Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   55   56   57   58   59   60   61   62   ...   164

122 
və mədəniyyətlə bağlı informatik materialların yayılması və s. Avropa Şurasına daxil olan ölkələrin 
təhsil  sistemləri  bir-birindən  köklü  surətdə  fərqlənir.  Müxtəlif  Avropa  ölkələrində  təhsil 
sistemlərindəki mövcud idarəetmə, maliyyələşdirmə, proqram, dərslik, metodika və digər sahələrdə 
fərqlər  tədricən  aradan  qaldırılmaqdadır.  Bu  ölkələrin  inteqrasiyası  təhsil  sistemlərinin  də 
inteqrasiyasını  tələb  edir.  Təhsil  sahəsində  geri  qalmış  ölkələrə  həm  beynəlxalq,  həm  də  şuranın 
digər  inkişaf  etmiş  ölkələri  müxtəlif  növ  yardımlar  edirlər.  Təhsilin  səviyyəsinin  bütünlükdə 
qalxması və eyniləşdirilməsi Avropa Şurası təşkilatı qarşısında ən əsas vəzifələrdən biri kimi elan 
olunur.  
Sosial  institutların  gələcək  inkişafının  bir  başa  keyfiyyətli  təhsillə  bağlıdır.  Azərbaycan 
Avropa  və  Asiya  sərhədlərində  yerləşir.  Azərbaycanın  Avropa  Şurasına  daxil  olması  ölkəmizdə 
gedən  təhsil  islahatlarının  məhz  avropa  standartları  çərçivəsində  aparılmasını  tələb  edir. 
Azərbaycanın  geostrateji  vəziyyəti,  maddi  sərvətləri,  intellektual  insan  ehtiyatlarının  və  s.  olması 
bizim ölkəmizi Avropa üçün “maraqlı” edir. Son illər ölkəmizdə təhsil islahatlarını aparmaq üçün 
dünya maliyyə institutları tərəfindən ayrılmış kreditlər və qrantlar bunu bir daha sübut edir.  
 Təhsil  dövlət  siyasətinin  əsas  hissələrindən  bir  olub,  daim  diqqət  mərkəzində  olmalıdır. 
Azərbaycan Respublikası Konstitusiyasının Təhsil hüququ adlanan 42-ci maddəsində göstərilir: 1. Hər bir 
vətəndaşın təhsil almaq hüququ vardır. 2. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin 
edir. 3. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. 4. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı 
şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Qeyd etmək lazımdır ki, təhsil sahəsində dövlət 
siyasətinin prinsipləri Azərbaycan Respublikasının Təhsil Qanunu ilə nizama salınır.  
Təhsil  sisteminin  vəzifəsi  dövlətin  qoyduğu  sərmayəni  gənclərin  biliyinə  çevirməkdən, 
maddi  varlığı  intellektual  varlığa  çevirməkdən  ibarətdir.  Azərbaycan  müstəqillik  əldə  etdikdən 
sonra  ölkədə  təhsil  sistemində  bir  sıra  islahatlar  aparıldı.  Təhsilin  keyfiyyətinin  artırılması, 
beynəlmiləlləşdirilməsi,  idarəetmə  mexanizmlərinin  yaradılması,  kadrların  hazırlanması  və 
attestasiya  mexanizmlərinin  yaradılması,  səmərəli  təlim-tərbiyə  proqram  və  metodların 
hazırlanmasını,  pedaqoji  kadrların  hazırlıq  səviyyəsinin  yeni  tələblər  əsasında  qurulması,  mövcud 
kadrların ixtisasının vaxtaşırı artırılması sahəsində mühüm nailiyyətlər əldə edildi. 
Təhsilin  məzmunu  hər  hansı  bir  təhsil  müəssisəsində  həyata  keçirilən  təlim  prosesinin 
sonunda  təlim  alanın  əldə  etməli  olduğu  biliklərə,  bacarıqlara,  vərdişlərə  və  formalaşdırılması 
nəzərdə  tutulan  şəxsi  keyfiyyətlərə  qoyulan  tələblərlə  müəyyən  edilən  bir  anlayışdır.  Bu  tələblər 
cəmiyyət  tərəfindən  müəyyən  edilir  və  cəmiyyətin  inkişaf  səviyyəsindən  asılı  olur.  Cəmiyyətin 
inkişafı  ilə  əlaqədar  olaraq  təhsilin  məqsədi  və  bu  məqsədlərə  çatmaq  üçün  təhsilin  məzmununa 
qoyulan  tələblər  də  dəyişir.  Bu  tələblər  konkret  olaraq  müəyyən  normativ  sənədlər  -  standartlar 
şəklində ifadə olunur.  
 Müasir  dövrdə  təhsilin  və  təlimin  məzmununa  bəşəriyyət  tərəfindən  əldə  edilmiş  sosial 
təcrübənin bütün elementləri daxil edilməlidir. 
Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili strateji üstün sahə elan 
edir və ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu göstərirlər. 
Təhsilin inkişafı üçün öyrədənlərin aşağıdakı əsas şəxsi keyfiyyətlərinin olması zəruridir: 
- işgüzarlıq və yaradıcı təfəkkürün olması; 
- fəaliyyətin modelini qura bilmək bacarığı; 
- planlaşma aparmaq qabiliyyəti; 
- problemləri dəqiq başa düşmək və yaradıcı həll etmək bacarığı; 
- mühit tərəfindən neqativ təsirlərə davam gətirmək bacarığı; 
- aralıq nəticələri müşahidə etmək və ortaya çıxarmaq qabiliyyəti;   
- ziddiyyətlərin həllində lazım olsa alternativ variantlar tapa bilmək qabiliyyətinin olması və s. 
İnkişaf etməkdə olan informasiya və kommunikasiya texnologiyaları qlobal təhsil sisteminə 
də  böyük  təsir  göstərməkdədir.  Qloballaşma  proseslərinin  sürətlənməsində  informasiya 
kommunikasiya  texnologiyalarının,  xüsusən  də  internetin  mühüm  rolu  vardır.  Təhsil  sistemində 
müasir İKT-nin tətbiqi bu gün qloballaşan dünyanın, innovativ inkişafın zəruri tələblərindən biridir. 
Qeyd  etmək  lazımdır  ki,  müasir  dövrdə  təhsilin  qloballaşması  İKT-nin  potensial 
imkanlarından  maksimum  faydalanmağa  yönəlmişdir  və  təhsil  sahəsində  tədris  prosesini  internet 


123 
üzərindən həyata keçirərək virtual şəbəkə vasitəsilə insanların təhsil almasına şərait yaradır. 
XXI  əsrdə  informasiya  və  kommunikasiya  texnologiyaları  cəmiyyətin  inkişafına  təsir 
göstərən əsas amillərdən birinə çevrilmişdir. İKT-nin təsir dairəsi dövlət strukturlarını və vətəndaş 
cəmiyyəti  institutlarını,  iqtisadi  və  sosial  sahələri,  elm  və  təhsili,  mədəniyyəti  və  bütövlükdə 
insanların  həyat  tərzini  əhatə  etməkdədir.  Bir  çox  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr 
informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. 
İnformasiya cəmiyyətinin əsas xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:  
 
 
 - qlobal informasiya mühitinin yaradılması;  
 - informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi;  
 - informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı;  
 -  təhsil  sisteminin  təkmilləşməsi,  beynəlxalq,  milli  və  regional  səviyyədə  informasiya 
mübadiləsi  sistemlərinin  imkanlarının  genişlənməsi  hesabına  peşə  və  ümumi  mədəniyyət 
səviyyəsinin artması;  
  - demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, 
onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması.  
İnformasiya  və  kommunikasiya  texnologiyalarından  geniş  istifadə  olunması  ölkənin 
hərtərəfli inkişafına xidmət edir və bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud 
olan problemlərin həll olunması üçün tutarlı vasitələrdəndir.  
İqtisadiyyatın  inkişafı  üçün  mühüm  şətlərdən  biri  təhsilin  inkişafı  hesab  olunur.  Təhsil 
cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət 
sahəsidir.  Təhsilə  münasibət  millətin  gələcək  taleyinə  münasibətdir.  İctimai  həyatın  bütün 
sahələrində bacarıqlı mütəxəssislər yetişdirməkdə təhsilin rolu əvəzsizdir. 
Nəzərə  almaq  lazımdır  ki,  təhsil  elmi  biliklərin  mənimsənilməsi  prosesidir.  Düzgün  təşkil 
olunmuş  təhsil  prosesi  yaradıcı  təfəkkürü  də  inkişaf  etdirir.  Elmin  məqsədi  insanın  intellektual 
dünyasını  zənginləşdirmək,  onu  daha  bilikli  etmək  və  bu  biliyin  qüvvəyə  çevrilməsi  üçün  ona 
kömək  etməkdir.  Qeyd  etmək  lazımdır  ki,  elmi  biliyin  maddi  qüvvəyə  çevrilməsi  istehsal 
prosesində keyfiyyət dəyişikliyi yaradır. 
Universitetlərin  reytinqinə  təsir  edən  əsas  faktorlardan  biri  elm  və  təhsil  mühitidir. 
Müntəzəm  seminar,  konfranslar,  yeni  elmi  nəticələrin  çapdan  öncə  müzakirəsi  də  çox 
əhəmiyyətlidir və elm-təhsil mühitinin tərkib hissəsidir. (3. 95) 
Qlobal  elm  və  təhsil  məkanına  inteqrasiya  edən  Azərbaycanda  hər  iki  sahənin  qarşısında 
duran başlıca vəzifə qabaqcıl texnologiyalar əsasında innovativ inkişafa nail olunması,  yeni tədris 
mexanizmlərinin  işlənilməsi,  təlim-tədris  prosesində  yeni  elmi-metodiki  nailiyyətlərin  tətbiq 
edilməsidir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində mühüm məsələlərdən biri də gənc nəslin 
innovativ inkişafında böyük önəm kəsb edən və informasiya cəmiyyətinin yeni tədris modeli olan 
distant tədris sisteminin tətbiqidir.  
Ölkəmizdə yeni təlim formalarının, o cümlədən distant tədrisin inkişafı və tətbiqi, interaktiv 
tədris  imkanlarından  geniş  istifadə  olunması  istiqamətində  kompleks  işlər  həyata  keçirilir. 
Respublikanın  bütün  elm  və  təhsil  müəssisələrində  qabaqcıl  texnologiyalar  əsasında  distant  tədris 
mərkəzlərinin yaradılması istiqamətində mərhələli şəkildə tədbirlər görülür. 
Beləliklə, qloballaşma prosesinin təsiri ilə Azərbaycan təhsil sistemi Avropa təhsil sisteminə 
inteqrasiya  etməkdədir.  Bununla  yanaşı,  keçmiş  səhvlərin  təkrarı  yolverilməzdir.  Yəni 
Azərbaycanda təhsil islahatları apararkən milli mənafelər nəzərə alınmalıdır. Təlim məsələlərində, 
xüsusən  də  ayrı-ayrı  fənlərin  tədrisinin  plan  və  proqramlarında,  yeni  metodların  yaradılmasında 
Avropa ölkələrinin əldə etdiyi müsbət təcrübə müəyyən araşdırmalardan sonra ölkə təhsil sisteminə 
tətbiq  oluna  bilər.  Təhsilin  tərbiyə  məsələlərində  milli  özünüdərk  və  dövlətçilik  prinsipləri  önə 
çəkilməlidir. Yüksək vətəndaş mövqeli insanların yetişdirilməsi təhsil sisteminin əsas vəzifəsidir. 
 
ƏDƏBİYYAT 
1.
 
Əliyev H.Ə., “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında”. Bakı, 2001 
2.
 
Süleymanova E. Qloballaşan dünyada insan hüquqları. Qloballaşma və informasiya  
cəmiyyətinin problemləri. (elmi məqalələr toplusu). Bakı, 2011, 227 səh. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə