Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   44   45   46   47   48   49   50   51   ...   164

100 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
YUSİF HÜSEYNOV  
Naxçıvan Dövlət Universiteti  
 
UOT: 1.091 
AZƏRBAYCANIN İLKİN MAARİFÇİ MÜTƏFƏKKİRLƏRİNİN MİLLİ 
MAARİFÇİ FƏLSƏFİ ŞÜURUN TƏŞƏKKÜLÜNDƏ ROLU 
   
Açar sözlər: mollanəsrəddinçilər, maarifçilikQ.B.Zakir,  İ.Qutqaşınlı , A.Bakıxanov,  milli 
maarifçi-fəlsəfi şüur 
Key  words:  Nasreddinists,  enlightenment,  G.B.Zakir,  I.Gutgashynli,  A.Bakikhanov, 
national enlightenment consciousness 
Ключевые слова: молланасреддинисти, просветительство, Г.Б.Закир, И.Гутгашын-
лы, А.Бакиханов, национального просветительского сознания 
XIX  əsrin  30-40-cı  illərində  Şimali  Azərbaycanın  sosial  həyatında  yeni  iqtisadi 
münasibətlərin  bərqərar  olması  zəminində,  milli  ədəbi-mədəni  mühitin  Avropa-rus  mədəni-fəlsəfi 
məkanına  inteqrasiyası,  millətin  təşəkkülü,  milli  birliyin,  milli  kimliyin  formalaşması  prosesi 
başlamışdı.  Yeni  formalaşan  milli  maarifçi-demokratik  şüur  özündə  Şərq  və  Qərbin  dəyərlərinin 
sintezini  əks  etdirirdi.  Şimali  Azərbaycanda  Şərq-islam  mədəniyyətinin  və  Rusiya  vasitəsilə  yeni, 
modern,  qərbyönümlü  dəyərlərin  vəhdətinin  təcəssümü  olan  realist  milli  maarifçilik  yaranırdı. 
“İctimai  və  bədii  təfəkkürün  məhz  maarifçilik  mərhələsində  Azərbaycanda  da  antifeodal 
məfkurənin  və  realist  metodun  müstəqil  milli  tipi  yarana  bilir.  Bu  zaman  XIX  əsrin  ortalarında 
ümummilli ədəbi dilin təşəkkülü başa çatır, demokratizm ideologiya kimi  formalaşır, rus və Qərb 
mədəniyyəti  ilə  əlaqələr  güclənir,  klassik  romantik  poeziyanın,  həmçinin  Zakir,  Vazeh, 
Bakıxanovun timsalında “yeni dövr” ədəbiyyatının təşəkkülü üçün bilavasitə bədii-estetik ənənələr 
də  öz  tarixi  keçid  və  zəmin  rolunu  icra  etməyə  başlayır”  (1,160).    Bu  mərhələdə  maarifçilik 
ideyaları  feodal-təhkimçilik  üsul-idarəsinin  maariflənmə  yolu  ilə  islah  edilərək  hümanistləşdiril-
məsi, dini-fanatizm, mövhumat, cəhalətin, feodal əsarətinin kəskin tənqid edilməsi və aradan qaldı-
rılması  ilə  ifadə  olunurdu.  Bütün  bu  maarifçi-demokratik  şüurun  formalaşması  M.F.Axundov, 
H.Zərdabi və onların xələfləri olan mollanəsrəddinçilər üçün bir mənbə rolu oynayır.  
Görkəmli Azərbaycan filosofu Heydər Hüseynov “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi 
fikir tarixindən” əsərində XIX əsr Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin köklərini ilk növbədə 
xalqımızın keçmiş mədəni irsində axtarırdı. O, eyni zamanda XIX əsr Azərbaycan mədəniyyətinin 
inkişafına rus ictimai və fəlsəfi fikrinin təsirini xüsusi qeyd etmişdir. Bu təsirin mütləqləşdirilməsi 
isə o dövrün siyasi rejiminin əsas tələblərindən biri idi (2, 6). 
Bu dövrün milli maarifçi-demokratik təfəkkürü sosial tərəqqi uğrunda mübarizənin fəlsəfi-
nəzəri  ifadəsi  olub,  xalqın  şüurunu  dini  xürafat  və  cəhalətdən  xilas  etmək  funksiyasını  yerinə 
yetirirdi.  İlk  zadəgan-bəy  maarifçiləri  çarizmin  müstəmləkəçilik  və  feodalizmin  ictimai-iqtisadi 
əsaslarına  və  məfkurəsinə  qarşı  mübarizə  aparırdılar.  Qabaqcıl,  ziyalı  təbəqəsinin  irəli  sürdüyü 
maarifçilik baxışlar sistemi islahatlar vasitəsi ilə Azərbaycan xalqının Avropa və Rusiyanın inkişaf 
yolu  ilə  irəliləməsini,  cəmiyyətin  milli  zəmində,  avropasayağı  modernləşməsini  nəzərdə  tuturdu. 
Fəlsəfə  üzrə  elmlər  doktorları,  professorlar  Ə.Tağıyev,  A.Mustafayev  və  M.Balayev  yazırlar: 
“Şəxsiyyət azadlığı, sosial bərabərlik, humanizm ideyaları ilə silahlanmış maarifçilər ən geniş xalq 
kütlələrinin maraqlarını ifadə etmişlər. Maarifçilik milli şüura, milli dil və mədəniyyətin inkişafına 
mühüm təsir göstərmişdir” (3,59). Müəlliflər bu dövrün milli maarifçi-demokratik təfəkkürünün ən 
qabaqcıl ideyalarla əlaqədar formalaşıb inkişaf etdiyini, milli maarifçi demokratik şüura yenilikçi-
modernist cərəyanın təmsilçiləri kimi təsir etdiklərini də qeyd edirlər. 
Akademik  Ə.Daşdəmirov  milli  maarifçilikdə  Şərq,  Qərb,  Rusiya  demokratik  ideya 
cərəyanlarının  təsiri  altında  özünəməxsus  ənənələrin  yarandığını  qeyd  edərək  yazırdı:  “Bu 


101 
ənənələrdə  xalq  varlığının  özünəməxsus  fəlsəfi,  ədalətli  cəmiyyət  quruculuğunun  mənəvi 
axtarışlarının  yolları  və  vasitələri  güclü  antifeodal,  antiçarizm,  antimüstəmləkə  istiqamət  ilə 
birləşmişdi.  Onlar maarifçilik  ideologiyası  və mədəniyyətinin,  milli  özünüdərkin, milli  dirçəliş və 
tərəqqinin  qovuşduğu  ənənələr  idi.Yeni  mərhələdə  müasir  Azərbaycan  mədəniyyətinin  çoxəsrlik 
tarixində ruhi-mənəvi, sosial-fəlsəfi, ideya-estetik əsasları yaradılırdı”(4,33-34). Müəllif maarifçilik 
ideyalarının  milli  tərəqqinin  və  milli  maarifçi  demokratik  təfəkkürün  inkişafına  təkan  verdiyini 
göstərir, onları etnobirləşdirici xüsusiyyətlərinə və doğma torpağa bağlılıq yaratdığına görə yüksək 
dəyərləndirir. 
  Təəsssüf  ki,  sovet  dövrü  tədqiqatçıları  maarifçilik  fəlsəfəsində  ən  çox  “materializm”, 
“ateizm” və “sinfi mənafe” motivləri, “dünyagörüşlərdə müəyyən məhdudluq və ziddiyyətlər, bəzən 
idealist  və  dini  mahiyyət”  axtarırdılar.  Müstəqillik  dövründə  isə  fəlsəfədə  yeni  yanaşma  tərzi 
meydana  gəldi.  Hazırda  Azərbaycan  fəlsəfəsi  qarşısında  duran  ən  başlıca  vəzifə  respublikamızın 
suverenliyinin  möhkəmlənməsinə  kömək  edən  milli-mənəvi,  mədəni  irsi  sosial-fəlsəfi  aspektdən 
tədqiq  və  təhlil  etməkdən,  müstəqil  dövlət  quruculuğu  prosesində  tarixi-milli  ənənələrimizdən 
istifadə  edərək  yeni  mədəniyyətmizin  formalaşması  və  inkişafı  üçün  sosial-fəlsəfi  konsepsiyalar 
işləyib hazırlamaqdan ibarətdir.  
 XIX əsrin 30-40-cı illərində fəaliyyət göstərən maarifçiliyin birinci nəslinin nümayəndələri 
-  Q.B.Zakir,  İ.Qutqaşınlı,  A.Bakıxanov  əslində  fəlsəfi  əqidəcə  materialist  və  ateist  olmamışlar. 
Lakin  Azərbaycanda  onlar  ilk  maarifçiliyin-zadəgan  maarifçiliyinin  milli  ideya  zəminini 
yaratmışlar.  Akademik  F.Qasımzadə  milli  ictimai  fikir  tariximizdə  maarifçiliyin  birinci 
mərhələsinin  30-40-cı  illəri  əhatə  etdiyini,  İ.Qutqaşınlı,  Q.B.Zakir,  A.Bakıxanov  və  s.  realizmə 
meyl  göstərən  yaradıcı  qüvvələrin  simasında  meydana  gəldiyini  göstərir.  Müəllif  bu  mərhələdə 
Azərbaycan  maarifçiliyinin  hələ  çox  zəif,  ibtidai  və  rüşeym  halında  olduğunu,  milli  şüurla  bağlı 
bəzi  xüsusiyətləri  ilə  ,    ancaq  cüzi  bir  nisbətdə  rus  maarifçilərinə  yaxınlaşa  bildiyini  diqqətə 
çatdırmışdır. Sovet dövrünün əksər tədqiqatçıları kimi F. Qasımzadə də ilkin maarifçilərin tərənnüm 
etdikləri  ümummilli  dəyərlərdən  danışarkən  maarifçilərin  “kəndli  sinfinin  nənafeyinə  xidmət 
etmələrini”  önə  çəkir:  “...onların  əsərlərində  feodal  istismarı  şəraitində  yaşayan  Azərbaycan 
kəndlilərinin  ağır  vəziyyətinin,  kəndli  mübarizəsinin  təsvirinə  rast  gəlmirik…İlk  maarifçilər 
vətənpərvərlik,  xəlqilik,  azadlıq  ideyalarını  tərənnüm  etməklə,  avam  kütlələrin  maarifləndirilməsi 
məsələsini ortaya atmaqla məhz kəndli sinfinin mənafeyinə xidmət edirdilər” (5,307).  
Maarifçilik üzrə tanınmış tədqiqatçı, fəlsəfə üzrə elmlər doktoru X.N.Quliyeva maarifçiliyə 
yeni,  müasir  metodoloji  aspektdən  yanaşmışdır.  O,  Azərbaycanda  maarifçiliyin  özünəməxsus 
xüsusiyyətlərlə  təzahür  etdiyini  göstərərərək  yazmışdır:  “Əvvəla,  maarifçilik  dövründə  dünya 
ölkələrinin böyük əksəriyyətindən, habelə Rusiyanın özündəki təhkimçilik hüququ məsələsinə görə 
və inqilab ölkəsi olmaması faktlarına görə tamamilə fərqlənən Azərbaycan maarifçiliyi ilk növbədə 
mənəvi üsyanlar, sıçrayışlar xarakteri ilə seçilir. Problemə bu aspektdən yanaşıldıqda isə əlbəttə ki, 
maarifçi  elmi,  xüsusilə  fəlsəfi,  bu  istiqamətdə  isə  fəlsəfi-etik,  onunla  vəhdət  təşkil  edən  maarifçi 
estetika öz aktual mövzuları ilə diqqəti cəlb edir” (6,79).  
Azərbaycan maarifçiləri öz ideyalarını həyata keçirmək üçün milli mətbuat, milli teatr, təhsil 
ocaqları,  mədəniyyət  sahələri  kimi  kütləvi  təsir  vasitələrindən  istifadə  edərək,  bu  vasitələrin 
xalqımızın  milli  maarifçi-demokratik  şüuruna  təsir  edən  sivilizasion-mədəni  amil  olduğunu  qeyd 
etmişlər. 
Dövrünün “xalq  satiriki və tənqidi  realisti” kimi şöhrət  qazanan Qasım bəy  Zakirin fəlsəfi 
dünyagörüşü tənqidi realizm və satira zəminində formalaşmışdır. Təsadüfi deyil ki, onu onu tənqidi 
realizm  və  satiranın  banisi  adlandırmışlar.  Xalq  yazıçısı,  akademik  Mirzə  İbrahimov  “Böyük 
demokrat” əsərində göstərir ki, “Bu satira Azərbaycanda hakim ictimai tendensiyaya qarşı müxalif 
mövqedə duran bir satiradır” (7,13). 
 Akademik  F.Qasımzadə    satira  və  tənqidi  realizmin  banisi  olan  Zakirin  maarifçi  yaradıcı 
qüvvələrlə ümumi  və fərqli cəhətlərini bəhs  edərək  yazmışdır: “onları  birləşdirən ümumi  cəhətlər 
çox  idi:  demokratik  ruh,  ictimai  haqsızlıqlara  qarşı  amansız  olmaq,  tənqidin  özünə  şüurlu 
münasibət,  təhkimçi  feodal  əlaqələrinə  nifrət  və  s.”  (8,100).  Lakin  Zakiri  digər  maarifçilərdən 
fərqləndirən  cəhətlərdən  biri“müasir  cəmiyyəti,  çürüməyə  başlayan  üsul-idarəni,  həmin  üsul-idarə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə