79
sərtqanadlı isə bitkinin həm vegetativ, həm də generativ orqanaları ilə qidalanaraq buğda bitkisinin
ayrı-ayrı orqanlarının zədələnməsinə, qurumasına, məhsuldarlığın aşağı düşməsinə və hətta ziyan
çox olarsa, bitkinin tamamilə məhv olmasına səbəb olur.
ƏDƏBİYYAT
1.
Azərbaycanın heyvanlar aləmi. Buğumayaqlılar. II cild. Bakı: Elm, 2004, 388s.
2.
Boqaçev A.V. Azərbaycanın kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və onlarla mübarizə
tədbirləri. Bakı: Azərb. EA nəşriyyatı,1953, s.156-161.
3.
Mirzəyeva N.B. Azərbaycanın yarpaqyeyən böcəkləri. Bakı: Elm, 1988, 212 s.
4.
Дунаев Е.А. Методы эколого-энтомологических исследований. Москва: Мосгор СЮН,
1997, 44 с.
5.
Лобанов Л.А. Введение. Жуки (Coleoptera) и колеоптерологи. 1999-2012.
http://www.zin.ru/animalia/coleoptera/rus/intro.htm. Пос. из. стр. сайта – 12 января 2016 г.
6.
Самедов Н.Г. Фауна и билогия жуков, вредящих сельскохозяйственным культурам в
Азербайджане. Баку: АН Азерб. ССР, 1963, 385 с.
7.
Фасулати К.К. Полевое изучение наземных беспозвоночных. Москва: Высшая школа,
1971, 424 с.
ABSTRACT
Gulnar Gahramanova
Akif Bayramov
Harmful influence of beetles (Coleoptera), which spread in grain fields on different organs of
plant
The material of the study was the harmful insects of grain crops in the Ganja-Gazakh region.
Field work was carried out on stationary fields of agrocenoses of winter wheat, located at different
coordinates. According to the peculiarities of the trophic connection from certain 42 species, 25
phytophages, 6 are myxophytophages, 4 are myxozoaphages, 6 are zoophagous and one is
kaprophagous.
It has been determined that the most harmful species for plants which are spread in winter
wheat agrocenosis, belong to Carabidae (Z.tenebrioides longulus R&S, Z.morio morio Mén.,
A.picipes Ol., D.obscurus Dej., H.froelichii Sturm, H.tardus Pan., H.griseus Pan., H.rufipes
DeGeer, H.calceatus Duft., C.melancholicus melancholicus Dej.), Melyridae (E.hirtus L.),
Tenebrionidae (P.daghestanica Reit., P.elongata Men., O.flavipennis Küst.), Scarabaeidae
(A.austriaca Herbst, A.lineatus L., B.leucaspis Lap., O.cinctella Schaum) and Chrysomelidae
(O.melanopus L.) families. The mentioned species infect the generative and vegetative organs of
plants. But the most species harm the wheat grains at the milk and wax ripeness stages. The degree
of damage to each type of pest depends on the biotic and abiotic factors, especially on the quality
and quantity of the forage reserve.
РЕЗЮМЕ
Гюлнар Гахраманова
Акиф Байрамов
Нанесенный вред растениям жесткокрылыми (Coleoptera)на пшеничных полях
Материалом исследования служили вредоносные насекомые зерновых культур в
Ганджа-Газахском регионе. Полевые работы проводились на стационарных полях
агроценозов озимой пшеницы, находящихся на разных координатах. По особенностям
трофической связи из определенных 42 видов 25- фитофаги, 6 – миксофитофаги, 4 –
миксозооафаги, 6 – зоофаги и один капрофаг.
Во время исследований в пшеничных агроценозах были обнаружены в основном виды
из семейства Carabidae (Z.tenebrioides longulus R&S, Z.morio morio Men., A.picipes Ol.,
D.obscurus Dej., H.froelichii Sturm, H.tardus Pan., H.griseus Pan., H.rufipes DeGeer, H.calceatus
80
Duft.,
C.melancholicus
melancholicus
Dej.),
Melyridae
(E.hirtus
L.),
Tenebrionidae
(P.daghestanica Reit., P.elongata Mén., O.flavipennis Küst.), Scarabaeidae (A.austriaca Herbst,
A.lineatus L., B.leucaspis Lap., O.cinctella Schaum) и Chrysomelidae (O.melanopus L.).
