86
keşişi Hovannes 1410 –cu ildən 1827- ci ilədək İrəvan xanlığını 49 azərbaycanlı xanlar tərəfindən idarə
olunduğunu göstərmişdir. Bu məlumata “Erməni Sovet Ensiklopediyası”nda da rast gəlmək olar.O
zaman belə bir sual verək :” Kim kimin torpağına zorla sahib olmuşdur? İrəvan kimin torpağı ikən
kimin ərazisinə çevrilmişdir? Yuxarıda qeyd etdiyimizlər sualımızın cavabıdır. (15.s.127)
Rusların Ermənistanda hakimiyyət qurmaları
XVIII əsrdə İ.Pyotrdan başlayan isti dənizlərə enmə siyasətində Qafqaz torpaqları mühüm bir
hədəf idi. Rusların Qafqaz siyasətinin həyata keçirilməsində və inkişaf etdirilməsində ermənilərin onlara
daha çox kömək və dəstəkləri bu məqsədlərin hər zaman gündəmdə qalmalarına və irəliləməsinə səbəb
olurdu.Rus dövlətinin cənuba gəlmə siyasəti ilə başlayan Qafqaz və Azərbaycan ərazilərini ələ keçirmək
fikirləri vaxt keçdikcə dövlət siyasətinə çevrildi. 1725-ci ildə I Pyotrun ölümündən sonra da Rusiya
dövləti I Pyotrun vəsiyyətnaməsinə sadiq qalaraq, “isti dənizlərə getmə”və Qafqazda güclənməsini
davam etdirdi. II.Yekaterina 1793-cü illərdə Genaral Qudoviçə iki dəfə əmr verdi və Azərbaycan
xanlıqları üzərində siyası hakimiyyət qurmaq üçün fəaliyyətə başladı.İran şahı ruslara qarşı hərəkətə
başlamışdır. Yekaterina Qafqaz və Azərbaycan regionuna üstünlük verirdi. İran Şahı ruslara qarşı
mübarizəyə başladı. II Yekaterina Qafqaza və Azərbaycan torpaqlarına hakim olmaq üçün fəaliyyətə
başladı, bu bölgələrin təbii ehtiyatları Rusiyanın marağını daha çox bu istiqamətə döndəriridi, Rusiyanın
bu siyəsəti nəticəsində Quba və Şamaxı bölgələrini ələ keçirdilər, digər Azərbaycan xanlıqlara xəbər
göndərib silahlarının atmalarının və onlara tabe olmaqlarını tələb etdilər.Çətin vəziyyətdə qalan
Azərbaycan xanlıqlarından Talış, Şamaxı, Gəncə, İrəvan, Naxçıvan, Hoy və Qarabağ xanlıqları
Rusiyanın himayəsini qəbul etdilər, Ruslar Qafqazda irəliləyirdılər, Ruslar 1803-cü ildə Azərbaycan
ərazisi olan Car-Balakəni, daha sonra isə ruslar 1804-cü ildə Gəncə xanlığını ələ keçirdilər (16.s.1-7).
Gəncə xanlığının ruslar tərəfindən ələ keçirilməsi İran və Rusiya arasında münasibətləri
gərginləşdirdi.Azərbaycan xanlıqlarından olan Dərbənd, Bakı, Lənkəran, Naxçıvan və İrəvan (Revan)
kimi bəzi xanlıqlar rusların bu işğalına qarşı qəhrəmanlıqla etiraz səslərii ucaltdılar, azərbaycanlı
qadınlar da Rusiyaya qarşı qəhrəmanlıqla mübarizə apardılar. Bunlardan biri də Dərbənd xanı Şeyx Əli
xanın bacısı Pəricə xatundur. 1796-cı ildə Dərbənd xanlığına hücum edən Rusiya qüvvələrinin
komandiri general Zubov idi, xanlıqda hörmətli şəxslərdən olan Pəricə Xatun əlinə silah alıb xalqı ilə
bərabər ruslara qarşı olan küçə müharibələrinə başladı. Rusların hücum dövründə xanlıqlar arasında
şansızlıq ruslara qarşı apardıqları bu mübarizədə tək qalmaları idi. O dövrdə Osmanlı dövləti və İran
şahı kifayət qədər güclü deyildi, eyni zamanda, öz aralarında problemlər yarandı, bu vəziyyət Rusiyanın
Qafqaz regionunu ələ keçirmək işini asanlaşdırdı. (17.s.72-73). İran Rusiya ilə apardığı mübarizədə
məğlubiyyətə uğradı. Gülistanda 1813-ci ilin Oktyrab (oktyabr) ayında müqavilə bağlamaq
məcburiyyətində qaldı .Müqavilə Azərbaycan torpaqlarını böldüyü kimi Azərbaycan millətini də iki
dövlət (İran- Rusiya) arasında böldü.Rusya ilə İran arasında Azərbaycan torpaqlarına sahib olmaqla
bağlı yaranan münaqişədə erməni könüllü birlikləri hər zaman Rusiyanın yanında oldular. Gülistan
müqaviləsinə görə İrəvan və Naxçıvan xanlıqlarının idarə olunması İrana verilmişdir (18.s.131-132).
Azərbaycan xanlıqlarının dövlətlərə bağlılığı Rusiya ilə İran arasında bağlanan Gülüstan və
Türkmənçay müqaviləsinə görə müəyyənləşdi. Oktyabr 1813-cü il Gülüstan müqaviləsinə görə
Dərbənd, Quba, Bakı, Lənkəran, Şirvan, Şəki, Gəncə, Qarabağ xanlıqları Rusiyanın əlinə geçti.Bu
müqavilədən istər Rusiya istər İran razı qalmadı.Hər iki tərəf, xüsusilə İran müharıbəyə Qərb dövlətlərin
dəstəyi ilə, xüsusilə İngiltərənin dəstəyi ilə hazırlaşırdı.1826-cı ildə İrəvan xanlığına Rusiyanın hücumu
müharibənin başlamasına təkan verdi.Bu müharibədə İran məğlub oldu, Rusiya qazandı. 1828-ci ildə
İran və Rusiya arasında Türkmənçay müqaviləsi imzalandı.Bu müqaviləyə əsasən Aras çayı və Talış
dağları sərhəd zonaları kimi qəbul edildi.Naxçıvan xanlıqları Rusiyanın əlinə keçdi.Bu müqaviləyə görə
Xəzər dənizi Rusiyanın əlinə keçdi.1828-ci ildən sonra Şimal Azərbaycan ərazisində yaşanan hər şey
Rusiyanın istəyinə uyğun formalaşmağa başladı. (8.s.73-74).
Türkmənçay müqaviləsinə görə
Azərbaycan torpaqları ikinci dəfə Rusiya ilə İran arasında bölündü, təəssüf ki, Azərbaycan xalqına öz
fikirlərini soruşmadlar, bir müddət sonra, 1828-ci il martın 21-də Novruz günləri qeyd edilərkən.İ.
Nikolay dövründə, onun fərmanına əsasən Azərbaycanda Naxçıvan və Ermənistanda bir "Erməni
vilayəti" idarəsi yaradıldı. Bu, gələcəkdə Azərbaycan ərazisində erməni dövlətinin yaradılması üçün bir
addım idi. Bölgəyə çoxlu erməni əhalisi köçürülürdü. Rusların məqsədi bu torpaqlarda erməni əhalisini
87
çoxaltmaq və türklərin bu torpaqlarda azlıq statusuna samaq idi. 1828-ci ildə bölgəni ələ keçirdikdən
sonra planlı fəaliyyət nəticəsində istədikləri məqsədə gec də olsa, çatdılar. (13.s.351-352).
XIV əsrdə İrəvan yaradıldı, İstehsal müxtəlifliyinə və strateji mövqeyinə görə sürətlə inkişaf
etmişdir. İrəvana Səfəvi dövlətinin qurucusu Şah İsmayıl üçün xüsusi əhəmiyyət kəsb edirdi. XI əsrdə
türkmən axınları yerləşmək məqsədilə bölgəyə gəlmiş, bu region XIII əsrdən etibarən Avropada da
Türkmənistan kimi tanınmışdır.XI əsrdən XIX əsrə qədər oğuz türklərinin nəzarəti altında idi.XI əsrdən
XIX əsrin 30 cu illərinə qədər qədər İrəvan türklər tərəfindən idarə olundu. Coğrafi mövqeyi, mühüm
yolların kəsişdiyi bir yerdə olması, İrəvanı tarixi boyunca əhəmiyyətli bir yerə çevrilməsini təmin edirdi.
İpək yolu yaxınlığında bu regionun yerləşməsi onu diqqət mərkəzinə çevirmişdir. İrəvan ərazilərinin
əhəmiyyətli mövqedə bir yer olmasına görə, buranı zaman- zaman böyük dövlətlərin mübarizə
meydanına çevirmişdir. Böyük dövlətlər hər fürsətdə bu torpaqları ələ keçirmişlər. İrəvanda türklərin
çoxlu milli- mədəni abidələri var. Region müxtəlif türk dövlətləri tərəfindən idarə olunmuşdur. İrəvan
torpaqlarının altı da, üstü də oğuz türklərinə aittir. XIX əsrdə bölgədəki iki böyük türk və müsəlman
dövlətin keçmiş güclərini itirmiş olması və Rusiyaya qarşı birlik qura bilməmələri rusların işini
asanlaşdırmışdır. XIX əsrdən sonra Rus dövlətinin Qafqazda işğalçılıq bir siyasət yeritməsi və
Azərbaycan torpaqlarını ələ keçirmək istəməsi onu İran ilə qarşı-qarşıya gətirmişdir. Rus və İran
dövlətləri arasındakı müharibədə İrandakı türk dövləti məğlub olunca, region 1828 Türkmənçay
müqaviləsindən sonra rus hakimiyyəti altına girmiştir.Ruslar bu regiona sürətlə erməni əhalisini
köçürməyə başlamışdılar Bu bölgədə yüz illərlə yaşayan oğuz türkləri öz torpaqlarında azlıq statusuna
düşmüşdür, türklər öz vətənlərindən Anadoluya və İrana köçmək məcburiyyətində qalmışdılar. Avropa
ölkələri erməniləri dəstəklədilər, lakin onların əsas dəstəyi Rusiyadan gəlirdi. Rusiyanın siyasətinə görə
Ermənistan Azərbaycan və Orta Asiya türkçülüyünün arasını kəsmək üçün yaradıldı. XIX əsrdə bölgəyə
intensiv olaraq gətirilmiş ermənilər XX əsrin əvvəllərində ruslar tərəfindən bir tampon dövlət olaraq
tarixi Qərbi Azərbaycan ərazisini özlərinə vətən etdilər...
ƏDƏBİYYAT
1. MustafaAydın. İslam Ensiklopediyası, Rəvan maddəsi. www. Islamensiklopediyasi.
c/35/Infa/dia/maddei.Rəvan, 2008, c.35.s.26-29
2. Selçuk Ilgaz, Osmanlı hakimiyyəində Rəvan (Çukur Saad) (XVI-XVIII əsrlər arası sosial-iqtisadi
tarix) T.C. Atatürk Universiteti Sosial Elmlər İnstitutu İbidai təhsilt Bölümü (doktorluq disseri)
Erzurum 2010, s.43
3. Oqtay Kızılkaya, XIX əsrdə Rəvan və ətrafı, I. Beynəlxalq İğdır Simpoziumu Sosial elmlər
İnstitutu, (19-21 aprel 2012-Iğdır), Iğdır-2013, s.675
4. Erol Kürkçüoğlu, Rəvandana İrəvana.Bir şəhərin kimliyi, Yeni Türkiyə 60 / 2014.s.2.
5. Toksoy Nurcan, Rəvanda son günler Türk rəhbəliyindən ermeni rəhbərliyinə. Orion nəşr., 2007,
s.15-16.
6-Rizvan Hüseynov. Orta əsr erməni mənbələrində Qafqazdakı Azərbaycan., www.Irs-az.com.s.19-22.
7. Almaz Bayramova, Yerevan xanlığının bəzi etnotoponimlərində leksik-semantik xüsusiyyətləri
(Tərcüməçi Məhəmməd Kamaloğlu, TRT-nin Ümumi İdarəsi) Hikme Yurdu, Fikir-şərh. Sosial
Elmlər Araşdırma dərgisi, İl: 8, Sayı: 16 iyul-dekabr, 2015/2, 216.
8. Özer Küpəli. Övliya Çələbinin ilk İran səfəri.səyahət və qalalar haqqında, Türk Dünyası Araşdırma
dərgisi XI / 2 (Kış 2011), s.84.
9. Nazim Mustafa, İrəvan-Türk-İslam varlığı necə məhv edildi, Ankara 2015-ci il.
10. Tənzilə rüstəmxanlı. Erməni zülmü.Türk Müsəlman Soyqırımı (Çeviren Gaffar Çakmaklı)
Karakutu mətbəəsi 254, 1 nəşr, Oktyabr 2009, s.131.
11.Oktay Kızılkaya, Erməni coğrafiyasında türk əhalisinin hazırkı vəziyyəti, Yeni Türkiyə, 60/2014, s.2.
12. İbrahim Bayramov, İrəvan şəhəri və onun tarixi haqqında, filologiya elmləri doktoru, "Dirçəliş-
XXI əsr" -2008, -No-128-129.-ss.91-99.
13. Yaqub Mahmudov və başqaları.İrəvan xanlığı Rusiya işğalı və ermənilərin şimal Azərbaycan
torpaqlarına köçürülməsi, Azərbaycan Milli Elmlər Akademiyası, A.Ə. Bakıxanov adına Tarix
İnstitutu, Bakı 2010, s.58-60.
Dostları ilə paylaş: |