Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   46   47   48   49   50   51   52   53   ...   164

104 
Abbasqulu  ağa  Bakıxanov  tarixə  fəlsəfi  aspektdən  yanaşıb,  onu  idrakıvə  etik-əxlaqi 
baxımdan  qiymətləndirmişdir.  O,  “Gülüstani-İrəm”  kitabında  yazır:  “Bu  elm  (tarix)  insanı  gözəl 
əxlaqlı və bilikli  edir, ona dolanacaq və  yaşayış işlərini öyrədir. Buna  görə, onu mənəvi  elmlərin 
qiymətlilərindən  hesab  edib  demək  olar:  tarix  hökmsüz  və  zülmsüz  elə  bir  hökmrandır  ki,  bütün 
Adəm  övladı onun əmrlərinə boyun  əyməkdədir... Tarix elə bir danışmayan natiqdir ki,  sələflərin 
vəsiyyətlərini  bütün  təfsilat  və  təriflərilə  xələflərə  bildirir,  ehtiyac  və  rifah  səbəblərini,  tərəqqi  və 
tənəzzül  yollarını  anladır.  Gələcəkdə  törəyə  bilən  əhvalatı  keçmişin  libasında  insanların  ibrət 
nəzərinə çatdırır. Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır, çünki tarix ona 
öz  millətinin  təbiət  və  adətlərindəki  xüsusiyyətləri  bildirər,  qonşu  tayfaların  rəftarından  məlumat 
verər,  müxtəlif  xalqlarla  saxlanan  əlaqənin  əsas  xeyir  və  zərərini  ona  məlum  edər”(13,9).  Böyük 
mütəfəkkir tarixi yaddaşla milli-mənəvi dəyərlərin vəhdət təşkil etdiyini göstərirdi. 
Maarifçi  mütəfəkkir  maddi  aləmi  vəhdətdə  götürüb,  istər  yerdəki,  istərsə  də  səmadakı 
cisimlər arasında qarşılıqlı əlaqə, münasibət olduğunu söyləmişdir. O, bir tərəfdən dini müddəalara, 
digər  tərəfdən  qədim  alimlərin,  habelə  XVIII  əsr  Avropa  təbiətşünaslarının  təbii-elmi  fikirlərinə 
arxalanaraq həmin nəticəyə gəlmişdir.  
 Bakıxanov ümumun mənafeyini fərdin mənafeyindən üstün tutmuşdur.  
 Z.Göyüşov 
Bakıxanovun  mədəni-fəlsəfi  irsini  yüksək  qiymətləndirərək  yazır: 
“Bakıxanovun  zəngin  mədəni  irsi  Azərbaycan  xalqının  mənəvi  mədəniyyət  tarixində  dəyərli 
mövqedə  olub  sonrakı  Azərbaycan  maarifçiləri  (o  cümlədən  mollanəsrəddinçilər-Y.H.)  tərəfindən 
istifadə olunmuşdur” (9,238 ).
 
Beləliklə,  XIX  əsrin  30-40-cı  illərində  Q.B.Zakir,  İ.Qutqaşınlı  və  A.Bakıxanov 
mollanəsrəddinçilərin  dünyagörüşünə  realist-maarifçiliyin,  zadəgan  maarifçiliyinin  əsasını  qoydu, 
formalaşmaqda olan milli maarifçi-demokratik şüura ciddi təsir etdilər.  
 
 
ƏDƏBİYYAT 
 
1.
 
 Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. Bakı, Elm, 2002 
2.
 
Hüseynov H. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Şərq-Qərb, 2007 
3.
 
Tağıyev  Ə.,  Mustafayev  A.,  Balayev  M.  Azərbaycan  milli  ideyasının  meydana  gəlməsi  və 
təkamülü. Bakı, ADPU nəşriyyatı, 1994 
4.
 
Дaшдамиров  A.  Национальная  идея  и  этничность  (Азербайджан  -ская  идея  в 
этиокультурном интерьере) Москва: УОП ИЭА РАН 
5.
 
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Maarif, 1974 
6.
 
Quliyeva  X.  Maarifçilik  dövrü  Azərbaycan  ədəbi-ictimai  fikrində  milli-mənəvi  əsasların 
fəlsəfi-etik dərki. (XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri) fəlsəfə üzrə elmlər doktoru elmi 
dərəcəsi almaq üçün dissertasiya. Bakı, 2015 
7.
 
İbrahimov  M.  Böyük  demokrat.  “Molla  Nəsrəddin”in  ikinci  nəşri.  Azərbaycan  SSR  EA 
nəşriyyatı. 1957 
8.
 
Qasımzadə F. XIX  əsr  Azərbaycan  ədəbiyyatında realist-demokratik  cərəyanın  inkişafı tarixi. 
Filologiya  elmlər  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  dissertasiya.  Bakı, 
S.M.Kirov adına ADU, 1955 
9.
 
Геюшев  З.  Этическая  мысль  в  Азербайджане.(исторические  очер-  ки).  Баку:  Гянджлик, 
1968 
10.
 
Rəfili M. Qutqaşınlı və onun fransız novellası, ADU –nun əsərləri. Filologiya seriyası. 1940. 
11.
 
Кочарли  Ф.Ф.  Азербайджанско-французские  литературные  связи  в  XIX  веке 
(Диссертация на соискание ученой степени кандитата филологических наук). Баку: 1985. 
12.
 
Bakıxanov A.Tərzib-ül-əxlaq. Bakı, Azərnəşr, 1981 
13.
 
Бакиханов А.А.Гюлистани-и Ирам. Баку, Элм, 1991. 
14.
 
Кулизаде З.А.Из истории Азербайджанской философии VII-XVI Баку, Азернешр, 1992. 


105 
ABSTRACT 
Yusif Husseinov                                                           
 
THE ROLE OF THE FIRST THINKERS-ENLIGHTENERS OF AZERBAIJAN IN 
THE FORMATION OF NATIONAL- EDUCATIONAL PHILOSOPHICAL 
CONSCIOUSNESS 
 
The paper notes formation of the scientific worldview of the  Nasreddinists on the basis of 
the  enlightening  ideas  of  Western,  Russian,  Eastern  and  Azerbaijani  scientists  who  lived  and 
created before them.  In addition, the influence of G.B.Zakir, I.Gutgashynli  and A.Bakikhanov on 
the  national-enlightening  democratic  consciousness  in  the  30s-40s  of  the  XIX  century  is 
investigated. 
It is noted that in the 30-40s of the XIX century Q.B. Zakir, I.Gutgashinli and A.Bakikhanov 
had  a  serious  influence  on  the  formation  of  the  national  enlightenment-democratic  consciousness, 
laying the foundation of realist-enlightenment and noble enlightenment. 
 
 
РЕЗЮМЕ 
 Юсиф Гусейнов  
 
РОЛЬ ОСНОВНЫХ МЫСЛИТЕЛЕЙ-ПРОСВЕТИТЕЛЬЕЙ АЗЕРБАЙДЖАНА В 
ФОРМИРОВАНИИ ФИЛОСОФСКО-ПРОСВЕТИТЕЛЬСКОГО СОЗНАНИЯ 
НАЦИОНАЛЬНОЙ ОСВЕДОМЛЕННОСТИ 
                     
В  статье  рассматривается  ,    что  научное  мировоззрение  молланасреддинистов 
формировалось  основываясь  на  просветительских  идеи  западных,  русских,  восточных  и 
азербайджанских ученых. Кроме этого исследуется влияние Г. Б.Закира, И. Гутгашынлы и А. 
Бакиханова  на  национально-просветительское  демократическое  сознание  в  30-40-х  годах 
XIX века. 
Обосновывается, что в 30-40-х годах XIX века В.Б. Закир, И.Гутгашинли и 
А.Бакиханов оказали серьезное влияние на формирование национального просветительско-
демократического сознания, основы реалистического просвещения и благородного 
просвещения.  
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
                                               
 
 
 
                                                
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə