38
Meyvə və yarpaqları çay kimi istifadə olunur. Ç. və m. VI-VII. Kseromezofit. Coğafi tipi: Ön
Asiya. Yayılması: Naxçıvan. Ümumi yayılması: Kiçik Asiya, İran.
30. Qraçiya itburnusu - Rosa hracziana Tamamsch. Gövdəsi 80-100 sm hündürlükdə,
əsası birdən genişlənən və az-çox arxaya əyilmiş tikanlı bitkidir. Yarpaqları 7-11 yarpaqcıqlıdır.
Yarpaqaltlıqları qulaqcıqlı, yarpaqcıqları xırda, elliptik və orta damar boyu vəzilidir. Çiçəkləri tək,
mevələri qırmızı və armudvaridir. Orta dağlıq qurşağın quru yamaclarında yayılmışdır. Ç. və m. VI-
VII. Kserofit. Coğafi tipi: Atropatan. Yayılması: Naxçıvan dağlıq.
31. İt itburnusu - Rosa canina L. Orta hündürlükdə koldur. Tikanlarının hamısı eyni, bərk,
əyri və əsası genişlənmişdir. Yarpaqları 5-7 cüt yarpaqcıqlıdır. Yarpaqcıqlar bir və ya ikiqat
mişardişli, hər iki tərəfi çılpaq və vəzisizdir. Çiçəkləri bir və ya 3-5-li qruplar halında olur. Kasa
yarpaqları əsasən qıvrılmışdır. Ləçəkləri böyük və əsasən çəhrayıdır. Orta dağlıq və subalp qurşağın
meşə kənarı və kolluqlarında yayılmışdır. Qiymətli dərman bitkisidir. Ç. və m. V,VI-VII. Mezofit.
Coğrafi tipi: Qərbi Paleoarktik. Yayılması: BQ, KQ, Alazan-Əyriçay, Lənkəran, Naxçıvan. Ümumi
yayılması: Avropa, Afrika, Şimali Amerika.
32. Şərq itburnusu - Rosa orientalis Dupont ex Ser. Hündürlüyü 60-75 sm, incə, iti,
ağımsov-sarımtıl, əsası az genişlənən və az tikanlı bitkidir.Yarpağı 5 yarpaqcıqlı, yarpaq oxu
tükcüklü, yarpaqaltlığın əsası genişlənmiş, yarpaqcığı yumurtavari, hər iki tərəfi sıx tükcüklü və
vəzisizdir. Meyvələri şarşəkilli-tərs yumurtavari və sıx sərt tükvari tikancıqlıdır. Orta dağlıq və
sublp qurşağın qayalıqlarında yayılmışdır. Ç. və m.VI-VII. Kserofit. Coğrafi tipi: Atropatan.
Yayılması: Naxçıvan dağlıq.
33. Azərbaycan itburnusu - Rosa pulverulenta Bieb. Gövdəsi qılvari tikancıqla qarışıq,
bərk, iynə və bizvari qeyri bərabər tikanlıdır. Yarpaq oxu və yarpaqaltlığı vəzili və tikanlı,
yarpaqcıqları 5-7, geniş-oval və ya girdə, alt tərəfi iyli vəzilidir. Çiçəkləri tək və ya 2-3-dür.
Ləçəkləri tutqun çəhrayıdır. Meyvələri oval, qara qırmızı və əsası vəzilidir. Orta dağlıq qurşağın
meşəsiz yamaclarında yayılmışdır. Ç. və m.V,VI-VII. Mezokserofit. Coğrafi tipi: Şərqi Aralıq
dənizi. Yayılması: Naxçıvan dağlıq. Ümumi yayılması:Avropa, Asiya.
34. Nizami itburnusu - Rosa nisami Sosn. Hündürlüyü 120-180 sm olan koldur.
Budaqları arxaya əyilmiş, yastıtəhər birtipli tikanlarla örtülmüşdür. Yarpaqları 7 yarpaqcıqlıdır,
əsas oxu qısa tükcüklərlə və vəzili qarmaqvari tikanlarla örtülmüşdür. Çiçək daşıyan yarpaqaltlığı
uzunsov-neştərşəkilli, yarpağabənzər qulaqcıqlıdır. Çiçəkləri ağ, meyvələri kərpici-qırmızıdır. Orta
dağlıq və subalp qurşağın meşələrində ayılıbdır. Ç. və m. VII-VIII. Mezofit. Coğrafi tipi: Qafqaz.
Yayılması: KQ, Naxçıvan dağlıq.
39
35. Zəngəzur itburnusu - Rosa zangezura P. Jarosch. Gövdəsi eyni tipli, düz, geniş əsası
tikanlı, yarpaqları sıx vəzili, yarpaqaltlıqları qısa iti qulaqcıqlı və kənarları vəzili kirpikciklidir.
Yarpaqcıqları 7, bəzən 5-9, tərs yumurtavari, ellipik, əsası pazvari, hər tərəfi və xüsusən altı iyli
vəzili və kənarları ikiqat vəzili dişciklidir. Çiçəkləri tək və ya 2-3, ləçəkləri ağ və ya solğun
çəhrayıdır. Meyvələri oval və ya geniş ovaldır. Subalp qurşağın çəmən və kolluqlarında rast gəlinir.
Ç. və m. VI-VII. Mezofit. Coğrafi tipi: Atropatan. Yayılması: Şamaxı, Naxçıvan dağlıq.
36. Sıxçiçəkli itburnu - Rosa floribunda Stev. Üzəri eynitipli, əsası enliləşən düz, bəzən
oraqvari əyri tikanlı koldur. Yarpaqları yumşaq tükcüklü, yarpaqaltlıqları qısa və iti qulaqcıqlı, 5-7
ədəd, forması elliptikdən tərs yumurtavariyə qədər dəyişən, üzəri tək-tək tükcüklü, alt tərəfi iyli
vəzili və yumçaq tükcüklüdür. Çiçəkləri tək bəzən 2-3 olur. Ləçəkləri solğun çəhrayıdır. Meyvələri
geniş ovaldan yumurtavariyə qədər dəyişir və bəzən vəzili qopartikanlıdır. Orta dağlıq qurşağın
meşə və kolluqlarında yayılmışdır. Ç. və m. VI-VII. Mezokserofit. Coğrafi tipi: Avropa. Yayılması:
BQ, KQ, Kür-Araz düzənliyi, Lənkəran, Naxçıvan dağlıq. Ümumi yayılması: Krım.
Kəklikotu - Thymus L. Yarım kolcuq bitkilər olub, yarpaqları tam kənarlı, nadirən
dişciklidir. Kasacıq silindrik və ya zəngşəkilli, iki dodaqlı, alt dodaq iki bölümlü, üst dodaq 3
dişciklidir. Kasaclq ağzı sərt tükcüklüdür. Tac iki dodaqlı, bənövşəyi, bənövşəyimtil və ya ağ, üst
dodaq oyuqlu, alt dodaq 3 pərlidir. 4 erkəkciklidir. Azərbaycanda 16 növü, Naxçıvan MR-də 7 növü
yayılmışdır. Müxtəlif növlərindən likor alınır
37. Mehri kəklikotusu - Thymus migricus Klok. & Shost. Gövdəsi 4-12 sm hündürlükdə,
yarpaqları saplaqlı, uzunsov və ya yumurtavari, vəzili nöqtəli, üzəri çılpaq, yandamar qabarıqdır.
Çiçək qrupu uzunsov, kasacığın üst dodağının dişciyi neştərvari və yanları qılcıqvari, tac ağımtıl və
ya parlaq çəhrayımtıldır. Orta dağlıq qurşağın qayalıq ərazilərində yayılmışdır. Ç. və m. VI,VII -
VII,VIII. Kserofit. Coğrafi tipi: Şimali İran. Yayılması: Naxçıvan dağlıq.
38. Təpəlik kəklikotu - Thymus collinus Bieb. Gövdəsi çoxsaylı, budaqlanmış, 10-20 sm
hündürlüyündə və yumşaq tüklü bitkidir. Saplaqlı yarpaqları yumurtavari və ya enli neştərvari olub,
hər iki tərəfi seyrək vəzili-nöqtəlidir. Kasacığın üst dişciyi nisbətən qısadır. Tacı bənövşəyidir. Orta
dağlıq və subalp qurşağın qayalıq ərazilərində yayılmışdır. Ç. və m. VI,VII-VIII. Kserofit. Coğrafi
tipi: Qafqaz. Yayılması: BQ, KQ, Naxçıvan dağlıq.
ƏDƏBİYYAT
1.
Azərbaycan etnoqrafiyası: 3 cilddə, I c., baş red. Bünyadov T.Ə. Bakı: Şərq-Qərb, 2007, 544 s.
2.
Mustafayeva İ.R., İbadullayeva S.C., Ələkbərov R.Ə., İsmayılov A.H., Qasımov H.Z.,
Qasımova Ş.Ş. Farmakoqnoziya botanikanın əsasları ilə. Dərslik. Naxçıvan: Əcəmi, 2015, 668
s.
3.
Seyidov M.M., İbadullayeva S.C., Qasımov H.Z., Salayeva Z.K. Şahbuz Dövlət Təbiət
Qoruğunun flora və bitkiliyi. Elmi metodiki vəsait. Naxçıvan: Əcəni, 2014, 524 s.
4.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri.
Naxçıvan: Əcəmi, 2008, 364 s.
5.
Гроссгейм А.А. Растительные ресурсы Кавказа. Баку: АН Азерб. ССР, 1946, 671 с. 357-
369
ABSTRACT
Hilal Gasimov
Alcoholic drinks and vinegar plants from the flora of the
Nakhchivan Autonomous Republic
Ethnobotany is the research purposes and it reflects human-plant attitude. Ancient people
used plants in their own lifetime widely as herbal, nutrition, clothing, dyeing and established
national-etnobiological characteristics of historical heritage.
Based on research, alcoholic beverages and vinegar plants were identified in the taxonomic
composition: Artemisia absinthium L., Elytrigia repens (L.) Nevski., Berberis iberica Stev. &
Fisch. ex DC., Berberis densiflora Boiss. & Buhse., Berberis vulgaris L., Betula pendula Roth.,
Dostları ilə paylaş: |