34
2. Sürünən ayrıq- Elytrigia repens (L.) Nevski. Bitkinin kökümsovları nişasta ilə zəngin
olduğundan ondan xüsusi alkoqollu içki və pivəyə bənzər içki hazırlanır.
Zirinc - Berberis L. Cinsin bütün növlərinin meyvələrindən zirin likoru alınır.
Kol bitkiləridir. Çiçəkləri salxımda toplanıb və sarıdır. Yarpaqları sadə və kənarları dişciklidir.
Yarpaqaltlıqları sadə, 3 bölümlü tikan şəklindədir. Çiçək yanlığı tacşəkillidir. Kasa yarpaqları və
ləçəkləri 6, erkəkcik 6, dişicik bir olub, ağızcıq oturaqdır. Cinsin Azərbaycanda 2 növü, Naxçıvan
MR-də 4 növü yayılmışdır.
3. Gürcü zirinci - Berberis iberica Stev. & Fisch. ex DC. Hündürlüyü 2 m, cavan
budaqları zəif künclü, qabığı bozumtul-qırmızı, tikanları bərk, aşağıdakılar üçlü, yuxarıdakılar isə
sadədir. Yarpaqları dərivari, tərs-yumurtavari və ya uzunsov tam kənarlıdır. Salxımı çoxçiçəkli və
əyridir. Meyvələri uzunsov silindrik və açıq qırmızıdır. Orta dağlıq qurşağın quru daşlı
yamaclarında yayılmışdır. Ç. və m. IV-V. Mezokserofit. Coğrafi tipi: Şərqi Qafqaz-Şimali İran.
Yayılması: BQ, KQ, Diabar, Naxçıvan dağlıq. Ümumi yayılması: Şimali İran.
4. Sıxçiçək zirinc - Berberis densiflora Boiss. & Buhse. Hündürlüyü 1-3(4) m, güclü
budaqlanan koldur. Cavan budaqları bozumtul-sarıdır. Yarpaqları tam kənarlı, tərs yumurtavari və
ya uzunsov, saplaqlı yuxarı yarpaqları tamkənarlı, aşağı yarpaqları dişciklidir. Aşağı budaqların
tikanları 3 bölümlü, yuxarıdakılar sadədir. Çiçəkləri sıx çoxçiçəkli salxımda toplanıbdır. Meyvələri
yumurtavari-şarşəkilli və ya yumurtavari-uzunsov-dur. Orta dağlıq qurşağın quru daşlı
yamaclarında və kolluqlarında yayılmışdır. Ç. və m. IV-V. Mezokserofit. Coğrafi tipi: Ön Asiya.
Yayılması: BQ, KQ, Diabar, Naxçıvan dağlıq. Ümumi yayılması: İran.
5. Adi zirinc - Berberis vulgaris L.
6. Əyilən tozağacı-Betula pendula Roth. Bitki tumurcuqlarından spirtli içki alınır.
7. Adi zirə-Carum carvi L. Likor, zirə cövhəri, nanəli likor və nanə cövhərinə əlavə olunur.
İkiillik ot bitkisidir. Kökləri iyşəkilli lətlidir. Gövdənin hündürlüyü 30-80 (100) sm, düzqalxan və
budaqlanandır. Yarparqları iki, üç lələkşəkilli, aşağı hissəsi uzun saplaqlı, yuxarı hissəsi kiçik və
qısa saplaqlı, çiçəkqrupu mürəkkəb çətir, yastılaşmış ağ rəngli meyvələri vardır. Sallaq
meyvələrinin uzunluğu 3-7 mm, eni isə 1,5 mm-dir.
Azərbaycanda Böyük Qafqaz (Qubanın dağ massivi), Böyük Qafqazın şərqi, qərbi, Kiçik
Qafqazın simalı, mərkəzi, cənubu, Lənkəran və Naxçıvan dağlıq ərazilərində yayılmışdır. Quru
dərələrdə, rütublətli çəmənliklərdə, çay kənarlarında, dağlarda, kəsilmiş meşələrdə, meşə
kənarlarında və bozqır çəmənliklədə yaşayır.
Meyvələrinin tərkibində 3-6% efir yağı, karvon (40-50%), limonen, karvakrol, 20% piy
yağları və flavonoidlər vardır. Meyvələrində başlıca olaraq karvon, limonen, aşı maddələri və
22%yağlar vardır.
35
8. Çətirli qızılçətir- Centaurium erythraea Rafn. Gövdəsi düz və budaqlanan, 5-30 sm
hündürlükdə, alt yarpaqları tərs elliptik, digər yarpaqları uzunsov elliptik və kütdür. Kasacıq tacdan
iki dəfə qlsadır. Çiçəkləri qalxanvari çiçək qrupunda toplanıbdır. Tacı çəhrayıdır. Orta dağlıq
qurşağın çəmən və kolluqlarında yayılmışdır. Ç. və m. V,VIII -IX. Mezofit. Coğrafi tipi: Avropa-
Aralıq dənizi. Yayılması: Bütün Azərbaycan. Ümumi yayılması: Balkan-Kiçik Asiya, Avropa,
Skandinaviya. Tərkibində sentaurin acı maddəsi vardır. Yarpaqlarının cövhəri narınc arağının
tərkibinnə əlavə olunur.
