40
Carum carvi L., Centaurium erythraea Rafn., Chamaenerion angustifolium (L.) Scop., Dictamus
caucasicus (Fisch. et C. A. Mey.) Grossh., Glycyrrhiza glabra L., Heracleum pastinacifolium
C.Koch., Hippophae rhamnoides L., Humulus lupulus L., Hypericum perforatum L., İnula helenium
L., Juniperus communis L., Malus orientalis Uglitzk., Melilotus officinalis (L.) Pall., Menyanthes
trifoliata L., Nepeta mussini Spreng., Origanum vulgare L., Padus avium Mill., Pennisetum
orientale Rich., -Pimpinella saxifraga L., Potentilla recta L., Pyrus caucasica Fed., Rosa
buschiana Chrshan., Rosa haemisphaerica Herrm., Rosa hracziana Tamamsch., Rosa canina L.,
Rosa orientalis Dupont ex Ser., Rosa pulverulenta Bieb., Rosa nisami Sosn., Rosa zangezura P.
Jarosch., Rosa floribunda Stev., Thymus migricus Klok. & Shost., Thymus collinus Bieb.
РЕЗЮМЕ
Гилал Гасымов
Алкогольные напитки и уксус растений из флоры
Нахчыванской Автономной Республики
Этноботаника является отраслью исследований для использования разнообразных
целей полезных растений со стороны народа и изучает отношения человек-растения.
Древние люди в своей жизнедеятельности использовали растения как лекарстао, одеяние,
крашение, в обыденной жизни и тем самым создали особое национальное этнобиологическое
историческое богатство.
На основе исследований aлкогольные напитки и уксус растений были определены в
таксономическом составе: Artemisia absinthium L., Elytrigia repens (L.) Nevski., Berberis
iberica Stev. & Fisch. ex DC., Berberis densiflora Boiss. & Buhse., Berberis vulgaris L., Betula
pendula Roth., Carum carvi L., Centaurium erythraea Rafn., Chamaenerion angustifolium (L.)
Scop., Dictamus caucasicus (Fisch. et C. A. Mey.) Grossh., Glycyrrhiza glabra L., Heracleum
pastinacifolium C.Koch., Hippophae rhamnoides L., Humulus lupulus L., Hypericum perforatum
L., İnula helenium L., Juniperus communis L., Malus orientalis Uglitzk., Melilotus officinalis (L.)
Pall., Menyanthes trifoliata L., Nepeta mussini Spreng., Origanum vulgare L., Padus avium Mill.,
Pennisetum orientale Rich., -Pimpinella saxifraga L., Potentilla recta L., Pyrus caucasica Fed.,
Rosa buschiana Chrshan., Rosa haemisphaerica Herrm., Rosa hracziana Tamamsch., Rosa canina
L., Rosa orientalis Dupont ex Ser., Rosa pulverulenta Bieb., Rosa nisami Sosn., Rosa zangezura P.
Jarosch., Rosa floribunda Stev., Thymus migricus Klok. & Shost., Thymus collinus Bieb.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M. Piriyev
41
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
RAMİZ ƏLƏKBƏROV
AMEA Naxçıvan Bölməsi
ramiz_alakbarli@mail.ru
UOT 581,6:,581,9: 581,19
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YAYILAN DALAMAZ CİNSİNƏ
DAXİL OLAN LAMIUM L. POPULYASİYALARININ QURULUŞU VƏ
MƏHSULDARLIĞI
Açar sözlər: senopopulyasiya, bitki ehtiyatı, məhsuldarlıq, yaş indeksi, effektivlik indeksi
Keywords: population, vegetable stock, productivity, humidity index, efficiency index
Ключевые слова: ценопопуляции, растительный запас, продуктивность, индекс
влажности, индекс эффективности
Dalamaz (Lamium L.) cinsi Dodaqçiçəklilər (Lamiaceae Lindl.) fəsiləsi nümayəndələrindən
biridir. Belə ki, bu cinsin Azərbaycan florasında 5 növü, Naxçıvan MR florasında isə 4 növü
yayılmışdır [1, s. 332-344; 12, s.196 ]. Naxçıvan MR florasında rast gəlinən Lamium L. cinsinin 4
növü bölgə üçün xarakterikdir. Bu növlərin demək olar ki, hamısı (4 növ) tədqiqat obyekti üçün
seçilmişdir. Bunlara Lamium album L. - Ağ dalamaz, Lamium amplexicaule L. - Gövdəni
qucaqlamış yarpaq dalamaz, Lamium purpureum L. - Purpur dalamaz, Lamium tomentosum Willd. -
Keçətük dalamaz növləri daxildir. Bu növlər əsasən kseromezofit və mezofit bitki olub, əsasən
regionun aşağı və orta dağ qurşaqlarının daşlı-qayalı yamaclarında və nisbətən rütubətli yerlərində
rast gəlinmişdir. Populyasiyalarına Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək, Şahbuz,
Şərur, Kəngərli rayonlarında rast gəlinmişdir.
Tədqiqatın əsas məqsədi Naxçıvan Muxtar Respublikasının yuxarıda göstərilən rayonlarında təbii
bitkiliklərin əsas fitosenoloji komplekslərində yayılan Lamium L. cinsinə daxil olan növlərinin fitosenoloji
vəziyyətinin və ehtiyatının müəyyənləşdirilməsi, eyni zamanda senopopulyasiyalarının qiymətləndirilməsi
ilə məhsuldarlıq arasındakı dinamik əlaqənin müqayisəli öyrənilməsindən ibarət olmuşdur.
MATERİAL VƏ METODİKA
2015-2016-cı illərdə Lamium L. cinsinə daxil olan bu növlərin öyrənilməsi məqsədilə 10
populyasiyası seçilmişdir. Belə ki, tədqiqat aparılarkən tədqiq edilən növlərinin yayıldığı 4 bitkilik
tipi (yarımsəhra, dağ-kserofit, bozqır və kolluq) müəyyənləşdirilmişdir ki, onların da yarımsəhra,
dağ-kserofit və bozqır bitkiliyində Lamium album L., Lamium amplexicaule L., Lamium
tomentosum Willd. növləri, Lamium purpureum L. növü isə aşağı dağlıqdan, yüksəkdağlıq (2600 m
d.s.h.) zonalarının çay kənarlarında, çəmən, dağ-kserofit və digər bitkiliklərində yayıldığı müəyyən
edilmişdir. Demək olar ki, polimorf növ olub, hər yerdə rast gəlinir. Bu növlərin məhsuldarlığı
ümumi qəbul olunmuş metodikalara əsasən öyrənilmişdir [4, s. 83; 7, s. 115]. Növlərin
məhsuldarlığının öyrənilməsi üçün seçilmiş senopopulyasiyaların ərazisi orta hesabla 2-4 hektar
olmuşdır. Növün yayıldığı konkret ərazilərdə ehtiyatının təyini üçün xüsusi meydançalar
işarələnmış və model nümunələri seçilmişdir. Hər bir sahə 25-30 meydançada (ölçüsü 1x1) ibarət
olmaqla, növlərin senopopulyasiyalarının qiymətləndirilməsi üçün hesablamalar aparılmışdır.
Bitkinin xammalının ehtiyatının hesablanması üçün bundan başqa hər populyasiyadan 15-20 model
bitki toplanılmaqla çəkilmişdir. Ərazilərin layihə örtüyü hesablanmışdır [8, s. 19; 10, s. 167].
Növlərin senopopulyasiyalarının qiymətləndirilməsində geobotaniki araşdırmalar zamanı bir
sıra metodikalardan da istifadə edilmişdir: Belə ki, fitosenozun yazılışı B.A. Yurseva [13, 69-83],
fitosenotik kompleksin adlandırılması isə R.V.Kamelinin işlərinə [6, s. 228-234] görə
əsaslanılmışdır. T.A. Rabotnovun və A.A. Uranovun [11, s. 7-33] ontogenezin diskret təsviri
metodikasından istifadə etməklə, bitki fərdlərində inkişaf mərhələləri xarakterizə olunmuşdur.
Bitkilərin həyati formaları, ontogenetik vəziyyətinin diaqnozları açarlarına əsasən aparılmışdır.
Bitkilər immatur (im), virginil (v), cavan generativ (g
1
), orta yaşlı (g
2
) və yaşlı generativ (g
3
),
Dostları ilə paylaş: |