82
boruya malikdir. Mürəkkəbçiçəklilər entomofil bitkilərdir. Onların əlvan rəngli və iyli səbəti həşəratları
özünə cəlb edir. Onlar həm zərqanadlılarla, həm də kəpənəklərlə tozlanırlar. Tədris zamanı nəzərə
çatdırılmalıdır ki, bunlar həm də anemofil bitkilərdir, yəni onlar, həmçinin küləklə də tozlanırlar. Belə
ki, buna Yovşan – Artemisia cinsinin bəzi növlərini misal göstərmək olar. Fəsilə növlərinin səbətində
belə uyğunlaşmalar da gedir: 1) kənar çiçəklər steril, daxili çiçəklər ikicinsli; 2) kənar çiçəklər dişi,
daxili çiçəklər ikicinsli; 3) kənar çiçəklər dişi, daxili çiçəklər erkək; 4) bitkilər ikievli olur; 5) bütün
çiçəklər ikicinslidir. 1-ci səbət uyğunlaşması günəbaxan, 2-ci uyğunlaşma adi turacotu, 3-cü dəvə-
dabanı, 4-cü pişik pəncəsi, 5-ci uyğunlaşma isə zəncirotu bitkisində rast gəlinir. Bu haqda ali məktəblər
üçün yazılan dərsliklərdə kifayət qədər məlumat olsa da, orta məktəb dərsliklərində lazımi qədər
məlumata rast gəlmək olmur. Ona görə də müəllim mövzunun dərindən öyrədilməsi üçün həmin
məlumatlardan istifadə etməlidir. Çiçək düsturuna gəldikdə isə qeyd etmək lazımdır ki, bu fəsilənin
çiçək formulu bir neçə düsturla ifadə olunur. Belə ki, boruşəkillilərdə
( )
( )
̅̅̅̅
, dilcik-
şəkillilərdə
( )
( )
( )
̅̅̅̅
, yalançı dilcikşəkillilərdə K
0
və ya
(2)
C
(3)
A
0
( )
̅̅̅̅
, qıfşəkillilərdə isə
K
0
və ya C
(6-9)
A
0
( )
̅̅̅̅
olur.
Mövzunun tədrisində çiçək düsturundakı işarələrin mənasını da açıqlamaq olar. Belə ki,
burada
ü ə ə ( ) - qeyri-müntəzəmlik (ziqomorfluq), - çiçək hissələrin-
də üzvlərin sayı 15-dən çox olduqda bu cür işarələnir(üzvlər bitişik olduqda isə mötərizədə yazılır),
- hermofrodit(ikicinsli) çiçək işarəsi deməkdir.
Tədris zamanı Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan təsərrüfat əhəmiyyətli növlər haqqında
məlumat vermək də faydalıdır. Belə ki, bu növlər arasında dekorativ, balverən, tərəvəz, dərman,
boyaq və s. təsərrüfat əhəmiyyətli bitkilər də vardır. Bunlardan hamıya tanış olan növlər haqqında
aşağıdakı cədvəldə məlumatlar verilmişdir:
Cədvəl 1
Mürəkkəbçiçəklilər fəsiləsinin bəzi təsərrüfat əhəmiyyətli növləri
№
Bitkilərin adları
Dekorativ
Balverən
Tərəvəz
Dərman
Digər
təsərrüfat
1.
Astra
+
+
alkoloid
2.
Andız
+
3.
Boymadərən
+
+
ətriyyat
4.
Çobanyastığı
+
+
efir yağ
5.
Dəvədabanı
+
6.
Eupator
boyaq
7.
Ənginar
+
+
boyaq
8.
Güləvər
+
ədviyyat
9.
