36
maddələri vardır. Bitkinin yerüstü hissəsi aşı maddələri, flavonoidlər, efir yağı, şəkər,
piqmentlərdən ibarətdir. Kök və kökümsovlarında triterpenli saponinlər, qatran, üzvi turşular və
piyli yağlar vardır. Köklərindən alınmı cövhər „kiyev acısının" əsas hissəsidir.
12. Sürtükyarpaq baldırğan- Heracleum pastinacifolium C.Koch. Gövdəsi budaqlı,
yarpaqları pərdəli, üzəri çılpaq arxası tükcüklü, aşağı yarpaqları lələkvari 3-4 cüt seqmentli, aşağı
seqmentlər saplaqlı yuxarıdakılar oturaq, 3 parçalı və ya 2-3 bölümlü paylıdır. Çətir 12-15 şüalı,
ləçəkləri ağdır. D.s.-dən 3000 m yüksəkliyə qədər su kənarlarında geniş yayılmışdır. Yabanı tərəvəz
kimi geniş istifadə olunur. Ç. və m. VI-VII. Orta və yuxarı dağlıq qurşaqlarda meşələrdə,
kolluqlarda, meşə talalarında, bulaq kənarlarında və subalp çəmənliklərdə yayılmışdır. Bitki
nümunələri və toxumları Biçənək kənd ətrafından (1800 m), Küküdağ dərələrindən toplanılmışdır.
Bitkinin köklərində 0,1%, meyvələrində 1,8% efir yağı, kumarinlərdən umbelliferon, sfondin,
berqapten, skopoletin, biakangelisin, marmezin, angelisin, izoberqapten və digərləri nə rast gəlinir.
Hazırda bu baldırğan növlərindən qida məhsullarının hazırlanmasında geniş istifadə edilir.
Baldırğandan müxtəlif salatlar, sup və qatqılar hazırlanır. Yarpaq saplaqları və cavan çiçək zoğları
təzə halda soyularaq yeyilir. Eyni zamanda həmin hissələr duza qoyulur, turşu kimi qışda istifadə
edilir. Adətən may-iyul aylarında bitkilərin yarpaq saplaqları və körpə çiçək zoğları toplanır.
Köklərindən spirtli içki alınır.
13. Adi çaytikanı-Hippophae rhamnoides L. Meyvələrindən əsasən cövhər alınır və
meyvəşirəsindən likor alınır.
14. Adi xamırmaya- Humulus lupulus L. Çoxillik, sarmaşan bitkidir. Gövdəsi sarmaşan,
nadirən yatan, dördtilli, kələkötür və 3-6 m uzunluqdadır. Yarpaqları tam və ya 3-5 paylı, əsası
dərin ürəkvari, kənarları iri dişciklidir. Dişi çiçəklərin çiçək yanlıqları meyvə zamanı birtərəfli
böyüyən, qanadşəkilli, xırda vəzilərlə örtülü, əsası qozacıqla qucaqlanıbdır. Çox. VI-VII. Orta
qurşağın meşə və kolluqlarında rast gəlinir.
Bitkinin yerüstü hissələrinin tərkibində dipenten, 30-50% mirsen, β-kariofillen, geraniol,
borneol, linalol, nerol, limonen, α-pinen, β-pinen, geranilasetat, flavanoidlərdən astraqalin, rutin,
kversitrin, vitaminlərdən B
1
, B
2
, C, karotin, fenolkarbon turşularından n-kumarin, kofein,
flavonoidlərdən kempferol, kversetin, 17% antosian, 3,4% aşı maddələri, palmitin, stearin, olein
kimi yağ turşuları və digər maddələr vardır. Yarpaqları, açılmamış qozaları və cavan gövdələri salat
kimi işlədilir. Bitki pivə və likor istehsalında isatifadə olunur.
15. Zəif dazı- Hypericum perforatum L. Bitki sazı arağının tərkibinnə daxildir.
16. Uca andız-İnula helenium L. Kökləri tərkibindəki maddələrə görə likor və araq
istehsalında istifadə olunur.
