  bir mikroelement kimi bitkiçilikdə də böyük əhəmiyyətə malikdir. Mis bitkidə gedən 
fizioloji-biokimyəvi  proseslərə  müsbət  təsir  edir.  Bir  sıra  oksidləşdirici  fermentlərin  tərkibi  zülal 
molekulunun misli birləşməsindən ibarətdir. Q.D. Zabluda və M.M Okunsov isbat etmişlər ki, mis 
bitki  yarpaqlarında  xlorofilin  miqdarını  artırır,  onda  möhkəmlik  yaratmaqla  dağılmaqdan  qoruyur, 
  bitkilərdə  fotosintezin  normal  getməsinə  səbəb  olur[1,s.10-11].  Mis  tənəffüsün  intensivliyini, 
karbon mübadiləsini yuksəldir. Torpağa mis verdikdə bitki yarpaqlarında xlorofil çoxalır  beləliklə 
xloroz aradan qalxır[3,s.14-15]. Mis bitkilərin quraqlığa, şaxtaya və bəzi bakterial xətəliklərə qarşı 
davamlı  olmasına  səbəb  olur.  M.N  Abutalıbov  öyrənmişdir  ki,  mis  elementi  yarpaqlarda  şəkərin 
toplanmasına  müsbət  təsir  edir.  İ.V  Mosolovun  məlumatına  əsasən  demək  olar  ki,  bitkilərin 
yarpaqlarında  misin  təsirindən  zülal  mübadiləsi  normal  gedir.  F.E.  Malenyev  göstərir  ki,  mis 
elementi ilə yemləndirilən bitkilərdə göbələk xəstəliyi az yayılır[1,s.11- 12].  
 
Sink - tədqiqatlarla müəyyən edilmişdir ki, sink mikroelementi bitkilərdə şəkərin miqdarını 
artırır,  azotun  mənimsənilməsini  asanlaşdırır,  zülal  və  sulu  karbonların    mubadiləsini  nizamlayır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə