24
Şahbuz rayonunun Keçili, Biçənək, Külüs. Ağbulaq, Ordubad rayonunun Qapıcıq, Qaranquş,
Soyuqdağ, Göy-Göl, Culfa rayonunun Ərəfsə kəndi ərazisinə yaxın olan Aracıq dağında, Şahbuz və
Babək rayonunun yüksək dağ ərazilərində və alp qurşağında rast gəlinir [1].
Astragalus aureus
2. A.vedica (Takht.) Czer.-Vedi gəvəni. Hündürlüyü 25-55 sm olan düz, yuxarı qalxmış,
yarpaq oxları ilə qalın örtülmüş çox böyük olmayan qalın budaqlı kolcuqdur. Tikanları 8 sm
uzunluğunda, incə yaşılımtıl, pırpızlıdır.Yarpaq ayaları 12 mm uzunluqda, yuxarı hissəsı şişkin,
kənarları kirpiklidir. Yarpaqları 6-12 cüt, ellipisvaridir. Çiçəkləri 5-10 ədəd yarpaqların içində, 3
sm diametrli, kürəşəkilli başcıq çiçək qrupudur. Ləçəkləri uzunsov-yumurtavaridir və kasacığın
borucuğundan uzundur. Kasacıq 16 sm uzunluğunda, ipəkvaridir və dişicikdən uzundur. Dişicik 14
mm uzunluğunda, çəhrayıdır. Qanadları və qayıqcıq dişicikdən qısadır. Erkəkcikləri ağ-tüklü
bizvaridir. Paxlası yumurtavaridir, tüklü, gövdəciklərin aşağı yarısı tüklü, yuxarısı isə qatlanmışdır.
İyun-iyul aylarında çiçəkləyir və toxum verir. Kserofitdir. Şimal-İran coğrafi areal tipinə daxildir.
Şahbuz rayonunun Badamlı kəndi ətrafında tək-tək, Babək rayonuunun Çalxanqala kəndi ətrafında
isə kiçik talalarala rast gəlinir.
3.A.karabagchensis (Bunge) Podlech - Qarabağ gəvəni. Düz budaqlı 17-35 sm hündürlüyündə
tikanlı kolcuqdur. Tikanları 3-9 sm uzunluğunda, əyri, pırpızlı, adətən yaşıldır. Yarpaq ayaları 12
mm uzunluğunda, ağ-pırpızlı, kənarları kirpiklidir. Yarpaqları 6-9 cüt, yaşıl, üst səthi çılpaq, aşağısı
isə seyrək pırpızlıdır. Çiçəkləri 6-9 olmaqla yarpaqların ortasında başcıq təşkil edir və silindirvari
çiçək qrupunda toplanmışdır. Ləçəkləri uzunsov, şişkin, 10 mm uzunuluğundadır. Kasacıq 18 mm
uzunluğunda, uzun ipəkvari-tükcüklü, sapvari-dişli, borucuğa bərabər və ya 1,5 dəfə ondan ucadır.
Toxumluq uzunsov, tüklü, əsasından tükcüklü gövdəciklidir. İyun-İyul aylarında çiçəkləyir və
toxum verir. Kserofitdir. Şimali- İran coğrafi areal tipinə daxildir. Babək rayonunun Çalxanqala,
Buzqov, Şahbuz rayonunun Ayrınc, Türkeş, Kükü və Nursu ərazilərində yayılmışdır.
4.A.karjaginii Boriss.( A.barba - carpina (Al.Theod., Fed. et Rzazade)-Karyagin
paxladəni. Hündürlüyü 30-60 sm-ə qədər olan alçaq boylu koldur. Qısa budaqlı, sıx tikanlıdır,
yarpaq oxu ilə birlikdə cavan tikanları ağımtıl-sarıdır, 3-7 sm uzunluqda olub, qaidəsi 2 mm
qalınlıqdadır. Yarpaqaltlıqarı dərivaridir, sətbəst hissəsi ensiz neştərvaridir, 1-2 mm uzunluqda və 8
mm enindədir. Yarpaqları 4-5 cütdür, ellipsvari və ya uzunsov-neştərvaridir, çiçəkləri 5-6 ədəd
olmaqla yarpaqların qolyuğunda sıx, demək olar ki, 4-5 sm enində kürəşəkilli çiçək qrupuna
yığılmışdır. Kasacığı 13 mm-ə qədər uzunluqdadır, ağ tükcüklərlə örtülmüşdür, dişcikləri bizvaridir
və borucuqdan uzundur. Tacı bənövşəyidir, bir qədər kasacıqdan artıqdır, yelkəni 2 sm-ə qədər
uzunluqda, 7 mm-ə qədər enindədir. Yumurtalıq sıx tükcüklüdür, yumurtavaridir. Paxlası açıqyaşıl
rəngdədir. İyul ayında çiçəkləyir, avqust ayında isə toxum verir. Kserofitdir. Endemikdir. Şimali-
İran coğrafi areal tipinə daxildir. İyul ayında çiçəkləyir, avqust ayında isə toxum verir. Naxçıvan
25
MR-in əksər rayonlarının orta dağlıq qurşaqlarında, otlu, daşlı yamaclarında yayılmışdır.
5. A.microcephalus Willd. (A.pycnophyllus Stev.; A.andreji Rzazade A.gudrathii
Al.Theod., Fed. et Rzazade) - Xırdabaşlıqlı paxladən. Hündürlüyü 60-80 sm, qalın budaqlı
koldur. Yarpaq ayaları və yarpaq oxları ilə örtülmüş qısa budaqları vardır [5]. Tikanları 2-3,5 sm
uzunluğunda, yana əyilmiş, cavanları yaşıl və ya sarımtıl, müstəqil hissəsi kirpikli-tüklü sonrası
çılpaq və sarımtıldır. Yarpaqları 4-6 cüt, uzunsov ellipsvari və ya ellipsvari-lansetşəkilli, hər iki ucu
yığılmış, təpəsi qısa bizvari sarımtıl tikanlı adətən mürəkkəb və ya yastı qalın, sıx ağ-tüklü 5-8 mm
uzunluğunda 2 mm enindədir. Yarpaqları 4-6 cüt uzunsov ellipsvari və ya ellipsvari-neştərşəkillidir.
Çiçəkləri yarpaqların içində iki-iki (üç-üç) toplanmışdır. Ləçəkləri damarvari yastı, yuxarısı qalın
ağ-pırpızlı, başlanğıcı isə çılpaqdır və kasacığın uzunluğuna bərabərdir. Toxumluq uzunsov qalın
tüklü və ya çılpaqdır.Kserofitdir. Kiçik-Asiya coğrafi areal tipinə daxildir. İyul-avqust aylarında
çiçəkləyir və toxum verir.
Astragalus microcephalus
Naxçıvan MR-in əksər rayonlarının orta dağlıq, bəzən, yüksək dağlıq qurşaqlarında, daşlı
yamaclarda yayılmışdır.
Astragalus microcephala növünün populyasiyalarının qiymətləndirilməsinin nəticələrinə
uyğun olaraq II SP tipi cavan (∆=0,09-0,13; ὠ=0,06-0,11 ), IV, V və VI SP tipi yetişkəndir
(∆=0,30-0,35; ὠ=0,10-0,38). Populyaisyaların bərpa qabiliyyəti minimum II populyasiyada,
maksimum isə V populyasiyasında müşahidə olunmuşdur. Astragalus lagurusnövünün yaş və
miqdar spektri I və III populyasiyaların g
1
-g
3
dövlərində daha çox müşahidə edilir. Ən aşağı
nəticələr isə bütün populyasiyaların v dövründə öz əksini tapmışdır.Yaş və effektivlik indekslərinin
qiymətləndirilməsindən aydın olur ki, 1, 2 və 4 SP yetişkəndir (
=0,46-0,56); 2, 3 SP keçid yaş
dövrünü xarakterizə edir (
=0,31-0,42); tam yetkin populyasiya 5 SP ki, burada yaş və effektivlik
indeksləri maksimuma çatmışdır (
=0,55-0,59).
6. A.oleifolia DC.- Zeytunyarpaq gəvən. Hündürlüyü 45 sm uzunluğunda gövdəcikli
kolcuqdur. Yarpaq ayaları üçbucaqlı, ağ-pırpızlı, kənarı kirpikli, sonrası çılpaqdır. Yarpaqları 25 sm
uzunluğunda, uzunsov-ellipisvaridir. Çiçəkləri çoxsaylıdır və silindrik çiçək qrupunda toplanmışdır.
Ləçəkləri enli, uzunsov- xətvari, kasacığa bərabər, arxası ağ-tüklüdür. Kasacıq 13-15 mm
uzunluğunda, ağ-tüklüdür və kasacığın borucuğundan 3 dəfə qısadır. Dişicik 25 mm uzunluğunda,
kasacıqdan 2 dəfə uzundur. Erkəkcik ağ-pırpızlıdır. Gövdəcik ancaq başlanğıcda pırpızlıdır.İyul
ayında çiçəkləyir, avqust ayında isə meyvələri yetişir. Kserofitdir. Ermənistan-İran coğrafi areal
tipinə daxildir [7].
Culfa rayonunun Ərəfsə kəndi ərazisinə yaxın olan Aracıq dağında, Şahbuz, Ordubad və
Babək rayonu ərazisinin orta dağlıq qurşaqlarında, quru, daşlı, bəzən çox və ya az rütubətli
yamaclarında yayılmışdır.
7. A. meyeri Boriss- Meyer gəvəni. Hündürlüyü 10-15 sm-ə çatan, 15-25 sm diametrində
Dostları ilə paylaş: |