Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   60   61   62   63   64   65   66   67   ...   164

132 
iştirakçılığın subyekti kimi rola girməsindən çox-çox əvvəl başlayır. Ailənin yaşlı üzvlərinin sosial-
siyasi  subyektliyi  uşaqlara  sirayət  edir,  onları  gələcək  siyasi  həyata  hazırlayır.  Amerika 
prezidentinin  tərcümüeyi-halını  yazan  müəlliflərin  əksəriyyəti  onların  siyasi  taleyinin 
qərarlaşmasında  ailənin  rolunu  xüsusilə  vurğulayırlar.  Tədqiqatlar  göstərir  ki,  ailə  nəinki  gəncin 
siyasi  baxışlarını  formalaşdırır,  habelə  onun  siyasi  proseslərin  fəal  və  ya  passiv  iştirakçısı  kimi 
yetişməsini şərtləndirir. 
Ailənin uşaqların siyasi sosiallaşmasına təsirinin daha bir vacib kanalı da diqqəti cəlb edir. 
Ailədə  valideyinlərə  hörmət,  valideyn  nüfuzu  uşaqlarda  şəxsiyyətin  nüfuzu  haqqında  ilkin 
təsəvvürləri formalaşdırır. Bundan əlavə, ailə mühiti, ailə üzvləri arasında qarşılıqlı münasibətlərin 
xarakteri,  problemləri  həll  etməyə  yanaşma  metodları  uşağın  xarakterində  avtoritarizmə  meylin, 
yaxud  daha  mülayim  davranış  prinsiplərinin  möhkəmlənməsini,  üsyankar,  yaxud  kompomisçi 
şəxsiyyət ünsürlərinin kök atmasını şərtləndirir. 
Bununla  belə,  ailənin  siyasi  sosiallaşma  prosesinə  təsirini  birmənalı  qiymətləndirmək 
düzgün olmazdı. Ailənin sosiallaşmaya təsiri ilə onun cəmiyyətdə sosial  mövqeyi arasında asılılıq 
mövcuddur.  Tədqiqatlar  göstərir  ki,  valideyinlərin  cəmiyyətin  aşağı  təbəqəsinə  daxil  olduğu 
ailələrdə  bu  təsisat  yeniyetmənin  siyasi  sosiallaşması  üçün  etibarlı  mənbə  rolunu  yerinə  yetirmək 
imkanlarından məhrumdur. Belə ailələrdən çıxmış uşaqların sosiallaşmasında mühitin, yaşıdlarının 
daha çox rol oynamaq ehtimalı yüksək olur. 
Siyasi  sosiallaşmanın  vasitələri  sırasında  siyasi  sistemin  yaratdığı  təsisatların  rolu  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Bu  vasitələrin  fəaliyyəti  sayəsində  fərdin  siyasi  sosiallaşması  prosesi  daha 
ardıcıl xarakter alır, eyni zamanda mövcud rejimin təbliğ etdiyi, qoruduğu siyasi dəyərlərə, davranış 
normalarına  uyğunlaşdırmış  olur.  Siyasi  sistemin  siyasi  sosiallaşmaya  təsiri  vasitələri 
aşağıdakılardır: a) təhsil müəssisələri; b) sosial normalar; c) hüquq normaları. 
Məktəb  şagirdlərə  və  tələbələrə  həm  daha  geniş  siyasi  informasiya  verir,  həm  də  siyasi 
davranış  formaları  aşılayır.  Siyasi  proseslərin  bilavasitə  subyektləri  kimi  insanın  yeni  keyfiyyət 
halına qədəm qoyması orta məktəbin yuxarı siniflərinə və ali məktəb illərinə təsadüf edir. buna görə 
də, siyasi sosiallaşmanın bu vasitəsinin üzərinə xüsusi məsuliyyət düşür. 
Siyasi  sosiallaşmanın  vasitəsi  kimi  sosial  normaların  əhəmiyyəti  aşağıdakılarda  özünü 
göstərir:  1)  cəmiyyət  üçün  gərəkli  davarnış  formalarının  müəyyənləşdirilməsi;  2)  fərdi  davranışın 
ictimai  məqsədlərə  uyğun  olması  və  ya  onlara  zidd  gəlməsi  probleminin  aydınlaşdırılması.  Bu 
mənada sosial normalar şəxsiyyətin sosiallaşmasının vacib meyarlarından biri kimi qiymətləndirilə 
bilər. 
Fərdin  siyasi  sosiallaşmasında  hüquq  normaları  xüsusi  rol  oynayır.  Ictimai  münasibətləri, 
şəxsiyyət-hakimiyyət  əlaqələrini  tənzimləməklə  hüquq  normaları  əslində  sosiallaşma  prosesinin 
obyektiv hüququ bazasını yaradır. Hüquq normaları insanın fəaliyyət azadlığını nəzərə almaqla eyni 
zamanda onun fərdi davranışının, şəxsi mənafelərini ödəmək istiqamətində fəaliyyətinin hüdudlarını 
müəyyənləşdirir.  Vətəndaşın  fəaliyyət  azadlığı  ilə  ictimai  məsuliyyətinin  vəhdəti  hüquq 
normalarının fərdin sosiallaşmasında istiqamətləndirici təsirinin əsasını təşkil edir. 
Hüquq normalarının fərdin siyasi sosiallaşmasına təsiri müxtəlif formalarda ola bilər. Bunlar 
aşağıdakılardır:  1)  şəxsiyyətin  hüquqi  statusunun  müəyyən  edilməsi;  2)  şəxsiyyətin  hüquq  və 
azadlıqları  ilə  məsuliyyətinin  nisbətinin  müəyyən  edilməsi;  3)  qəbul  edilmiş  normalardan 
kənarlaşmalara görə ictimai sanksiyanın dərəcəsinin müəyyənləşdirilməsi. 
Siyasi  sosiallaşma  prosesinə  incəsənətin  və  kütləvi  informasiya  vasitələinin  də  təsiri 
böyükdür.  Onların  köməyi  ilə  həm  zəruri  informasiya  təminatı  yaradılır,  həm  də  bu  və  ya  digər 
davranış  norması,  konkret  siyasi  iştirakçılıq  tipi  obrazı  yaradılır.  Şəxsiyyətə  böyük  emosional  və 
psixoloji  təsir  göstərmək  imkanlarına  malik  olan  bu  vasitələr  onun  siyasi  mövqeyinin 
formalaşmasında, siyasi həyata qovuşmasında xüsusi rol oynayır. 
Beləliklə,  sosiallaşma  prosesi  insanın  məqsədyönlü  fəaliyyətindən,  sosial  praktikanın  və 
insanların  ünsiyyətinin  xarakterindən,  onun  tutumunun  və  məzmununun  şüurlu  şəkildə 
dəyişdirilməsi imkanlarıdan, habelə tərbiyəsinin təşkilindən asılıdır. 
 
