Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   47   48   49   50   51   52   53   54   ...   164

106 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
MƏHƏMMƏD HACIYEV  
Naxçıvan Dövlət Universiteti  
mamedhaciyev@yahoo.com
 
BƏHRUZ GÜLMALIYEV  
Naxçıvan Dövlət Universiteti  
gulmaliyev.behruz@gmail.com
 
UOT: 1.91;
 
297 
FƏLSƏFİ DÜNYA GÖRÜŞÜN FORMALAŞMASINDA 
DİNİ-İSLAMİ İNANCLARIN YERİ 
 
Açar sözlər: dünyagörüş, islami dəyərlər, fəlsəfə, cəmiyyət, mənəvi dəyərlər 
Key words: outlook, islamic values, philosophy, society, moral values 
Ключевые  слова:  мировоззрение,  исламские  ценности,  философия,  общество, 
моральные ценности 
Din  elmləri  arasında  aparılan  araşdırmalar  nəticəsində  bu  qənaətə  gəlinmişdir  ki,  din 
duyğusu  fitridir.  Din  duyğusunu  qorxu,  ümid  və  ya  hər  hansı  bir  vəsilə  ilə  sonradan  qazanılmış 
məfhum  kimi  görmək  yanlışdır.  İnsan  yaradılışından  bu  günə  qədər,  hər  zaman  və  hər  yerdə  uca, 
qüdrətli,  əzəmətli  bir  varlığa  sığınma  və  yardım  istəmə  ehtiyacı  duymuşdur.  Bu  ehtiyac  din 
duyğusunun fitri bir xüsusiyyətə malik olmasının dəlilidir. 
Din  insanla  bərabər  mövcud  olmuş,  insanla  bərabər  varlığını  davam  etdirmiş  və  insan  var 
olduğu  müddətcə  din  öz  varlığını  davam  etdirəcəkdir.  Tarixin  hansı  dövrünə  baxsaq,  görərik  ki, 
dinsiz  insana  rast  gəlinsə  də  dinsiz  bir  cəmiyyətə  rast  gəlinməmişdir.  Harda  bir  insan  cəmiyyəti 
varsa, orda mütləq bir din mövcud olmuşdur. İnsanlıq tarixində insanın əsas sayıla biləcək bir çox 
xüsusiyyətləri mövcud olsa da, din bunların ən öndə gələni olmuşdur. Bəşər yarandığı gündən din 
öz  varlığını  qorumuş  və  insan  həyatının  ayrılmaz  hissəsi  olmuşdur.  İnsan  həmişə  təbiət  üstü  bir 
varlığa  ehtiyyac  duymuşdur.  Çünki  insan  mələklə  heyvan  arası  bir  yaradılışa  malikdir.  Bu  iki  tip 
varlığın təbiət xətləri insanda sənətkaranə şəkildə birləşdirilmişdir. 
İnsanın və ya cəmiyyətin dindən təcrid olaraq qopması mümkün deyil. O, həm tarixi dövrdə, 
həm  də  həyatımızın  hər  nöqtəsində  özünü  göstərən  bir  yaradılışa  sahibdir.  İnsanlara  güc  verən, 
cəmiyyəti  nizamlayan,  fəzilət  və  yaxşılığa  yönəldən,  yalnızlığı  və  sıxıntını  yox  edən,  güvənmək 
duyğusunu aşılayan, insana dost yoldaş olan başlıca məfhumlardan biridir. 
İnsan  maddi  tərəfi  ilə  bərabər,  mənəvi  tərəfi  olan  bir  varlıqdır  ki,  onun  maddi  tərəfi  ilə 
bioloji  təlabatını,  həyati  fəaliyyətinin  mənəvi  tərəfi  ilə  isə  ruhitələbatını  ödəməyə  ehtiyacı  vardır. 
Onun  ruhi  ehtiyaclarını  qarşılayan,  mövcud  mənəvi  varlıqların  ən  öndə  gələni  fəlsəfi-dini 
düyagörüşüdür.  Müəyyən  bir  mədəniyyətə  çataraq,  tarixdə  yer  alan  bütün  millətlərin  mənəvi 
dünyaları hansısa dini inancla şərtlənmişdir. 
Din  fərdləri  müqəddəs  duyğu  və  vərdişlərdə  birləşdirən,  cəmiyyəti  yüksəldən  və  inkişaf 
etdirən  bir  əqidə  formasıdır.  Din  insanlara  yol  göstərən,  qanun  və  nizamın  olmadığı  yerlərdə, 
cəmiyyəti  doğru  yola  istiqamətləndirən  bir  həyat  nizamıdır.  Çünki  o,  anarxiyanın,  özbaşınalığın, 
ədalətsizliyin,  mənfi  düşüncələrin  və  fikirlərin  düşmənidir.  Onun  əsas  məqsədlərindən  biri 
cəmiyyətin mənafeyini müdafiə etmək, qorumaqdır. Tarixə nəzər salsaq iqtisadi və maddi baxımdan 
gücsüz  cəmiyyətlərin  öz  mövcudluğunu  qoruduğunun  şahidi  ola  bilərik.  Lakin  dini  duyğuları 
zəifləmiş, mənəvi baxımdan çökmüş cəmiyyətlər öz varlığını davama etdirmək baxımından diqqət 
çəkməməkdədir.  Dinin  zəifləməsi  hüquqi  və  əxlaqi  pozğunluqlara  yol  açar.  Çünki,  din  olmasa 
əxlaqi davranışların davam etdirilməsi üçün hər hansı bir maraq, həvəs və səbəb qalmaz. Belə olan 
halda  halal-haram  anlayışı  ortadan  qalxar  və  cəmiyyətin  nizamı  pozular.  İnsanları  və  insan 
qruplarını  günah  işləməkdən  heç  nə  çəkindirə  bilməz,  anarxiya  meydana  gələr  və  cəmiyyət  iflas 


107 
edər. Lakin hər kəsi və hər şeyi idarə edən, görən bir Yaradanın varlığına inanan insan, daima yaxşı 
olan əməlləri edib, mənfi əməllərdən qaçmağa səy göstərəcəkdir.  
İnsanatəklik,  çarəsizlik,  qorxu,  kədər,  xəstəlik,  müsibət  və  fəlakətlər  qarşısında  yeganə 
təsəlli olan inam qaynağı dindir. İnsanın ölüm qarşısındakı düşüncəsinin cavablarını məhz din verir. 
Hansı ki bu düşüncə paklığın, doğruluğun  əsasını təşkil edir. Axirətə inanc sadəcə olaraq cəza və 
mükafat  olaraq  deyil,  eyni  zamanda  insanın  içindəki  əbədi  həyat  duyğusuna  cavab  vermək 
baxımındanda  önəm  daşımaqdadır.  İnsan  ölümdən  deyil,  yox  olmaqdan  qorxar.  Ölümdən  sonrakı 
həyata inanc təkcə İslam dininə xas deyil [9, səh 210]. Digər bəzi dinlərdə olduğu kimi, İslamda da 
insan,  ölümlə  yox  olmamaqda,  başqa  bir  dünyada  həyatına  davam  etməkdədir.  Bu  həyatın 
xaricindəki  başqa  bir  həyatın  möcud  olması  inancı,  insanı  həmin  həyata  alışdırmaqdadır. 
Günahlardan  qurtulub  ədbədi  bir  qurtuluşa  çatmaq,  hüzura,  cənnət  kimi  böyük  bir  nemətə 
qovuşmaq, Allah rızasını əldə etmək, insanda ümid və arzuformalaşdırmaqda, dünyanın sıxıntı və 
çətinliklərinə qarşı sinə gərməyi təmin etməkdədir. [3, səh 38, 39, 40, 41] 
Bəşəriyyət tarix boyu həmişə inteqrasiyaya, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni struktur kimi 
formalaşmağa can atmışdır. Din də həmişə insanların birləşməsi üçün bir vasitə olmuşdur və bunlara təkan 
vermişdir.  Təbii  olaraq  bu  da  mədəniyyətlərin  rəngarəngliyini,  müxtəlifliyini  yaratmışdır.  Bəşər 
sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında əlaqələrin 
yaranması  böyük  əhəmiyyət kəsb  etmişdir.  Hazırda dünyada müxtəlif  əlamətlərə  görə  təsnif  edilən  beş 
mindən çox din var. Yayılma arealına görə dünya dinləri (Buddizm, Xristianlıq, İslam), bir xalqın və ya 
dövlətin  daxilində  yayılan  milli  dinlər  (İudaizm,  Hinduizm,  Daosizm)  və  o  qədər  də  geniş  yayılmayan 
kiçik dinlərə bölünür. 
Məlumdur  ki,  din  dəyərlər  sistemi  kimi  bir  çox  funksiyalara  malikdir.  O  cümlədən  cəmiyyətin 
idarə edilməsində dinin rolu danılmazdır. [2, səh 3]Din bu idarə edilmənin təşkili üçün müəyyən spesifik 
amillərdən  istifadə  edir.  Bu  amillərin  bir  qisminin  (axirət,  cənnət,  cəhənnəm,  ruh,  nəfs  və.s)dərki  insan 
idrakının xaricində, bir qisminin dərki(əxlaq, ibadət, sevgi və.s) isə insan idrakının daxilindədir. 
Dinin  əsas  təkan  verici  xüsusiyyəti  əxlaq  və  inancdır.  Bütün  dinlərin  müştərək  xüsusiyyətləri 
cəmiyyətdə əxlaqi keyfiyyətləri formalaşdırmaq və ideal cəmiyyət qurmaqdır. Əlbəttə ki, ideal cəmiyyətin 
qurulması üçün, həmin cəmiyyəti təşkil edən fərdlərin dinlərin ümumi prinsiplərinə əməl etməsi şərtdir. 
Din  bu  prinsipləri  irəli  sürsədə  bəzi  hallarda  buna  riayət  olunmur.  Bu  da  öz  növbəsində  cəmiyyət 
həyatında  müxtəlif  neqativ  hallara  yol  açır.  Məhz  dinlərdəki  bəzi  inanclar  –  cənnət,  cəhənnəm,  cəza, 
mükafat, insanları bu tip neqativ hallardan çəkindirməyə xidmət edir. 
Dini  inanclardan  ən  başda  gələni  axirət  inancı  və  orada  insanı  gözləyən  cəza  və  mükafatlardır. 
Dinlərdəki axirət inancı demək olar insanları mənfi davranışlardan çəkindirən ən birinci ünsürdür. Bu gün 
axirət inancı olmayan bir şəxs rahat bir şəkildə istədiyi günahı edə bilər və ya özünə qəsd edə bilər Lakin 
din  və  dindəki  bəzi  inanclar  insanı  bu  tip  fikirlərdən,  vərdişlərdən  çəkindirir.  Cəmiyyətə  nəzər  salsaq 
inancdan kasad olan insanların  özlərinə  qəsd  etdikərini,  oğurluq, zina,  qumar,  yalan, qeybət, riya, kibir 
kimi əxlaqi dəyərlərə riayət etmədiklərinin şahidi ola bilərik. 
Bunun  əksinə  olaraq  isə  inanclı  insan  öz  əxaqi  keyfiyyətləri,  cəmiyyətə  yararlılığı,  danışıq, 
davranış və digər xüsusiyyətləri ilə cəmiyyətdə fərqlənər, dəyər verilər. 
İnsanlar arasındakı münasibətlərdə meydana çıxan əxlaqi dəyərlər ən bəsit ifadə ilə “yaxşı” 
və  ya  “pis”  kimi  xarakterizə  etdiyimiz  davranışlarla  bağlı  dəyərlərdir.  Bir  insana  yardım  əli 
uzatmağı  yaxşı,  yalan  danışmağı  isə  pis  davranış  sayırıq.  Bu,  hərəkətin  əxlaq  nöqteyi-nəzərindən 
qiymətləndirilməsidir. Əxlaqi dəyərlər davranışlarımıza yön verən qanun toplusudur. Bu toplu bizə 
nəyin  yaxşı,  nəyin  isə  pis  olduğunu  bildirir.  Deməli,  insanın  doğru-düzgün  həyat  tərzi  sürməsini 
əxlaqi dəyərlər müəyyən edir. Bu dəyərlər fərdə insan olma şüurunu aşılayır.  
Əxlaq insanda keçici bir hal olmayıb, insanın mənəvi yaradılışında yerləşərək mələkə halını 
alan  keyfiyyətlər  toplusudur.  Bu  səbəbə  görə,  din  alimləri  insanların  ayda-ildə  bir  dəfə  etdiyi 
yaxşılığın əxlaqi keyfiyyətlər olmadığını qətiyyətlə bildirmişdirlər. İslam Peyğəmbərinin "əməllərin 
ən  xeyirlisi  az  da  olsa  davamlı  olanıdır"  mənasındakı  hədisi  bu  anlayışın  yığcam  bir  ifadəsidir. 
[Buhari, Libas, 43] 
İnsanların çoxu öz məntiqləri ilə dini əxlaqı yaşaya biləcəklərini düşünürlər. Öz məntiqləri 
ilə  din  əxlaqı  meydana  gətirənlərin  əsas  xüsusiyyətlərindən  biri  dinin  hökmlərini  və  prinsiplərini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə