Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   8   9   10   11   12   13   14   15   ...   134

26 
olan  yastıq  formalı  kolcuqdur.  Budaqları  qısa,  çoxsaylı,  4  (6)  sm  uzunluğunda,  1  mm-dən  çox 
qalınlığı  olan,  tikanları  qəhvəyi,  çox  və  ya  az  ayparaşəkilli,  boz  tüklərlə  örtülmüşdür.  Yarpaq 
ayaları  enli  yumurtavari  əsasından  lansetşəkilli,  aşağıdan  qalın,  yuxarıdan  nazik  8-9  mm 
uzunluğunda,  7  mm  enində  lifli-tüklüdür.  Yarpaqları  4(8)  cüt  15  mm  uzunluğunda,  5  mm  enində 
ellipsvari,  bəzən  təpəsində  qısa  tikanları  var.  Ləçəkləri  6-7  mm  uzunluğunda,  düzxətli,  qayıqvari, 
başlanğıcı çılpaq, yuxarısı liflidir. Kasacıq 6-9 mm uzunluğunda, xətvari, ağ- liflidir. Dişicik 13 mm 
uzunluğunda, tündçəhrayıdır və kasacıqdan 2 dəfə uzundur. Qanad və qayıqcıqlar dişiciyin səthinə 
bərabərdir.  Toxumluq  boz  tüklərlə  örtülüdür.  İyul-avqust  aylarında  çiçəkləyir  və  toxum  verir. 
Coğrafi areal tipi məlum deyil.   
 
Culfa  rayonunun  Aracıq  dağında,  Şahbuz  rayonunun  Keçili,  Kolanı,  Biçənək  kəndləri 
ərazisinin orta dağlıq qurşaqlarında əsasən cənub yamaclarında, qayalı yerlərdə yayılmışdır. 
 
8.A.  jucunda  (Al.Theod.,  Fed.  et  Rzazade)  Czer.-  Şad  gəvən.  Hündürlüyü10-25  sm  yerə 
yatmış  kolcuqdur.  Qalın,  çılpaq,  yaşlı  budaqları  1,5  sm  diametrində,  cavan,  nazik  budaqlarının 
diametri isə 5mm-dir. Tikanları 2-3,5 sm uzunluğunda, aşağısı çox, yuxarısı isə az əyilmlşdir.  Yarpaq 
ayaları  8  mm  uzunluğunda  üçbucaq-neştər,  ağ-pırpızlı,  kənarı  kirpikli,  yuxarıdan  yarpaq  oxları  ilə 
bitişikdir. Çiçəkləri 10-12 ədəddir və şarşəkilli çiçək qrupunda toplanmışdır. Ləçəkləri lansetvaridir 
və  kasacığın  borucuğundan  hündürdür.  Kasacıq  16  mm-ə  qədər  uzunluğundadır.  Toxumluq  ayaqlı, 
uzunsov,  ağ-tükcüklüdür.  Gövdəcik  başlanğıcdan  dirsəkvari  əyilmişdir,  yuxarısı  isə  oraqşəkillidir. 
Dişicik 17 mm uzunluğunda, qanadcıq və qayıqcıqdan uzundur. Erkəkciklər uzanmış yumurtraşəkilli, 
ağ-pırpızlıdır.  İyun-İyul  aylarında  çiçəkləyir  və  toxum  verir.  Kserofitdir.  Şimali-  İran  coğrafi  areal 
tipinə  daxildir.  Culfa  rayonunun  Ərəfsə  kəndi  ərazisinə  mənsub  olan  Aracıq  dağında  və  Şərur 
rayonunun Qaraquş dağı ərazisinin orta dağlıq qurşaqlarında, əhəngli yamaclarda yayılmışdır. 
9.  A.compactus  Willd.  (A.insidiosa  Boriss.;  A.strictifolius  Boiss.).  Sıx  gəvən.  5-15  sm 
hündürlüyündə  alçaq  budaqlı  tikanlı  koldur.  Tikanları  2-4  sm  uzunluğunda,  birillik  budaqları  4-5 
cüt  yarpaqlardır.  Yarpaqaltlıqları  geniş  yumurtavari,  iti,  arxasi  az  tükcüklüdür.  Yarpaq  ayaları 
yumurtavari  çılpaqdır.  Yarpaqları  7-14  mm  uzunluğunda,  tikanlarla  qurtarır.  Çiçəkləri  4-5  ədəd 
yarpaqların  ortasında,  3  sm  enində,  qalın  şarşəkilli,  bəzən  qalxanşəkillidir.  Çiçəkləri  yarpaq 
qoltuğunda yerləşir. Ləçəkləri yumurtaşəkilli, kasacıqdan çox qısadır. Kasacıq 14 mm uzunluğunda, 
borucuqdan  hündürdür.  Dişicik  15-18  mm  uzunluğunda,  kasacıqdan  2  dəfə  uzundur.  İyun  ayında 
çiçəkləyir,  iyul  ayında  isə  toxum  verir.  Kserofitdir.  Atropatan  coğrafi  areal  tipinə  daxildir.  Babək 
rayonunun  Çalxanqala  (Əznəbürd),  Culfa  rayonunun  Qazançı,  Milax  və  Şahbuz  rayonunun 
Mahmudoba, Nursu kəndləri ərazisinin orta dağlıq qurşaqlarında daşlı yerlərdə yayılmışdır.   
10.A.cornutus  Pall.    Buynuzmeyvə  gəvən.50 sm hündürlüyündə koldur. Gövdələri budaqlı, 
qonur  kambi  qatı  ilə  örtülmüşdür.  Yarpaqaltlıqları  üçbucaq-neştərvaridir.  Yarpaq  ayaları  sərbəst, 
uzunsov-yumurtavari, bəzən lansetşəkillidir. Yarpaqları 15-18 mm uzunluğunda, yaşıl, 5-7 cüt, çox 
hissəsi xətvari  və  ya  uzunsov-xətvaridir.  Fırça  sıx  və  başcıqşəkillidir.  Çiçək  tacı  yarpaqlardan  bir 
qədər uzun, başlıqlı, 2-7 çiçəklidir. Ləçəkləri 3 mm-ə qədər uzunluğunda, xətvaridir. Kasacıq 9-10 
mm  uzunluğunda,    borucuqşıkilli,  2-3  dəfə  borucuqdan  qısa,  ağ  tüklüdür.  Dişicik  18-22  mm 
uzunluğunda,  qırmızı-bənövşəyidir.  Erkəkciklər  2-3  mm  uzunluğunda,  olan  ayaqcıqlarda 
yerləşmişdir.  Tacı  qırmızı  bənövşəyidir.  Paxlası  dar  uzunsov  və  tükcüklüdür.  May  ayında 
çiçəkləyir,  iyun  və  iyul  aylarında  isə  meyvələri  yetişir.  Kserofitdir.  Sarmat  coğrafi  areal  tipinə 
daxildir [7].    
Şahbuz rayonunun Batabat, Keçili, Ordubad rayonunun orta və yüksək dağlıq qurşaqlarında, 
quru daşlı yamaclarda, kolluqlarda yayılmışdır.  
11.  A.lagopoides  Lam.(A.lagurus  Willd.)-  Dovşanquyruğu  paxladən.  Yastıqşəkilli,  30  sm 
hündürlüyündə  tikanlı koldur.  Tikanları  5-17 sm  uzunluğunda,  yuxarı  yönəlmişdir.  Yarpaq  ayaları 
12-25 sm uzunluğunda, sərbəst hissəsi uzunsov-lansetvari, əsası qalın, arxa hissəsi az tüklü, kənarı 
kirpiklidir.  Yarpaqları  20  mm  uzunluğunda,  5-7  cüt,  uzunsov-lansetvari,  itiucludur.  Çiçək  tacı  19 
sm  uzunluğunda,  bərk,  qısa  ağ-lifli,  yarpaqlara  bərabər,  və  ya  uzundur.  Çiçək  qrupu  çoxçiçəkli, 
qalın,  silindrik  və  ya  uzunsov-yumurtavaridir.  Ləçəkləri  18  mm  uzunluğunda,    yumurtavari, 
kasacıqdan uzundur, kənarları isə qısa kirpiklidir. Kasacıq dişiciyə bərabər, ağ-pırpızlı, meyvələri 
şişkin,  borucuğa  bərabərdir.  Dişicik  24  mm  uzunluğunda,    ağımtıl-çəhrayı,  ayaqcıqdan  3  dəfə 


27 
uzundur. Qanadları dişiciyə bərabərdir. Toxumluq oturmuş, ağ-ipəkvaridir. Gövdəcik ancaq dibdən 
tüklüdür.  Meyvələri şişkindir. İyul ayında çiçək-ləyir və meyvələri  yetişir.  Kserofitdir. Atropatan 
coğrafi  areal  tipinə  daxildir.  Naxçıvan  MR-in  əksər  rayonlarının  orta  dağlıq  qurşaqlarında,  daşlı 
yamaclarında yayılmışdır. 
12.A.persicus  Fisch. &  C.A.Mey.  ex Bunge.  İran  gəvəni–  8-20 sm hündürlüyündə çoxillik 
sıx tüklü bitkidir. Yarpaq ayaları yumurtavari-lansetvari, ucu isə uzun kirpiklidir. Yarpaqları 4-22 
sm uzunluğunda, 19-27 cütdən ibarət ellipsvaridir. Zoğları 4-6 çiçəkli, uzun tüklüdür və çiçək tacına 
birləşir.  Ləçəkləri  lansetvari,  düz  xətlidir.  Kasacıq  boruşəkillidir  və  borucuqdan  2-3  dəfə  qısadır. 
Dişicik  20  mm-ə  qədər  uzunluğunda,  sarı,  enli  yumurtavaridir.  Erkəkciklər  10-12  mm-ə  qədər 
uzunluğunda, uzunsov-ellipsvari, ön tərəfi isə qalın damarlıdır. Tacı kasacıqdan uzun və qırmızıdır. 
İyun  və  iyul  aylarında  çiçəkləyir  və  meyvələri  yetişir.  Kserofitdir.  Atropatan  coğrafi  areal  tipinə 
daxildir  Babək  rayonunun  Çalxanqala,  Şahbuz  rayonunun  Şahbuz  kənd,  Keçili,  Ayrınc,  Nursu, 
Ordubad rayonunun   quru gilli, çınqıllı və daşlı yamaclarda, əhəngdaşlı təpələrdə yayılmışdır.   
13.A.viridis Bunge. Yaşıl gəvən. Yoğun ağacvari köklü, çoxillik yaşıl bitkidir. Gövdəsi 30-50 
sm  hündürlüyündə,    aşağı  hissəsi  oduncaqlaşmış,  qəhvəyi,  birillikləri  sıx  ağ-tüklüdür.  Yarpaq 
ayaları  kiçik,  lansetvari,  sıx  ağ  və  qara  tüklüdür.  Yarpaqları  1-2,5  (6)  sm  uzunluğunda,  1-6  mm 
enində,    5-8  cüt,  xətvari-lansetşəkilli,  yuxarısı  çılpaq,  aşağısı  seyrək  tüklüdür.  Çiçək  tacı  uzun, 
künclü, ağ tüklüdür. Barmaqları 4-6 sm uzunluğunda,  başlıqvari, çoxçiçəkli, möhkəmdir. Ləçəkləri 
3  mm-ə  qədər  uzunluğunda,    xətvari-lansetşəkilli,  qara  tüklüdür.  Kasacıq  14    mm  uzunluğunda, 
borucuqşəkilli, 3-4 dəfə borucuqdan kiçikdir. Dişicik 24 mm-ə qədər uzunluğunda, bənövşəyi, 1,5 
dəfə  ayaqcıqdan  uzundur.  Qanadlar    bir  qədər  bayraqcıqdan  qısadır.  Toxumluq  oturmuş 
vəziyyətdədir.  Erkəkciklər  2-3  mm  uzunluğunda,  ayqcıqlarda  yerləşir.  İkievlidir.  İyun  və  iyul 
aylarında çiçəkləyir və meyvələri yetişir. Kserofitdir. Şimali Atropatan coğrafi areal tipinə daxildir. 
Culfa  rayonunun  Ərəfsə    (Aracıqdağ),  Babək  rayonunun  Şada,  Ordubad  rayonunun  Tivi,  Bist, 
Biləv,  Sahbuz  rayonunun  Külüs  kəndinin  Sulunav  ərazisinin  orta  dağlıq  qurşaqlarında,  otlu 
yamaclarda yayılmışdır.   
14. A. euoplus Trautv. Tikanlı gəvən. 20 sm hündürlüyündə, budaqları tikanlarla örtülmüş koldur. 
Tikanları incə, zəif, yarpaqaltlıqları zarlı, xətti-neştərvari, kənarları kirpikciklidir. Yarpaq ayaları 8-
12 mm uzunluğunda, xətvari-lansetşəkillidir, kənarları ısə kirpiklidir. Yarpaqları 6-9 cüt, uzunsov-
yumurtavari,  10  mm  uzunluğunda,  yuxarısı  çılpaq,  aşağısı  isə  seyrək  tüklüdür.  Ləçəkləri  13  mm 
uzunluğunda, kasacığın borusundan qısadır, arxası ağ tüklü, yuxarısı isə kirpiklidir. Kasacıq 10-16 
mm  uzunluğunda,  borucuğa  bərabərdir.  Dişicik  3  sm  uzunluğunda,  uzunsov-ellipsvaridir. 
Erkəkcikləri tüklü, birevlidir.Çiçək qrupu 2-3 çiçəkli, tacı sarıdır. İyun və iyul aylarında çiçəkləyir 
və  meyvələri  yetişir.  Kserofitdir.  Coğrafi  areal  tipi  məlum  deyil.  Orqubad  rayonunun  Qapıcıq, 
Qaranquş,  Soyuqdağ,  Bist    və  Şahbuz  rayonunun  Qızıl  Qışlaq  ərazilərində,  1800-1900  m  dəniz 
səviyyəsindən hündürlükdə, yüksək dağlıq qurşaqda, daşlı, quru yamaclarda yayılmışdır.   
15.  A.uraniolimneus  Boiss.  Göl  gəvəni.    7-25  sm  hündürlüyündə,  qısa  budaqlı,    tikanlı 
kolcuqdur. Yarpaqaltlıqların sərbəst hissəsi yumurtavari-neştərvari və seyrək kirpikciklidir. Yarpaq 
ayaları 18 mm uzunluğunda, lifvari, kənarları kirpikli, sərbəst hissəsi lansetvari və ya torşəkillidir. 
Çiçək tacı yarpaqlara bərabər və ya bir az hündürdür. Çiçək qrupu 4 sm uzunluğunda, şarşəkillidir. 
Ləçəkləri  lifli,  uzunsov-yumurtavari,  kənarları  kirpikli,  kasacıqdan  qısadır.  Kasacıq  18  mm 
uzunluğunda,    borucuqşəkillidir.  Dişicik  16-21  sm  uzunlu-ğunda,  qısa  ayaqcıqlıdır.  Qayıqcıq  və 
qanadlar  dişicikdən  qısadır.  Gövdəcik  əsasən  başlanğıcdan  tüklüdür.  Çiçək  qrupu  çoxçiçəklidir. 
Tacı al qırmızıdır.  İyun və iyul aylarında çiçəkləyir və meyvələri  yetişir. Kserofitdir. Şimali İran 
coğrafi  areal  tipinə  daxildir.  Ordubad  rayonunun  Qapıcıq,  Şahbuz  rayonunun  Keçili  kəndinin 
Ağabba, Camalqala ərazilərinin qumlu və daşlı yamaclarda yayılmışdır.   
ƏDƏBİYYAT 
1.
 
İbrahimov  Ə.Ş.,  Qənbərov  D.Ş.  Culfa  rayonunun  Aracıq  dağında  yayılmış  Astracantha 
növləri  və  onların  bioekoloji  xüsusiyyətləri//  AMEA-nın  Naxçıvan  bölməsinin  xəbərləri.  
Naxçıvan, Tusi -2012, №4, s. 73-81 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə