68
yazımdır. Quru xammal zəif narkotik iyə malikdir. Xammalın öz keyfiyyətini saxlama müddəti 2
ildir. Spazmolitik və astma əleyhinə təsirlidir.
Tərkibindəki alkaloidlərə görə qara batbat xammalı M-xolinolitik təsir göstərməklə yanaşı,
həm də bağırsaqların, öd kisəsi, sidik və tənəffüs yollarının saya əzələlərinin spazmını da aradan
qaldırır. Bitki xammalında olan skopolaminin miqdarından asılı olaraq, onun mərkəzi sinir
sisteminə təsiri birmənalı deyildir. Skopolamin sedativ təsirə malik olub, kiçik dozada mərkəzi sinir
sisteminə, xüsusən də baş beyin qabığına demək olar ki, təsir etmədiyi halda, miqdarı artdıqca beyin
qabığının hərəki zonalarında oyanmaları tormozlayır.
V. Petkov digər müəlliflərlə birlikdə qara batbat bitkisinin qalen preparatlarının azan sinirlərin
tonusunu zəiflədərək sakitləşdirici effekt yaratdığını, bu preparatlardan spastik öskürəkdə, bronxial
astma, mədə və 12-barmaq bağırsaq yaralarında istifadə olunduğunu, habelə qara batbat həlimi
miozit, nevralgiya, hematoma xəstəliklərində dəriyə sürtməklə istifadə edilir.
D.A. Muravyeva digər müəlliflərlə birlikdə qara batbat bitkisi yağının revmatizm və
nevralgiyada effektli olduğunu göstərmişlər. Əbu Əli İbn Sina batbat cinsinin H. albus L., H.
aureus L. və H. niger L. növlərindən dərman məqsədi ilə istifadə etmişdir. İbn Sinaya görə qara
batbat quru və soyuq təbiətə malik olub, yarpaqları ağrıları sakitləşdirir, qanı qatılaşdırır.
Qatılaşdırılmış şirəsi hamiləlikdən sonra süd vəziyərində yaranan şişlərin çəkilməsinə səbəb olur.
Xalq təbabəti mənbələrində də ağ çiçəkli batbatdan daha çox istifadə edilməsi, onun oynaq
ağrıları hallarında faydalı olduğu, batbat şirəsindən arpa unu ilə təpitmə düzəldib isti halda şişlərə,
qulaq ağrısına və mastitə (süd vəzisinin iltihabı) qarşı işlədildiyi qeyd edilir. Qara batbat bitkisinin
yarpaqları astma xəstəliyinə qarşı tətbiq edilən "Astmatol" kompleks preparatının tərkibinə daxildir.
Qara batbat bitkisi çox zəhərlidir. Odur ki, onun preparatları yalnız həkimin icazəsi və nəzarəti
altında qəbul edilməlidir.
Aci - şirin qaragilə - Solanum dulcamara l. Bu bitki Badımcankimilər – Solanaceae Adans.
fəsiləsinin Qaragilə - Solanum L. cinsinə daxildir. Cinsin Arktika və Antarktikadan başqa Yer
kürəsinin bütün ərazilərində, xüsusilə də tropik və subtropik zonanın Qərb yarımkürəsində yayılmış
2000-ə qədər növündən Qafqazda 13, Azərbaycanda 8 (onlardan 2 növü mədəni şəkildə becərilir), o
cümlədən Naxçıvan MR-də isə 6 növünə rast gəlinir.
Yarımkol bitkisidir. Əsasından güclü budaqlanan, oduncaqlı, sürünən gövdəsi 0,3-1,5 (2-3) m
hündürlüyündə, 2-2,5 (5) sm qalınlığında dırmaşan, girintili-çıxıntılıdır. Cavan bitkiləri sarı-qırmızı,
uzunsov qırışıqlı, qabıqlı, çoxillik, budaqları aralanmış, seyrək tükcüklü, yaxud çılpaqdır.
Yarpaqları 2,5-12 sm uzunluğunda, 0,6-10 sm enində, birtərəfi az tükcüklü, bəzən çılpaq, orta
dərəcəli damarlanmış, yumurtavari və ya neştərşəkilli, itiuclu, zirvə yarpaqları iri, qalan yarpaqları
bütövdür. Çiçəkləri 6-25(30) ədəd, qalxan çiçək qrupunda toplanmışdır. Çiçək qrupunun uzunluğu
2-5,5 sm-ə çatır, tək-tək tükcükləri vardır, və ya adətən çilpaqdır. Erkəkcik saplağı qısadır. Meyvəsi
al-qırmızı (bəzən yaşıl-sarı), parlaq, yumurtavari və ya ellipsşəkilli, küt və ya bəzən itiuclu, (6) 7-
12 mm uzunluğunda, (4,5) 5-8 mm enində olub, böyrəkvari, yastı və kiçik torludur. Çiçəkləmə vaxtı
iyun- sentyabr, meyvəvermə vaxtı iyul-sentyabr aylarını əhatə edir. Meşə və pöhrəli kolluqlarda,
çay sahillərində, göl və nohurlarda, rütubətli çəmənliklərdə rast gəlinir.
Tərkibi steroid və alkaloidlərdən ibarətdir. Yerüstü hissələrinin tərkibində tiqonenin alkaloidi
vardır. Gövdəsində steroidlərdən - sitosterin, stiqmasterin, kampesterin, brassikasterin və
izofukosterin tapılmışdır. Yarpaqlarında triterpenoidlər, steroidlər, alkaloidlər, fenol-karbon turşusu,
flavonoidlər, ali alifatik karbohidrogenlər, ali yağ turşuları, çiçəklərində isə alkaloidlər vardır.
Meyvələrində karotinoidlər (fitifluin, β-karotin, zeakarotin, likopin, kriptoksantin), steroidlər
(sitosterin, stiqmasterin, kampesterin, brassikasterin, izofukosterin), toxumlarının tərkibində triter-
penoidlər, steroidlər, alkaloidlər, piyli yağlar, ali yağ turşuları (laurin, miristin, palmitin) və
fosfolipidlər (0,12%) vardır. Yetişməmiş meyvələrindən alınmış solanin, çiçəklərindən alınmış
solasodin və beta solamarin alkaloidləri antidermatit aktivliyə malik olmaqla, xroniki ekzemada və
irinli çibanda istifadə olunur.
Naxçıvan Muxtar Respublikasının florasında yayılan bu bitki növləri geniş əraziləri əhatə
etdiyindən təbii ehtiyatı boldur. Günəş radiasiyası yüksək olan bu regionda bitkilərin tərkibi bioloji
aktiv maddələrlə zəngindir və tibbdə istifadə olunması məqsədəuyğundur.
69
ƏDƏBİYYAT
1.
Qurbanov E.M. Dərman bitkiləri. Bakı, 2009, 360 s.
2.
Qurbanov E.M. Ali bitkilər sistematikası. Bakı, 2009, 420 s.
3.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri.
Naxçıvan, Əcəmi NPB, 2008, 364 s.
4.
Talıbov T.H., İbrahimov Ə.Ş. Ə.M. İbrahimov və s. Naxçıvan Muxtar Respublikasının
dərman bitkiləri. Naxçıvan, Əcəmi NPB, 2014, 432 s.
5.
Talıbov T.H., Səfərova F.A. Naxçıvan Muxtar Respublikası otlaqlarında yayılmış bəzi
zərərli və zəhərli bitkilər, NDU Elmi əsərləri. Naxçıvan: Qeyrət, 2010, №1, s. 42- 48
6.
Gürgen A.R. Türkiyenin onemli zehirli bitkileri. İstanbul: Hüsünütabiat Basımevi,1946, 81 s
7.
Дударь А.К. Ядовитые и вредные растения лугов, сенокосов, пастбищ. Москва, 1970
8.
Исмаилов Н.М. Алкалоидоносные растения Азербайджанской ССР. Баку, Элм, 1975,
199 с.
9.
Кулиев А.М. Ядовитые и вредные растения Азербайджана и меры борьбы с ними.
Баку, Азернешр, 1964, 282 с.
ABSTRACT
Farida Safarova
The flora of the Nakhchivan Autonomous Republic - the family Solanaceae Adans. of
toxic kind of role in medicine
İn the world famili Solanaceae Adans. widespread. To this family includes some 2900
species on earth. İn Azerbaijan 10 genus represented some 25 species of, 8 genus belonging to 19
species can be found the Nakhichevan Autonomous Republic. This species from 5 genus belonging
to 5 species of biologically active substances are rich and is used in medicine.
These plants genus Capsicum L, included Capsicum lannuum I . genus Datura L. included
Datura stramonium l., genus Hyoscyamus L. included Hyoscyamus niger l., genus Nicotiana L.
included Nicotiana tabacum l. and genus Solanum L. included Solanum dulcamara l. species in
this article, studied the chemical composition of natural resources and medical importance.
РЕЗЮМЕ
Фарида Сафарова
Pоль в медицине ядовитыx предтcтавителей семейства Solanaceae Adans.
pаспространенныx в флоре Нахчыванской Автономной Республики
И семейству Solanaceae Adans. oчень широкое распространение в мире. На Земле
этому семейству относятся около 2900 видов. В азербайджане 10 до 25 видов, относящихся к
8 родам, а в Нахчыванской Автономной Республике - 19 вида встречаются представлен
полом. Этих 5 семейству, 5 вида, относящихся к составе богата биологически активных
веществ и используются в медицине.
В эти растения Capsicum L. принадлежит родам Capsicum annuum l, Datura L.
принадлежит к роду Datura stramonium l., Hyoscyamus L. принадлежит к роду Hyoscyamus
niger l., Nicotiana L. принадлежит к роду Nicotiana tabacum l., Solanum L. принадлежит к
роду Solanum dulcamara l. что статья их химического состава, природные ресурсы и
медицинское значение было исследованные.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M. Piriyev
Dostları ilə paylaş: |