124
3.
Əsgərov.Ş.Q. Kamilləşən düşüncə. Bakı, 2013, 232 səh.
4.
Şükürov A. Qloballaşmış cəmiyyətlər: dünən, bu gün, sabah. Bakı, Azərbaycan Universiteti
nəşriyyatı, 2006. 191s.
ABSTRACT
Novruzalı Rahımov
THE ESSENCE OF GLOBALIZATION AND ITS IMPACT ON EDUCATION
In the scientific article has been explained the essence of globalization process in the new context
The process of globalization is a new formed stage on the basis of the laws of historical
development of mankind. In the process of globalization joining to common economic and
financial, social and political and cultural relations system of the majority of mankind occuvs.
Globaliztion accelevates the beginings of dialogue and interaction among civilizations.
Globalization is new brand changes in the areas of life, policy, economy, culture, science,
technology and so on in the modern world.
It has studied the impact of globalization process, and defined the developmental directions
of science and education in the globalization condition, as well.
This article analyzes the role of information and communication technologies to the
development of science and education in the context of globalization.
РЕЗЮМЕ
Новрузали Рагимов
CУЩНОСТЬ ГЛОБАЛИЗАЦИИ И ВЛИЯНИЯ ЕГО В ПРОЦЕСС
ОБРАЗОВАНИЯ
В научной статье сущность глобализационной процессы обьясняется в новом
содержание. Процесс глобализации - это новый этап сформированный на основе законов
исторического развития человечества. В процессе глобализации происходит присоединение
к единой экономической, финансовой, социальной, политической и культурной системе
отношений большинства человечества. Глобализация активизирует начало диалога и
взаимодействия между цивилизациями.
Глобализация - это новые качественные изменения в сферах социальной жизни,
политики, экономики,
культуры, науки, техники и т. д. в современном мире.
В статье исследованы влияние глобализационной процессы на науку и образоване,
также в глобализационных условиях определена направление развитии науки и образовании.
В статье анализируется роль информационных и коммуникационных технологий в
развитие науки и образования в условиях глобализации.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
125
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
FLORA KƏRİMOVA
Naxçıvan Dövlət Universiteti
flora.kerimova.80.@mail.
ru
UOT: 32.019.51
SEYİD ƏZİM ŞİRVANİNİN İCTİMAİ-SİYASİ BAXIŞLARINA
“BEYTÜS-SƏFA” MƏCLİSİNİN TƏSİRİ
Açar sözlər: ictimai, siyasi, fəlsəfi, maarifçilik, şeir, “Beytüs-səfa”
Key words: public, political, philosophy, enlightenment, poem, Beytus-shafa"
Ключевые слова: общественный, политический, философский, просвещение, стихи,
“Бейтус- cафа”
Azərbaycan şeirinin inkişafına təsir göstərmiş mütəfəkkir şair Seyid Əzim Şirvani
Azərbaycada maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olmuşdur. Onun müxtəlif
janrlarda yazdığı şeirlər yaşadığı dövrün Azərbaycan cəmiyyətinə xas olan cəhətlərini özündə əks
etdirir. Klassik Azərbaycan poeziyası və XIX əsrin I yarısında ədəbi məktəb halında formalaşan
tənqidi realizm ənənələrindən bəhrələnən Seyid Əzim Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı
tarixinə görkəmli şair və maarif xadimi, üsuli-cədid məktəblərindən birinin yaradıcısı, Azərbaycan
dilində yazılmış sonuncu təzkirənin müəllifi kimi daxil olmuşdur (6, s.162-164).
Seyid Əzim Şirvani 27 iyun 1835-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Şair 7 yaşında
olarkən atası Seyid Məhəmməd vəfat etmiş, Dağıstanın Yaqsay kəndində hakimlik edən babası
molla Hüseyn öz qızını və nəvəsini yanına aparmışdır. Molla Hüseynin özünün oğlu olmadığından
nəvəsinə çox məhəbbət bəsləmişdir. Burada Seyid Əzim Şirvani türk və fars dillərində təhsil almış,
ərəb dilini öyrənmişdir. Seyid Əzim Şirvani 11 yaşına qədər ana babası ilə birlikdə Dağıstanda
yaşamış, 1846-cı ildə isə yenidən Şamaxı şəhərinə köçmüşdür. 1855-ci ildə iyirmi yaşında Seyid
Əzim təhsilini davam etdirmək üçün Nəcəf şəhərinə, oradan Bağdada və sonra isə Şama getmişdir.
Təhsilini başa vurduqdan sonra vətəninə dönən mütəfəkkir bir müddət sonra Mədinəyə gedərək
Məhəmməd Peyğəmbərin qəbrini ziyarət etmiş, oradan Məkkəyə getmişdir.
Həcc ziyarətindən sonra
Seyid Əzim Misir və Qahirə şəhərlərində olmuş, orada elm adamları ilə görüşmüşdür (7, s.32, 33).
S.Ə.Şirvani səyahətdən döndükdən sonra Şamaxının qabaqcıl ziyalıları, sənət hamiləri – Əhməd
Sultan, Həmid Əfəndizadə, Mirzə Nəsrullah Didə, Mahmud Ağa, Ünsüzadə qardaşları (Səid, Cəlal,
Kamal), Əli Əkbər Qafil, Bixud, Bahar Şirvani, Məmmədtağı Əlizadə və başqaları ilə bir araya
gələrək, əqidə və amal dostları olmuşlar.
Seyid Əzim yaradıcılığa 1855-ci ildən başlamış, əsərlərini Azərbaycan və fars dillərində
yazmışdır. Klassik Azərbaycan poeziyası və XIX əsrin birinci yarısında ədəbi məktəb halında
formalaşan tənqidi realizm ənənələrindən bəhrələnən Seyid Əzim lirik və satirik Azərbaycan şeirini
zənginləşdirmişdir. Onun yüksək bədii sənətkarlıqla yazılmış lirik şeirlərində məhəbbət, həyat eşqi
tərənnüm olunur. İctimai-əxlaqi görüşlərini əks etdirən mənzum hekayə və öyüdləri, nağıl və
təmsillərində dostluq, mərdlik, nəzakət, təvazökarlıq təbliğ edilir, tənbəllik, tüfeylilik, avaraçılıq və s. pis
sifətlər tənqid olunur (11, s.235).
Firudin bəy Köçərlinin qeyd etdiyi kimi: “Azərbaycan şairlərindən heç biri Hacı Seyid Əzim
yazdığı qədər əsərlər vücuda gətirməyibdir. Əsərlərindən ən məhşur olanları “Küllüyati-türki və
farsi”, “Divani-qəzəliyyat”, “Divani qəsaid və nəvahi”, “Hekayati-mənzumə”, “Xilafəti-həzrət
Əbubəkr”, “Qəzəvati həzrət Əli”, nəzmən və nəsrən “Qisəsül-ənbiya”, “Təzmini Xacə Hafiz və
Şeyx Sədi” və qeyriləri”. Firudin bəy Köçərlinin yazdığı kimi bu əsərlərdən ikisi – “Qəzəliyyat” və
“Hekayəti-mənzumə”şairin həyatda olduğu dövrdə çap edilmişdir (7, s.35-37). 53 illik qısa ömrü
ərzində hacı Seyid Əzimin təkcə yazdığı qəzəlləri hesablasaq, görərik ki, o, 1000-dən yuxarı
miniatür şedevrlər yaratmışdır. Klassik ədəbiyyatımızın bu son nəhəngi qəzəl, qəsidə, mədhiyyə,