Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   36   37   38   39   40   41   42   43   ...   164

84 
vermişdir  (7.s.215-216).  Bölgədəki  yaşayış  yerlərinin  adlarının  türkcə  olduğunu  təsdiqləyən  erməni 
tarixçilərindən  olan  Z.Qorqodyan  1932-ci  ildə  Yerevanda  nəşr  edilən,  “1832-1931-ci  illərdə  "Sovet 
Ermənistanının  əhalisi  (ermənicə)"  kitabında  yazır  ki,  Ermənistanda  qeydə  alınmış  2310  yaşayış 
yerindən  2.000-nin  adı  türk  mənşəli  adlardan  ibarətdir  (15.s.1-2).  Yenə  rusların  İrəvan  yaxınlığında 
İrəvan türkləri ilə apardıqları hərbi döyüşə şahidlik edərkən, rus müəllifləri uzaqdan gördükləri Irəvanda 
bir çox məscid minarəsini qeydə almışlar. İrəvan qalası rusların əlinə keçdikdən sonra İrəvana girən rus 
yazıçıları  bölgənin  əhalisinin  əksəriyyəti  türk  olduğunu  görmüşlər  və  bu  həqiqəti  qeyd  etmişlər. 
(3.s.3).1650-ci  ildə  İrəvan  şəhərində  İrəvanda  olan  Labule  la  Quza  və  1655-ci  il  mayın  20-də  İrəvan 
şəhərində  Lalenin  buradan  Lyudovikinin  ofisinə  göndərdiyi  məktubda  burada  az  erməni  olduğunun 
qeyd  etmişdir.  1655-ci  ildə  İrəvana  gəlmiş  səyyah  Jan  Batistia  Tavernryerin  qeydinə  görə  şəhərin 
qalasında yalnız azərbaycanlı türklər vardır. 1670-ci ildə İrəvanda olan hollandiyalı tacir Yan Streysin 
sözlərinə  görə,  burada  az  sayda  yoxsul  ermənilər  yaşayır.1673-cü  ildə  İrəvan  bölgəsinə  gələn  fransız 
səyyahı  Jan  Şarden  Irəvan  qalasında  800  ev  olduğunu  və  burada  təmiz,  istiqanlı  insanlar  olan 
azərbaycanlılar  yaşadığını  ifadə  etmişdir  (12.s.91-99).  İrəvan  torpaqlarında  aparılan  arxeoloji 
qazıntılarda  tapılan  tarixi  maddi  mədəniyyət  nümunələri  arasında  ermənilərə  aid  bir  əsər  ortaya 
çıxarılamaması tarixi gerçəklərə uyğun bir nəticə değildir? Bundan başqa bu ərazinin həqiqətən kimin 
olduğuna dair bir gerçək sənəd değilmidir? Aparılan bu arxeoloji qazıntılar zamanı tapılan abidələr kimə 
aiddirsə, bu torpaqların tarixi keçmişində onlar olmuşlar. Bu qazıntılarda erməniyə məxsus bir əsərin 
görünməməsi  onu  əsaslandırır  (9.s12).  Qafqaz  bölgəsində  Anadolunun  coğrafi  sərhədlərinə 
baxdığımızda Osmanlı  mənbələrində diqqəti  çəkən bir  cəhəti  görürük.  Bu da tərtib edilən xəritələrdə 
Anadolu  coğrafiyasında  İrəvan  və  Echmiadzinin  qəbul  edilməsidir.  Bunun  səbəbi  də  Anadolu 
rəhbərliyinin  bu  torpaqları  özündən  ayrı  görməməsidir.Bizansın  regionda  hökmranlığı  dövründə 
Anadolunun- Şərqin qapısının açarı kimi qəbul edilən bölgə, daha sonra türklər tərəfindən köçürmələr 
və istilalar yolu ilə Ermənistanın ələ keçirilməsi ilə bu ərazilər Türk hökmranlığı altına keçdi. Bundan 
sonra  bu  ərazi  Anadoluya  gedən  səfərlər  üçün  bir  yol  marşrutu  oldu  (4.s.1/14).  Səlcuqlu  oğuzlarının 
təkidlə bölgələrə axınlar etmələrinin əsas məqsədi bu bölgələri Bizans dövlətindən qopararaq buraları 
Türk  yurdu  halına  gətirmək  və  Anadolunu  ələ  keçirmək  idi.  (1-14).  Xüsusilə,  bunu  qeyd  etmək  çox 
mühümdür.  Qafqaz  bölgəsinin  coğrafi  xüsusiyyətləri  etnolojik  təşəkkülündə  və  inkişafında  olduqca 
təsirli  olmuşdur.  Qafqaz  bölgəsinin  keçmişi  millət  və  mədəniyyətlərlə  çox  yaxından  bağlı 
olmuşdur.Qafqaz bölgəsinə şimal tərəfindən köç edən kimmer və iskit kimi Prototürk tayfaları ilə hun, 
bulqar, alan, xəzər, qıpçaq kimi türk tayfaları və onlardan başqa buraya başqa yerlərdən köçən bir çox 
tayfa bu tarixi prosesin meydana gəlməsində mühüm rol oynamışlar.Bölgə şərtlərinin əlverişli olması, 
insanların  rahat  bir  şəkildə  yaşaya  biləcəklərə  sahib  bir  yer  olması  buraya  gəlişləri  hər  zaman 
sürətləndirmişdir. Buraya gəlişlərin səbəblərindən biri də Orta Asiyaya bənzər xüsusiyyətlərə sahib olan 
bir  yer  olması  idi,  xüsusilə  səlcuqlu  oğuzları,  qaraqoyunlular,  Qızıl-Orda,  elxanilər,  ağqoyunlular  və 
Səfəvilər dövləti dövründə coğrafiyanın hər bir qarış torpağına türk möhürünün vurulduğu bilinməkdədir. 
Bizim tədqiqatımızda məqsəd Irəvan (Revan) Qafqazın bu coğrafi bölgəsində yerləşməsini və çox mühüm 
geosiyasi mövqeyə malik olmasını, bu baxımdan tarixi keçmişi Qafqazın tarixi taleyi ilə bağlı olduğunu 
araşdırmaqdır.  İrəvanın  tarixi  mənzərəsinə  göz  atsaq,  görərik  ki,  İrəvan  türk  millətinin  hökmranlığı 
altından çıxıb başqa bir xarici millətin hökmranlığı altına girməmişdir. (5.s.6). 
XV əsrdən- XIX əsrə qədər İrəvan bolgəsini idarə edən rəhbərlər 
 İrəvan (Rəvanı) XV yüzyıldan XIX yüzyıla qədər kimlər tərəfindən idarə olunduğunu Hovhannes 
Şahhatunyan adlı bir erməni yazıçı tərəfindən erməni dilində yazdığı "Eçmiədzin vilayətinin və Ararat 
Baş qəzasının tarixi" adlı əsərində belə sıralayır: Əmir Səid (XIII əsrdən), Pir Yaqub Pir Hüseyn oğlu 
(1420-ci ildən), Əbdül Pir Hüseyn (1430-ci ildən), Yaqub bəy (1440-ci ildən), Həsən Əli Qaraqoyunlu 
(1460-ci ildən), Uzun Həsən (1471-ci ildən), Həsən Bəy Bayundur (1475-ci ildən), Div sultan Qumlu 
(1515-ci ildən), Hüseyn xan Sultan (1550-ci ilə qədər), Şahqulu Sultan Ustadı (1550-1575), Lala Paşa 
"Qara Mustafa" adlı Sultan Murat dövründə (1577) Mahnut xan Toxmaq-Xudavənd Şah dövrü - (1578 -
1583),  Fərhad  Paşa  Sultan  Murat  dövrü  (1583),  Məmməd  Şərif  Paşa  dövrü  (1604-ci  ilə  qədər), 
Əmirqulu Xan Qacar şah Abbas dövrü- (1605-1625), Təhməzqulu Əmirguna oğlu (1635), Mürtəza Paşa 
-Sultan  Murad  dövrü  (1635)  Kəlbəli  Xan  (1636-1639),  Məhmət  Xan  "Çağata  Kütük"  (1639-1648), 
Xosrov xan (1648-1652) Mahmudqulu Xan (1652-1656), Nəcəfqulu Xan (1656-1663), Abbasqulu xan 


85 
(1663-1666),  Səfərqulu  Xan  (1666-1674),  Saruhan  Bəy  (1674-1675),  Səfiqulu  xan-Təbrizli  Rüstəm 
xanın oğlu - (1675-1679), Zal xan (1679-1688), Murtazaqulu xan (1688-1691), Məhmətqulu xan (1691-
1694),  Zöhrab  xan  (1691),  Fərzəli  xan-Sultanahmət  dövrü  (1694-1700),  Zöhrab  xan  (1700-1705), 
Əbdül  Məhəmməd  Xan  (1705-1709),  Mehrəli  xan  (1709-1719),  Allahgqulu  xan  (1719-1725),  Rəcəb 
Hüseyn Paşa (1725-1728), İbrahim və Mustafa Paşalar (1728-1734), Əli paşa (1734), Hacı Hüseyn Paşa 
(1734), Məhəmmədqulu xan (1735-1736), Pir Məhəmməd Xan (1736), Xəlil Xan (1755-1755), Həsən 
Əli xan Qacar   (1755-1762), Hüseyn Əli xan (1762-1783), Qulam Əli xan (1783-1784), Məhəmməd 
xan  (1784-1805),  Mehdiqulu  xan  (1805-1806),  Məhəmməd  Xan  Şora  Qali  (1806-1807),  Hüseyn  xan 
Qacar  qardaşı  Həsən  xan  ilə  (1807-1827)  (5.s.6-7).  Azərbaycan  mənbələrinə  əsasən  tarixən  İrəvan 
ərazisində Azərbaycan Çukursed (İrəvan) torpaqlarını idarə edən əmrlər və bəylərbəyləri isə aşağıdakı 
kimidir: Əmir Səid (XIV əsrin sonlarında 1410-ci ilə qədər) Pir Hüseyn (1410-1413), Pir Yaqub (Pir 
Hüseyn oğlu) (1420. illər), Əbdül (Pir Hüseyn oğlu) (1440-cı illər) Yaqub bəy (1440-cı illər) Həsənəli 
Qaraqoyunlu (1460 cı illər) Div Sultan Rumlu (1515), Hüseyn xan Sultan Rumlu (1550) Şahqulu Sultan 
Ustaclu  (1550-1575),  Məhəmməd  xan  Toxmaq  Ustaclu  (1576-1583),  Xıdır  Paşa  (1583),  Lala  Paşa 
(1577), Məhəmməd Şərif paşa (1604-ci ilə qədər), Əmirquna xan Qacar   (1604.5.1625), Təhməsqulu 
xan (Qacar) (1625-1635), Fərhad Paşa (1635), Kalbalı xan (1636-1639), Çağata Kötük Məhəmməd xan 
(1639 / 1640-1648), Xosrov Xan (1648-1652 / 1653), Məhəmmədqulu xan Lala bəy (1652 / 1653-1659 
/  1660),  Nəcəfqulu  Xan  (1659  /  1660-1663),  Abbasqulu  xan  Qacar    (Əmirgünə  xan  Qacarın  oğlu) 
(1663-1666)  Səfi  xan  (Alhaz  Mirzə)  (1666  /  1667-1674),  Sarıhan  bəy  (1674-167  5),  Səfərqulu  xan 
(1675-1679),  Zal  xan  (1679-1688),  Murtazaqulu  xan  (1688-1691),  Məhəmmədqulu  xan  (1691-1694), 
Zöhrap xan (1694-1699), Fərzalı xan (Fətəli xan)  Qacar  (1699-1705),  Əbdül Məhəmməd xan  (1705-
1709), Məhrəalı xan (1709-1719), Allahqulu xan (1719-1725), Rəcəb Paşa (1725-1728), İbrahim Paşa 
və Mustafa Paşa (1728-1734), Əli Paşa (1734), Hacı Hüseyn Paşa (1734), Məhəmmədqulu xan (1735), 
Pir Məhəmməd Xan (1736), Mehdi xan Qasımlı (Əfşar, 1747-1748), Məhəmməd Hüseyn xan (1748-
1751),  Xəlil  xan  Özbək  (1751-1755),  Həsanalı  xan  Qacar    (1759  /  1760-1783),  Qulamali  xan  Qacar   
(Hüseyn xan Qacar oğlu) (1783-1784), Məhəmməd Hüseyn xan Qacar oğlu) (1784-1805), Mehdiqulu xan 
Qacar  (1805- 1806), Əhməd xan Mağaralı (1806), Hüseyinqulu xan Qacar  (1806-1827). (13s.58-60). 
1410-1828-ci illərdə bu ərazini idarə edənlər türk mənşəli xan və bəylər olmuşdur. Hüseynəli xan 
isə İrəvanını sonuncu xanı olmuşdur. İrəvandakı qalalar region ruslar tərəfindən işğal olunduqdan sonra 
ləğv  edilmişdir.  Türk  mənşəli  yer  adları  dəyişdirilmişdir.  Bu  mədəni  hücumlar  bu  bölgədən  türklərin 
izlərinin silmə cəhdləri həqiqəti dəyişdirə bilməzdi. Tarixi sənədlərdəki faktlar Qərbi Azərbaycanın türk 
torpağı olduğunu və türklərin bu torpaqları 100 illərlə idarə  etdiyi  və burada  yaşadıqlarını bizə sübut 
edir.  (14.s.113).
 
Müxtəlif  tarixi  mənbələrdən  əldə  etdiyimiz  nəticə  budur  ki,  İrəvanı  təqribən  400  il, 
başqa deyimlə desək, 4 əsr türklər idarə etmişlər və bu dövr ərzində bu rəhbərlərin arasında milliyətcə 
erməni olan olmamışdır. Bu təsadüfi bir şey deyildir. Əvvəlcədən qeyd etdiyimiz kimi, Səlcuqlu türklər 
XI əsrdən bəri bu coğrafi əraziyə hakim olublar, buranı türk yurdu ediblər, türk vətəni olubdur. İrəvan 
ərazisi  XVI  əsrdən  sonra  Araz  Osmanlı  türklərinin,  Səfəvi  türk  dövlətinin  idarəsi  altında  qalmışdır. 
Həqiqət  bu  idi  ki,  bu  ərazi  üçün  mübarizə  edən  iki  dövlət  də  oğuz  türkləri  tərəfindən  yaradılan  türk 
dövlətləri  idi.  (5.s.7).  İrəvanın  ermənilərin  olduğunu  iddia  edən  erməni  tarixçiləri  İrəvan  xanlığının 
inzibati  və  idarə  şəklindən  danışdıqları  zaman  erməni  terminləri  yerinə  Azərbaycan  türkcəsində 
terminləri  işlədiblər.Bu  cəhət  diqqəti  cəlb  edir.  Məsələn,  ermənilər  şəhəri  idarə  edənə  daruk,  onların 
köməkçilərinə isə yüzbaşı və çavuş, bazarı idarə edən şəxslərə bazarbaşı deyirdilər. Ermənilərin günlük 
həyatda  istifadə  etdikləri  bu  sözlər  türkcədir,  ermənicə  deyildir.  Deməli,  bu  ərazidə,  bu  coğrafiyada 
hakim mədəniyyət Azərbaycan türklərinə aiddir (15.s126-127).İrəvan ərazisində XI əsrdən etibarən türk 
millətinin  izlərinə  rast  gəlmək  olar.  Səlcuqlu  Sultan  Alp  Arslanın  rəhbərliyi  altında  hərbi  hissələr  XI 
əsrin sonlarında bu ərazini türklərin hakimiyyəti altına aldılar.Səlcuqlu türklərin (oğuzların)Anadoluda 
ilk ələ keçirdikləri bölgə Sürməli Çukurdakı Qaraqala idi.Bura alındıqdan sonar Ani və və Qars səlcuqlu 
oğuzlarının hakimiyyətinə keçmişdir. 
Bu  sənəd  XIII  əsrdən  Türkmənistan  adı  ilə  tanınmışdır.Bu  məsələlər  Fransadakı  “Historiya 
Üniversiteti” tərəfindəm yazılaraq, Fransa krallığına təqdim edilən ”Osmanlı tarixi” əsərində İrəvan və 
ətrafı  “Türmənistan  “  adı  ilə  təqdim  olunmuşdur.Beləliklə,  bu  bölgənin  türkləşdiyi  türklərə  aid  yurd 
olduğu müəyyənləşmişdir. (3.s.677-678).
 
Yuxarıda deyilənlərə əlavə olaraq qeyd edə bilərik ki, erməni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə