115
daşıyıb XX əsrə qədər gətirib çıxara bilmişdi. Yəni xalqımızın “hər yerdə gördüyümüz və hər kəs
tərəfindən təsdiq edilən nadir mənəvi və fiziki keyfiyyətləri belə bir ehtimal üçün əsas verir” (1, s.329).
Belə zəngin mənəvi keyfiyyətlərdən biri isə məhz onun azadlıq uğrunda ölümə atılması idi. Çünki
dünyada hələ “ indiki imperiyalar olmamışdan əvvəl” sən özünə imperiyalar yaratmışdın. Azadlıq aşiqi
idin və məhz ondan da zövq alırdın. Odur ki, türklər “ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar, onlar
əsir düşərlər, lakin əsirliklərində belə qul olmayıb ağalıq edərlər” (4, s.141). “Əsrin ruhu azad millətçiliklə
bəsləniyor, böyüyor. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cızdığı coğrafiya sərhədlərini indiki
etnoqrafiya yavaş- yavaş pozuyor” (6, 240).
Tarix yazanlar sübut edirdilər ki, türklər hər zaman və hər yerdən sıxışdırılırdılar. Ona görə
də türklər “ tarix səhnəsinə gəldikləri vaxtdan , amansız şəkildə belə vəziyyət icərisində
qalmışdılar. Onlar həmişə müharibəyə hazır vəziyyətdə olmalı, hər tərəfdən gözlənilən hücumları
dəf etməli idilər. Onların özlərini də, mənsub olduqları islam dinini də hər zaman və hər tərəfdən
sıxışdırırdılar”(1, s.331). Hər tərəfdən düşmənlərin təcavüzü şəraitində meydanda qalan türk heç bir
halda azadlıq sevərliyini itirməmişdi. Onu yaşadan da onun hürr, azad olmağı idi. Türklər
fəlakətlərə uğradıqları halda “hürriyyətini, hürriyyətə olan meyl və məhəbbətini heç bir zaman
qayıb etməz”(4, s.141). Burada əsas məqsəd ortaya çıxırdı. Türklər “zaman keçdikcə özlərinə
fəlakət gətirən iki şeyi unudurdular və unutmaya da bilməzdilər: bu bir tərəfdən
Qərbin tədricən əqli
və əxlaqi baxımdan tərəqqi etməsi, o biri tərəfdən isə islamın özünün daxilində pozucu qüvvələrin
meydana çıxması və baş qaldırması idi”(1, s.141).
Ona görə də demokratik fikir türkləri milli birliyə-ittihada səsləyirdi. Çünki türklərin bu
aləmdə bir qismi “o birilərə yabançı, o birilərin tale və müqəddəratına biganə, laqeyddir”(1,s.114-
115). Qəribçilikdəki, qürbətdəki türkləri isə “kimsə himayə edəməz!”(4,s.144). “İndi gələlim əsil
məqsədə. Ey şiə, ey babı, sünni türk qardaşlarım, diriliyimizin milli ittihadda olduğunu biləndən
sonra”(6,s.240) bir-birinizə sahib çıxın
.
XX əsr Azərbaycan demokratik fikri böyük bir əminliklə o dövrün gərginliklərini aşıb
keçərək, geniş maraq dairəsinə uyğun şəkildə milliliklə bəşəriliyin harmoniyasına əməl edirdi. Bu,
onların yaradıcılıq örnəyi idi. Odur ki, demokratik fikir xadimlərinə də bu millətin zəhmətlərinə,
məşəqqətlərinə, çətinliklərinə tab gətirməyi, bütün zamanlarda Vətəninin halına acımaq, onun
keşməkeşlərlə dolu acı taleyindən xoşbəxt günlərinə aparıb çıxarmaqda örnək, söz sahibi olmağı
nəsib edilmişdi. Burada heç bir qaldırıla bilməyən yük yox idi, bu da “hakimiyyəti- mütləqin
divani- əzəmətinə”(6,s.252) bir nümunə idi. Onlar da bütün sonrakı nəsillər
tərəfindən necə reaksiya
doğuracağından asılı olmayaraq, yalnız həqiqəti cavablandırıb, zamanın, dövrün tələblərinə uyğun
hərəkət etməli oldular. Onları düşündürən yalnız millətin, Vətənin acı taleyi idi. Beləliklə də, onlar
keçmişdən gələcəyə doğru etibarlı bir körpü yaratmağa çalışır, xalqın, millətin, Vətənin bu
əziyyətlərini onun üzərindən qaldırmaq istəyirdilər ki, bütün gələcək nəsillərin qəlbən rahatlığı
təmin olunsun, onlar heç cür çətinliklərlə üz- üzə qalmasınlar.
XX əsr Azərbaycan demokratik fikri xalqımızın, millətimizin çəkilməyəcək qədər çox olan
dərdlərinin ağırlığından və millətinə, Vətəninə olan sonsuz sayda bitib-tükənməyən məhəbbətlə
ürəklərində azacıq da olsa, mərhəmət hissi olanlara üzünü tutub deyirdi ki, heç olmazsa, Allahu-
Təalanın qanun qoyduğu ilin on iki ayının müqəddəs bildiyi günlərdə, saatlarda eyni dinə, əqidəyə
sahib olduğu din qardaşlarının dərdlərinə ortaq olub, onlara mərhəmətli olsunlar. Axı, bu onların da
millətinin, “islam ümməti”nin qarşısında Allahın qoyduğu
vəzifələrdən, borclardan birisi idi. Amma
tarix göstərdi ki, əgər millət bircə onların insafına, ixtiyarına qalarsa, onda fəlakətdən heç vaxt
xilasını gözləyə bilməz.
Demokratik fikrin nəzərində mərhəmət hissləri, duyğuları çoxdan ölmüş, sönmüş adamlar
düşüncəsiz, qorxaq, ürəksiz, qəsdən özlərini görməzliyə, eşitməzliyə vuranlar sayılırdı. Millətin
əhval- ruhiyyəsini ifadə edən demokratik fikir bildirirdi ki, “hər kəsin ürəyində“ belə insanlara qarşı
bir narazılıq, hətta bir hiddət vardı
. “Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri
millətlər fəlakətinə qarşı göz yumurlar”(6, s.209). Doğurdan da, böyük səy və qeyrət göstərməyən,
uca, ülvi fikirlərlə yaşamayan, böyük əməllər yerinə yetirmək istəməyənlər millətin rahatlığına,
salamatlığına çalışmayanlar idilər, milətin kölgələr kimi ayaqlar altında sürünməsinə, tapdalanıb
əzilməsinə bərk-bərk göz yumanlar idilər. Bu isə onların daşıdıqları əqidənin, dinin və mənsub