9. Daryarpaq xamaenerion- Chamaenerion angustifolium (L.) Scop. Çoxillik yoğun və
sürünən kökümsovlu bitki olub,çoxlu kök pöhrələrinə malikdir. Gövdəsi düz və budaqlanan, incə
tükcüklü, aşağısı çılpaqdır. Yarpaqları növbəli, oturaq, uzunsov və ya xətti-neştərvari, sivri,
tamkənarlı və ya kənarları nadirən kiçik vəzicikli və ya vəzicikli dişcikli, üzəri tutqun yaşıl, parlaq,
aşağısı göyümtül, aydın orta damarlıdır. Çiçəkləri uzun seyrək sünbül olub, xətti çiçəkyanlıqlarının
qoltuğunda yerləşir. Kasacıq rəngli, onun payı neştərvari və ya xəttidir. Ləçəkləri çəhrayı bəzən
solğun çəhrayı və ya ağdır. Ç.VII-VIII.m.VIII-IX.Yüksək dağlıq və subalp qurşağın meşə, çəmən
və otlu yamaclarında yayılmışdır.
Tərkibində triterpenoidlər, C vitamini, yüksək alifatik birləşmələr və spirtlər, kökümsovunda
kraxmal, 15% selik, şəkəl, pektin, gövdəsində 4-6% aşı maddələri, yarpaqlarında oleanol, ursol, C
vitamini, 5,65-20% aşı maddələri, seksanqularetin, kempferol, kversetin, mirisetin, 3-O-arabinozid
kversetin, 3-O-arabinozid mirisetin, 3-O-qlükozid kempferol, antosian və s. birləşmələr vardır.
Bitkinin kökümsovları şirin dada malikdir, yeyilir və tərəvəz kimi istifadə olunur.
Kökümsovlarından alınan un çörəkbişirmə zamanı çörək ununa qarışdırıldıqda çörək şirintəhər dada
malik olur. Kökümsovları bişirilmiş və ya çiy halda yeyilir. Təzə yarpaqlarından sup bişirilir və
salat hazırlanır. Yerüstü hissələrindən dəmlənmiş çay mədə-bağırsaq xəstəliklərində ishala və
dizenteriyaya qarşı, mədə-bağırsaq xorasında, qastritdə və kolitlərdə iltihabgötürücü dərman kimi
istifadə olunur. Bitkinin şirin köklərini qıcqırtmaqla xüsusi spirtli içki hazırlanır.
10. Qafqaz alışanı - Dictamus caucasicus (Fisch. et C. A. Mey.) Grossh. Çoxillik,
gövdəsinin hündürlüyü 50-80 sm olub, azca şırımlıdır. Yarpaqları oturaq və lələkvaridir. Kənarları
narın mişardişli, alt tərəfi azca qıvrım tükcüklüdür. Uzun çiçəkləri saplaqlı, ləçəkləri çəhraymtıl və
qırmızı damarlı, çiçək qrupu süpürgəvari-salxımdır. Orta dağlıq qurşaqda yayılmışdır. Ç. və m.
V,VI-VII,VIII. Mezokserofit. Coğrafi tipi: Qafqaz. Yayılması: Naxçıvan. Meyvələri anizet likoruna
və absent (yovşan arağı) arağına vurulur.
11. Tüksüz biyan- Glycyrrhiza glabra L. Çoxillik ot bitkisi olub, hündürlüyü 50-200 sm-
dir. Gövdəsi çılpaq, çoxsaylı, düzqalxan, sadə və budaqlanandır. Yarpaqları cüt olmayan mürəkkəb
lələyəbənzər olub, hündürlüyü 5-20 sm-dir. Yarpaqları parlaq, möhkəm, uzunsov-yumurtaşəkilli və
ya neştərşəkilli olub, yapışqanlıdır. Çiçəklərinin uzunluğu 12 mm, çiçək tacı ağımtıl-çəhrayı,
kasacığı itidişciklidir. Meyvəsi uzunsov düz və ya azacıq əyilmiş formalı olur. Yeraltı sistemi ana
kökdən, üfüqi və şaquli kökümsovlardan (stolonlar) çox yaruslu sistemdən ibarət olmaqla, kökləri
ilə torpağa möhkəmlənir. Kökləri ilə torpağın 8 m dərinliyinə qədər gedə bilir. Yerüstü gövdəsi ana
kökdən inkişaf edir. Çiçəkləmə may-iyun aylarında, meyvələrin yetişməsi isə sentyabrda olur.
Azərbaycanda Böyük Qafqaz (Qubanın dağ massivi), Samur-Şabran düzənliyi, Kür-Araz
düzənliyi, Alazan-Əyriçay vadisi, Lənkəran, Naxçıvan düzənlik və Muğan-Lənkəran düzənliyində
yayılmışdır. Çayın kənarlarında, dərin olmayan kiçik yarğanlarda, əkin sahələrində rast gəlinir.
Çoxillik yabanı çılpaq biyan ilin müxtəlif vaxtlarında kök və gövdələri toplanılır və
keyfiyyətli dərman bitkisi xammalı kimi istifadə edilir. Xammal 70-75% köklərdən, demək olar ki,
bərpa olunmuş pöhrəliklərdən toplananvegetativ orqanlardan ibarətdir. Qazaraq kök və
kökümsovları, yerüstü hissələri toplanılır. Xammalın toplanılması bıçaq və xüsusi maşınla
toplanılır. Xammalın təkrar toplanılması 8 ildən bir aparıla bilər. Qurudulma çardaxda yüksək
temperaturda aparılır.
Köklərində 23% qliçirrianin, 4% flavonoidlər, steroidlər, efir yağları, askorbin turşusu, acı
maddələr, piqmentlər və qatran vardır. Şirin dadlı biyan köklərndə saponinlər - qliçirrazin (23%,
şəkərdən dəfələrlə şirin), flavonoidlər (4%-ə qədər) (likviratin, likviritigenin, izolikviritin),
qliserritin turşusu, askorbin turşusu, steroidlər, efir yağı, şəkər, piqment, qatran, aspargin və selik
Dostları ilə paylaş: |