Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   45   46   47   48   49   50   51   52   ...   164

102 
sahiblərinin əxlaq və rəftarlarını, ümumiyyətlə həyatda gördüyü kəsir və nöqsanları tənqid etmək, 
həm də sadəcə tənqid deyil, ifşa etmək” idi (8,100). 
Mollanəsrəddinçilərin də sonralar kəsərli silah kimi istifadə etdikləri ictimai satira və gülüş 
Zakir  yaradıcılığının  leytmotivini  təşkil  edir.  Bu  gülüşün  hədəfi  isə  cəmiyyətin  bütün  təbəqələri-
bəylər,  xanlar,  mülkədarlar,  çar  məmurları,  ruhanilər,  cahil,  nadan,  avam  insanlar  idi.  Zakir  yeni 
yaranmaqda  olan  milli  maarifçi-demokratik  şüura  ictimai  ədalətsizliyi  ifşa  edən  satirası  ilə  təsir 
edirdi. O, bir maarifçi kimi mənəvi tərbiyə, əxlaq və rəftar tərbiyəsi vasitəsilə cəmiyyətdə ictimai 
qayda yaratmağın mümkün olduğuna inanırdı. 
 Tanınmış  Azərbaycan  filosofu  Z.Göyüşov  Zakirin  yaradıcılığında  əxlaq  məsələlərinə 
toxunaraq  yazmışdır: “Özünün sosial satiralarında Zakir feodal cəmiyyətinin mənəvi tənəzzülünün 
səbəblərini çox sənətkarlıqla təsvir etmişdir. O, gözəl ölkəni cəhənnəmə çevirmiş imtiyazlı feodal 
təbəqələrini, çar məmurlarını rüsvay edirdi”(9,167).  
Zakir  də  bütün  digər  zadəgan  maarifçiləri  kimi  dini  xurafatı  və  mövhumatı  avamlıq  və 
geriliyin  səbəbi  hesab  etmişdir.  Bu  baxımdan  dindən  çox,  onun  bəzi  nümayəndələrini,  mollaları, 
seyidləri, qaziləri tənqid edirdi. O, həyatda ağıla, zəkaya və sağlam düşüncəyə xüsusi önəm vermiş, 
“dünyanın sirlərini zəka ilə dərk etmək olar, yalnız zəka insanı insan edər” demişdir (9,170). 
Müstəmləkə  rejiminin  bəylik  mənsəbini  aşağı  salması,  onların  torpaqlarının  dövlətin 
ixtiyarına  verilməsi  Zakirdə  çarizmə  nifrət  yaratmışdı.  Lakin  o,  müstəmləkə  rejimi  əleyhinə 
çıxışlarında ehtiyatlı davranırdı. 
Zakirin ən böyük xidmətlərindən biri Azərbaycan dilinin inkişaf etdirməsi, zənginləşdirməsi, 
sadə xalq dilində yazması idi. 
Mollanəsrəddinçilərin  fəlsəfi  dünyagörüşünə  təsir  edən  ilk  maarifçilərimizdən  biri  də 
İsmayıl  bəy  Qutqaşınlıdır.  İ.Qutqaşınlının  1935-ci  ildə  Varşavada  Fransız  dilində  nəşr  olunmuş 
maarifçilik  ideyalarını  ifadə  edən  “Rəşid  bəy  və  Səadət  xanım”əsərinin  əsas  qayəsi  əsasən  azad 
məhəbbəti,  humanizmi,  yeni  insanları,  yeni  əxlaqı  təvazökarlığı,  cəsarətliliyi  təbliğ  etməkdir. 
İ.Qutqaşınlı  xeyirxah  insani  münasibətlərə,  əsil  məhəbbətə  yer  qoymayan  feodalizm  cəmiyyətini 
tənqid  edirdi.  O,  Rəşid  bəyin  simasında  zadəgan  ziyalılarının  yenilikçi  nümayəndəsini  tərənnüm 
etmişdir.  Əslində  İ.Qutqaşınlı  bununla  milli  maarifçi-demokratik  şüurda  oyanan  intibahı 
göstərmişdir.  Maarifçi  özünün  əxlaqi  idealı  -  zəiflərə  və  kasıblara  kömək  etmək,  bədbəxtlərə 
himayədarlıq etmək, cəsarətli, mərd, səxavətli olmaq, xalqın marağını öz doğma marağı bilməkdə 
görürdü.  Z.Göyüşov  İ.Qutqaşınlının  etik  görüşlərindən  bəhs  edərkən  göstərir  ki,  İ.Qutqaşınlının 
hekayəsinin  qəhrəmanları  xoşbəxtliyə  çatmaq  üçün  başqalarının  rifahını  düşünür,  yeri  gələndə 
fədakarlıqlar  etməyə  hazır  olurlar.Onlar  “yalnız  igidlikləri,  xeyirxahlıqları,  sadəlikləri  və 
təvəzökarlıqları  ilə  məşhur  olmaqla  yanaşı  təhsilli  və  yüksək  əqli  inkişafları  ilə  də 
fərqlənirlər”[(9,161). 
İ.Qutqaşınlı  ədalətliliyi,  ümumiyyətlə  xeyirxah  mənəvi  keyfiyyətləri  düşüncənin  yüksək 
inkişafının nəticəsi kimi nəzərdən keçirirdi. 
 Məhz qərbyönümlü dəyərləri təbliğ etdiyinə görə İ.Qutqaşınlını Azərbaycan “qərbçiləri”nin 
nümayəndəsi  hesab  edir  və  onu:“...fransız-Azərbaycan  mədəniyyətini  bir-birinə  yaxınlaşdıran, 
müasir ruhlu demokratik maarifçilik  ideyalarını ifadə  edən, orijinal,yeni  tipli  janrda  yazan realist, 
təbii,səmimi sənətkar” adlandırırdılar (10,10). 
İ.Qutqaşınlını dünya fəlsəfi fikir məkanına qovuşan, milli koloritli, Avropa maarifçiliyi ilə 
çulğalaşan ,  “Azərbaycan-Fransa, Azərbaycan-Avropa ədəbi əlaqələrinə körpü salan, Azərbaycan 
milli-mənəvi dəyərlərini Avropa liberal-demokratik, maarifçilik ideyalarına qovuşduran mütəfəkkir 
kimi  səciyyələndirirlər.  “İ.Qutqaşınlı  ağlı  insanın  ən  böyük  sərvəti  hesab  edir,  müsəlman 
ruhanilərinə  öz  mənfi  münasibətini  bildirir...Qutqaşınlı  insan  problemini  yaşadığı  dövrlə,  konkret 
şəraitlə sıx bağlı təsvir etmişdir” (11,93). 
XIX  əsr  Azərbaycan  maarifçilik  fəlsəfəsinin  nümayəndələrindən  biri,  təbiət  elmləri,  tarix, 
məntiq,  filologiya  və  s.  sahələr  üzrə  əsərlərin  müəllifi,  şair  və  filosof  Abbasqulu  ağa  Bakıxanov 
olmuşdur.  Onun  Azərbaycan  maarifçiliyinin  ilk  dövrünə  aid  fəlsəfi  görüşləri  “Əxlaqın 
tərbiyələnməsi”,  “Nəsihətlər  kitabı”,  “İşıqların  yerləşdiyi  yer”,  “Camalın  aynası”,  məşhur 
“Gülüstani-İrəm”,  “Qüdsinin  bağı”,  “Qüdsinin  qanunları”  əsərlərində  əksini  tapmışdır. 


103 
A.Bakıxanovun  fəlsəfi  dünyagörüşünün  formalaşmasında  onun  ensiklopedik  biliyə  malik  olması, 
şəxsi elmi axtarışları, təmsil etdiyi Azərbaycan və şərq mədəniyyəti və fəlsəfəsi ilə yanaşı, Rusiya 
və Avropa ictimai fikri, fəlsəfi ənənələri ilə tanışlığı mühüm rol oynamışdır. Onun fəlsəfəsinin əsas 
qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq olmuşdur. 
Şərq  və  Qərb  mədəniyyətlərini  öz  yaradıcılığında  birləşdirən  panteizmə  və  realizmə  meyli 
ilə  şöhrət  qazanan  ilk  maarifçi  mütəfəkkirlərdən  olan  Abbasqulu  Ağa  Bakıxanov  da  xalqın 
inkişafını onun savadlanmasında, elmə, təhsilə qovuşmasında görür, vətənini, xalqını sevir, vətəni 
və xalqı üçün çalışırdı. 
A.Bakıxanovun irsində kamilləşmənin dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm kimi 
iki yolu  göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilən bu iki 
yol  A.Bakıxanovun  kamilləşmə  konsepsiyası  üçün  bir  təməl  rolu  oynamışdır.  O,  əsrinin  elmi 
nailiyyətlərindən çıxış edərək  mənəvi təkmilləşmədə elmə, elmlə əməlin (praktikanın) bağılılığına 
və mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət verirdi. A.Bakıxanovun fəlsəfi və etik görüşləri, 
əsasən  “Əxlaqi  kamilləşmə”  və  “Nəsihət  kitabı”  əsərlərində  öz  əksini  tapmışdır.  Bunlarda 
fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudat və səbəbiyyət, inkişaf və 
qanunauyğunluğun  problemlərindən  bəhs  olunur.  Bu  problemlərin  rasional  dərkinin  məhz 
kamilləşən insan tərəfindən reallaşacağını nəzərdə tutan A.Bakıxanov, bu  yolla vahid  ailə saydığı 
bəşəriyyətin  xoşbəxtliyə  çatmasına  inanırdı.  İctimai  görüşlərində  kamil  insan  və  təkmil  cəmiyyət 
konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial 
bərabərsizlik təşkil edir. 
H.Hüseynov  A.Bakıxanovun  fəlsəfə,  etika,  psixologiya  və  pedaqoqika  məsələlərinin  geniş 
yer  tutduğu  “Təhzib-ül-əxlaq”  və  “Nəsihətnamə”  əsərlərinin  təhlili  əsasında  onun  fəlsəfivə  etik 
görüşlərini səciyyələndirmişdir.  
Fərdi  və  ümumbəşəri  maraqların  vəhdətindən  ibarət  Bakıxanov  etikasında  “sinfi  əxlaq” 
anlayışına yer yoxdur, burada xalq etikasından çox “ziyalı etikası” əsas yer tutur. “A.Bakıxanovun 
“insan  nəsli  vahid  bir  ailəni  təmsil  edir”  tezisi  onun  etik  baxışlarına  böyük  təsir  göstərdi.  Bu 
baxışlarda etika məsələlərinə sinfi yanaşma yoxdur”(2,137). 
Elmi,  maarifi,  mədəniyyəti  bəşəriyyətin  bəzəyi  hesab  edən  A.Bakıxanovu  sosial-fəlsəfi 
görüşlərində  feodalizm  quruluşu,  fanatizm,  cəhalət,  din  nümayəndələri  amansız  tənqid  atəşinə 
tutulur, elm, maarif, mədəniyyət təbliğ edilirdi. 
A.Bakıxanov XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində mühüm yer tutaraq, milli 
mədəniyyətin  modernləşməsi,  avropalaşmasında  xidmətləri  olmuş,  özündən  sonrakı  sosial-fəlsəfi 
fikrin  inkişafında və onun milli  liberal,  müasir ideyalarla zənginləşməsində humanist bir maarifçi 
kimi xüsusi rolu olmuşdur. 
Akademik  F.Qasımzadə  A.Bakıxanovu  XIX  əsrin  birinci  yarısında  yeni  tarixi  şəraitdə 
inkişafa  başlayan  müasir  mədəniyyətimizin  banilərindən  biri  sayaraq  yazmışdır:  “Elm,  fəlsəfə  və 
ədəbiyyatımızın xəlqilik və realizm  prinsipləri üzrə inkişaf  etməsində onun böyük  rolu olmuşdur. 
A.Bakıxanov bir çox köhnə alimlərdən fərqli olaraq elmi dindən və sxolastikadan ayırdı. Ona yeni 
məzmun, yeni üsul və yeni ruh gətirdi...”(5,164). 
A.Bakıxanov feodalizmdən kapitalizmə keçid dövrünün mütəfəkkiri idi. Bu dövrdə yeniliklə 
köhnəliyin mübarizəsi gedirdi. O, bir tərəfdən yeni elmi-fəlsəfi ideyalar təbliğ edir, digər tərəfdən 
rəsmi dini ideologiya çərçivəsindən kənara çıxa bilmirdi.  
Tanınmış  filosof  Z.Göyüşov  A.Bakıxanovun  etik  görüşlərində  (bütövlükdə  dünyagörü- 
şündə-Y.H.)  “müşahidə  etdiyi  ziddiyyətləri,  qeyri-ardıcıllığı  və  eklektikliyi”  onun  yalnız  Şərqdə 
geniş yayılmış əxlaq nəzəriyyələrindən Avropa etik nəzəriyyələrindən,qədim yunan filosoflarından 
Aristotel, Sokrat, Epikür, stoiklərdən “fəlsəfi ideyaları deyil, həm də dini kitablardan müxtəlif dini 
dəyərləri  də  əxz  etməsilə”  izah  edir[280,198].  Lakin  bu  heç  də  Bakıxanovun  yaradıcılığında 
ziddiyyətləri,  eklektikliyi  göstərmir  əksinə,  humanist,  maarifçi  əsərlərindən  Qərb  və  Şərq 
mədəniyyətinin  sintezini  yarada  bilib.  Ona  görə  də“Təkzibül-əxlaq”  kitabının  girişində  əsərin 
yazılma  səbəbi  haqqında  yazmışdır:“Mənim  tərəfimdən  müxtəlif  xalqların-islam,  yunan,  Avropa 
filosoflarının, görkəmli insanların əsərləri, dini kitabların tənqidi əsasında bu kitabı yazmaq həvəsi 
yarandı”(12,19). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə