Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   52   53   54   55   56   57   58   59   ...   164

116 
olduqları  millətinin  uca  adlarına  layiq  deyildi.  Odur  ki,  pak  və  təmiz  vicdanlarının  səsinə  qulaq 
verən millətin bütün üzvləri bir nəfər kimi belə fikirləşirdi ki, “bu qədər böyük bir camaatın rəisləri 
əgər istəsələr nələr etməzlər, nələr tapmazlar?”(6, s.209). 
XX əsr Azərbaycan demokratik fikrinin düşüncə tərzində zəngin mənəvi duyğularla millətin 
taleyi və sabahkı istiqlalı diqqətdə saxlanılırdı. Onun yaradıcılıq leytmotivini təşkil edən insanların 
cəmiyyətə münasibətində birtərəfli mövqe tutmasının yarıtmazlığı idi. Lakin millətin az və ya çox 
dərəcədə taleyinə biganə qalanlar ictimai tərəqqiyə, millətin xoşbəxt sabahlarına əngəl olanlar hesab 
edilirdi. Hətta hər şeyi düşünüb, bircə milləti haqqında ağlına heç nəyi gətirməyənlər bundan onlara 
heç  bir  “mənfəət”  gəlməyəcəyini  bildiklərindən,  qəlblərinin  bu  nöqtəsini  çoxdan  öldürmüşdülər. 
Azərbaycan  demokratik  fikri  XX  əsrin  əvvəllərində  “ürəyində  bir  az  millət  hissi,  namusu  olan 
müsəlman”(6,s.208)  qardaşlarına  üz  tutaraq  onlara  sanki  xəbərdarlıq  edirdi  ki,  bizdə  beş-on 
yetimimizi insanca saxlamağa ləyaqət yox, öz balalarımıza mərhəmət yox-ya biz nə haqq və nə üzlə 
özgələrdən mərhəmət və ədalət gözləyirik?”(6, s.207). 
                  Hanı adəmdə insanlıq, hanı adəmdə vicdanlar? 
                  Nədir bir bunca vəhşətlər, nədir bir bunca xüsranlar(3, s.370). 
XX  əsr  Azərbaycan  demokratik  fikri  millətin  çəkilməz  dərdlərinə  diqqəti  yönəldərək, 
duyğusuz, zalım, mərhəmətsiz insanlara ümid olmamağa çağırırdı ki, “Bari xudaya, sən özün hifz 
elə”(5,III,s.124),  çünki  ürəklərində  millətə  eşq  və  məhəbbət,  Vətən  sevgisi  olmayanlardan  heç  nə 
gözləmək  olmazdı.
 
“Cənabi-  həqq  bəlkə  öz  ulu  intizar,  ulu  fikirlərin  üsulunu  bizim  kimi  qorxaq, 
xəsis, duyğusuz qansızların ümidinə qoymaya” (6, s.208). 
 XX  əsr  Azərbaycan  demokratik  fikri  milləti  ilə  bir  olmaq  istəyini  açıqcasına  bəyan 
etməkdən qorxmurdu. Millətinə, Vətəninə təmənnasız sevgisi ilə xidmət göstərən, onun ehtiramını 
ucalara qaldıran Azərbaycan demokratik fikri mənafeyini qorumağa çalışdığı milləti haqqında ürək 
dolusu  yanğıyla  düşünürdü.  O,  müraciət  etdiyi  və  müdafiə  etdiyi,  məmləkətin  sahibi  bildiyi, 
dinməyə və danışmağa ixtiyarı olmasa da, əslində, hər zaman və hər yerdə, hətta gələcəkdə də söz 
sahibi  olan  millətinə,  camaatına  arxalanaraq,  ona  müraciət  edirdi,  ümidvar  olduğunu  bildirirdi  və 
ona  müraciətlə  tərəfdar  durduğunu  göstərirdi:  “İnciməyin,  siz  inciməyin,  ey  millətin  kökü,  təməli 
yerində olan qara camaat! Ey ürəkdə millət namusu olanlar! Ümidimiz yenə sizədir” (6,s.208). 
XX əsr Azərbaycan demokratik fikri ictimai və fəlsəfi fikir tariximizin göstərilən dövründə 
əlçatmaz  mənəvi-  əxlaqi,  milli-  bəşəri  ideyalar  irəli  sürdü  və  öncül  olduğunu  təsdiqləmiş  oldu. 
Onlar halına acıdığı, dərdlərinə çarə aradığı, qayğısını çəkdiyi, başı bəlalardan qurtulmayan sevgili 
millətinin  və  özünü  övladı  saydığı  əziz  Vətəninin  müsibətli  günlərində  onları  əzilməkdən,  qəhr 
olmaqdan,  məhv  olub  əldən  getməkdən  sadəcə  qorumaq  deyil,  eyni  zamanda  xilas  etmək 
istəyirdilər.  Bu  yolda  canlarını  fəda  etməkdən  çəkinmirdilər  ki,  onlar  tezliklə  bu  dərdlərdən  və 
müstəmləkə  əsarətindən  xilas  olub  azadlığına  qovuşsunlar.  Demokratik  fikir  milli  mücadilə  və 
Vətən  tariximizdə  həmin  günü  əsl,  böyük  bir  bayram  coşqusu  ilə  gözləmək  intizarında  qalmışdı. 
Məhz həmin gün xalqımızın, millətimizin,Vətənimizin əsl, böyük bayram günü olacaqdı.   
Odur  ki,  XX  əsr  Azərbaycan  demokratik  fikri  daşıdığı  məsləyə,  əqidəyə  sədaqətli  olaraq, 
özünün amalını, qayəsini sevimli milləti, Vətəni qarşısında deklorativ sənəd kimi sübuta yetirirdi. 
Əslində  XX  əsrin  gəlişi  ilə  Azərbaycan  demokratik  fikri  yeni  əsri,  dövrü,  zamanı  düzgün 
xarakterizə edib, milləti, Vətəni şad edəcək öncədən uzaqgörən sosial bir hadisə kimi, onu möhtac 
olmaqdan  xilas  edəcək  qabaqcıl  bir  ideyanın  irəli  sürməsinə  münbit  şərait  yaradacaqı  ki,  millət 
ayılsın, oyansın.  
XX  əsr  Azərbaycan  demokratik  fikrinin  millətin  tarixində  oynadığı  əhəmiyyətli  rol 
danılmazdır. Ona görə ki, o, gerçək aləmin real acı mənzərəsinin gələcəkdə yarada biləcək, millətə 
gətirə  biləcək  və  onun  qəlbində,  zehnində,  düşüncəsində  sağalmaz  yara  aça  biləcək  şeylərə  qarşı 
barışmaz, yorulmaz mübarizə meydanına atılmışdı. Hədəfi dəqiq bəlli olan Azərbaycan demokratik 
fikri  həqiqətən  də  əsl  doğrunu  tapıb  ortaya  qoyurdu  ki,  millət  onu  yazıq  hala  salan  və  bu 
vəziyyətdən qopub aralana bilməyinə hər yolla maneçilik törədən düşmənlərini görüb tanısın. Yəni 
millətin  oyanması,  əsrin,  zamanın  səsinə  səs  verməsi  mütləq  şəkildə  labüd  idi,  millət  hökumətin 
istibdad zəncirində qaldıqca vətənin müstəmləkə əsarətindən xilası mümkün olmayacaqdı. Ona görə 
də vətənin xilası millətin ayılmasına, oyanmasına, ayağa qalxmasına bağlı idi.  


117 
XX  əsr  Azərbaycan  demokratik  fikri  millətin  gələcəyini  düşünərkən,  uzaq-  yaxın  tarixə 
müraciət  edirdi.  Millətin  cəhalətdən,  qəflətdən  xilasının,  tezliklə  oyanışının  millətin  xoş 
istiqbalında,  gələcəyində  necə  vacibli  olacağını  sübut  edən  XX  əsr  Azərbaycan  demokratik  fikri 
göstərirdi ki, tarixin müxtəlif dönəmlərində, saləflərimizin zamanında bizləri yox etmək, axırımıza 
çıxmaq  istəyənlər  olmuşdular  və  onlar  bu  gün  də  pusquda  durub  gözləməkdədirlər.  Bunun  üçün 
millətimzin içərisindən ittifaq və ittihadı yox edib, onun qəlbinə iyrənc, mənfur ixtilaf, təfriqəçiliyi 
yeritməyə çalışdılar.  
Deməli, bütövlükdə milləti, ayrılıqda isə onun ayrı-ayrı fərdlərini milli-mənəvi dəyərlərdən, 
sərvətlərdən məhrum qoyan, onu daim geriliyə, keçmişə çəkən, qaytaran cəhalət, qəflət bu milləti 
xoşbəxt  gələcəkdən  məhrum  qoymuşdu.  O,  milləti  milli  şüurdan  məhrum  qoyur,  onu  müasirliklə 
ayaqlaşmasına  maneçilik  törədirdi.  Son  nəticədə  isə  o,  millətin  tarix  səhnəsindən  silinməsi  ilə 
nəticələnərdi. 
 XX əsrin əvvəllərində cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarının optimal bir model 
kimi elmi təhlili göstərir ki, bütün istək və arzulardan, şəxsi mənafelərdən asılı olmayaraq, millətin 
xoş  gələcəyinə  qovuşması  yolunda  ən  mühüm  addım  onun  oyanışından,  qəflətdən,  cəhalətdən 
xilasından  keçməli  idi.  XX  əsr  millətin  oyanışının  qarşısını  ala  biləcək  hər  şeyi  rədd  edirdi,  onu 
cəmiyyətin yolundan götürüb, bir kənara atırdı. Sübut olunurdu ki, yenilikçi oyanış, dirçəliş cəhdi 
millətin  də  oyanışını  labüd,  qanunauyğun  etdiyindən,  məntiqi  şəkildə  onun  qarşısını  ala  biləcək, 
kəsəcək  heç  nə  ola  bilməzdi.  Ona  görə  də  yeni  əsr  millətin  milli  şüurunu,  milli  özünüdərkini 
dolayısı  ilə  yox,  birbaşa  özündə  əks  etdirir,  mənəvi  ziya  kimi  millətin  gələcək  istiqbalını 
işıqlandırırdı. O, bütün bunları gələcəkdə sübuta yetirmiş olacaqdı.  
Odur  ki,  Azərbaycan  demokratik  fikri  yeni  əsrin  gəlişinə  “şükürlər  olsun”,-deyirdi,  onun 
çətinliklərlə də olsa, gətirəcəyi, verəcəyi millətlərin azadlığı, istiqlaliyyəti müjdəsi hamı kimi, onları 
da  sevindirməyə  bilməzdi.  XX  əsrin  gəlişini  bəşər  tarixinin  qanunauyğun  inkişafının  məntiqi 
davamı  hesab  edən  Azərbaycan  demokratik  fikri  qocaman  tarixin  səhifələrinə  öz  şükranlıqlarını 
belə yazırdı. 
ƏDƏBİYYAT 
 
1.  Ağaoğlu  Əhməd  bəy.  Seçilmiş  əsərləri.  Ön  sözün,  izah  və  şərhlərin  müəllifi  Vilayət  Quliyev. 
Bakı, Şərq- Qərb, 2007 392 səh. 
2. Hacıbəyli Üzeyir.  Seçilmiş əsərləri.  Iki cilddə,  II cild. Tərtib edəni  və lüğətin  müəllifi Abdulla 
Abbasov. Bakı, Şərq- Qərb”, 2005, 456 səh 
3. Hadi Məhəmməd. Seçilmiş əsərləri (İzah və qeydlərin müəllifi Əziz Mirəhmədov). Bakı, Şərq- 
Qərb, 2005. 464 səh. 
4.  Hüseynzadə  Əli  bəy.  Seçilmiş  əsərləri.  Transliterasiya  və  tərtib  edəni  Ofelya  Bayramlı.  Bakı, 
Şərq- Qərb, 2007. 480səh. 
5.  Məmmədquluzadə  Cəlil.  Əsərləri.  Dörd  cilddə  (tərtib  edəni,  ön  söz  və  izahların  müəllifi  İsa 
Həbibbəyli). Bakı, "Öndər", 2004. 
6.  Nemanzadə  Ömər  Faiq.  Seçilmiş  əsərləri  .  Tərtib  edəni,  ön  sözün  və  izahların  müəllifi  Şamil 
Qurbanov. Bakı, Şərq-Qərb, 2006, 352 səh.  
7.  Səhhət  Abbas.  Seçilmiş  əsərləri.  Tərtib  edəni,  ön  söz  və  izahların  müəllifi  Kamal  Talıbzadə). 
Bakı, Lider, 2005,  456 səh. 
 
ABSTRACT 
                                                  Bagır Babayev 
AZERBAİJAN DEMOCRATİC THOUGHT ABOUT GLORİOUS PAST AND 
HAPPY FUTURE OF OUR NATİON IN THE  TWENTİES CENTURY 
 
The democrats in the twenties century denied that our people wanted to save our nation from 
the colonial bondage of the Russian - Empire and believe it deeply. Democratic thought that had a 
great  impact  on  the  lives  of  the  conquered  nations  in  the  twenties  century.  The  new  century  has 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə