70
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
FİKRƏT HƏSƏNOV
Akademik Həsən Əliyev adına “Araz” EİB-nin Şərur dayaq məntəqəsi
fikrethesenov1967@box.az
UOT:633/635; 633.1
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ MİNERAL GÜBRƏLƏR
FONUNDA MİKROELEMENTLƏRİN QARĞIDALI BİTKİSİNİN
YARPAQ SƏTHİNƏ TƏSİRİ
Açar sözlər: qarğıdalı, mineral gübrələr, mikroelementlər, qidalanma, yarpaq səthi , ,,Zaqatala-
68”, əkin sxemi
Key words: corn, mineral fertilizers, microelements, nutrition, leaf surface,, Zagatala-68 ",
planting scheme.
Ключевые слова: кукуруза, минеральные удобрения, микроэлементы, площади листьев,
Закаталы-68, схема посадки, питания.
Dünyada əhalinin ərzaq təminatında ciddi problemlərin yaşandığı hazırkı dövrdə bir çox
ölkələrdə kənd təsərrüfatı ən qabaqcıl “cəbhə” adlandırılır və hətta o, müdafiə sistemi ilə eyni
əhəmiyyətli sahə kimi dəyərləndirilərək, dövlət siyasətinin vacib prioriteti sayılır. Bəşəriyyətin qida
məhsullarına artan tələbatının ödənilməsində kənd təsarrüfatının əsas sahəsi olan bitkiçilik böyük
əhəmiyyət kəsb edir. Tələbatı daxili istehsal hesabına tam ödəmək üçün bitkiçilikdə qarşıya qoyulan
hədəf hektardan məhsuldarlığı yüksəltməkdir. Odur ki, bitkiçiliyin bütün sahələrində olduğu kimi
qarğıdalı sahəsində də bitkinin məhsuldarlıq elementlərinin artırılmasında mineral elementlərin
tətbiqi böyük əhəmiyyət kəsb edir. Mineral elementlər bitki orqanizminə daxil olub, onda hərəkət
etməklə bərabər, həm də üzvi maddələrin tərkibinə daxil olur, onların sintezlərində və
dəyişmələrində iştirak edirlər. Üzvi maddələrin əmələ gəlməsinin ilkin mənbəyi isə fotosintezdir.
Fotosintez və mineral qida bitkidə iki ayrıca prosesdir, bu iki proses bitkinin müxtəlif orqanlarında
yarpaqda, kökdə həyata keçirilir. Deməli bu iki proses bir-biri ilə çox əlaqədardır, yəni fotosintezsiz
bitkilərin mineral maddələrlə qidalanması mümükün ola bilməz. Buradan belə nəticə çıxır ki,
fotosintezsiz məhsul almaq mümükün olmadığı kimi, mineral elementlərsiz də bitki məhsul verə
bilməz. Deməli fotosintezlə mineral qidalanma birlikdə bitkinin qida sistemini təşkil edir və onlar
biri-birini tamamlayırlar[3,s.21-22]. Qarğıdalı bitkisi torpaqda onun tələb etdiyi hər cür qida
maddələrinin olmasını çox sevir. Qarğıdalının qida maddələrinə yüksək tələbatı hər cür torpaqda
özünü göstərir. Buna görə də gübrə vermədən qarğıdalıdan yüksək məhsul götürmək mümkün
deyil[6,s.12-13]. Qarğıdalının qidalanması uzun müddət, yəni cücərtilər alınandan başlayaraq mum
yetişkənliyinədək davam edir. Buna görə də mineral qida maddələri bitkinin bütün həyatı boyu
onun boy atmasına, inkişafına, məhsul verməsinə təsir göstərir[6,s.60-61].
Ayrı – ayrı qida maddələrini qarğıdalı bitkisinin həyatındakı rolu:
Azot - bitkilərin zəruri qida elementi olmaqla proteinin, amin turşularının, zülalların
tərkibinə daxildir və canlı hüceyrə protoplazmasının əsasını təşkil edir. Atmosfer havasında 78
faizədək azot olmasına baxmayaraq, bitkilər onu ancaq sərbəst və müştərərk yaşayan bakteriyalar
minerallaşdırdıqdan sonra nitrat, nitrit və ammonyak fornasında qəbul edirlər. Bu yolla bitkilərin
azota olan tələbi ancaq 2 % ödənilir. Bitkilər azotun qalan hissəsini torpağın təbii ehtiyyatlarından
və səpilən mineral gübrələrdən qəbul edir. Azotun miqdarının artıq olması bitkilərin vegetasiya
müddətinin uzanmasına səbəb olur[2,s.91-92]. Azot bitkidəki zülalın əsas hissəsini təşkil etməklə,
qarğıdalı bitkisinə muəyyən təsir göstərir və bu bitkinin qidalanmasında özünün böhran dövrü olur.
Bu, erkək və dişi çiçəklərin əmələ gəldiyi dövrə təsadüf edir. Bu dövrdə azotla təmin olma qarğıdalı
bitkisinin bar orqanlarının inkişafına və onun boy artmasına muəyyən təsir göstərir. Azota olan
tələbin ikinci böhran dövrü süpürgəatma fazasından iki-üç həftə qabaqkı vaxtdır, bu zaman o,
hektar hesabı ilə hər gün torpaqdan 3,5-6,0 kq azot mənimsəyir[7,s.10-11].
71
Fosfor - qarğıdalı dəninin tam yetişməsi dövrünə qədər bitkiyə lazim olan zəruri elementdir.
Fosfora tələbat bitkinin həyatının ilk günlərindən başlayır. Kök sisteminin yaxşı inkişaf etməsində,
xarici mühitin əlverişsiz şəratinə qarşı davamlı olmasında və qarğıdalı bitkisinin dənində azotsuz
ekstraktiv
maddələrin
toplanmasında fosforun əhəmiyyəti böyükdür[4,s.150-151]. Fosfor
nukleoproteidlərin, adenozinfosfatların və zülalların tərkibinə daxil olmaqla bitkilərin böyümə və
inkişafına ciddi təsir göstərir. Bitkilərin yetişmə prosesini gücləndirir. Torpaqda azota nisbətən, fosforun
miqdarı azdır və çətin mənimsənilən formada olur. Ona görə də bitkilərin fosfora olan tələbatı əsasən
mineral gübrələrin hesabına ödənilir[2,s.90-91]. Fosforun bitkinin həyatında fizioloji əhəmiyyəti ondan
ibarətdir ki, o, bitkidə fotosintez və tənəffüs prosesinin güclənməsinə, yəni sulu karbonların
toplanmasına və onların hərəkətinə, zülal birləşmələrinin əmələ gəlməsinə səbəb olur. Fosfor azot və
kükürdlə birlikdə həmişə zülalın tərkibində olur və bitkinin ilk boy-atma və inkişaf dövründə istifadə
olunur[3,s.10-11]. Fosfor gübrələrinin verilməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin vegetasiya
müddəti azalır, onlar tez çiçəkləyir, tez yetişir və bol məhsul verirlər[8,s.228-229].
Kalium - hüceyrənin su saxlamaq qabiliyyətini artırmaqla yanaşı xlorofilin, zülalların,
yağların və şəkərlərin əmələ gəlməsinə müsbət təsir edir. Bitkilərdə gedən maddələr mübadiləsini
gücləndirir. Kalium transpriasiyanı azaldır, bitkilərin quraqlığa, soyuğa, yatmaya və xəstəliklərə
davamlılığını artırır. Əksər torpaqlarda kaliumun miqdarı azot və fosfora nisbətən çox olur[2,s.90-
91] Bir sıra tədqiqatçılar göstərirlər ki, kalium zülalın, nişastanın, xlorofilin, yağın sintez
olunmasına müsbət təsir edir və fotosintez prosesini gücləndirir. Kaliumsuz nə ali, nə də ibtidai
bitkilər inkişaf edə bilməz[3,s.11-12]. Gübrələr kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını
artırmaq üçün tətbiq edilən tədbirlərdən ən güclüsüdür. Gübrələri becərmə texnologiyasını və
üsulunu düzgün müəyyən etməklə becərilən bitkinin normal inkişafını təmin etmək
mümkündür[9,s.31-32]. Bitkilərin həyatında makroelementlərlə yanaşı, mikroelementlər də böyük
əhəmiyyətə malikdir. Torpaqda mikroelementlər çatışmadıqda kənd təsərrüfatı bitkilərindən yüksək
və keyfiyyətli məhsul almaq mümkün deyildir. Mikroelementlər kənd təsərrüfatı bitkilərinin hər cür
xəstəliklərə, quraqliğa və şaxtaya qarşı davamlılığını artırır. Mikroelementlər birirnci növbədə
bitkilərin yaşayışı üçün, vacib və həyati əhəmiyyətə malik olan tənəffüs və fotosintez proseslərinin
getməsinə səbəb olan oksidləşmə-reduksiya reaksiyalarında böyük rol oynayır. Bir sıra
mikroelementlər bitkilərdə maddələr mübadiləsinin normal davam etməsinə fəal kömək edən
fermentlərin tərkibinə daxildir[1,s.5-6].
Maqnezium - difosforlu efirlərin şəkərlərin əmələ gəlməsində katalizator olmaqla bərabər
xlorofilin tərkibinə daxildir[2,s.92-93]. Maqnezium fotosintez prosesində fəal iştirak edir. Bundan
başqa maqnezium bitki hüceyrələrində gedən maddələr mübadiləsində böyük rol oynayır, bitkidə
bərpaedici prosesi gücləndirir. Maqnezium bitkidə əmələ gələn bir sıra üzvi maddələrin tərkibinə
daxildir . Torpağa maqnezium verdikdə qarğıdalının umumi məhsulunda qıçaların sayı xeyli artır,
bitki toxumlarındakı quru maddənin miqdarı çoxalır[7,s.6-7]. Maqaneziumun bitkilərdə struktur
yaratma rolundan başqa hüceyrə orqanlarının tərkibinə daxil olaraq funksional rol oynayır. Bu
elementin bitkilərin metobolizmasının inkişafina, boy atmasına və biokimyəvi proseslərində birbaşa
əlaqəsinin olduğu müəyyən olunmuşdur[11,s.3-4].
Mis - bir mikroelement kimi bitkiçilikdə də böyük əhəmiyyətə malikdir. Mis bitkidə gedən
fizioloji-biokimyəvi proseslərə müsbət təsir edir. Bir sıra oksidləşdirici fermentlərin tərkibi zülal
molekulunun misli birləşməsindən ibarətdir. Q.D. Zabluda və M.M Okunsov isbat etmişlər ki, mis
bitki yarpaqlarında xlorofilin miqdarını artırır, onda möhkəmlik yaratmaqla dağılmaqdan qoruyur,
və bitkilərdə fotosintezin normal getməsinə səbəb olur[1,s.10-11]. Mis tənəffüsün intensivliyini,
karbon mübadiləsini yuksəldir. Torpağa mis verdikdə bitki yarpaqlarında xlorofil çoxalır beləliklə
xloroz aradan qalxır[3,s.14-15]. Mis bitkilərin quraqlığa, şaxtaya və bəzi bakterial xətəliklərə qarşı
davamlı olmasına səbəb olur. M.N Abutalıbov öyrənmişdir ki, mis elementi yarpaqlarda şəkərin
toplanmasına müsbət təsir edir. İ.V Mosolovun məlumatına əsasən demək olar ki, bitkilərin
yarpaqlarında misin təsirindən zülal mübadiləsi normal gedir. F.E. Malenyev göstərir ki, mis
elementi ilə yemləndirilən bitkilərdə göbələk xəstəliyi az yayılır[1,s.11- 12].
Sink - tədqiqatlarla müəyyən edilmişdir ki, sink mikroelementi bitkilərdə şəkərin miqdarını
artırır, azotun mənimsənilməsini asanlaşdırır, zülal və sulu karbonların mubadiləsini nizamlayır,
Dostları ilə paylaş: |