Отмеченные виды наносят вред генеративным и вегетативным органам. Но многие виды
наносят ущерб зернам пшеницы во время молочного и воскового периода. Степень
повреждения каждого вида вредителя зависит от биотических и абиотических факторов,
особенно, от качества и количества кормовой базы.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M. Piriyev
81
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
AFAQ ƏLİYEVA
Naxçıvan Dövlət Universiteti
UOT: 372.8/58
MÜRƏKKƏBÇİÇƏKLİLƏR – ASTERACEAE DUMORT FƏSİLƏSİNİN
TƏDRİSİ MƏSƏLƏLƏRİ
Mürəkkəbçiçəklilər fəsiləsi növ sayına görə böyük fəsilələrdən biridir. Fəsilə dünyada
Səhləbkimilərdən sonra ikinci yeri tutur. Biologiyanın tədrisində sözügedən fəsilənin sistematikada
yerinin müəyyənləşdirilməsi əsas məsələlərdən biridir. Bu baxımdan, öncə sistematika ilə bağlı
aşağıdakı məlumat diqqətə çatdırılsa, faydalı olar:
Aləm: Bitkilər
Şöbə: Örtülütoxumlular
Sinif: İkiləpəlilər
Sıra: Astraçiçəklilər
Fəsilə: Mürəkkəbçiçəklilər.
Tədris prosesində bu fəsilənin iki yarımfəsiləsinin olduğu da yada salınmalıdır. Yarımfəsilələr
bunlardır: 1. Boruçiçəklilər – Tubuliflorae və ya Asteroideae. 2. Dilcikçiçəklilər – Liguliflorae və
ya Cicborioideae. Həmçinin fəsilənin cinsləri 12-13 tribada yerləşir. Tədris prosesində fəsilənin
xarakterik tribaları haqqında da danışmaq lazımdır:
1.Günəbaxan – Heliantheae
2. Çobanyastığı – Anthemideae
3. Artişok – Cynareae
4. Mutiza – Mutisieae
5. Kasnı (Südləmə) – Cichorieae (Lactuceae)
Mürəkkəbçiçəklilər fəsiləsinin dünyada 1200-ə qədər cinsi, 24000-ə yaxın növü yayılmışdır.
Azərbaycanda 117 cinsdə toplanan 650 növü vardır. Mövzunun sistematikasının məlumatı zamanı
fəsilənin Naxçıvan Muxtar Respublikasında olan cins və növlərinin sayının da vurğulanması daha
maraqlı olar. Bu baxımdan, qeyd etmək lazımdır ki, fəsilənin muxtar Respublikada 89 cinsə daxil
olan 437 növü məlumdur.
Mürəkkəbçiçəklilər fəsiləsinin nümayəndələri bütün iqlim qurşaqlarında yayılmışdır. Mülayim
iqlimə malik ərazilərdə çoxillik ot və kol nümayəndələri bitir. Qeyd etmək olar ki, bunlar hiqrofil və
hidrofil yerlərdə çox az rast gəlinir. Fəsilənin birillik növləri quru dağətəyi yerlərdə, savannalarda
yayılmışdır. Ağac və lian formalarına isə tropik və subtropik zonalarda rast gəlmək olur.
Fəsilənin öyrədilməsi prosesində onun nümayəndələrinin xarakterik əlamətləri məsələsinə də
diqqət yetirmək lazımdır. Belə ki, bu fəsiləyə aid olan növlərdə süd borularının və inulin maddə-
sinin olması xarakterik əlamətdir. Mayalanma olmadan toxumun əmələ gəlməsi (Apomiksis) də
fəsilə nümayəndələrində geniş yayılmışdır. Çiçək qrupu səbət çiçək qrupudur.
Həyat formalarına görə Asteraceae Dumort fəsiləsinə daxil olan nümayəndələr ot, yarımkol,
kol, lian və ağac bitkilərdir. Mövzunun öyrədilməsi prosesində onun çiçəkləri də unudulmamalıdır.
Fəsilənin generativ orqanlarından olan çiçəklərin quruluş xüsusiyyətlərinə gəldikdə, demək olar
ki, bura aid olan növlərin kasacığı olmur. Onun əvəzinə tükcüklərdən, pulcuqlardan ibarət kəkil olur.
Tədris zamanı qeyd etmək olar ki, kəkil – pappus deməkdir, yəni onun bəzi elmi ədəbiyyatlarda pappus
adlandırılması bununla əlaqədardır. Kasacığın funksiyasını çiçək yanlığı yerinə yetirir. Çiçək tacı
beşüzvlü, bitişik yarpaqdan ibarət olur. Tacın 5 tipi məlumdur: boruşəkilli, dilcikşəkilli, ikidodaqlı
dilcikşəkilli, yalançı dilcikşəkilli, qıfvari. Beş ədəd erkəkciyi vardır. Çiçəyin erkəkcikləri tacın borusuna
bitişmişdir. Dişiciyi bir ədəddir və iki meyvə yarpağından əmələ gəlmişdir. Yumurtalığı bir yuvalıdır və
alt vəziyyətdə olur. Meyvələri toxumca meyvədir. Qeyd etmək olar ki, bu bitkilərin toxumları
endospermsizdir. Çiçəkləri ali quruluşlu səbət çiçək qrupunda sıx yerləşir. Səbətdəki kənar çiçəklər orta
çiçəklərdən fərqli olur. Belə ki, kənar çiçəklərin tacı dilcik formasındadır, orta çiçəklərin tacı isə dişcikli
Dostları ilə paylaş: |