27
uzundur. Qanadları dişiciyə bərabərdir. Toxumluq oturmuş, ağ-ipəkvaridir. Gövdəcik ancaq dibdən
tüklüdür. Meyvələri şişkindir. İyul ayında çiçək-ləyir və meyvələri yetişir. Kserofitdir. Atropatan
coğrafi areal tipinə daxildir. Naxçıvan MR-in əksər rayonlarının orta dağlıq qurşaqlarında, daşlı
yamaclarında yayılmışdır.
12.A.persicus Fisch. & C.A.Mey. ex Bunge. İran gəvəni– 8-20 sm hündürlüyündə çoxillik
sıx tüklü bitkidir. Yarpaq ayaları yumurtavari-lansetvari, ucu isə uzun kirpiklidir. Yarpaqları 4-22
sm uzunluğunda, 19-27 cütdən ibarət ellipsvaridir. Zoğları 4-6 çiçəkli, uzun tüklüdür və çiçək tacına
birləşir. Ləçəkləri lansetvari, düz xətlidir. Kasacıq boruşəkillidir və borucuqdan 2-3 dəfə qısadır.
Dişicik 20 mm-ə qədər uzunluğunda, sarı, enli yumurtavaridir. Erkəkciklər 10-12 mm-ə qədər
uzunluğunda, uzunsov-ellipsvari, ön tərəfi isə qalın damarlıdır. Tacı kasacıqdan uzun və qırmızıdır.
İyun və iyul aylarında çiçəkləyir və meyvələri yetişir. Kserofitdir. Atropatan coğrafi areal tipinə
daxildir Babək rayonunun Çalxanqala, Şahbuz rayonunun Şahbuz kənd, Keçili, Ayrınc, Nursu,
Ordubad rayonunun
quru gilli, çınqıllı və daşlı yamaclarda, əhəngdaşlı təpələrdə yayılmışdır.
13.A.viridis Bunge. Yaşıl gəvən. Yoğun ağacvari köklü, çoxillik yaşıl bitkidir. Gövdəsi 30-50
sm hündürlüyündə, aşağı hissəsi oduncaqlaşmış, qəhvəyi, birillikləri sıx ağ-tüklüdür. Yarpaq
ayaları kiçik, lansetvari, sıx ağ və qara tüklüdür. Yarpaqları 1-2,5 (6) sm uzunluğunda, 1-6 mm
enində, 5-8 cüt, xətvari-lansetşəkilli, yuxarısı çılpaq, aşağısı seyrək tüklüdür. Çiçək tacı uzun,
künclü, ağ tüklüdür. Barmaqları 4-6 sm uzunluğunda, başlıqvari, çoxçiçəkli, möhkəmdir. Ləçəkləri
3 mm-ə qədər uzunluğunda, xətvari-lansetşəkilli, qara tüklüdür. Kasacıq 14 mm uzunluğunda,
borucuqşəkilli, 3-4 dəfə borucuqdan kiçikdir. Dişicik 24 mm-ə qədər uzunluğunda, bənövşəyi, 1,5
dəfə ayaqcıqdan uzundur. Qanadlar bir qədər bayraqcıqdan qısadır. Toxumluq oturmuş
vəziyyətdədir. Erkəkciklər 2-3 mm uzunluğunda, ayqcıqlarda yerləşir. İkievlidir. İyun və iyul
aylarında çiçəkləyir və meyvələri yetişir. Kserofitdir. Şimali Atropatan coğrafi areal tipinə daxildir.
Culfa rayonunun Ərəfsə (Aracıqdağ), Babək rayonunun Şada, Ordubad rayonunun Tivi, Bist,
Biləv, Sahbuz rayonunun Külüs kəndinin Sulunav ərazisinin orta dağlıq qurşaqlarında, otlu
yamaclarda yayılmışdır.
14. A. euoplus Trautv. Tikanlı gəvən. 20 sm hündürlüyündə, budaqları tikanlarla örtülmüş koldur.
Tikanları incə, zəif, yarpaqaltlıqları zarlı, xətti-neştərvari, kənarları kirpikciklidir. Yarpaq ayaları 8-
12 mm uzunluğunda, xətvari-lansetşəkillidir, kənarları ısə kirpiklidir. Yarpaqları 6-9 cüt, uzunsov-
yumurtavari, 10 mm uzunluğunda, yuxarısı çılpaq, aşağısı isə seyrək tüklüdür. Ləçəkləri 13 mm
uzunluğunda, kasacığın borusundan qısadır, arxası ağ tüklü, yuxarısı isə kirpiklidir. Kasacıq 10-16
mm uzunluğunda, borucuğa bərabərdir. Dişicik 3 sm uzunluğunda, uzunsov-ellipsvaridir.
Erkəkcikləri tüklü, birevlidir.Çiçək qrupu 2-3 çiçəkli, tacı sarıdır. İyun və iyul aylarında çiçəkləyir
və meyvələri yetişir. Kserofitdir. Coğrafi areal tipi məlum deyil. Orqubad rayonunun Qapıcıq,
Qaranquş, Soyuqdağ, Bist və Şahbuz rayonunun Qızıl Qışlaq ərazilərində, 1800-1900 m dəniz
səviyyəsindən hündürlükdə, yüksək dağlıq qurşaqda, daşlı, quru yamaclarda yayılmışdır.
15. A.uraniolimneus Boiss. Göl gəvəni. 7-25 sm hündürlüyündə, qısa budaqlı, tikanlı
kolcuqdur. Yarpaqaltlıqların sərbəst hissəsi yumurtavari-neştərvari və seyrək kirpikciklidir. Yarpaq
ayaları 18 mm uzunluğunda, lifvari, kənarları kirpikli, sərbəst hissəsi lansetvari və ya torşəkillidir.
Çiçək tacı yarpaqlara bərabər və ya bir az hündürdür. Çiçək qrupu 4 sm uzunluğunda, şarşəkillidir.
Ləçəkləri lifli, uzunsov-yumurtavari, kənarları kirpikli, kasacıqdan qısadır. Kasacıq 18 mm
uzunluğunda, borucuqşəkillidir. Dişicik 16-21 sm uzunlu-ğunda, qısa ayaqcıqlıdır. Qayıqcıq və
qanadlar dişicikdən qısadır. Gövdəcik əsasən başlanğıcdan tüklüdür. Çiçək qrupu çoxçiçəklidir.
Tacı al qırmızıdır. İyun və iyul aylarında çiçəkləyir və meyvələri yetişir. Kserofitdir. Şimali İran
coğrafi areal tipinə daxildir. Ordubad rayonunun Qapıcıq, Şahbuz rayonunun Keçili kəndinin
Ağabba, Camalqala ərazilərinin qumlu və daşlı yamaclarda yayılmışdır.
ƏDƏBİYYAT
1.
İbrahimov Ə.Ş., Qənbərov D.Ş. Culfa rayonunun Aracıq dağında yayılmış Astracantha
növləri və onların bioekoloji xüsusiyyətləri// AMEA-nın Naxçıvan bölməsinin xəbərləri.
Naxçıvan, Tusi -2012, №4, s. 73-81