72
qida duzlarını, o cümlədən kükürdüun bitki orqanizminə daxil olmasını bitkinin mayalanmasını
asanlaşdırır[8,s.152-153]. Ə. N. Güləhmədov, M.H. Abutalıbov, A.X. Tağızadə, İ. Bünyatov və N.İ.
Qazıyevanın təcrübələrində müəyyən edilmişdir ki, sink gübrələri ilə yemləndirilən bitkilərdə
meyvə orqanlarının tökülməsi olduqca aşağı salınmışdır. L.P.Tropina öyrənmişdir ki, sink elementi
bitki toxumlarının cücərmə enerjisini artırır, cücərtilərin soyuğa davamlılığını təmin etməklə
böyüməsini xeyli surətləndirir və duza davamlılığını artırır, məhsuldarlığı yüksəldir[1,s.10-11].
Sink çatışmadıqda bitkidə boy maddələri (auksin) azlığından onun böyüməsi ləngiyir. Sink bütün
kənd təsərrüfatı bitkilərinin məhsulunun keyfiyyətini yaxşılaşdırır [3,s.14-15].
Material və metodika: Təcrübələrin qoyulmasında Ə.C. Musayev, H.S. Hüseynov və Z.A.
Məmmədovun “Dənli-taxıl bitkilərinin seleksiyası sahəsində tədqiqat işlərinə dair tarla təcrübələrinin
metodikası”-dan [5,s.3-84], riyazi hesablamalar isə: McKee, G.W. 1964. A coefficient for computing
leaf area in hybrid corn. Agron. J. 56: 240-241 kitablarındakı metodikaya görə aparılmışdır. Bitkilərə
qulluq region üçün ümumi qəbul edilmiş aqrotexniki qayda əsasında aparılmışdır.
Eksperimental hissə: Tədqiqat işinin aparılmasında əsas məqsədimiz Naxçıvan Muxtar
Respublikası şəraitində mineral gübrələrin və mikroelementlərin qarğidalı bitkisinin yarpaq səthinə
təsirini öyrənməkdir. Tədqiqat materialı olaraq qarğıdalı bitkisinin Azərbaycan ETƏİ-dən alınmış
Dişşəkilli-Zea mays indentata yarımnövünə aid „Zaqatala-68” sortu götürülmüşdür. Təcrübələr
Akademik Həsən Ə. Əliyev adına „Araz” EİB-nin Şərur dayaq məntəqəsində qədimdən suvarılan
çəmən-boz torpaqlar şəraitində aparılmışdır. Təcrübə ilində qarğıdalının sələfi yonca bitkisi
olmuşdur. Qarğıdalı bitkisi qida maddələrinə daha tələbkar olduğu üçün metodikaya uyğun olaraq
gübrə normalarının (P K) 30%-i verilərək sahə 27-30 sm dərinlikdə şumlanmışdır. Erkən yazda
alaq otlarının cücərtilərini məhv etmək üçün sahə malalanmışdır. . Fosfor kalium gubrə nrmalarının
qalan 70% -i isə səpinqabağı torpağa verildikdən sonra sahəyə 30 x 70 sxemi üzrə qarğıdalı toxumu
səpilmişdir. Səpin 15 aprel 2016-ci ildə keçirilmiş 16 aprel 2016-ci il tarixində təcrübə sahəsinə
torpaq suyu verilmişdir. Metodikaya uyğun olaraq „Zaqatala-68” qarğıdalı sortundan istifadə
olunmaqla nəzarətə görə 1-ci sxemdə N
120
P
60
K
90
(fon) və 2-ci sxemdə isə N
150
P
90
K
90
(fon) mineral
gübrə normaları fonunda 5kq Mg, 5kq Cu, 5kq Zn mikroelementləri ilə yemləndirilən qarğıdalı
bitkisinin yarpaq səthinə təsiri öyrənilmişdir. Təcrübə iki sxemdə dörd təkrarda qoyulmuşdur. Hər
təkrarda beş variant və hər variantın sahəsi 50 m² olmuşdur. Təcrübənin birinci sxemində nəzarət
(gübrəsiz) N
120
P
60
K
90
(fon) və fon əsasında 5kq Mg, 5kq Cu, 5kq Zn mikroelementləri ilə
qidalanmanın təsiri öyrənilmişdir. Təcrübənin ikinci sxemində isə nəzarətə görə N
150
P
90
K
90
(fon ) və
fona görə 5kq Mg, 5kq Cu, 5kq Zn mikroelemetləri ilə qidalanmanın təsiri öyrənilmişdir. Tədqiqat
zamanı təcrübə sahəsində qarğıdalı bitkisi üzərində metodikaya əsasən fenoloji müşahidələr və
biometrik ölçmələr aparılmışdır. Aqrotexniki qulluq işləri ardıcıl olaraq yerinə yetirilmişdir. Azot
gübrə norması isə vegetasiya dövründə nəzarət variantından başqa bütün variantlara mikrogübrə ilə
birlikdə yemləmə şəklində iki dəfəyə verilmişdir. Təcrübə sahəsində alaq otlarına qarşı bütün
variantlarda Türkiyə istehsalı olan “PlatinAgro” firmasına məxsus “Otason 40 SC” preparatından
istifadə olunmuşdur. Təcrübə sahəsinə vegetasiya su normaları vaxtı-vaxtında verilmişdir.
Cərgəarası becərilmə işləri isə hər suvarılmadan 3-4 gün sonra aparılmışdır. Xəstəlik və
ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görülmüşdür. Qarğıdalı bitkisinin yarpaq səthinin ölçüləri
qıçaların süd yetişkənlik fazasında aparılmış və aralarında olan fərqin hektara nisbəti
hesablanmışdır. Təcrübənin I sxemi üzrə cədvəldən göründüyü kimi nəzarət gübrəsiz variantında
bitkinin yarpaq səthinin ölçüsü 571 sm² olduğu halda N
120
P
60
K
90
(fon) variantında 704 sm²
olmuşdur. Mikroelement tətbiq olunan variantda N
120
P
60
K
90
(fon) +5kq Mg variantında bitkinin
yarpaq səthinin ölçüsü 823 sm², N
120
P
60
K
90
(fon)+5kq Cu variantında 929 sm², N
120
P
60
K
90
(fon) +Zn
variantında isə 1014 sm² olmuşdur (Cədvəl). Təcrübənin II sxemində cədvəldən göründüyü kimi
nəzarət gübrəsiz variantında bitkinin yarpaq səthinin ölçüsü 570 sm² olduğu halda N
150
P
90
K
90
(fon)
variantında bitkinin yarpaq səthinin ölçüsü orta hesabla 838 sm² olmuşdur. Mineral gübrələr
fonunda mikroelement tətbiq olunan variantda N
150
P
90
K
90
(fon)+5kq Mg variantda qarğıdalı
bitkisinin yarpaq səthinin ölçüsü 967 sm², N
150
P
90
K
90
(fon)+5kq Cu variantında bitkinin yarpaq
səthinin ölçüsü 1020sm², N
150
P
90
K
90
(fon)+5kq Zn variantında isə bitkinin yarpaq səthinin ölçüsü
1109 sm² olmuşdur. Burada həm 1-ci, həm də 2-ci əkin sxemlərində nəzarətə və fona görə müxtəlif
Dostları ilə paylaş: |