 
 


133 
ƏDƏBİYYAT  
 
1.
 
Heydər Əliyev “Müstəqilliyimiz əbədidir” I və II kitablar, Bakı, 1997 
2.
 
Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. Bakı, 1994 
3.
 
A.Hüseynova Müstəqil Azərbaycan dövlətinin qurucusu, Bakı, 2004 
4.
 
“Sosiologiya” dərslik, Bakı, 2006 
5.
 
“Politologiya” dərslik, Bakı, 2006 
ABSTRACT 
Hafiz Huseynov 
 
MEANS AND LEVELS OF POLITICAL SOCIALIZATION IN JURIDICAL STATE 
 
The  article  deals  with  the  theme  that  is  actual  nowades.  Means  and  levels  of  political 
socialization in juridical state were explained scientifically. It was noted that political socialization 
in  development  and  formation  of  personality.  It  encloses  all  the  sides  of  formation  process  as  a 
subject  of  political  relations  and  political  activity.  Its  final  result  is  formation  of  high  political 
culture expressing social-political activity of personality with activity synthesis. 
It  was  noted  in  the  article  that  remarkable  democratically  changes  in  our  republic  in 
democracy,  establishment  of  pluralism  in  civil  society  formation  of  social-political  organizations 
and  movements  in  various  directions  not  only  makes  political  process  complicated,  but  also 
increases interest to them. Political socialization in political medium of society had become one of 
important and urgent issues for increasing quality of political activity. 
 
РЕЗЮМЕ 
Гафиз Гусейнов  
                           
ЭТАПЫ И СРЕДСТВА ПОЛИТИЧЕСКОЙ СОЦИОЛИЗАЦИИ В ПРАВОВОМ 
ГОСУДАРСТВЕ 
 
 
 
 
 
 
В  статье  рассматривается  актуальная  для  современности  тема.  Научно 
откомментированы  этапы  и  средства  политической  социолизации  в  правовом  государстве. 
Отмечено,  что  в  демократическом  обществе  социолизация  в  политической  сфере 
значительно  влияет  на  формирование  и  развитие  личности.  Она  охватывает  все  стороны 
процесса  развития  человека  как  субъекта  политических  отношений  и  политической 
деятельности.  Ее  конечные  результаты  формируют  высокую  культуру,  выражающую 
социально-политическую активность человека и его творческого синтеза. 
В  статье  обосновывается  мысль,  что  в  условиях  демократии  в  нашей  республике 
произошли  значительные  демократические  изменения,  утвердился  плюрализм  в 
гражданском  обществе,  образовались  разнонаправленные  общественно-политические 
организации  и  движения,  которые  осложняли  политические  процессы  и  порождали  им 
интересы.  Все  это,  а  именно  политическая  социолизация  в  политической  сфере  общества 
сделала важным вопрос повышения качества политической деятельности членов общества. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 
 
                                                              
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə