110
yiyələnməlidir. Qeyd etməliyik ki, hz. Məhəmməd Mustafanın (s.a.s) da təbliğinin əsasını əxlaqi
ölçülər və imkanlar təşkil edirdi. Bu gün kamil insan olmaq üçün islam əxlaqı və dünyagörüşü əsas
şərtdir.
ƏDƏBİYYAT
1.
Bekir
Topaloğlu, İlyas Çelebi, M.Sait Özervarlı, Mustafa Sinanoğlu, İslam Dininin Əsasları,
Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, Bakı, 2010
2.
Əli Həzi, Dünyəvi Dövlətdə Dinin Yeri,
Şans Mətbəə LTD MMC, Bakı, 2016
3.
Günay Tümer, Abdurrahman Küçük, Dinler Tarihi, Ocak yayınları, Ankara, 1997
4.
Hasan Cirit,
Hədis Tarixi, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, Bakı, 2016
5.
Hayati Hökelekli, Din Psikolojisi, Türkiye Diyanet Vakfı yayınları, Ankara, 1998
6.
Qurani-Kərim (Azərbaycan dilinə tərcümə edən V.Məmmədəliyev, Z.Bünyadov), Azərnəşr,
Bakı, 1991
7.
Osman Nuri Topbaş,
Həzrət Məhəmməd Mustafa, I cild, İpək yolu nəşriyyatı, Bakı, 2007
8.
Hüseyin Kerim Ece, İslamın Temel Kavramları, Beyan yayınları, İstanbul, 2000
9.
Mail Yaqub, Din Fəlsəfəsi, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, Bakı, 2011.
ABSTRACT
Mahammad Hadjiyev
Bahruz Gulmaliyev
THE PLACE OF RELIGIOUS-ISLAMIC BELIEVES
IN THE FORMING OF PHILOSOPHICAL VIEWS ON LIFE
The religious-scientific view being the part of philosophical view at work and its role in our
public life have been researched and summarized accordingly. Hence, as also emphasized at work
religion existed together with humanity, continued and is still continuing its existence equally with
human beings.
In terms of philosophical and scientific religious view, learning religious values is important
and it carries a significant importance. Each individual should gain scientific, moral and religious
values in order to be formed as a personality in a society and useful in the life of the society.
РЕЗЮМЕ
Магомед Гаджиев
Бахруз Гюльмалиев
МЕСТО ИСЛАМО-РЕЛИГИОЗНЫХ ВЕРОВАНИЙ
В ФОРМИРОВАНИИ ФИЛОСОФСКОГО МИРОВОЗЗРЕНИЯ
Были исследованы и даны соответствующие обобщения о религиозно-научном
мировоззрении и его роли в общественной жизни, являющимся составной частью в работе
философии мировоззрения. Таким образом, как было упомянуто и в работе, религия
существовала и формировалась вместе с человечеством, продолжает и будет продолжать
существование вместе с человечеством.
Изучение религиозных ценностей важно и имеет особое значение с точки зрения и
философского и научного мировоззрений. Каждый человек, сформировавшийся как
личность, должен освоить научные, этические и религиозные ценности, чтобы быть
полезным в общественной жизни.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
111
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
BAĞIR BABAYEV
Naxçıvan Dövlət Universiteti
baqırbabayev59@mail.ru
UOT: 314
XX ƏSR AZƏRBAYCAN DEMOKRATİK FİKRİ MİLLƏTİMİZİN ŞANLI TARİXİ
KEÇMİŞİ VƏ XOŞBƏXT GƏLƏCƏYİ HAQQINDA
Açar sözlər:
demokratik fikir, millət, şanlı keçmişimiz, xoşbəxt gələcək
Key words:
democratic thought, nation, glorious , happy future
Ключевые слова: демократическая мысль, нация, славное прощлое, счастливое будущее
XX əsr Azərbaycan demokratik fikri sanki yeni əsrin bələdçisi oldu. Odur ki, XX əsr tam
mənada ictimai həyatın bütün sahələrinə nəzarəti öz ixtiyarına almaqla, malik olduğu, sahibləndiyi
yenilikçiliyini ortaya qoymuş oldu və hamını da onunla hesablaşmağa məcbur etdi. Özünün belə
gözəl gəlişi ilə son illərə qədər bütün həsrətini, istəyini qəlblərində saxlayan insanların gərginliyini
onun üstündən qaldıracaq XX əsr bütün xalqlara, millətlərə onların heç vaxt unuda bilməyəcəyi
bəşəri hissləri gətirib bağışladı. O, sanki bəşəriyyətə gerçək bir örnək, xalqın, millətin bəşəri, ülvi
istəklərinə bir cavab oldu. Məhz bu yenilik əsri “çürümüş, köhnəlmiş, əməldən düşmüş qayda və
nizamlara qarşı, qəti bir etirazdır. Görünür ki, bu XX əsr, keçmiş əsrlər tərəfindən bərpa edilmiş
qayda və nizamlara təhəmmül eləmir” (2,II,s.332-333).
Beləliklə, yeni əsr yeni nəfəs, yeni ab- hava, yeni ideya gətirməklə, milləti yuxusundan
qaldırmaqla onun yaxasından tutub bərk- bərk silkələdi, mənafeyini uca tutdu, onunla görüşündə
qəlbindən keçənləri duydu, millətə onun bütün bəlalarının səbəblərini yavaş- yavaş anlatmağa
başladı. XX əsr ictimai həyatın bütün sahələrində çəkilməz problemlərlə yüklənmiş xalqları,
millətləri onun mahiyyətini, mənasını, yeniliyini anlatmağa çalışırdı ki, insanlar birdən- birə bunun
mahiyyətini anlamaqda çətinlik çəkməsinlər. Qorxulu olan da elə bu idi, çünki qəflətdə, cəhalətdə
qalmış bu kədərli insanlar özlərinin arzu və istəklərinin məhz bu əsrdə gerçəkləşəcəyinə əvvəlcədən
inana bilməzdilər. Yeni əsr özü insanlara durmadan, dayanmadan boş qalmış, boşaldılmış xəyal
dünyalarını yerindəcə doldura biləcək güclü gəlişi ilə mənəvi rahatlıq gətirə biləcəyini xatırladırdı.
XX əsr məhv edilən, məhvdən xilas yollarını tapa bilməyən, bu geniş dünyada sadəcə olaraq
yaşamına imkan verilməyən xalqlara, millətlərə fərqli bir müstəvidən yanaşdı. Yeni əsr bu xalqlara
tərəfdaş olmaqla, müstəmləkə rejimlərinin labüd toqquşmalarından onları xilas edəcəyinə elə bir
inam yaratdı ki, bütün siyasəti də, ideologiyanı da mütləq mənada ona tabe etdi. XX əsr xalqların,
millətlərin düşüncələrində, arzularında olanları ortaya çəkəcək, onlarla birlikdə gələcəyə, qələbəyə,
xoşbəxt sonluğa doğru addımlayacaqdı. Bu əsr xalqı faciələrdən xilas edəcəkdi. Bununla da, bütün
məhkum millətləri gözəl gələcəkləri ilə müjdələyəcək XX əsr gələcəklərini əziz tutan, unutmayan
millətləri hər an və hər dəqiqə çalışdırırdı ki, onların özləri üçün parlaq bir gələcəyə təminat
yaratsın.
XX əsr Azərbaycan demokratik fikrinin əsl qayəsi, idealı belə idi, onun daşıdığı və uğrunda
qurban getməyə hazır olduğu məslək belə idi. Hər halda, bugünün insanı, millətin vətəndaşı
kimliyindən asılı olmayaraq, demokratik fikrin insan ruhunu şad edəcək, sevindirəcək ülvi bəşəri
hisslərini ürək dolusu alqışlamalıdır. XX əsr Azərbaycan demokratik fikri müstəmləkə rejiminin
ağırlıqlarını çiyinlərində daşıyan, mənəviyyatı, ruhu əzilən, puç edilən millətinin aciz vəziyyətdə
saxlanılmasına qarşı çıxırdı. O, milyonlarla insanların qəlbinə, ruhuna yol tapmağa çalışırdı ki,
onları oyandırsın. Çünki dünyanın inkişafının, tarixin qanunauyğun gedişinin tələbi millətdən onu
istəməkdə idi.
XX əsrin gəlişi Azərbaycan demokratik fikrinə yeni ideya gətirdi, onu yeni düşüncə tərzi ilə
zənginləşdirdi. XX əsr millətlər üçün tamamən yeni mənalar, ideyalar irəli sürməklə gerçək həyatın