112
bütün acı reallıqlarını ortaya çıxardı. Bunlardan ən dəhşətlisi milləti gözləyə biləcək fəlakətlər idi.
O, bunları cəmiyyətdə daha konkret şəkildə irəli sürdü və mövqeyini bildirdi. Yeni əsrin
işıqlandırdığı cəmiyyət həyatının bütün gerçək acı mənzərələrini görən, tanıyan XX əsr Azərbaycan
demokratik fikri artıq zamanın gərginliklərinə sinə gərərək, şikayətlənmədən, aşkar şəkildə,
uzaqgörənlik nümayiş etdirirdi. O, millətinin həqiqi kimliyini bildiyinə görə, beləcə qəflətdə
yatmağın haqlı olaraq ölümə bərabərliyinin, millətin solub, ölüb gedəcəyinin mütləqliyini isbat edir,
onu xilas etməyin vacibliyini vurğulayırdı. Millətinin aşiqi olan, filosofcasına mükalimə yürüdən
Azərbaycan demokratik fikri, eyni zamanda da, heç vaxt unudulmayacaq cəngavərlik nümayiş
etdirərək bildirirdi ki;
Ayıl,
ey ümməti-mərhumə, ayıl!
Ayıl,
ey milləti-məzlumə, ayıl! (7,s.37).
XX əsr Azərbaycan demokratik fikri böyük əminliklə bildirirdi ki, hər bir millətin bir
gələcəyi vardır. Bu gələcəyin də yaxşı və yamanlığı millətin özündəndir. XX əsr Azərbaycan
demokratik fikri uca ilahi eşqlə-Allah sevgisi ilə xalqına, millətinə, Vətəninə son dərəcə böyük
dəyər verir, onun acı taleyini düşünərək, işıqlı sabahları-gələcəyi uğrunda mübarizəyə
ruhlandırırırdı. XX əsrin gəlişi ilə cəmiyyət həyatında baş verən mürəkkəb, ziddiyyətli sosial- siyasi
hadisələrin ən səciyyəvi cəhəti, millətin yaddaşının oyandırılması, onun bugününün və keçmişinin
üz-üzə qoyulması baş verdi. “Nə qədər ki, gözlər yuxudadırlar, heç bir şey görməzlər, amma
açılandan sonra çox şey görərlər”(5,II,s.266).
Odur ki, demokratik fikir türk-müsəlman millətini geriyə-şanlı tarixi keçmişinə aparıb,
oradan bugününə gətirməklə varislik əlaqəsi yaratdı ki, ey türk, ”niyə bircə zadı- yəni özünü bilmək
istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz səy və nəslindən xəbərin yox? Niyə sənə
“Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən
türkəm?”(6,s.238). Burada başlıca problem o idi ki, onlar millətin gələcəyinə inam rəmzi olaraq,
onun bugününü keçmişi ilə qarşılaşdırır, sonra bununla onun gələcəyinə gedən yolda mənəvi bir
bağlılıq- körpü yaradırdılar. Haqlı olaraq qeyd olunurdu ki, “tutaq ki, bu gün yağış yağır, amma nə
eybi var,
bunu da axtaraq ki,sabah nə olacaq?”(5,II,s.333).
Zəngin maddi və mənəvi dəyərlərə sahib doğma, əziz türk millətinə sonsuz məhəbbət
bəsləyən, yüksək ehtiram göstərən Azərbaycan demokratik fikri onun qan yaddaşını oyandırmaq
üçün psixoloji- ruhsal dünyasına yaxından nüfuz etmək istəyirdi. Bu isə onun Vətəninə, millətinə
sədaqətinin nümayişi kimi, onu xoşbəxt gələcəyə apara biləcək milli məfkurəyə sahib ola bilməyin
zərurətini irəli sürürdü. Bu ideya millətə düşdüyü əsarətə qarşı özünəməxsus tərzdə bir barışmazlıq
ruhunu gətirəcəkdi ki, bununla da Vətəni, milləti məhvə sürükləyən müstəmləkə rejiminə qarşı
dərin, kəskin nifrət hisslərini tərbiyə ediləcəkdi. Çünki “müsəlmanlar, budur, neçə yüz ildir ki, xabi-
qəflətdə yatıb, cəmi aləm veclərinə deyil”(2,II,s.339).
O, isə milləti, Vətəni bu faciələrdən xilas edib qoruyacaq və ülvi, nəcib ilahi eşqlə işıqlı
sabahlara aparıb catdıra biləcəkdi. Bununla da xalq öz kədərli taleyi ilə vidalaşacaq, ən böyük ideal
olan vətəndaşlıq qeyrəti, əqidəsi, fədakarlıq əzmi ilə acı işğaldan xilas olacaq. Son nəticədə isə
duyub, dərk etdiyi işıqlı gələcək aləminə daxil olacaq. XX əsrdəki millətlər “gələcəkdən heç də
qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər”(2,II,s.155).
“Lakin sadə zəmanəmiz mühüm deyildir. Məkanımız da pak mühüm bir məkandır. Bu nöqtəyi də
anlamalıdır, həm də gözəlcə anlamalıdır”(4,s.140).
XX əsr Azərbaycan demokratik fikrindəki ideyalar istiqlalçılığa xidmət etmişdir.
Azərbaycan demokratik fikri türkün şanlı qəhrəmanlıq tarixini yazan vətənpərvər, yurdsevər Vətən
oğullarının adlarını iftixarla çəkmiş, millətinin gələcək şanlı tarixinə böyük inam, ümid bəsləmişdir.
Çünki Azərbaycan demokratik fikri XIX əsr boyunca Rusiya əsarətində qalan, təcavüzkar
müstəmləkə əsarətinin bütün ağrı- acıları ilə nəfəs alan xalqımızın, millətimizin zorla yox edilməsi,
digər millətlər içərisində əridilib yox ola bilmək təhlükəsi ilə üz- üzə qaldığının şahidinə
çevrilmişdi. Buna uyğun olaraq, bildirirdi ki, hələ ki, “dünyada hər bir iş öz qaydasında gedir…İndi
hələ zorbazorluq eləyirlər” (5. II. s.332-333). “Onunla işim yoxdur; çünki qoymurdular ki, hər iş öz
qaydası, axarı ilə getsin. “Hər bir ixtiyaratdan məhrum və məyus olan biz müsəlmanların halı