Gülümbahar
+
boyaq
10. Zəncirotu
+
11. Yovşan
+
efir yağ
12. Pıtraq
+
+
yağ
13. Günəbaxan
+
yağ
14. Xaçgülü
+
alkaloid
15. İkibaşlı
ədviyyat
16. Kahı
+
+
17. Payızgülü
+
18. Göyçiçək
+
19. Georgin
+
20. Südləyən
+
21. Kasnı
+
Bunlardan başqa, Mürəkkəbçiçəklilər fəsiləsinin Qırmızı kitablara düşən növləri haqda da
məlumat vermək olar. Belə ki, bu fəsilənin 14 növü Azərbaycanın Qırmızı Kitabına, 16 növü isə
Naxçıvanın Qırmızı Kitabına düşmüşdür. Bu növlərdən ikisi həm Azərbaycanın, həm də
83
Naxçıvanın Qırmızı Kitabına düşmüşdür. Bunlara Koçi birəotu və Komarov birəotu bitkisi aiddir.
Qırmızı Kitablara düşən növlərin adı və statusu aşağıdakı cədvəldə əksini tapmışdır:
Cədvəl 2
Mürəkkəbçiçəklilər fəsiləsinin Qırmızı Kitablara düşən növləri və statusu
№
Bitkilərin adları
Statusu
Azərbaycan
Naxçıvan
1.
Ağacvari yovşan
VU C2a(i)
+
2.
Alp asteri
NT
+
3.
Çəhrayı birəotu
VU A2c+3cd
+
4.
İri siserbita
NT
+
5.
İriqanad kuziniya
NT
+
6.
Pallas solmazçiçəyi
VU B2bc(ii,v)
+
7.
Enliyarpaq
təkəsaqqalı
LR [c-Least Concern-LC]
+
8.
Ətrəngi birəotu
VU A2c+3c
+
9.
Gövdəsiz yastıbaş
VU A2c+3c;B1ab(i,iii,iv)
+
10
Gövdəsiz yumaqotu
CR A1a; D
+
11.
Görkəmli yastıbaş
CR A2cd
+
12.
Gözəl telekiya
VU A2c+3cd;B2b(ii,iii) c(ii,iii)
+
13.
Hirkan qızçiçəyi
VU D2
+
14.
Hirkan güləvəri
DD
+
15.
Karyagin yemliyi
EN B1ab(v)
+
16.
Kaspi andızı
VU D2
+
17.
Komarov birəotu
VUA2cd;B1b(ii,iii) c(iv);C1(i)
+
18.
Komarov birəotu
VU A2cd;B1ab(i,iii,iv)c(i,ii,iii)
+
19.
Koçi birəotu
VU A3cd; B1b(iii) c(iv)
+
20.
Koçi birəotu
VU D2
+
21.
Qarabağ güləvəri
DD
+
22.
Qrossheym
təkəsaqqalı
CR B1ac (i)
+
23.
Qrossheym
keçiyemliyi
ENB1ab(i,ii,iii,iv)
+B2ab(i,ii,iii,iv)
+
24.
Müşklü jurinella
CR B2ab(ii)
+
25.
Naxçıvan yemliyi
VU C2a(i)
+
26.
Ordubad birəotu
VU B1ab(i,ii,iv); C1
+
27.
Oraqvari qıfsəbət
LR [c-Least Concern-LC]
+
28.
Parlaq klodexota
VU A2c+3c;B1ab (i,iii,iv)
+
29.
Sosnovski yemliyi
VU C2a(i)
+
30.
Svelyov üçqabırğacığı DD
+
Tədris vaxtı mövzu daha maraqlı olsun deyə, Mürəkkəbçiçəklilərin endem növlərini də qeyd
etmək olar. Belə ki, bu fəsilənin 13 növü endemik bitkidir. Bunlar aşağıdakılardır: Carduus
atropatanicus – Atropatan şeytanqanqalı, Centaurea araxina – Araz güləvəri, Centaurea kobstanica
– Qobustan güləvəri, Centaurea meyeriana – Meyer güləvəri, Centaurea razdorskyi – Razdorski
güləvəri, Crepis karakuschensis – Qaraquş tayaotu, Podospermum grossheimii – Qrosheym
keçiyemliyi, Podospermum kirpicznikovii - Kirpicnikov keçiyemliyi, Scorzonera pulchra – Qəşəng
keçiyemliyi, Solidago talyschensis – Talış qızılsəbəti, Stemmacantha zardabi – Stemmakanta
zərdabı , Tragopogon karyaginii – Karyagin yemliyi, Tragopogon macropogon – Kəkilli yemlik.
Dostları ilə paylaş: |