17. Adi ardıc –Juniperus communis L. Tünd-yaşıl iynəyarpaqlı kol və ya kiçik ağac bitkisi
olub, hündürlüyü 8m-ə qədərdər. Gövdəsi sıxılmış və ya sallanmışdır. Təzə gövdəsi qırmızımtıl-
qonur, üçtilli, köhnə gövdəsi isə kükürdü-sarı olmaqla, qabığı soyulandır. Yarpaqları uzun xətti-
lansetvari, oturaq, tikanlı və köbəlidir. Erkək çiçəklərinin ölçüsü 2-4mm, sarı rəngli, oturaq olub,
gövdədə keçənilki budaq bərabərliyində yerləşir. Dişi çiçəkləri çoxsaylı, uzunsov-yumurtavari, qısa
ayaqcıqları zirvədə yarpaqların qoltuq tumurcuqlarında yerləşir. Yazdakı meyvələri qabarlı-
pulcuqlu, meyvəyəbənzər llətli hissəyə bitişir və inkişaf edərək iki il qalır. Birinci il yaşıl, ikinci ilin
payızında şarşəkilli, göyümtül-qara olur. Avropa, cənub-qərbi Sibir, Ukrayna, Belarusiya
ərazilərində yayılmışdır. Adi ardıc çöllərdə, yolların kənarlarında və dağlıq ərazilərdə bitir.
Meyvələri avqustun sonundan, oktyabrın sonuna qədər tonlarla toplanılır. Bu dövrdə onun
meyvələrində efir yağı toplanılır. Toplanılan xammal ya yaxşı ventiliyasiya edilən yerlərdə və ya
30
0
C temperaturada quruducu şkafda qurudulmalıdır.
Meyvələrinin tərkibində çoxlu miqdarda şəkər (40%-ə qədər), qatran (9,5%), efir yağı (2%),
mürəkkəb tərkibli rəngləyici maddələr, yağlar, üzvi turşular (alma, qarışqa və sirkə), köklərində aşı
maddələr, efir yağları və askorbin turşusu (266mq%) vardır.
Bitkinin meyvələrinin tərkibində şəkər olduğundan xüsusi dada və iyə malik spirtli içkilər alınır.
18. Şərq alması –Malus orientalis Uglitzk. İri çətirli, 8-9 m hündürlüyündə ağacdır. Qabığı
tutqun-boz rənglidir. Yarpaqları yumurtavari-lansetvari və ya girdə olub, kənarları mişar dişlidir.
Yarpağın alt tərəfi ağ və ya bozumtul tükcüklüdür. Meyvələri girdə, saplağı qısa və tükcüklüdür.
37
Orta qurşağın meşələrində yayılmışdır. Ç. və m. IV,V-VIII,IX. Mezofit. Coğrafi tipi: Qafqaz.
Yayılması: BQ, KQ, Alazan-Əyriçay, Naxçıvan dağlıq. Ümumi yayılması: Kiçik Asiya, İran.
Meyvələrinin şirəsini qıcqırtmaqla alma sirkəsi və spirtli içkilər alınır.
19. Dərman xəşəmbülü-Melilotus officinalis (L.) Pall. Dazı arağının tərkibində daxil olur.
20. Üçyarpaq suyoncası - Menyanthes trifoliata L. Gövdəsi 30-60 sm hündürlüyündə,
aşağı yarpaq-ları uzun saplaqlı, üçlü, tərs yumurtavari uzunsov küt paylı və növbəli düzülübdür.
Əsası uzun qınlıdır. Çiçəkləri gövdə ucundakı sıx fırçadadır. Tac solğun çəhrayı və ya ağ
olub,üçbucaq paylıdır. Subalp qurşağın sulu və bataqlıq ərazilərində rast gəlinir. Hidrofit. Ç.m. VI-
VIII,IX. Coğrafi tipi: Holarktik. Yayılması: Naxçıvan dağlıq. Bitkinin tərkibində acı menyantin
maddəsi vardır. Yarpaqlarının cövhəri narınc arağının, pivə və likorun tərkibinə daxildir.
21. Mussin pişiknanəsi - Nepeta mussini Spreng. Çoxillik, 15-40 sm hündürlükdə, çoxgövdəli
bitkidir.Yarpaqları kiçik, ürəkşəkilli, küt, üst tərəfi bozumtul-yaşıl, alt tərəfi bozumtul, məxməri
tükcüklüdür. Tac bənövşəyi-göyümtüldür. Orta dağlıq qurşağın qayalıq və daşlı ərazilərində
yayılmışdır. Ç. və m. V-VIII,VII-IX. Kserofit. Coğrafi tipi: İberiya. Yayılması: Bütün Azərbaycan.
Ümumi yayılması: Şimali İran. Bitkidən alınmış efir yağı likor və konyakın tərkibin dədaxil olur.
22. Adi qaraqınıq-Origanum vulgare L. Arağın cövhərlənməsində və dazı arağının
tərkibində daxil olur.
23. Adi meşə gilası - Padus avium Mill.( Padus racemosa (Lam.) Gilib.). Hündürlüyü 2-6
m olan koldur. Yarpaqları uzunsov elliptik, sivriləşmiş, xırda mişardişli və çılpaqdır. Salxımı uzun
və əyridir. Ləçəkləri tərs yumurtavari və ağdır. Meyvələri kiçik və qaradır. Orta və yüksək dağlıq
qurşağın meşə və meşə kənarı kolluqlarında rast gəlinir. Ç. və m. VI-VIII. Mezofit. Coğrafi tipi:
Paleoarktik. Yayılması: Naxçıvan dağlıqMeyvələrindən meşəgilası arağı və abrikotin tipli likor
alınır. Əzilmiş meyvələri ağ üzüm şərabının tərkibinə daxil olur.
24. Şərq lələkotu - Pennisetum orientale Rich. Gövdəsi 20-40 sm hündürlükdə və aşağısı
quru qınlarla örtülü birillik bitkidir. Yarpaq qınlarının kənarları kirpikciklidir. Yarpaqları dar-xətti
və burulmuşdur. Çiçək qrupu dar sünbülşəkillidir. Sünbülcüyü əhatə edən cod tüklər bənövşəyi
rəngdədir. Sünbülləri neştərvari, ikinci sünbül pulcuğu üç damarlıdır. Orta dağlıq qurşağın quru
daşlı yamaclarında yayılmışdır. Ç. və m. V-VIII. Kserofit. Coğrafi tipi: Şərqi Aralıq dənizi-İran.
Yayılması: Naxçıvan. Ümumi yayılması: Aralıq dənizi, Iran. Toxumlarından araq alınır.
25. Daşdələn yalançı cirə-Pimpinella saxifraga L. Pivəyə ətirli iy vermək üçün ona əlavə
olunur.
26. Düz qaytarma- Potentilla recta L. Bitkilərin köklərindəki ətirli efir yağları vardır.
Bunun üçün onlardan müxtəlif spirtli içkilərin hazırlanmasında istifadə olunur.
27. Qafqaz armudu - Pyrus caucasica Fed. Cavan budaqları boz qabıqlı və tikanlıdır.
Yarpaqları girdə və ya geniş yumurtavari, əsasən uzunsov, əsası girdə, küt və ya iti uclu, tam kənarlı,
saplağı yarpaq ayasından 2-3 dəfə uzundur. Çiçəklər qalxanda toplanıbdır. Meyvəsi girdə və ya
yastılaşmışdır. Orta dağlıq qurşağın meşələrində yayılmışdır. Ç. və m. IV,V-VII,IX. Mezofit. Coğrafi
tipi: Qafqaz. Yayılması: BQ, KQ, Naxçıvan. Meyvələrindən yaxşı meyvə şərabı və sidr alınır.
İtburnu - Rosa L. Gövdə və budaqları cüt və ya dağınıq tikanlı, yarpaqları tək lələkvari,
kasayarpaqları və ləçəkləri 5, nadirən 4, erkəkcikləri çoxsaylı, dişicik çoxsaylıdır. Yarpaqaltlığı
saplaqlıdır. Qiymətli bəzək və dərman bitkiləridir. Cinsin Azərbaycanda 34, Naxçıvan MR-də 33,
qoruq ərazisində 21 növü yayılmışdır. İtburnu meyvələrindən ətirl və dadlı şərab alınır.
28. Buş itburnusu - Rosa buschiana Chrshan. Gövdəsi tək, zəif budaqlanan, tikanları sıx,
eyni tipli, düz və iynəvaridir. Yarpaq oxu tükcüklü və incə tikanlı, yarpaqcıqları 5 nadirən 7, dar
elliptik, sıx qısa tükcüklü və vəzilidir. Çiçəkləri tək, ləçəkləri solğun çəhrayı, meyvələri oval-
şarşəkillidir. Orta dağlıq və sublp qurşağın meşə kənarı və kolluqlarında yayılmışdır. Qiymətli
dərman bitkisidir. Ç. və m. V,VI-VII. Mezokserofit. Coğ. tipi: Qafqaz. Yayılması: Naxçıvan dağlıq.
29. Yarımkürə itburnu - Rosa haemisphaerica Herrm. Gövdəsi əsası aşağı qaçan iri və
xırda tikanlı, çiçək oxu çılpaq, yarpaqaltlıqları qulaqcıqlı, yarpaqcıqları 5-7, tərs yumurtavari, əsası
pazvari və göyümtül yaşıldır. Çiçəkləri tək və çiçəkaltlıqsızdır. Ləçəkləri kükürdü-sarıdır.
Meyvələri şarşəkilli, sarı və ya narıncıdır. Orta dağlıq qurşağın quru yamaclarında yayılmışdır.
Dostları ilə paylaş: |